A-Medical: High Quality & Affordable Medical Treatment Abroad
Türkiyədə meningioma (beyin şişi) əməliyyatı beyində böyüyən və əsasən xoşxassəli şişlərin cərrahi və ya qeyri-invaziv üsullarla çıxarılmasını nəzərdə tutur. Bu əməliyyat üçün Türkiyənin seçilməsi beynəlxalq xəstələrə bir çox üstünlüklər verir.
Bu məqalədə biz sizə Türkiyədə meningioma müalicəsi ilə bağlı xərcləri, ən yaxşı klinikaları və həkimləri təqdim edirik. Əgər Türkiyədə meningioma əməliyyatı ilə bağlı ətraflı məlumat axtarırsınızsa, o zaman məqaləmizi sona qədər oxumağınızı tövsiyyə edirik.
Meningioma beynin hər hansı bir bölgəsində yaranan şişlərdir. Bu şişlər adətən xoşxassəlidir və beynin istənilən hissəsində yarana bilər. Bir çox halda bu şişlər yavaş böyüyür və hər hansı bir narahatlığa səbəb olmur. Lakin sürətli şəkildə böyüyən və beynin müxtəlif hissələrinə təsir göstərən meningiomalar müxtəlif simptomlara səbəb ola bilər.
Meningiomalar beyin toxumasına yapışmadığı üçün əməliyyat yolu ilə onları çıxarmaq çox asandır. Tipik olaraq meningiomaların ölçüsü 2 sm-dən az olur. Bəzi hallarda meningiomalaırn ölçüləri 5 sm-ə qədər çata bilir. Şişlər böyüdükcə beyin funksiyaları təhlükə altında qalır və müxtəlif simptomlar meydana gəlir.
Meningiomalar şiddətinə görə üç dərəcəyə bölünür:
I dərəcə: Bunlar ən çox yayılmış formanı təmsil edən aşağı dərəcəli şişlərdir.
II dərəcə: Atipik meningiomalar ikinci dərəcəli şişlərdir. İkinci dərəcəli şişlər əməliyyat yolu ilə çıxarılsa belə yenidən təkrarlama ehtimalına sahibdir.
III dərəcə: Anaplastik meningiomalar nadir də olsa bədxassəli olur. Onlar əhəmiyyətli təkrarlanma riski ilə sürətli böyümə və yayılma nümayiş etdirirlər.
Meningiomalar beynin istənilən bölgəsində inkişaf etmək potensialına malikdir. Onların yavaş böyümə sürətinə görə, simptomları aşkar etmək həmişə mümkün olmaya bilər. Semptomlar şişin beyində yerləşməsinə və onun təsir etdiyi xüsusi sahəyə görə dəyişə bilər.
Meningioma yeri və ölçüsündən asılı olaraq aşağıdakı simptomlarla özünü göstərə bilər:
Baş ağrısı
Ürəkbulanma
Görmə və ya eşitmə problemləri
Koqnitiv çətinliklər
Hərəkət etmə qabiliyyətinin zəifləməsi
Qoxu qavrayışının itirilməsi
Meningiomalar beynin müxtəlif bölgələrində heç bir simptom göstərmədən var ola bilərlər. Lakin müxtəlif simptomlar ortaya çıxdıqdan və meningioma şübhəsi yarandıqdan sonra həkiminiz beyin MRT-si və KT-si ilə meningioma diaqnozu qoya bilər.
Meningioma müalicəsi üçün üç fərqli müalicə variantı var: müşahidə, radiocərrahiyyə və cərrahiyyə. Hansı müalicənin tətbiq olunacağına həkim müayinəsindən sonra qərar verilir.
Yüngül sindromları olan yaşlı xəstələr, simptomları olmayan və şişin səbəb olduğu beyin ödəmi olmayan yaşlı xəstələr üçün müntəzəm olaraq şişlərin inkişafının monitorinqi məsləhət görülür. Bu yanaşma şişin böyümə sürətini və onun gələcək potensial risklərini daha yaxşı başa düşməyə imkan verir. Şişin müşahidə zamanı böyümə göstərməməsi, zərərli ölçülərə çatmaması və ya menopoz zamanı ölçüsünün azalan tipdə olması halında, fərdlər heç bir müalicəyə ehtiyac olmadan həyatlarını davam etdirə bilərlər.
Meningiomalar ümumiyyətlə müalicəyə müsbət cavab verir. Xüsusilə gənc xəstələrdə mövcud meningiomaların gələcəkdə heç bir problemə səbəb olmamaları üçün cərrahi yollarla çıxarılması məsləhət edilir.
Əməliyyat zamanı əsas prioritet xəstənin nevroloji funksiyalarını qorumaq və ya gücləndirməkdir. Şişin tam çıxarılması riskli olduğu halda, şişin bir hissəsini saxlamaq və ya radyocərrahiyyə yolu ilə şişi kiçiltmək tövsiyyə edilir.
Radioterapiya xərçəng hüceyrələrini və ya anormal beyin hüceyrələrini aradan qaldırmaq və şişləri azaltmaq üçün yüksək enerji şüalarından istifadə edən bir müalicə variantıdır. Şişin yalnız cərrahiyyə ilə effektiv şəkildə aradan qaldırılması mümkün olmadıqda, xüsusilə də şişin tam çıxarılması mümkün olmadıqda, radiasiya terapiyasını birbaşa cərrahiyyə ilə birləşdirmək tövsiyə olunur. Gamma Knife və CyberKnife kimi müxtəlif üsullar, çoxsaylı şüalardan istifadə edərək beyindəki şişlərin çıxarılmasını təmin edir.
Meningioma müalicəsində Gamma Knife üsulu hər hansı bir kəsik və ya yaraya səbəb olmadan beyindəki şişlərin şüa ilə kiçildilməsini və ya təmamilə aradan qaldırılmasını təmin edir. Qeyri-invaziv bir prosedur olduğu üçün Gamma Knife sonrasında pasiyent həmin gün gündəlik həyatına qayıda bilər və fəaliyyətlərinə davam edə bilər.
Türkiyə meningioma (beyin şişi) əməliyyatı üçün dünyadakı ən yaxşı ölkələrdən biridir. Türkiyənin JCI akreditə olunmuş klinkalarında Gamma Knife, CyberKnife və ya ənənəvi müalicə üsulları ilə uğurlu meningioma müalicəsi olmaq mümkündür. Türk klinikaları meningioma müalicəsində ən yüksək uğur ehtimalını və ən aşağı komplikasiya riskini təmin edir.
Türkiyədə meningioma müalicəsinə üstünlük vermək təkcə xərclərə qənət etməyiniz üçün yox, həm də ən yaxşı klinikalarda ən effektiv müalicələri almağınız üçün faydalıdır.
Meningioma müalicəsi üçün Türkiyəni seçməyin üstünlükləri:
JCI akkreditə olunmuş klinikalarda müalicə
Yüksək müvəffəqiyyətli həkimlər tərəfindən həyata keçirilən əməliyyat
Rahat transfer və oteldə qonaqlama
Əməliyyatdan sonrakı dəstək
Sərfəli qiymətlərlə premium tibbi xidmətlərə çıxış
Türkiyədə beyin şişinin çıxarılması qiyməti 13.000$-$30.000 aralığındadır.
Türkiyədə meningiomanın çıxarılması xərcləri müalicə növünə, klinikaya, həkimə, müalicə müddətinə və xəstənin vəziyyətinə görə dəyişir. Dəqiq qiymət əldə etmək üçün Whatsapp vasitəsilə tibbi analizlərinizi və xüsusən də KT görüntüləmə nəticəsini (disk formasında) bizə göndərin. Biz analizlərinizi və KT nəticənizi partnyor Türkiyə klinikalarındakı həkimlərə göndərəcəyik və sizin üçün dəqiq qiymət təklifi alacağıq.
Meningioma müalicəsi üçün Türk klinikalarına üstünlük verərək aşağıdakı üstünlüklərdən faydalana bilərsiniz:
Ən yüksək səviyyəli tibbi xidmətlərdən faydalanmaq imkanı
Daha sərfəli qiymətlərlə dünya səviyyəli həkimlər tərəfindən müalicə olunmaq imkanı
Texnoloji cəhətdən inkişaf etmiş klinikalarda müalicə almaq
Yüksək müvəffəqiyyət göstəriciləri olan klinikalardan faydalanın
Türkiyədə meningioma əməliyyatı üçün ən yaxşı klinikalar:
Koç Universitet Xəstəxanası
Florence Nightingale
Amerikan Xəstəxanası
Bu klinikalar A-Medical sağlamlıq turizmi şirkətinin rəsmi tərəfdaşlarıdır. Meningioma müalicəsi üçün bizə müraciət edən xəstələrimizin bu klinikalara müraciətləri tez bir zamanda təsdiqlənir. Sadəcə olaraq Whatsapp-da bizimlə əlaqə saxlayın, vəziyyətinizlə bağlı təfərrüatları paylaşın və bu klinikaların həkimlərindən qısa zamanda rəy alın.
Əgər Türkiyədə meningioma müalicəsi olunmağı düşünürsünüzsə, ehtiyaclarınıza ən uyğun klinikanı tapmaqda çətinlik çəkə bilərsiniz. Hər bir klinikanın öz üstünlükləri və mənfi cəhətləri olsa da, sənədləşmə prosesini daha asan idarə edə biləcəyiniz və daha az xərc çəkə biləcəyiniz klinikalar da var. Əgər Türkiyədə ilk dəfə meningioma müalicəsi olunacaqsınızsa, o zaman proseduru A-Medical tibbi turizm şirkətinə həvalə etməyiniz sizin üçün faydalı olacaq.
A-Medical niyə Türkiyədə müalicəniz üçün ən yaxşı tibbi turizm şirkətidir?
Biz sizin mövcud vəziyyətinizlə bağlı ən yaxşı müalicəni təklif edən klinikanı tapırıq
Sizin üçün ən yüksək müvəffəqiyyət dərəcəsi olan həkimi tapırıq
Biz klinikalarla əlaqə saxlayırıq və bütün müsahibələri edirik
Lazımi sənədlərin tərcümə olunaraq klinikaya göndərilməsini təmin edirik
Səyahət planınızı xüsusi olaraq hazırlayırıq
Viza dəstəyi təklif edirik
Klinikaya pulsuz transfer və tərcüməçi dəstəyi təqdim edirik
Yerində endirimlərdən yararlanmağınıza kömək edirik
Müalicələriniz və cərrahiyyə əməliyyatlarınız üçün xaricdəki ölkələri seçməyin bir çox üstünlüyü var, lakin A-Medical tibbi turizm şirkətinə üstünlük vermək, Türkiyədə müalicənizin unudulmaz bir xatirəyə çevrilməsinə imkan yaradır. Müalicəniz üçün A-Medical tibbi turizm şirkətini seçdiyiniz zaman siz bir sıra eksklüziv kampaniyalardan yararlanma fürsətini əldə edə bilərsiniz.
Mobil: (+994 10) 310 93 33
A-Medical: High Quality & Affordable Medical Treatment Abroad
Xüsusi güzəştli şərtlərlə xaricde mualice almaq istəyirsinizsə, A-Medical tibbi turizm şirkəti ilə əlaqəyə Xaricde mualice ilə bağlı hərhansı bir sualınız yarandığı halda sizə uyğun olan vasitə ilə bizimlə əlaqə saxlaya bilərsiniz.
keçərək ətraflı məlumat əldə edə bilərsiniz.
A-Medical şirkəti Azərbaycanda tibbi turizm sahəsində 7 ildən artıq təcrübəsi ilə Türkiyədə müalicə və digər ölkələrdə
hər növ tibbi prosedurun yerinə yetirilməsini sizin üçün təşkil edir.
A-Medical şirkəti Türkiyede müalice və digər ölkələrdə müayinə, müalicə və əməliyyat prosedurlarının yerinə yetirilməsi və xaricdə
müalicə təşkil olunması ilə bağlı 7 ildən artıq təcrübəsi ilə sağlamlığınızı geri qaytarmaq üçün xidmətinizdədir.
Qısa formu dolduraraq pulsuz konsultasiyaya yazıl və sağlamlığın üçün ən doğru seçimi birgə təyin edək
Bir kliklə Whatsapp-a yazın