A-Medical: High Quality & Affordable Medical Treatment Abroad
Sağlamlıq hər kəs üçün ən vacib və ən maraqlı mövzulardan biridir. Xaricdə müalicə almaq isə başlı başına detallı araşdırma və planlaşdırma tələb edən bir mövzudur. Doğru həkimi və klinikanı tapmaq, tapdığınız klinikanın sizin xəstəliyinizə yönəlik ən doğru müalicə metodunu təqdim etdiyindən əmin olmaq və müalicə prosesində qarşılaşa biləcəyiniz vəziyyətləri öncədən anlamaq bir çox insan üçün çətin ola bilər.
Türkiyə sərfəli qiymətlərlə və xidmət keyfiyyəti ilə dünyanın dörd bir yanından turistlərin diqqətini cəlb edən bir ölkədir. Lakin hələ də bir çox insan Türkiyədə müalicə almaq üçün nə etməli olduqlarını, müalicə zamanı nələrlə qarşılaşa biləcəklərini və müalicə prosesinin başından sonuna qədər nələr etməli olduqlarını bilmir. Bu yazımızda müalicə üçün Türkiyəyə səyahət etməzdən əvvəl tibbi xidmətlərin keyfiyyəti, müalicə qiymətləri, dil və əlaqə, leqal və etik mövzular daxil olmaqla bir çox mövzuya dərinləməsinə toxunacağıq.
Türkiyə son illərdə tibbi turizm sahəsində xarici vətəndaşlar tərəfindən ən çox bəyənilən destinasiyalardan biri halına gəlib. Uyğun qiymətlərlə yüksək keyfiyyətli tibbi xidmət axtaranlar Türkiyədə diş müalicəsi, ortopedik və travmatoloji müalicələr, estetik və plastik cərrahiyyə, onkologiya və daha bir çox müalicə prosedurunu rahatlıqla əldə edə bilirlər. Türkiyə müasir tibbi xidmətlərlə yanaşı eyni zamanda hamamlar və SPAlar vasitəsilə alternativ tibb prosedurlarının tətbiqinə də böyük yer verən bir ölkədir. Bu ənənəvi müalicə metodları xarici turistlər üçün bənzərsiz və maraqlı təcrübə deməkdir.
Türkiyə səhiyyəsi ölkəni tibbi məqsədlərlə ziyarət edən turistlər üçün bir sıra üstünlüklər təqdim edir.
JCI (Joint Commission International) səhiyyə təşkilatlarını keyfiyyət və təhlükəsizlik standartlarına görə akkreditasiya edən qlobal səviyyədə tanınan təşkilatdır. Türkiyə dünyada ən çox JCI akkreditasiyalı xəstəxanaya ev sahibliyi edən ölkələrdən biridir.
Türkiyənin əlverişli coğrafi mövqeyi onu müalicəvi turizm üçün cəlbedici edən amillərdən biridir. Avropa və Asiyanın kəsişməsində yerləşən ölkəyə dünyanın bir çox yerindən asanlıqla getmək olar.
Türkiyəni müalicə turizmi üçün məşhur bir məkana çevirən ən mühüm amillərdən biri də tibbi xidmətlərin münasib qiymətlərə təqdim olunmasıdır. Bir çox Qərb ölkələri ilə müqayisədə Türkiyədə tibbi müalicə daha sərfəli qiymətə həyata keçirdilir.
Türkiyənin tibbi turizm sənayesi beynəlxalq xəstələrə ən yüksək keyfiyyətli tibbi xidməti göstərməsi ilə tanınır. Ölkədə çoxlu sayda yüksək təcrübəli tibb mütəxəssisləri və beynəlxalq standartlara cavab verən yaxşı təchiz olunmuş tibb müəssisələri fəaliyyət göstərir.
Türkiyədə bir çox tibb işçisi öz təhsil və təlimlərini həm ölkə daxilində, həm də xaricdə aparıcı universitet və tibb müəssisələrində alıb. Bundan əlavə, ölkədə tibbi mütəxəssislərin ən son tibbi texnologiya və texnikalarla müntəzəm olaraq yenilənməsini təmin edən inkişaf etmiş tibb təhsili sistemi mövcuddur.
Müasir avadanlıqların, innovativ müalicə üsullarının və təcrübəli tibb mütəxəssislərinin birləşməsi xəstələrə ən son tibbi texnologiyalar və müalicə üsullarını təqdim etməklə Türkiyənin tibbi turizmin aparıcı istiqamətinə çevrilməsinə kömək etmişdir.
Türkiyədə bir çox tibb mütəxəssisinin ingilis və digər xarici dilləri mükəmməl bilməsi beynəlxalq xəstələrin öz həkimləri və digər səhiyyə işçiləri ilə ünsiyyətini asanlaşdırır.
Türkiyədə müalicə almaqla müalicə prosesinizi tətilə çevirə bilərsiniz. Ölkə zəngin mədəni irsi, gözəl mənzərələri və turizm bölgələri ilə tanınır. Siz Türkiyədə müalicə alarkən ölkənin turizm bölgələrinə rahatlıqla gedə bilər, ölkənin mədəniyyəti,mətbəxi və görməli yerləri ilə tanış ola bilərsiniz.
Türkiyənin tibbi xidmətləri və turistik yerlərinin birləşməsi beynəlxalq xəstələrə müalicələrini tətilə çevirmək imkanı verir. Ölkə zəngin mədəni irsi, gözəl mənzərələri və zəngin tarixi ilə tanınır, xəstələrə Türkiyənin təklif etdiyi hər şeyi araşdırmaq və həzz almaq imkanı verir. Buraya tarixi yerləri ziyarət etmək, çimərlikdə dincəlmək və ya ənənəvi türk mədəniyyəti və mətbəxi ilə tanış olmaq daxildir.
Türkiyə daha çox saç əkimi, plastik və estetik cərrahiyyə, sümük iliyi transplantasiyası, diş müalicələri, transplantasiya və onkologiya sahələrindəki uğuru ilə sağlamlıq turizmi sahəsində nüfuz qazanıb. Türkiyədə müalicə qiymətləri ilə bağlı aşağıdakı cədvəldən məlumat ala bilərsiniz.
Müalicə prosedurları | Qiymətlər |
Saç əkdirmə | 2050$ |
Ümumi üz gərdirmə | 13400$ |
Check up | 580$-dan 3200$ qədər |
Bariatrik cərrahiyyə | 3400$ |
Böyrək & Qaraciyər Nəqli | 14000$-dan 65000$-a qədər |
Sümük iliyi nəqli | 31000$-dan 68000$-a qədər |
Türkiyədə müalicə almağı düşünürsünüzsə, müalicə proseslərinizi planlaşdırmadan öncə bu yazımızı oxumağınızı tövsiyyə edirik. Türkiyədə müalicə zamanı keyfiyyətli tibbi xidmət və yüksək müalicə təcrübəsi yaşaya bilərsiniz lakin səyahətə başlamazdan öncə müalicə zamanı nələrlə qarşılaşacağınızı bilmək vacibdir.
Keçmişdə tibbi turizm məqsədilə xaricə səfər etməyibsinizsə və Türkiyə sizin ilk tibbi turizm məqsədli destinasiyanız olacaqsa, o zaman müalicə prosesinizi asanlaşdırmaq üçün bilməli olduğunuz bəzi məlumatlar var. Nələrə diqqət etməli olduğunuz haqqında danışmazdan öncə onu qeyd etməliyik ki, Türkiyədə müalicə olmaq çətin deyil. Doğru araşdırma, planlaşdırma və qarşılaşacağınız vəziyyətləri öncədən bilərək asanlıqla Türkiyədə müalicə ola bilərsiniz.
Gəlin Türkiyədə müalicə prosesinizi asanlaşdıracaq tövsiyyələrimizə keçid edək.
Türkiyədə saysız-hesabsız klinikalar və xəstəxanalar var və onların bir çoxu xidmət keyfiyyəti baxımından Avropa standartlarına cavab verir. Ancaq əziyyət çəkdiyiniz tibbi problem üçün ən yaxşı müalicəni təklif edən klinikanı və həkimi tapmaq üçün araşdırma aparmalı olacaqsınız. Müalicənizi uğurla başa çatdırmaq və özünüzü etibarlı əllərə əmanət etmək üçün düzgün klinika və həkim tapmaq vacibdir.
Əksər tibbi proseslərdə olduğu kimi, sağlamlıq turizmində də əvvəlcədən planlaşdırma çox vacibdir. Müalicə prosesinizi və ya səyahət prosesinizi bütün detalları ilə planlaşdırmalısınız. Planlaşdırmalı olduğunuz şeylər arasında Türkiyəyə gəldiyiniz zaman klinikaya necə çatacağınız, müalicə prosesi zamanı harada qalacağınız və daha çox detal olacaq.
Sağlamlıq turizminə gəldikdə, mümkün gözlənilməz hallar qaçılmazdır. Həmişə gözlənilməz qeyri-adi vəziyyətlə qarşılaşa bilərsiniz. Müalicə prosesində və ya səyahət zamanı baş verə biləcək mümkün ssenarilər haqqında öyrənmək üçün tibbi turizm şirkəti ilə əməkdaşlıq edə və ya konsultasiya xidməti əldə edə bilərsiniz bilərsiniz.
Biz A-Medical sağlamlıq turizmi şirkəti olaraq xaricdə müalicə almaq istəyən müştərilərə konsultasiya xidmətləri göstərməklə yanaşı, xaricdə müalicə prosesini tam idarə edir və pasiyentlərin sağlamlıqlarını geri qazanmalarına kömək edirik. Xaricdə müalicə almaq və bütün prosesi təcrübəli sağlamlıq turizmi şirkətinə həvalə etmək istəyirsinizsə əlaqə səhifəmiz və ya nömrəmiz vasitəsilə bizimlə əlaqə saxlaya bilərsiniz.
Əgər Türkiyədə müalicə almaq istəyirsinizsə, bilməlisiniz ki, ödənişi həmişə klinikaya və ya xəstəxanaya ödəməlisiniz. Müalicə prosesində xoşlamadığınız bir vəziyyət yaranarsa və ya müalicə prosesiniz uğursuz idarə olunursa bu nüans ödənişinizi geri almanızı asanlaşdıracaq.
Türkiyədə saysız-hesabsız uğurlu həkimlər var. Türkiyədə müalicə üçün yalnız klinika yox, həkim araşdırması da etmək lazımdır. Seçdiyiniz həkimlərin müalicə olunmaq istədiyiniz xəstəliklə bağlı təcrübəsi olub-olmadığını və onların keçmişdə almaq istədiyiniz müalicə ilə bağlı işləyib işləmədiklərini öyrənməlisiniz.
Türkiyədə müalicə aldığınız zaman seçdiyiniz klinikadan endirim tələb etməlisiniz. Bir çox klinika və xəstəxana sadəcə tibbi turizm şirkətinin vasitəçiliyi ilə gələn pasiyentlərə endirim tətbiq etsə də, siz yenə də şansınızı sınaya bilərsiniz.
Türkiyədə xəstəxana və klinikalar müxtəlif otellərlə əməkdaşlıq edir. Müalicə prosesində keyfiyyətli oteldə qalmaq istəyirsinizsə, klinika ilə əməkdaşlıq edən otellərdən endirimlər tələb edə bilərsiniz. Unutmayın ki, endirimi birbaşa klinikadan tələb etməlisiniz.
Xəstəxanalar xarici xəstələr üçün pulsuz transfer xidməti təklif edir. Türkiyəyə gəldiyiniz zaman klinikaya necə gedəcəyinizi düşünməklə məşğul olmamaq üçün xəstəxananın pulsuz transfer xidmətindən yararlanmalısınız.
Müalicə aldığınız klinikanın tələb etdiyi tibbi testləri birbaşa klinikada vermək məcburiyyətində deyilsiniz. Bu analizləri Türkiyədəki xəstəxanalar və klinikalar tərəfindən tanınan laboratoriyalarda çox daha ucuz qiymətə etdirib klinikanıza çatdıra bilərsiniz.
Məsələn, əməkdaşlıq etdiyimiz Centermed Laboratory Türkiyənin ən məşhur xəstəxanaları ilə eyni mövqedə yerləşir və xəstələrə müxtəlif tibbi analiz və diaqnostika xidmətləri təklif edir. Siz Centermed Laboratoriyasında klinika tərəfindən sizdən tələb olunan analizləri demək olar ki, yarı qiymətinə təmin edə bilərsiniz.
Türkiyədə müalicə olunmaq istəyirsinizsə amma bütün prosesi təcrübəli sağlamlıq turizmi şirkətinə həvalə vermək istəyirsinizsə bizə etibar edə bilərsiniz. Biz 7 ildən artıqdır ki, bu sahədə fəaliyyət göstərən təcrübəli tibbi turizmi şirkətiyik. Müalicə prosesinizin asanlaşdırılması ilə bağlı bütün detalları bilirik və müalicənizi daha sərfəli və keyfiyyətli etmək üçün çalışırıq.
A-Medical sağlamlıq turizmini seçərək, Türkiyədə müalicə müddətində müxtəlif endirimlərdən və sağlamlıq turizmi xidmətlərindən yararlana bilərsiniz. Türkiyəyə səyahətinizin ətraflı planlaşdırılması, xəstəxana ilə əlaqənin qurulması, randevuların təyin edilməsi və xəstənin təqibi kimi proseslərdə sizə köməklik edirik. Bütün xidmətlərimiz haqqında məlumat əldə etmək üçün xidmətlər səhifəmizə daxil ola bilərsiniz və ya aşağıdakı kommunikasiya vasitələrindən istifadə edərək əvvəlcə bizdən məsləhət xidməti ala bilərsiniz.
A-Medical: High Quality & Affordable Medical Treatment Abroad
Xüsusi güzəştli şərtlərlə xaricde mualice almaq istəyirsinizsə, A-Medical tibbi turizm şirkəti ilə əlaqəyə Xaricde mualice ilə bağlı hərhansı bir sualınız yarandığı halda sizə uyğun olan vasitə ilə bizimlə əlaqə saxlaya bilərsiniz.
keçərək ətraflı məlumat əldə edə bilərsiniz.
A-Medical şirkəti Azərbaycanda tibbi turizm sahəsində 7 ildən artıq təcrübəsi ilə Türkiyədə müalicə və digər ölkələrdə
hər növ tibbi prosedurun yerinə yetirilməsini sizin üçün təşkil edir.
A-Medical şirkəti Türkiyede müalice və digər ölkələrdə müayinə, müalicə və əməliyyat prosedurlarının yerinə yetirilməsi və xaricdə
müalicə təşkil olunması ilə bağlı 7 ildən artıq təcrübəsi ilə sağlamlığınızı geri qaytarmaq üçün xidmətinizdədir.
Qısa formu dolduraraq pulsuz konsultasiyaya yazıl və sağlamlığın üçün ən doğru seçimi birgə təyin edək
Bir kliklə Whatsapp-a yazın