facebook
İsveçrədə Müalicə | Ən Məşhur Müalicələr və Klinikalar,A-Medical - Türkiyədə Müalicə, xaricdə müalicə və tibbi turizm sahəsində 7 ildən artıq təcrübə ilə Turkiyede və xaricde mualice xidməti göstəririk!

Bugün xaricdə müalicə haqqında danışdığımız zaman, İsveçrədən bəhs etməmək mümkün deyil. Bunun səbəbi, İsveçrənin dünyanın ən qabaqcıl və ən inkişaf etmiş səhiyyə sisteminə malik olmasıdır.


İsveçrə hər il 30,000-dən çox tibbi turisti ölkəyə qəbul edir. Dünyanın ən böyük özəl klinikasının fəaliyyət göstərdiyi İsveçrədə sayısız JCI akredit olunmuş klinika mövcuddur. İsveçrədə yer alan klinikalar eyni zamanda ISO sertifikatlarına malikdir.


Lozanna, Bern və Cenevrə kimi şəhərlər dünya səviyyəli səhiyyə infrastrukturunun olması səbəbindən tibbi turistlərin maksimum diqqətini cəlb edir.


İsveçrə hal-hazırda müasir xərçəng müalicəsi üsulları, IVF müalicəsi, narkomaniya müalicələri və psixoterapiya müalicələrində qlobal miqyasda ən yüksək müvəffəqiyyət dərəcələrinə malikdir.


Bu yazıda İsveçrədə müalicə ilə bağlı təfərrüatlardan danışacağıq. İsveçrədə necə müalicə ala biləcəyinizi, eləcə də İsveçrədə müalicə qiymətləri, ən yaxşı klinikalar və müalicə növləri haqqında daha ətraflı məlumat üçün yazımızı oxumağa davam edin.


İsveçrədə müalicənin üstünlükləri və xüsusiyyətləri


İsveçrə artıq uzun illərdir ki, tibbin bütün sahələrində ən yüksək səviyyəli tibbi xidməti verməkdədir. Ölkənin səhiyyə sistemi bütün növ müalicələr üçün əlçatandır. İsveçrənin səhiyyə infrastrukturu yüksək ixtisaslı tibb mütəxəssisləri, qabaqcıl texnologiya və pasiyent mərkəzli yanaşma ilə hər il bir əvvəlki ilə nisbətən daha da güclənir.


İsveçrə Avropanın ən yaxşı səhiyyə sisteminə malikdir


İsveçrə təkcə bankları, şokoladları, saatları və sosial rifahı ilə deyil, həm də ölkəni digər Avropa ölkələrindən fərqləndirən müstəsna səhiyyə sistemi ilə tanınır.


İnkişaf etmiş səhiyyə sistemi olan İsveçrədə siz hərtərəfli müalicə üsullarını tapa bilərsiniz. Başqa yerlərdə istifadə edilən standart prosedurlardan fərqli olaraq, İsveçrədə klinikalar tək bir müalicə proseduruna əsaslanmaq yerinə, pasiyentlərə xüsusi tibbi müalicə proqramları hazırlayır. 


Qeyd etmək lazımdır ki, İsveçrə hər bir sakinin əlverişli və keyfiyyətli tibbi xidmətə çıxışını təmin etmək üçün icbari əsas tibbi sığortanı məcburi hala gətirmişdir.


Milli Sağlamlıq İnstitutlarına görə İsveçrənin dünyanın ən yaxşı səhiyyə sistemi olmasının əsas səbəbləri aşağıdakılardır:


  • İsveçrə vətəndaşları tibbi sığorta almağa məcburdurlar.

  • Hökumət aztəminatlı şəxslərin sığortasını subsidiyalaşdırır.

  • Xəstələr bütün səviyyələrdə səhiyyə xidmətlərindən istifadə edə bilərlər.

  • Xəstələr müalicə üçün istədikləri klinikaları seçməkdə sərbəstdirlər.

  • Səhiyyə xidmətləri üçün gözləmə müddəti yoxdur.


Tibbin bütün sahələrində ən yaxşı həkimlər İsveçrədədir


İsveçrədə tibbin bütün ixtisasları üzrə ən yaxşı həkimləri tapmaq mümkündür. Hazırda İsveçrə səhiyyə sistemi, həkimlərin klinikalarda fəaliyyət göstərə bilmələri üçün 20 ildən artıq təcrübə şərti axtarır. Yəni, İsveçrənin ən yaxşı klinikalarında həkim işləmək üçün namizədlər 20 il boyunca müxtəlif klinika və xəstəxanalarda işləməyə məcburdurlar.


Yalnız yüksək ixtisaslı cərrahlar və mütəxəssis həkimlər deyil, hətta tibb bacıları da öz sahəsində mütəxəssisdirlər.


İsveçrədə gözləmə müddəti olmadan müalicə oluna bilərsiniz


Müalicə turizmi dedikdə insanların ağlına ilk olaraq müəyyən gözləmə müddətləri gəlir. Pasiyentlər qısa müddətdə axtardıqları tibbi xidməti əldə etmək üçün fərqli ölkələrə gedirlər. İsveçrə bu ölkələr arasında heç gözləmə müddəti olmayan yeganə ölkədir. Bu, xüsusilə fövqaladə hallar üçün önəm kəsb edir.


İsveçrədə mütəşəkkil və müntəzəm səhiyyə sistemi var. Bu səbəbdən arzu edən hər kəs heç bir gözləmə müddəti olmadan gəlib İsveçrədə müalicə oluna bilər.


İsveçrədə müalicə innovativ texnologiyalar və metodların istifadəsi ilə həyata keçirilir


İsveçrə fərdi müalicə yanaşması ilə məşhurdur. Müalicə proseduru və müalicə ilə əlaqəli xərclər fərdi müalicə proqramı yaradıldıqdan sonra müəyyən edilir.


Fərdi müalicə üçün innovativ yanaşmalar və qabaqcıl texnologiya lazımdır və İsveçrə hər iki baxımdan üstünlüklərə sahib bir ölkədir.


İsveçrə tibbi turizm sahəsindəki ən güclü ölkələrdən biridir


İsveçrə hər il on minlərlə tibbi turisti qəbul edir, bu da ölkəni tibbi xidmət almaq üçün məşhur bir məkana çevirir. Bunun nəticəsidir ki, ölkədəki bütün klinikalarda tibbi turizm xidmətləri və xarici pasiyentlər üçün müxtəlif protokollar mövcuddur. 


İsveçrədə və xaricdə müalicə: qiymətlərin müqayisəsi


İsveçrə səhiyyə sisteminin üstünlüklərinə əlavə olaraq, xüsusilə qiymət baxımından bəzi çatışmazlıqlar olduğunu da qeyd etmək lazımdır. İsveçrədə müalicənin qiyməti kifayət qədər yüksəkdir. Bununla belə, yüksək qiymətə baxmayaraq, İsveçrə səhiyyə sistemi xəstələrə dünyada mövcud olan ən yüksək tibbi xidmət keyfiyyətini təklif edir.


Amerika Birləşmiş Ştatları (ABŞ) və Böyük Britaniya (İngiltərə) kimi ölkələrlə müqayisədə İsveçrədə müalicə xərcləri yüksəkdir.


İsveçrədə məşhur tibbi prosedurlar:


İsveçrə aşağıdakı tibbi prosedurlar üzrə dünyanın müxtəlif ölkələrindən pasiyentlərin diqqətini çəkir:


  • Onkologiya

  • Reabilitasiya

  • Sonsuzluğun müalicəsi

  • Asılılığın müalicəsi

  • Psixoloji və psixiatrik müalicə

  • Göz və oftalmoloji müalicələr

  • Ortopedik cərrahiyyə

  • Ürək prosedurları

  • Tibbi müayinə proqramları

  • Diş prosedurları

  • Plastik/kosmetik əməliyyatlar


İsveçrə klinikalarının ən yüksək uğur əldə etdiyi tibbi prosedurlar isə aşağıdakı kimidir:


  • Xərçəng müalicələri

  • Asılılığın müalicəsi

  • PIsixiatrik müalicələr

  • Terapiyalar

  • Reabilitasiya

  • Həkimdən ikinci rəy alınması və diaqnoz


İsveçrənin ən yaxşı klinikaları


İsveçrədə kəşf edə biləcəyiniz çoxsaylı klinikalar var. A-Medical sağlamlıq turizmi şirkəti olaraq biz yalnız şəxsən baş çəkdiyimiz və ciddi keyfiyyətə nəzarət meyarlarımıza cavab verən klinikaları tövsiyə edirik. Bu səhifədə bu klinikalar haqqında məlumat tapa bilərsiniz.



Klinika

Ünvan

Təcrübə

Neoviva Clinic

Lake Lucerne, Switzerland

Reabilitasiya və aludəçilik müalicəsi

Merian Iselin Clinic

Föhrenstrasse 2, 4009 Basel, Switzerland

Ortopedika müalicələri

Klinik Hirslanden

Witellikerstrasse 40

8032 Zürich

Kardiologiya, Visseral Cərrahiyyə, Neyrologiya, Ortopediya, Ginekologiya və Mamalıq

Hirslanden Clinique des Grangettes

Chem. des Grangettes, 1224 Chêne-Bougeries, Switzerland

Doğum şöbəsi, İxtisaslaşdırılmış Cərrahiyyə, Kardiologiya, Onkologiya, Pediatriya, Radiologiya

Hôpital de La Tour

Av. J.-D.-Maillard 3, 1217 Meyrin, Switzerland

İdman Təbabəti, Ortopediya, Onkologiya və Bariatrik Cərrahiyyə

Clinique de Genolier

Rte du Muids 3, 1272 Genolier, Switzerland

Ümumi müalicə və oteldə qonaqlama üçün ən yaxşısı.

Clinique Nescens

Rte du Muids 5, 1272 Genolier, Switzerland

Estetik müalicə və IVF müalicələri üçün ən yaxşısı.

The Kusnacht Practice

Zollikerstrasse 60, 8702 Zollikon, Switzerland

Müalicə müddətində dəbdəbəli villada qonaqlamaq istəyənlər üçün ən yaxşısı.


İsveçrədə necə müalicə almaq olar?


A-Medical sağlamlıq turizm şirkəti İsveçrədə müalicə almaq istəyən xəstələrə geniş imkanlar təklif edir.


Əgər siz də İsveçrədə müalicə almaq istəyirsinizsə, bizimlə əlaqə saxlamağınız kifayətdir. Biz sizin üçün bütün lazımi hazırlıqları görəcəyik və bütün addımları atacağıq.


Niyə A-Medical İsveçrədə müalicəniz üçün ən yaxşı provayderdir?


  • Biz sizin mövcud vəziyyətinizlə bağlı ən yaxşı müalicəni təklif edən klinikanı tapırıq

  • Sizin üçün ən yüksək müvəffəqiyyət dərəcəsi olan həkimi tapırıq

  • Biz klinikalarla əlaqə saxlayırıq və bütün müsahibələri edirik

  • Lazımi sənədlərin tərcümə olunaraq klinikaya göndərilməsini təmin edirik

  • Səyahət planınızı xüsusi olaraq hazırlayırıq

  • Viza dəstəyi təklif edirik

  • Klinikaya pulsuz transfer və tərcüməçi dəstəyi təqdim edirik

  • Yerində endirimlərdən yararlanmağınıza kömək edirik


Müalicələriniz və cərrahiyyə əməliyyatlarınız üçün İsveçrəni seçməyin bir çox üstünlüyü var, lakin A-Medical tibbi turizm şirkətinə üstünlük vermək, İsveçrədə müalicənizin unudulmaz bir xatirəyə çevrilməsinə imkan yaradır. Müalicəniz üçün A-Medical tibbi turizm şirkətini seçdiyiniz zaman siz bir sıra eksklüziv kampaniyalardan yararlanma fürsətini əldə edə bilərsiniz.


Mobil: (+994 10) 310 93 33

Whatsapp: +994 10 310 93 33 

Email: [email protected]

Ünvan: Neftchiler 151, AZ 1010, Bakı, Azərbaycan

A-Medical: High Quality & Affordable Medical Treatment Abroad

Xüsusi güzəştli şərtlərlə xaricde mualice almaq istəyirsinizsə, A-Medical tibbi turizm şirkəti ilə əlaqəyə
keçərək ətraflı məlumat əldə edə bilərsiniz. A-Medical şirkəti Azərbaycanda tibbi turizm sahəsində 7 ildən artıq təcrübəsi ilə Türkiyədə müalicə və digər ölkələrdə
hər növ tibbi prosedurun yerinə yetirilməsini sizin üçün təşkil edir.

Xaricde mualice ilə bağlı hərhansı bir sualınız yarandığı halda sizə uyğun olan vasitə ilə bizimlə əlaqə saxlaya bilərsiniz.
A-Medical şirkəti Türkiyede müalice və digər ölkələrdə müayinə, müalicə və əməliyyat prosedurlarının yerinə yetirilməsi və xaricdə
müalicə təşkil olunması ilə bağlı 7 ildən artıq təcrübəsi ilə sağlamlığınızı geri qaytarmaq üçün xidmətinizdədir.


Pulsuz konsultasiyadan yararlan

Qısa formu dolduraraq pulsuz konsultasiyaya yazıl və sağlamlığın üçün ən doğru seçimi birgə təyin edək

Bir kliklə Whatsapp-a yazın