+99410 310 93 33

WHATSAPPA YAZIN

BLOQ

Türkiyə qaraciyər nəqli əməliyyatı olunmaq istəyən beynəlxalq turistlər üçün populyar bir destinasiyadır. Türkiyə qaraciyər nəqli əməliyyatını ən uyğun qiymətə təklif edən ölkə olmaqla yanaşı, eyni zamanda dünyada bu prosedurun ən uğurlu şəkildə həyata keçirildiyi ölkələrdən biridir.


A-Medical sağlamlıq turizmi şirkəti olaraq illərdir ki, beynəlxalq turistlərin Türkiyədə qaraciyər nəqli əməliyyatı olmağını təmin edirik. Xəstəxanalarla əlaqələrin qurulmasından səfər planının hazırlanmasına, müalicənin təşkilindən davamlı pasiyent izlənməsinə qədər hər mövzuda pasiyentlərə dəstək veririk. 


Siz də Türkiyədə endirimli qiymətlərlə qaraciyər nəqli əməliyyatı olmaq istəyirsinizsə, əlaqə səhifəmizWhatsapp nömrəmiz vasitəsilə bizimlə əlaqəyə keçə bilərsiniz.


Qaraciyər nəqli əməliyyatı haqqında


Qaraciyər transplantasiyası xəstə və ya zədələnmiş qaraciyəri donordan alınan sağlam qaraciyərlə əvəz etmək üçün cərrahi əməliyyatdır. Transplantasiya proseduru planlaşdırılmadan əvvəl adətən potensial pasiyentin orqanizminin yeni qaraciyəri qəbul edib-etmədiyini görmək üçün testlər aparılır. Transplantasiyanın məqsədi xəstənin həyat keyfiyyətini yaxşılaşdırmaq və qaraciyərin səmərəli fəaliyyətini bərpa etməkdir. Qaraciyər transplantasiyasına səbəb olan ümumi şərtlərə qaraciyər xərçəngi, qaraciyer serrozu, birincili biliyer serroz, yağlı qaraciyər xəstəliyi və digər qaraciyer xestelikleri daxildir.


Qaraciyər transplantasiyası üçün şərtlər


Qaraciyər nəqli əməliyyatı üçün həm pasiyentlər həm də donorlar müəyyən şərtləri qarşılamalıdırlar. İlk olaraq onu qeyd etməliyik ki, xərçəng və ya HIV/AIDS kimi müəyyən xroniki tibbi problemlərdən əziyyət çəkənlər və alkoqol vəya tütün aludəçiləri donor olaraq qəbul edilməyə bilər. Eyni zamanda həkimlər potensial donorun prosedur üçün uyğun olub olmadığını müəyyən etmək üçün yaş, cinsiyyət, mental sağlamlıq və gündəlik həyat vərdişlərinə də nəzər yetirəcəklər.


Qaraciyər transplantasiyası üçün digər uyğunluq meyarları aşağıdakılardır:


  • Diaqnoz: Pasiyentin qaraciyər nəqli olmağı üçün pasiyentdə qaraciyər serrozu, qaraciyər xərçəngi və ya qaraciyər çatışmazlığı kimi inkişaf etmiş və ya insan həyatı üçün təhlükəli hesab edilən qaraciyər xəstəliyi olmalıdır.

  • Sağlamlıq vəziyyəti: Pasiyent həm qaraciyər nəqli həm də nəql sonrasındakı sağalma prosesi üçün həm fiziki həm də psixi olaraq hazır olmalıdır.

  • Yaş: Əksər klinika və mərkəzlərdə qaraciyər nəqli üçün yaş məhdudiyyəti 70-75 yaş aralığıdır.

  • Həyat tərzi faktorları: Həddindən artıq alkoqoldan istifadə və qaraciyərə zərər verə biləcək digər həyat tərzi vərdişləri olan pasiyentlər nəqldən sonra bu vərdişlərindən azad olmalıdırlar.

  • Digər tibbi vəziyyətlər: Ürək xəstəlikləri, ağciyər xəstəlikləri və əlavə infeksiyalardan əziyyət çəkənlər qaraciyər nəqli üçün uyğun olmaya bilər.

  • Uyğun donorun mövcudiyyəti: Uyğun qaraciyər donorunun mövcud olması qaraciyər nəqlindəki ən mühim faktordur. Pasiyent ilə donor arasındaki qan uyğunluğu və qaraciyərin ölçüsünün uyğunlaşması əməliyyatın uğuru üçün vacibdir.


Diqqətinizi çəkə bilər: Türkiyədə Check Up

Qaraciyər transplantasiyasından sonra sağalma prosesi


Qaraciyər nəqli tamamlandıqdan sonra pasiyentlər müşahidə və baxım üçün xəstəxanalarda qalmaq məcburiyyətindədir. Əməliyyatdan sonra orqanizmin yeni qaraciyərə uyğunlaşıb uyğunlaşmadığını anlamaq və əlavə risklərin meydana gəlməsinin qarşısını almaq üçün pasiyentlər ümumi müşahidə altında saxlanılır. 


Həkim tərəfindən pasiyentlərə tapşırılan dərmanların qəbul edilməsi, həkim yoxlanışlarına vaxtı vaxtında gedilməsi və həkimin tapşırıqlarına riayət edilməsi qaraciyər nəqli əməliyyatının uğurlu bir şəkildə tamamlanması və pasiyentin sürətli bir şəkildə normal həyata qayıtması üçün vacibdir. Pasiyentlər əlavə olaraq infeksiya vəya rejeksiya simptomları hiss etdikləri anda həkimlə əlaqə saxlamalıdırlar.


Qaraciyər nəqlinin riskləri


Türkiyədə dünyada qaraciyər nəqlini ən uğurlu formada həyata keçirən ölkələrin başında gəlir. Lakin nadir də olsa, əməliyyatdan sonra risklərin meydana gəlmə şansı var. Potensial komplikasiyalar arasında nəql edilən orqanın ətrafındakı orqanlarda meydana gələn zədələr, qan damar tıxanıqlıqları, orqanın orqanizm tərəfindən qəbul edilməməsi yer alır. Bu risklərin ən aza endirilməsi üçün əməliyyatın peşekar həkimlər tərəfindən ən uyğun şəkildə həyata keçirilməsi vacibdir.


Qaraciyər nəqlinin potensial uzun-müddətli təsirlərini müşahidə etmək və qaraciyəri davamlı nəzarət altında saxlamaq vacibdir. Artan infeksiya riskini, orqanın orqanizm tərəfindən qəbul edilməməsini və immunitet sistemində meydana gələn dəyişiklikləri öncədən müəyyən etmək üçün davamlı həkim müayinəsinə getmək, analiz və testlər vermək məcburidir.


Qaraciyər nəqli əməliyyatı üçün niyə Türkiyəni seçməlisiniz?


Orqan nəqli kimi çətin cərrahiyyə prosedurlarından bəhs etdiyimiz zaman Türkiyənin dünyanın öndə gələn ölkələrindən biri olduğunu bilmək önəmlidir. Türkiyənin ən yaxşı klinikaları, dünyanın fərqli bölgələrindən gələn beynəlxalq pasiyentlərə ən son və müasir texnologiyalarla xidmət göstərirlər. Türkiyədə fəaliyyət göstərən klinikalar həm tibbi keyfiyyəti həm də pasiyent məmnuniyyətini ən yüksək səviyyədə tutmaq üçün JCI kimi qlobal qurumlar tərəfindən akredit olunmuşdur.


Hər il çox sayıda beynəlxalq turist həm endirimli qiymətə əməliyyat olmaq həm də yüksək xidmət keyfiyyəti əldə etmək üçün Türkiyəyə tibbi turizm məqsədli səyahət edir. Türkiyədə fəaliyyət göstərən transplantasiya həkimləri, keyfiyyətli klinikalar və xəstəxanalar yüksək uğur nisbəti ilə pasiyentlərə xidmət verməkdədir.


Qaraciyər transplantasiyası əməliyyatınız üçün Türkiyəni seçməyiniz üçün bəzi səbəblər aşağıdakı kimidir:


  • İnkişaf etmiş tibbi klinikalar: Türkiyə qabaqcıl klinikaları ilə qaraciyər nəqli üzrə dünyanın ən uğurlu ölkələrindən biridir. Klinikalar və klinikalarda fəaliyyət göstərən təcrübəli həkimlər müasir texnologiyaların yardımı ilə pasiyentlərə mümkün olan ən yüksək səviyyəli transplantasiya əməliyyatını təqdim edir.

  • Peşekar cərrahlar: Türkiyədə fəaliyyət göstərən klinikalar transplantasiya üzrə uğurlu cərrah və həkim heyyətinə malikdir.

  • Sərfəli qiymətlər: Türkiyədə qaraciyər nəqli əməliyyatı digər ölkələrlə müqayisədə daha ucuz və keyfiyyətli şəkildə həyata keçirdilir.

  • Qısa gözləmə müddəti: A-Medical vasitəçiliyi ilə Türkiyədə qaraciyər transplantasiyası əməliyyatı olmaq istəyən pasiyentlərin qısa gözləmə müddəti ilə vaxt itirmədən Türkiyəyə səfərlərini və müalicələrini təşkil edirik.

  • Yüksək uğur şansı: Türkiyədə hər il həyata keçirdilən qaraciyər nəqli əməliyyatlarının 95%-dən çoxu uğurlu bir şəkildə nəticələnir.

  • Turizm bölgələri: Türkiyədə müalicə olmağın üstünlüklərindən biri də, ölkənin çox sayda turizm bölgəsinə sahib olması və müalicədən sonra ölkənin zənginliklərini kəşf etməyə fürsət yaratmasıdır.


Türkiyədə Qaraciyər Transplantasiyasının Qiyməti


Türkiyədə qaraciyər transplantasiyasının qiyməti 35000$-40000$ aralığındadır. Bu qiymət yalnız A-Medical müştəriləri üçündür və bir sıra sağlamlıq turizmi xidmətləri ilə birlikdə tapa biləcəyiniz ən münasib qiymətdir. Türkiyədə qaraciyər transplantasiyası paketinə aşağıdakılar daxildir:


1) Həkim müayinəsi

2) Pasiyentin qan testləri, rentgenoloji müayinələr, HLA tiplənməsi

3) Donor qan testləri, radioloji testlər, HLA tiplənməsi

4) COVID-19 testləri

5) Standart otaqda 5-7 gün xəstəxanaya yerləşdirmə

6) 1 aylıq müşahidə

7) 1 aylıq oteldə qalmaq

8) Əməliyyat otağı haqqı


Bundan əlavə, A-Medical olaraq pasiyentlərə viza dəstəyi, səfər planının hazırlanması, Türkiyədə qonaqlama, dərman təminatı, həkim görüşü kimi məsələlərdə dəstək veririk.


Qaraciyər Müayinəsi üçün Tələb olunan Tibbi Testlər (Erkən Həkim Rəyi)


Siz qaraciyər transplantasiyası üçün uyğun olub olmadığınızı öyrənmək üçün Türkiyəyə getmədən, müəyyən tibbi analizləri bizə çatdırmaqla öyrənə bilərsiniz. Biz analizlərinizi sizin üçün Türkiyə klinikalarına göndərib cavabı sizə bildirəcəyik.


Türkiyədə qaraciyər transplantasiyası üçün tələb olunan tibbi testlər aşağıdakılardır :


  • Qarin boslugu uzi

  • Hemogram

  • Bun,Kreatinin

  • Alt GGT Albumin

  • Qan grubu

  • Bilirubinler

  • Na,K

  • Anti HCV

  • HB, Ag,

  • Anti HBS

Türkiyədə Qaraciyər Nəqli Üçün Ən Yaxşı Xəstəxanalar


Türk klinikalarının keyfiyyətoi və pasiyent məmnuniyyətləri JCI kimi beynəlxalq qürumlar tərəfindən təsdiqlənir. Qaraciyər nəqli əməliyyatı Türkiyədə bir çox xəstəxana və klinika tərəfindən ən yüksək keyfiyyətlə və endirimli qiymətə həyata keçirilməkdədir. Xəstəxanalarda və klinikalarda fəaliyyət göstərən həkimlər orqan nəqli sahəsində peşekar təcrübəli həkimlərdir.


Florence Nightingale


florence nightingale

Türkiyədə uzun illərdir fəaliyyət göstərən Florence Nightingale xəstəxanası qaraciyər nəqli əməliyyatlarında böyük uğur qazanması ilə tanınır. Son texnologiyalara və peşekar həkimlərə malik olan Florence Nightingale xəstəxanası pasiyentlərə ən keyfiyyətli tibbi xidmətləri təqdim edir. Xəstəxanada qaraciyər əməliyyatları Dr. Ahmet ATASEVER tərəfindən həyata keçirilir.


Medicana


medicana hospital

Medicana xəstəxanası Türkiyədə qaraciyər nəqli əməliyyatını uğurlu bir şəkildə həyata keçirən klinikalardan biridir. Medicana pasiyentlərə yüksək keyfiyyətli qaraciyər nəqli əməliyyatı xidməti göstərir. Xəstəxanada qaraciyər nəqli əməliyyatlarını Prof. Dr. Murat Tuncer həyata keçirdir.


Medipol


medipol hospital

Medipol Xəstəxanası Türkiyədə fəaliyyət göstərən tanınmış klinikalardan biridir. Xəstəxana qaraciyər nəqli də daxil olmaqla bir çox orqan nəqli əməliyyatlarını uğurlu bir şəkildə həyata keçirdir. Medipol xəstəxanasında qaraciyər nəqli əməliyyatları Onur YAPRAK, Murat DAYANGAÇÇağatay Aydın tərəfindən həyata keçirdilir.


Liv Xəstəxanası


liv hospital

Türkiyənin İstanbul şəhərində yerləşən Liv Hospital xəstəxanası qaraciyər transplantasiyası da daxil olmaqla pasiyentlərə bir çox tibbi xidmətlər təklif edir. Xəstəxana pasiyentlərə mümkün olan ən yaxşı tibbi xidmət göstərməyə sadiq olan transplantasiya cərrahları və qaraciyər mütəxəssisləri də daxil olmaqla yüksək ixtisaslı tibbi ekspertlərdən ibarət komandaya malikdir. Xəstəxanada qaraciyər nəqli əməliyyatları Prof. Dr. Volkan TuğcuProf. Dr. Həsən Taşçı tərəfindən həyata keçirdilir.


Acıbadem


acibadem hospital

Acıbadem Xəstəxanasında qaraciyər transplantasiyası proqramı yüksək uğur ehtimalı ilə həyata keçirdilir. Əməliyyatlarda öz sahəsində təcrübəli cərrahlar, anestezoloqlar və tibb bacıları yer alır. Acıbadem Xəstəxanasında qaraciyər nəqli əməliyyatı Prof. Dr. REMZİ EMİROĞLU tərəfindən həyata keçirilir.


Türkiyədə Qaraciyər Nəqli Əməliyyatı Haqqında (Qiymət, Müddət və Qonaqlama)


Türkiyə beynəlxalq xəstələr tərəfindən qaraciyər transplantasiyası üçün ən çox üstünlük verilən ölkələrdən biridir. Türkiyədə qaraciyər transplantasiyasının orta qiyməti 35000-40000$ aralığındadır. Bu qiymət yalnız A-Medical müştəriləri üçün keçərlidir və bir çox əlavə tibbi turizm xidmətlərini də ehtiva edir.


A-Medical sağlamlıq turizm şirkəti olaraq biz Türkiyədə qaraciyər transplantasiyası əməliyyatı olunmaq istəyən xəstələrə klinikalarla əlaqə saxlama, həkim qəbulu, viza dəstəyi, Türkiyəyə səyahət planlaması, qonaqlama dəstəyi, pulsuz tərcüməçi, xəstəxanaya pulsuz transfer, endirimli qiymətə müalicə, dərmanların alınmasını təmin edirik.


Əgər Türkiyədə qaraciyər transplantasiyası əməliyyatı olunmağa qərar veribsinizsə, bütün proses haqqında məlumat almaq və ən qısa zamanda xəstəxanaya göndərilməyinizi təmin etmək üçün bizimlə əlaqə saxlaya bilərsiniz.


Unutmayın ki, qaraciyər transplantasiyası əməliyyatının əvvəlindən sonuna qədər sizin vəziyyətinizi yaxından izləyir və yarana biləcək bütün məsələlərdə sizə dəstək oluruq.


Türkiyədə qaraciyər transplantasiyası əməliyyatı orta hesabla 4-8 saat çəkir. Əməliyyatdan sonra xəstələr 1 ay ərzində yaxından müşahidə və həkim nəzarətində olmalıdırlar.


Əgər sizdə bizim vasitəmizlə Türkiyədə qaraciyər transplantasiyası əməliyyatı olunmaq istəyirsinizsə və ya bu barədə məlumat almaq istəyirsinizsə əlaqə səhifəmiz və ya +90 533 423 35 48 Whatsapp nömrəmiz vasitəsilə bizimlə əlaqə saxlaya bilərsiniz.


Diqqətinizi çəkə bilər: Türkiyədə Böyrək Nəqli

Turkiyede Mualice, Türkiyədə Müalicə, Xaricdə Müalicə

Xüsusi güzəştli şərtlərlə xaricde mualice almaq istəyirsinizsə, A-Medical tibbi turizm şirkəti ilə əlaqəyə
keçərək ətraflı məlumat əldə edə bilərsiniz. A-Medical şirkəti Azərbaycanda tibbi turizm sahəsində 7 ildən artıq təcrübəsi ilə Türkiyədə müalicə və digər ölkələrdə
hər növ tibbi prosedurun yerinə yetirilməsini sizin üçün təşkil edir.

Xaricde mualice ilə bağlı hərhansı bir sualınız yarandığı halda sizə uyğun olan vasitə ilə bizimlə əlaqə saxlaya bilərsiniz.
A-Medical şirkəti Türkiyede müalice və digər ölkələrdə müayinə, müalicə və əməliyyat prosedurlarının yerinə yetirilməsi və xaricdə
müalicə təşkil olunması ilə bağlı 7 ildən artıq təcrübəsi ilə sağlamlığınızı geri qaytarmaq üçün xidmətinizdədir.


Pulsuz konsultasiyadan yararlan

Qısa formu dolduraraq pulsuz konsultasiyaya yazıl və sağlamlığın üçün ən doğru seçimi birgə təyin edək

Bir kliklə Whatsapp-a yazın