A-Medical: High Quality & Affordable Medical Treatment Abroad
Dünyada 400 milyondan çox insanın depressiyadan əziyyət çəkdiyini bilirdinizmi? Stress və depressiya sağlamlığınıza müxtəlif yollarla təsir edir. Uzunmüddətli və müalicə olunmayan stress və depressiya nəticədə psixi və fiziki xəstəliklərə yol açır.
Hindistanın qədim tibb yanaşmalarından biri olan Ayurveda təbabəti stress və depressiyanın müalicəsi üçün effektiv müalicələr təklif edir. Ayurveda təbabətinə görə bir çox sağlamlıq probleminin kökündə stress dayanır. Stress daha sonrasında depressiyaya səbəb olur və depressiya nəticəsində beynin kimyası və bədənimizin həzm sistemi fəaliyyəti pozulur.
Ayurveda təbabətində stresi azaltmaq və sağlamlığı yaxşılaşdırmaq üçün çoxsaylı müalicə yolları var. Bu yazımızda biz sizə Hindistanda stresin və depressiyanın müalicəsi üçün tətbiq olunan Ayurveda müalicələri haqqında məlumat verəcəyik
Unutmayın ki, A-Medical tibbi turizm şirkəti olaraq stres və depressiyanın Hindistanda effektiv yolla müalicəsini təmin edirik. Ən yaxşı Ayurveda mərkəzləri, müalicə üsulları və depressiyanın təbii yolla müalicəsi ilə bağlı ətraflı məlumat almaq üçün yazımızı oxumağa davam edin.
Depressiya emosional sağlamlığın pozulmasına səbəb olan bir problemdir. Uzun müddətli depressiya insanın gündəlik fəaliyyətlərini həyata keçirməsinə mane olur. Müalicə olunmayan depressiya nəticəsində fiziki və mental xəstəliklərin meydana gəlmə ehtimalı olduqca yüksəkdir.
Müalicə olunmayan uzun müddətli depressiya aşağıdakı vəziyyətlərə səbəb ola bilər:
Artıq çəki və ya piylənmə
Diabet
Fiziki ağrı və ya müxtəlif növ xəstəliklər
Xərçəng riskinin artması
Dərman və ya maddə asılılığı
Panik atak
Sosial münasibətlərin pozulması
İntihara meyillilik
Artan ölüm riski
Depressiyanın təsiri insandan insana dəyişir. Tək bir depressiya növündən bəhs etmək çətindir. Bu səbəbdən depressiyadan əziyyət çəkən hər bir insan individual yanaşma ilə müalicə olunmalıdır.
Ayurveda təbabətində depressiyanın fiziki və ruhi balanssızlıqdan qaynaqlandığına inanılır. Depressiya üçün Ayurveda müalicələrinə pəhriz dəyişiklikləri, bitki mənşəli vasitələrin istifadəsi və müntəzəm məşq və meditasiya kimi həyat tərzi dəyişiklikləri daxildir.
Depressiya üçün Ayurveda müalicə yanaşmalarına bitki mənşəli vasitə və əlavələrin istifadəsi, pəhriz və həyat tərzi dəyişiklikləri, yoqa və meditasiya təcrübələri və Pançakarma terapiyası daxildir.
Ayurveda mütəxəssisləri depressiya ilə mübarizə aparmaq üçün otlar və əlavələrdən istifadə edirlər. Aşvaqandha, brahmi, jatamansi və şanxapuşpi kimi məşhur otlar sakitləşdirici təsirləri və əhval-ruhiyyəni sabitləşdirmək qabiliyyəti ilə məşhurdur. Bundan əlavə, balıq yağı, vitamin B12 və D vitamini kimi əlavələr müalicə zamanı tövsiyə olunur.
Ayurveda balanslaşdırılmış pəhriz və həyat tərzi seçimləri vasitəsilə həm zehni, həm də fiziki sağlamlığın qorunmasının vacibliyini vurğulayır. Optimal qidalanma hazır qidaların, kofein və spirtin qəbulunu azaltmaqla çoxlu təzə meyvə, tərəvəz, tam taxıl və yağsız zülalların istehlakını əhatə edir. Müntəzəm idmanla məşğul olmaq, stresdən qurtulmaq üsulları və optimal yuxunun təmin edilməsi depressiyanı müalicə etmək üçün çox vacibdir.
Depressiya üçün Ayurveda müalicəsində yoqa mühüm rol oynayır. Yoqa gərginliyi azaldır və rahatlamağa səbəb olur. Hindistan mədəniyyətinə xas olan müxtəlif yoqa və meditasiya növləri zehni sakitləşməyə və stressi aktiv şəkildə aşağı salmağa kömək edir. Ayurveda müalicələri zamanı tənəffüs məşqləri nəfəs ritmini tənzimləməyə və streslə mübarizə aparmağa töhfə verir.
Detoksifikasiya və canlandırma üsulu olan Pançakarma terapiyası depressiya üçün Ayurveda müalicəsində mühüm rol oynayır. Pançakarma terapiyası zamanı masajlardan və buxar hamamlarından effektiv şəkildə istifadə olunur. Pançakarma terapiyası stresin və depressiyanın müalicəsində effektiv olsa da, bu müalicəni ekspertlərdən almaq yaxşı nəticələr əldə etmək üçün vacibdir.
Hazırda depressiyanın 100% müalicəsi yoxdur. Lakin Ayurveda təbabəti depressiya simptomlarının effektiv şəkildə müalicəsini, stressin azaldılmasını və həyat keyfiyyətinin artırılmasını təmin edir. Ayurveda təbabəti təmamilə təbii yollardan istifadə edərək həyatınızdan stresi və depressiyanı çıxarmağı hədəfləyir.
Ayurveda təcrübələri depressiya və stresslə mübarizə aparanlara rahatlıq təklif edir, onların həyat keyfiyyətini əhəmiyyətli dərəcədə artırır. Depressiya əlamətlərini yüngülləşdirməklə yanaşı, Ayurveda stress və depressiyadan qaynaqlanan müxtəlif sağlamlıq problemlərini effektiv şəkildə müalicə edir.
Hindistan Ayurveda təbabətinin ilk çıxış nöqtəsidir. Yüzillərdir Hindistanda Ayurveda müalicə üsulları effektiv şəkildə istifadə olunur. Hindistanda fəaliyyət göstərən Ayurveda mərkəzləri həm lokal həm də beynəlxalq pasiyentlərə yüksək qayğı və xidmət göstərir. Lakin, Hindistanda Ayurveda mərkəzlərinin sayısının çox olması, xarici pasiyentlərin seçim etməsinə çətinlik yaradır. Tibbi turizm şirkəti olaraq biz Hindistanda ən yaxşı Ayurveda müalicə mərkəzləri və mütəxəssisləri ilə əməkdaşlıq edirik. Əgər siz də Hindistanda Ayurveda müalicəsi ilə maraqlanırsınızsa, bizimlə əlaqə saxlayaraq ən yaxşı Ayurveda mərkəzlərində müalicə ala bilərsiniz.
Hindistanda Ayurveda təbabəti ilə depressiya müalicəsini seçməyin üstünlükləri:
100% təbii yollarla stres və depressiyanın müalicəsi
Ən yaxşı Ayurveda müalicə mərkəzlərində müalicə almaq imkanı
Akreditə olunmuş və sertifikatlı Ayurveda mütəxəssisləri tərəfindən müalicə olunmaq imkanı
Mövcud depressiya müalicələri ilə müqayisədə daha sərfəli qiymətlərlə müalicə olunmaq imkanı
Hindistanda depressiya müalicəsi üçün ən yaxşı ayurveda xəstəxanaları:
Jivagram Mərkəzi
AyurVaid Xəstəxanası
Somatheeram Mərkəzi
Kairali Ayurveda Qrupu
Hindistanda ən yaxşı Ayurveda müalicə mərkəzləri ilə əməkdaşlıq edirik. Depressiya müalicəniz üçün bizi seçməklə siz endirimlərdən, tibbi turizm xidmətlərindən və digər üstünlüklərdən yararlana bilərsiniz. Bizim vasitəmizlə müraciət etmək birbaşa getməkdən daha sadə və sərfəlidir. Hindistanda depressiya müalicəsi üçün bizə müraciət edin və bütün proseslərdə professional yardım alın.
Əgər Hindistanda depressiya müalicəsi olunmağı düşünürsünüzsə, ehtiyaclarınıza ən uyğun klinikanı tapmaqda çətinlik çəkə bilərsiniz. Hər bir klinikanın öz üstünlükləri və mənfi cəhətləri olsa da, sənədləşmə prosesini daha asan idarə edə biləcəyiniz və daha az xərc çəkə biləcəyiniz klinikalar da var. Əgər Hindistanda ilk dəfə depressiya müalicəsi olunacaqsınızsa, o zaman proseduru A-Medical tibbi turizm şirkətinə həvalə etməyiniz sizin üçün faydalı olacaq.
A-Medical niyə Hindistanda müalicəniz üçün ən yaxşı tibbi turizm şirkətidir?
Biz sizin mövcud vəziyyətinizlə bağlı ən yaxşı müalicəni təklif edən klinikanı tapırıq
Sizin üçün ən yüksək müvəffəqiyyət dərəcəsi olan həkimi tapırıq
Biz klinikalarla əlaqə saxlayırıq və bütün müsahibələri edirik
Lazımi sənədlərin tərcümə olunaraq klinikaya göndərilməsini təmin edirik
Səyahət planınızı xüsusi olaraq hazırlayırıq
Viza dəstəyi təklif edirik
Klinikaya pulsuz transfer və tərcüməçi dəstəyi təqdim edirik
Yerində endirimlərdən yararlanmağınıza kömək edirik
Müalicələriniz və cərrahiyyə əməliyyatlarınız üçün xaricdəki ölkələri seçməyin bir çox üstünlüyü var, lakin A-Medical tibbi turizm şirkətinə üstünlük vermək, Hindistanda müalicənizin unudulmaz bir xatirəyə çevrilməsinə imkan yaradır. Müalicəniz üçün A-Medical tibbi turizm şirkətini seçdiyiniz zaman siz bir sıra eksklüziv kampaniyalardan yararlanma fürsətini əldə edə bilərsiniz.
Mobil: (+994 10) 310 93 33
Email: [email protected]
A-Medical: High Quality & Affordable Medical Treatment Abroad
Xüsusi güzəştli şərtlərlə xaricde mualice almaq istəyirsinizsə, A-Medical tibbi turizm şirkəti ilə əlaqəyə Xaricde mualice ilə bağlı hərhansı bir sualınız yarandığı halda sizə uyğun olan vasitə ilə bizimlə əlaqə saxlaya bilərsiniz.
keçərək ətraflı məlumat əldə edə bilərsiniz.
A-Medical şirkəti Azərbaycanda tibbi turizm sahəsində 7 ildən artıq təcrübəsi ilə Türkiyədə müalicə və digər ölkələrdə
hər növ tibbi prosedurun yerinə yetirilməsini sizin üçün təşkil edir.
A-Medical şirkəti Türkiyede müalice və digər ölkələrdə müayinə, müalicə və əməliyyat prosedurlarının yerinə yetirilməsi və xaricdə
müalicə təşkil olunması ilə bağlı 7 ildən artıq təcrübəsi ilə sağlamlığınızı geri qaytarmaq üçün xidmətinizdədir.
Qısa formu dolduraraq pulsuz konsultasiyaya yazıl və sağlamlığın üçün ən doğru seçimi birgə təyin edək
Bir kliklə Whatsapp-a yazın