+99410 310 93 33

WHATSAPPA YAZIN

BLOQ

Sümük İliyi Transplantasiyası Donor Analizi (Türkiyəyə Getmədən)


Sümük iliyi transplantasiyası zədələnmiş vəya funksiyasını itirmiş sümük iliyinin sağlam sümük iliyi ilə əvəz edilməsini əhatə edən tibbi prosedurdur. Sümük iliyi sümüklərin içərisində olan və qan hüceyrələrinin yaradılmasına kömək edən yumşaq toxumadır. Sümük iliyi transplantasiyası zamanı sağlam donordan alınan sümük iliyi, pasiyentin zədələnmiş sümük iliyi ilə əvəz edilir.


Bir çox halda həkimlər pasiyentin sağlamlığı üçün sümük iliyi transplantasiyasının zərurət olduğuna qənaət gətirə bilərlər. Sümük iliyi transplantasiyası məcburiyyətinin yarana biləcəyi hallar aşağıdakı kimidir:


  1. Pasiyent qan hüceyrələrinin yaradılmasına zərər verən qan xərçəngi (leykoz) kimi xəstəliklər

  2. Pasiyentin qan hüceyrələrinin yaradılmasına mane törədən anadangəlmə xəstəliklər

  3. Pasiyentin xərçəng müalicəsi zamanı kimyaterapiya və şüa müalicəsi alması və bunun nəticəsində sümük iliyinin zərər görməsi

  4. Aplastik anemiya səbəbilə sümük iliyinin kifayət qədər qırmızı qan hüceyrəsi yarada bilməməsi

  5. Miyelodisplastik sindrom vəya miyelofibroz kimi sümük iliyi xəstəlikləri

  6. Qan hüceyrələrinin istehsalına təsir edən immun çatışmazlığı problemləri

  7. Öncədən sümük iliyi transplantasiyası keçirən lakin transplantasiya edilən sümük iliyinin normal qan hüceyrələrinin istehsalında uğursuz olması


Sümük iliyi transplantasiyası zamanı donorun sağlamlığı və donorun sümük iliyinin pasiyentin sümük iliyi ilə uyğunluq təşkil etməsi vacib yer tutur. Əgər donorun sümük iliyi pasiyentin sümük iliyi ilə uyğunluq təşkil etmirsə, bu zaman pasiyentin orqanizmi həmin sümük iliyini qəbul etməyə və ciddi fəsadlar yarana bilər. Donor transplantasiyası zamanı vacib olan bir digər məqam isə, sümük iliyi nəqli sonrasında sürətli sağalma və tez bərpa olunma müddətidir. Adətən transplantasiya sonrasında sümük iliyi öz funksiyasını icra etməyə başlasa da, bəzi hallarda sümük iliyinin qan hüceyrələri istehsalına gec başlaması da görülə bilər.


Sümük iliyi transplantasiyası üçün donor analizi nədir?


Donor analizi sümük iliyi transplantasiyası üçün potensial donorun qiymətləndirilməsi və analizdən keçirilməsi prosesidir. Bu, pasiyent üçün uyğun donor tapmaq prosesində mühüm addımdır. Donor analizinin məqsədi sümük iliyi resipiyentinkinə uyğun gələn və uğurlu transplantasiya təmin edə biləcək donoru müəyyən etməkdir.


Sümük iliyi transplantasiyası üçün donor analizində istifadə edilə bilən bir neçə fərqli test növü var. Misal olaraq, HLA testi (insan leykosit antigeni) donor və alıcının sümük iliyi arasında uyğunluğu müəyyən etmək üçün istifadə olunur. HLA analizi zamanı ağ qan hüceyrələrinin səthindəki zülalların uyğun olub olmadığını müəyyən edilir. Donor analizində istifadə oluna biləcək digər testlərə infeksiyaların və ya digər sağlamlıq vəziyyətinin olub olmadığını yoxlamaq üçün qan testləri və donorun sağlam olmasını təmin etmək üçün fiziki müayinələr daxildir.


Sümük iliyinin donorluğu prosesi fiziki və emosional cəhətdən tələbkar ola biləcəyi üçün donorun sümük iliyini verməzdən əvvəl sağlamlığının yaxşı olması vacibdir. Donorlar yaxşı fiziki formada olmalı və hər hansı infeksiya və ya digər sağlamlıq problemlərindən azad olmalıdırlar.


Sümük İliyi Transplantasiyası Üzrə Türkiyənin Qabaqcıl Xəstəxanası Acıbadem Hospitalda Donor Analizi Əldə Edin (Türkiyəyə Getmədən)


Sümük iliyi transplantasiyası pasiyent üçün yorucu və vaxt alan bir prosesdir. Xüsusilə sağlam donorun tapılması və donorun pasiyent ilə uyğunluğunun müəyyən edilməsi vaxt alan bir prosesdir. Donorun sağlam və xəstənin genotipinə uyğun olması üçün donor analizi isə bu prosesin bir başqa aspektidir.


Pasiyentləri bu əziyyətli və vaxt alan proseslərdən azad etmək üçün A-Medical olaraq Azərbaycanda fəaliyyət göstərən Limbak Laboratoriyası ilə əməkdaşlıq edirik. Bizə müraciət etməklə siz və birinci dərəcəli qohumunuz Bakıda fəaliyyət göstərən Limbak laboratoriyasında sümük iliyi nəqli üçün analiz verə bilər və bu analizlərin Türkiyənin sümük iliyi nəqli üzrə qabaqcıl xəstəxanası olan Acibadem Xəstəxanasına göndərilməsini təmin edə bilərsiniz. 


Bizə müraciət etməklə siz nələr əldə edəcəksiniz?


  1. Türkiyəyə səyahət etmədən analizlərinizi Acıbadem Xəstəxanasına göndərmə fürsəti

  2. Aviabilet, otel xərci və əlavə analiz xərcindən azad olma imkanı

  3. TÜRKÖK donor məlumat bazasından donor tapmaq imkanı

  4. Yalnız A-Medical müştəriləri üçün 1300 AZN-ə qohum donor analizi, analizin Türkiyə Acibadem Xəstəxanasına göndərilməsi və TÜRKÖK donor məlumat bazasından donor axtarışı


Donor analizi zamanı sizin və birinci dərəcəli qohumunuzun sümük iliyi analizləri aparılır və bu analizlər Türkiyənin sümük iliyi transplantasiyası üzrə lider klinikası olan Acıbadem Klinikasına göndərilir. Analizlərin nəticəsində qohumunuzun sizə donor ola bilməyəcəyi aşkar edilərsə, o zaman yeni donor axtarışı üçün analiziniz Türkiyənin ən geniş donor məlumat bazası olan TÜRKÖK-ə əlavə ediləcək. Bu zaman siz sürətli və asan bir şəkildə donor tapma imkanı əldə edə biləcəksiniz.


Artıq bizim vasitəmizlə ölkənizi tərk etmədən sümük iliyi nəqli üçün donor tapmaq proseslərinin hamsısını asanlıqla həll edə biləcəksiniz. Səyahət üçün aviabilet və qonaqlama üçün otel xərcləri, eləcə də analiz üçün əlavə xərclər çəkmədən A-Medical tibbi turizm şirkətinə müraciət etməklə siz Türkiyənin aparıcı klinikası olan Acibadem klinikasından sümük iliyi nəqli üçün donor analizi əldə edə bilərsiniz.


Limbak Laboratoriyası

A-Medical Contact - +99410 310 9333

Limbak Laboratoriyası ilə əlaqə - (012) 539 96 37


Qohum olmayan sümük iliyi donoru olmaq üçün şərtlər nələrdir?


Pasiyent ilə qohumluq əlaqəsi olmayan lakin donor olmaq istəyənlər üçün donor olmaq şərtləri aşağıdakı kimidir:


  1. Ümumi sağlamlığınız yaxşı olmalıdır: Donor olmaq üçün ən vacib şərt ümumi sağlamlığınızın yaxşı olması və heç bir tibbi xəstəliyinizin olmamasıdır. Donor analizi zamanı heç bir xəstəlik sahibi olmadığınızı müəyyən etmək üçün müəyyən qan və fiziki analizlərdən keçməli olacaqsınız.

  2. 18-55 yaş aralığında olmalısınız: Sümük iliyi donoru olmaq üçün lazım gələn əsas şərtlərdən biri də 18-55 yaş aralığıdır. Əgər siz 18 yaşından kiçik vəya 55 yaşdan böyüksünüzsə, bu o deməkdir ki, donor olmaq üçün uyğun deyilsiniz. Adətən sümük iliyi nəqlində donor nə qədər cavandırsa, sümük iliyi də o qədər sağlam olur.

  3. Tibbi müayinələrə hazır olmalısınız: Əgər pasiyent üçün uyğun donor namizədi olduğunuz aşkar edilərsə o zaman müəyyən tibbi müayinələrdən keçməyə hazır olmalısınız. Qan testləri, fiziki müayinə və xəstəlik keçmişiniz detallı şəkildə incələnəcək.


Siz A-Medical vasitəçiliyi ilə Limbak Laboratoriyasında sümük iliyi nəqli üçün donor analizi olunarkən yuxarıdakı əsas göstəricilər diqqətə alınacaq. Analiz nəticəsində sizin və donorunuzun nəticələri Türkiyənin sümük iliyi transplantasiyası üzrə aparıcı xəstəxanası Acibadem Xəstəxanasına göndəriləcək.


Sümük iliyi transplantasiyası üçün donor namizədinin uyğunluğu necə müəyyən edilir?

Donor olaraq görülən namizədin sümük iliyi nəqli üçün toxuma uyğunluğunu müəyyən etmək üçün kiçik qan nümunəsi götürülür və analiz üçün laboratoriyaya göndərilir. Toxuma uyğunluğunun analizi prosesi adətən 3-5 iş günü içində nəticələnir. Analizin təhlili və donorun toxuma qrupunun resipiyentlə uyğunluğunu təsdiqləmək üçün xüsusi texnologiya və üsullardan istifadə edilir.


A-Medical olaraq sizə təqdim etdiyimiz endirim və üstünlüklərlə donor analizi olunmaq istəyirsinizsə, bizimlə əlaqə səhifəmiz və ya əlaqə nömrəmiz (+90 533 423 35 48 - Whatsapp) vasitəsilə əlaqə saxlaya bilərsiniz.

Turkiyede Mualice, Türkiyədə Müalicə, Xaricdə Müalicə

Xüsusi güzəştli şərtlərlə xaricde mualice almaq istəyirsinizsə, A-Medical tibbi turizm şirkəti ilə əlaqəyə
keçərək ətraflı məlumat əldə edə bilərsiniz. A-Medical şirkəti Azərbaycanda tibbi turizm sahəsində 7 ildən artıq təcrübəsi ilə Türkiyədə müalicə və digər ölkələrdə
hər növ tibbi prosedurun yerinə yetirilməsini sizin üçün təşkil edir.

Xaricde mualice ilə bağlı hərhansı bir sualınız yarandığı halda sizə uyğun olan vasitə ilə bizimlə əlaqə saxlaya bilərsiniz.
A-Medical şirkəti Türkiyede müalice və digər ölkələrdə müayinə, müalicə və əməliyyat prosedurlarının yerinə yetirilməsi və xaricdə
müalicə təşkil olunması ilə bağlı 7 ildən artıq təcrübəsi ilə sağlamlığınızı geri qaytarmaq üçün xidmətinizdədir.


Pulsuz konsultasiyadan yararlan

Qısa formu dolduraraq pulsuz konsultasiyaya yazıl və sağlamlığın üçün ən doğru seçimi birgə təyin edək

Bir kliklə Whatsapp-a yazın