facebook Konsultasiya lazımdır? İndi bizimlə əlaqə saxlayın – sürətli və pulsuz!
Hindistanda Serebral İflicin Müalicəsi (Ayurveda Təbabəti),A-Medical - Türkiyədə Müalicə, xaricdə müalicə və tibbi turizm sahəsində 7 ildən artıq təcrübə ilə Turkiyede və xaricde mualice xidməti göstəririk!

Serebral iflic adətən doğum və ya körpəlik dövründə beynin müxtəlif səbəblərdən zədələnməsi nəticəsində meydana gələn bir xəstəlikdir. Serebral iflic xalq arasında “uşaq serebral iflici” kimi də tanınır. Bu xəstəlik əzələlərin nəzarətinə və hərəkətinə ciddi təsir edir və həm fiziki həm də zehni problemlərə səbəb ola bilir.


Ayurveda Hindistanda yüzillərdir tətbiq olunan alternativ tibb yanaşmasıdır. Bu yanaşmaya əsasən insan sağlamlığının əsasını təşkil edən əsas faktorlar həm zehni həm də fiziki sağlamlıqdır. Bu yanaşma bədən və zehnin qarşılıqlı əlaqəsinə fokuslanır. Bitki mənşəli təbii vasitələr, masajlar və həyat tərzi düzəlişləri Ayurvedik müalicələrin əsasını təşkil edir.


Son zamanlarda serebral iflicin müalicəsində Ayurvedik müalicələr populyarlıq qazanmağa başlayıb. Serebral iflicin müalicəsində bitki mənşəli dərmanlar, xüsusi masajlar, əzələ sərtliyini və spazmları aradan qaldırmaq üçün tətbiq olunur. Bununla yanaşı xüsusi pəhrizlər və həyat tərzi vərdişləri serebral iflicin müalicəsində effektiv rol oynayır.


Biz bu yazımızda Hindistanda serebral iflicin Ayurvedik müalicə üsulları ilə effektiv şəkildə müalicə olunmasından bəhs edəcəyik. Yazımızda Hindistanda ən yaxşı Ayurveda mərkəzlərini tapa bilərsiniz.


Qeyd edək ki, A-Medical tibbi turizm şirkəti olaraq Hindistanda Ayurveda müalicə üsulu ilə serebral iflic müalicəsi almaq istəyən pasiyentlərə müxtəlif xidmətlər təklif edirik. Xidmətlərimizdən istifadə edərək siz Hindistanda müalicənizi asanlaşdıra və həm vaxta həm də pula qənaət edə bilərsiniz.


Ayurveda nədir?


Ayurveda Hindistanda uzun illərdir tətbiq olunan tibbi bir yanaşmadır. Hindistan əhalisinin 80%-i Ayurvedik müalicə üsullarını öz həyat tərzlərinə adaptasiya ediblər. Bu müalicə üsulu ilə stressin müalicəsi, maddələr mübadiləsinin yaxşılaşdırılması, əzələ sisteminni gücləndirilməsi, immunitet sisteminin gücləndirilməsi, nevroloji narahatlıqların aradan qaldırılması və oynaq ağrılarının müalicəsi kimi müalicələrdə effektivlik göstərir.


Serebral iflic nədir?


Serebral iflic adətən doğum zamanı və ya körpəlikdə oksigen çatışmazlığı, infeksiya və ya beyin qüsurları kimi səbəblərdən meydana gələn beyin zədələnməsindən qaynaqlanır. Xəstəliyin insana təsiri əsasən beyin zədəsinin şiddətinə görə dəyişkənlnik göstərir.


Serebral iflicin ömürlük müalicəsi yoxdur. Lakin fizioterapiya, loqopediya, peşə terapiyası və bəzən dərman müalicəsi və ya cərrahiyyə müəyyən simptomları yüngülləşdirməyə kömək edə bilər.


Ayurvedik müalicə üsulları


Serebral iflic üçün Ayurveda müalicəsinin əsasını zehni və fiziki sağlamlığın balanslaşdırılması təmin edir. Müalicə zamanı pəhriz dəyişiklikləri, bitki mənşəli vasitələrin istifadəsi, masaj, yoqa və meditasiya tətbiq olunur. Serebral iflicin müalicəsində istifadə olunan Ayurveda müalicələri aşağıdakı kimidir:


  • Pəhriz dəyişiklikləri: Bədəni və zehni sağlam saxlamaq üçün balanslaşdırılmış pəhriz tətbiq olunur. 

  • Bitki mənşəli vasitələrin istifadəsi: Ayurveda təbabətində müxtəlif sağlamlıq vəziyyətlərini müalicə etmək üçün geniş çeşiddə otlar və ədviyyatlardan istifadə edilir. Serebral iflic vəziyyətində, Ashwagandha, Brahmi və Shankhapushpi kimi otlar beyin funksiyasını yaxşılaşdırmaq və sinirlərin bərpasını təşviq etmək üçün istifadə edilə bilər.

  • Masaj: Ayurveda masajı, həmçinin Abhyanga kimi tanınan, qan dövranını yaxşılaşdırdığı, stressi azaltdığı və ümumi rifahı artırdığı güman edilən yumşaq və rahatlaşdırıcı masajdır. Serebral iflicli şəxslərdə əzələ tonusunu və koordinasiyasını yaxşılaşdırmaq üçün istifadə edilir.

  • Yoqa və meditasiya: Yoqa və meditasiya fiziki, əqli və mənəvi rifahı təşviq etdiyinə inanılan qədim təcrübələrdir. Serebral iflic vəziyyətində yoqa əzələ tonusunu və koordinasiyanı yaxşılaşdırmaq üçün istifadə olunur. Meditasiya isə stressi azaltmaq və ümumi psixi sağlamlığı yaxşılaşdırmaq üçün istifadə edilir.


Serebral iflicin müalicəsi üçün niyə Hindistanı seçməlisiniz?


Ayurveda yanaşmaları serebral iflicin müalicəsində müasir təbabətə alternativ olaraq tətbiq edilir və yaxşı nəticələr verir. Bir çox insan serebral iflicin yüngül və ya orta dərəcəli simptomlarını aradan qaldırmaq və həyat keyfiyyətini yaxşılaşdırmaq üçün Ayurveda müalicəsinin mərkəzi olan Hindistana üz tuturlar.


Hindistan Ayurveda müalicəsinin paytaxtı olsa da, burada o qədər çox Ayurveda mərkəzləri var ki, hansının sizin üçün ən yaxşı olduğunu anlamaq sizin üçün çətin ola bilər. A-Medical sağlamlıq turizmi şirkəti olaraq biz Hindistanda ən yaxşı Ayurveda müalicələrini təklif edən mərkəzlər ilə əməkdaşlıq edirik. Bu yolla Hindistanda ayurveda üsulları ilə serebral iflic müalicəsi almaq istəyən xəstələrimizə ən yaxşı mərkəzləri və mütəxəssisləri tövsiyə edə bilirik.


Ayurveda ilə serebral iflicin müalicəsi üçün Hindistanı seçməyin üstünlükləri:


  • Təbii müalicə yanaşması

  • Ayurveda təbabətinin vətənində müalicə olmaq imkanı

  • Xüsusi Ayurveda mütəxəssisləri tərəfindən müalicə

  • Sərfəli qiymətlər


Hindistanda serebral iflicin müalicəsi üçün ən yaxşı Ayurveda xəstəxanaları


Hindistanda serebral iflic müalicəsi üçün ən yaxşı ayurveda xəstəxanaları:


  • Jivagram Mərkəzi

  • AyurVaid Xəstəxanası

  • Somatheeram Mərkəzi

  • Kairali Ayurveda Qrupu


Hindistanda ən yaxşı Ayurveda müalicə mərkəzləri ilə əməkdaşlıq edirik. Serebral iflic müalicəniz üçün bizi seçməklə siz endirimlərdən, tibbi turizm xidmətlərindən və digər üstünlüklərdən yararlana bilərsiniz. Bizim vasitəmizlə müraciət etmək birbaşa getməkdən daha sadə və sərfəlidir. Hindistanda serebral iflic müalicəsi üçün bizə müraciət edin və bütün proseslərdə professional yardım alın.


Hindistanda serebral iflic üçün Ayurveda müalicəsinin qiyməti


Hindistanda serebral iflicin Ayurveda təbabəti ilə müalicəsinin qiyməti seçilən mərkəzə, xəstənin vəziyyətinə və müalicənin aspektinə bağlı olaraq dəyişiklik göstərir. Dəqiq qiymət haqqında məlumat almaq üçün bizimlə Whatsapp vasitəsilə əlaqə saxlayın.


Niyə A-Medical?


Əgər Hindistanda serebral iflic müalicəsi olunmağı düşünürsünüzsə, ehtiyaclarınıza ən uyğun klinikanı tapmaqda çətinlik çəkə bilərsiniz. Hər bir klinikanın öz üstünlükləri və mənfi cəhətləri olsa da, sənədləşmə prosesini daha asan idarə edə biləcəyiniz və daha az xərc çəkə biləcəyiniz klinikalar da var. Əgər Hindistanda ilk dəfə serebral iflic müalicəsi olunacaqsınızsa, o zaman proseduru A-Medical tibbi turizm şirkətinə həvalə etməyiniz sizin üçün faydalı olacaq.


A-Medical niyə Hindistanda müalicəniz üçün ən yaxşı tibbi turizm şirkətidir?


  • Biz sizin mövcud vəziyyətinizlə bağlı ən yaxşı müalicəni təklif edən klinikanı tapırıq

  • Sizin üçün ən yüksək müvəffəqiyyət dərəcəsi olan həkimi tapırıq

  • Biz klinikalarla əlaqə saxlayırıq və bütün müsahibələri edirik

  • Lazımi sənədlərin tərcümə olunaraq klinikaya göndərilməsini təmin edirik

  • Səyahət planınızı xüsusi olaraq hazırlayırıq

  • Viza dəstəyi təklif edirik

  • Klinikaya pulsuz transfer və tərcüməçi dəstəyi təqdim edirik

  • Yerində endirimlərdən yararlanmağınıza kömək edirik

Müalicələriniz və cərrahiyyə əməliyyatlarınız üçün xaricdəki ölkələri seçməyin bir çox üstünlüyü var, lakin A-Medical tibbi turizm şirkətinə üstünlük vermək, Hindistanda müalicənizin unudulmaz bir xatirəyə çevrilməsinə imkan yaradır. Müalicəniz üçün A-Medical tibbi turizm şirkətini seçdiyiniz zaman siz bir sıra eksklüziv kampaniyalardan yararlanma fürsətini əldə edə bilərsiniz.


Mobil: (+994 10) 310 93 33

Whatsapp: +99410 310 93 33

Email: [email protected]

A-Medical: High Quality & Affordable Medical Treatment Abroad

Xüsusi güzəştli şərtlərlə xaricde mualice almaq istəyirsinizsə, A-Medical tibbi turizm şirkəti ilə əlaqəyə
keçərək ətraflı məlumat əldə edə bilərsiniz. A-Medical şirkəti Azərbaycanda tibbi turizm sahəsində 7 ildən artıq təcrübəsi ilə Türkiyədə müalicə və digər ölkələrdə
hər növ tibbi prosedurun yerinə yetirilməsini sizin üçün təşkil edir.

Xaricde mualice ilə bağlı hərhansı bir sualınız yarandığı halda sizə uyğun olan vasitə ilə bizimlə əlaqə saxlaya bilərsiniz.
A-Medical şirkəti Türkiyede müalice və digər ölkələrdə müayinə, müalicə və əməliyyat prosedurlarının yerinə yetirilməsi və xaricdə
müalicə təşkil olunması ilə bağlı 7 ildən artıq təcrübəsi ilə sağlamlığınızı geri qaytarmaq üçün xidmətinizdədir.


Pulsuz konsultasiyadan yararlan

Qısa formu dolduraraq pulsuz konsultasiyaya yazıl və sağlamlığın üçün ən doğru seçimi birgə təyin edək

Bir kliklə Whatsapp-a yazın