A-Medical: High Quality & Affordable Medical Treatment Abroad
Qaraciyər xərçənginin Türkiyədə əməliyyat ilə müalicəsi olduqca effektivdir. Türkiyədə qaraciyər xərçəngi əməliyyatı adətən qismi hepatektomiya, tam hepatektomiya və ya qaraciyər transplantasiyası ilə həyata keçirdilir.
Qaraciyər xərçəngi əməliyyatı dünyada mürəkkəbliyi və yüksək maliyyətli olması ilə tanınır. Türkiyədə isə Türk klinikaları tibbi xidmətin keyfiyyətindən güzəştə getmədən bu əməliyyatı ən sərfəli və ən yaxşı şəkildə icra edirlər. Türkiyənin keyfiyyətli və təcrübəli cərrahları yüksək uğur nisbəti ilə qaraciyər xərçəngi əməliyyatında dünyadaki digər həmkarlarını geridə buraxırlar.
İldən-ilə dünyanın bir çox yerindən pasiyent qaraciyər xərçəngi əməliyyatı üçün Türkiyəyə üz tutur. Bu səbəbdən biz də bu yazımızda Türkiyədə qaraciyər xərçəngi əməliyyatından bəhs etməyə qərar verdik. Yazımızda Türkiyədə qaraciyər xərçəngi əməliyyatının üstünlüklərindən, ən yaxşı klinikalardan və xərclərdən bəhs edəcəyik.
Türkiyədə qaraciyər xərçəngi cərrahiyyəsi həm uğurlu, həm də qiymət cəhətdən sərfəlidir. Türk klinikaları qiymət və tibbi xidmətin keyfiyyəti arasındakı balansı qorumaqla xəstələrin qaraciyər xərçəngindən azad olunmasını təmin edir. Bir çox səhiyyə sistemindən fərqli olaraq Türkiyədə qaraciyər xərçəngi əməliyyatı üçün gözləmə müddəti yoxdur. Bu sayədə pasiyentlər vaxt itirmədən əməliyyatlarını olaraq sağlamlıqlarını sürətli bir şəkildə geri qazanmağa başlaya bilərlər.
A-Medical tibbi turizm şirkəti olaraq biz pasiyentlərimizin heç bir gözləmə və gecikmə müddəti olmadan Türkiyənin JCI akreditə olunmuş klinikalarında (məs. Florence Nightingale, Koç Üniversite Hastanesi, Amerikan Hastanesi vs.) əməliyyat olmalarını təmin edirik.
Türk klinikaları texnoloji cəhətdən üstün olması və yüksək ixtisaslı həkimlərə ev sahibliyi etməsi ilə pasiyentlərin ən yüksək standartlara cavab verən müalicə və əməliyyatları olmalarını təmin edir.
Bundan əlavə olaraq Türk klinikaları əməliyyatdan sonra pasiyentlərə ən yüksək səviyyəli qayğını göstərərək pasiyentlərin sağalma proseslərini komforlu şəkildə keçirmələrini təmin edir.
A-Medical olaraq, Türkiyədə qaraciyər xərçəngi əməliyyatı olmağı düşünən xəstələr üçün 4/5* otellərdə qonaqlama dəstəyi təklif edirik.
Xülasə, qaraciyər xərçəngi əməliyyatı üçün Türkiyə klinikalarını seçmək aşağıdakı üstünlüklərdən faydalanmağınıza zəmanət verir:
Endirimli qiymətlərlə yüksək səviyyəli tibbi xidmət əldə etmək
Heç bir gözləmə müddəti olmadan təcili əməliyyat olmaq
Ən yüksək səviyyəli klinikalarda müalicə və əməliyyat olmaq
Əməliyyatdan sonrakı proseslərdə yüksək səviyyəli qayğı
Bütün bu üstünlükləri nəzərə aldığımız zaman qaraciyər xərçəngi əməliyyatı üçün Türk klinikalarına üstünlük verməyin məntiqli və yerində qərar oldiuğunu demək mümkündür.
Bədənimizin ən böyük daxili orqanı olan qaraciyər tullantıların atılmasında, qida maddələrinin udulmasında və yaraların sağalmasında mühüm rol oynayır. Lakin qaraciyərdə bədxassəli şişlər əmələ gəlirsə bu xərçəngin başlanğıcından xəbər verir.
Qaraciyər xərçəngi hüceyrələri məhv edərək normal qaraciyər funksiyalarını pozur, orqanın düzgün işləməsinə mane olur. Həyati vacib orqanlara yaxın olduğu üçün qaraciyər xərçəngi əhəmiyyətli dərəcədə metastaz riski yaradır. Qaraciyər xərçəngi zamanı xərçəng hüceyrələri qan və ya limfa sistemi vasitəsilə bədənin digər hissələrinə asanlıqla yayılır.
Qaraciyər xərçəngi adətən 2 mərhələdən ibarətdir. Birinci mərhələdə qaraciyər xərçəngi qaraciyər hüceyrələrində yaranır, ikinci mərhələdə isə qaraciyər xərçəngi bədənin digər hissələrinə yayılmağa başlayır.
Mərhələsindən asılı olmayaraq, cərrahiyyə qaraciyər xərçənginin əsas müalicəsidir və xərçəngin böyüməsini dayandırmaq və şişləri aradan qaldırmaq üçün istifadə edilir.
Qaraciyər xərçəngi diaqnozu zamanı müalicənin ilk addımı əməliyyatdır. Bu üsul qaraciyər xərçənginin müalicəsində ən etibarlı və ən uğurlu üsul kimi görülür.
Radiotezlik və kemoembolizasiya kimi müdaxilə üsulları bəzi hallarda şiş kütlələrini hədəfləmək və onları aradan qaldırmaq üçün istifadə edilə bilər, lakin xüsusilə erkən mərhələlərdə xərçəng hüceyrələrinin aradan qaldırılmasında cərrahiyyə ən yaxşı üsuldur.
Qaraciyər xərçəngi əməliyyatı nə qədər tez edilsə o qədər yaxşıdır. Əməliyyatın təcili edilməsinin səbəbi isə, xərçəngin qaraciyərə yaxın qan damarları vasitəsilə digər orqanlara yayılmasının qarşısını almaqdır. Əgər xərçəng yaxınlıqdakı qan damarları vasitəsilə digər orqanlara yayılsa o zaman qaraciyəri təmamilə çıxarmaq lazım olar. Bu halda isə qaraciyər nəqli əməliyyatı məcburi hala gələ bilər.
Qismi hepatektomiyası qaraciyərin zədələnmiş hissələrini çıxarmaq, sağlam toxumaları qorumaq üçün edilən əməliyyatdır. Bu əməliyyat zamanı qaraciyər cərrah tərəfindən bölünür, lazımi hissələri çıxarılır, qalan toxumalar isə qaraciyərin fəaliyyətini təmin edir. Əməliyyatdan sonra qaraciyər sürətlə öz ölçüsünə geri qayıdır.
Bu əməliyyat yalnız qaraciyər xərçənginin ilkin mərhələlərində tətbiq olunan bir əməliyyatdır. Bu əməliyyat üçün pasiyentlər aşağıdakı uyğunluq meyarlarını qarşılamalıdırlar:
Qaraciyər funksiyasının itirilməmiş olması
Qaraciyərdə meydana gələn şişlərin digər orqanlara və ya damarlara təsir etməməsi
Ümumi sağlamlıq vəziyyətinin yaxşı olması
Uyğunluğun müəyyən edilməsi üçün KT taramaları, MRT taramaları və qan analizləri kimi testlərdən istifadə olunur.
Tam hepatektomiya, qismi hepatektomiyadan fərqli olaraq qaraciyərin hamısının çıxarılmasını nəzərdə tutur. Bu prosedurdan sonra qaraciyər əvvəlki ölçüsünü bərpa edə bilmədiyi üçün qaraciyər transplantasiyası zəruri olur.
Türkiyədə hepatektomiya əməliyyatı üçün laparoskopik və ya robotik cərrahiyyə üsulundan istifadə edilə bilər. Cərrahınız hansı üsuldan istifadə edəcəyinə ilkin müayinələrdən sonra qərar verəcəkdir. Laparoskopik və robotik cərrahiyyə üsulları daha az invazivdir. Bu o deməkdir ki, ənənəvi əməliyyatdan fərqli olaraq bu üsullarda daha az kəsik olur və əməliyyatdan sonra sağalma prosesi daha sürətli olur. Lakin bəzi hallarda bu üsullar cərrahın əməliyyatı ən uğurlu şəkildə həyata keçirməsinə mane olduğu üçün cərrah ənənəvi açıq əməliyyata üstünlük verə bilər.
Qaraciyər xərçəngi əməliyyatı bütün variantlar arasında qaraciyər xərçənginin müalicəsi üçün ən yaxşı seçimdir. Cərrahiyyə xərçəngli qaraciyər hissələrini çıxarmaq və bütün şişləri uğurla aradan qaldırmaq üçün faydalıdır.
Hepatektomiya mürəkkəb bir əməliyyatdır. Hepatektomiya əməliyyatı ilə bağlı risklər arasında qan laxtalanması, qan sızması, kanal sızması, qanaxma, infeksiya və anesteziya ilə əlaqəli reaksiyalar mövcuddur. Cərrahınız əməliyyatdan əvvəl əməliyyatın üstünlüklərini və risklərini sizə ətraflı şəkildə izah edəcək və qərarvermə prosesində sizə rəhbərlik edəcək.
Əgər qaraciyər xərçəngi irəliləyirsə və şişlər böyüməyə doğru gedirsə, o zaman həkim qaraciyərinizin hamısını çıxarmağı düşünə bilər. Bu zaman qaraciyər nəqli əməliyyatına zərurət yarana bilər. Qaraciyər nəqli əməliyyatı sağlam bir insandan alınan sağlam bir qaraciyərin mövcud xəstəlikli qaraciyər ilə dəyişdirilməsini əhatə edir.
Qaraciyər nəqli əməliyyatı üçün sağlam donordan alınan kiçik bir qaraciyər belə kifayət edə bilər. Bunun səbəbi, qaraciyərin özünü yeniləyə bilən bir orqan olmasıdır. Bu sayədə donor sizə qaraciyərinin bir hissəsini versə belə zamanla qaraciyəri əvvəlki ölçülərinə qayıdacaqdır. Qaraciyər nəqli əməliyyatı doğru klinikada və doğru həkimlərlə edildiyi zaman həm donor həm də pasiyent üçün təhlükəsizdir.
Türkiyədə qaraciyər transplantasiyası düşünürsünüz? Ən yaxşı klinikaları, həkimləri və prosedur üçün sizə təklif etdiyimiz üstünlükləri öyrənmək üçün səhifəmizə nəzər yetirə bilərsiniz.
Əgər qaraciyər xərçəngi əməliyyatı olunmağı düşünürsünüzsə, Türkiyə bunun üçün ən yaxşı öıkədir. Adətən pasiyentlər aşağıdakı problemlər səbəbilə qaraciyər xərçəngi əməliyyatı üçün Türkiyəyə üz tuturlar:
Uzun gözləmə müddəti
Uğurlu cərrah tapa bilməmək
Təhlükəsizliklə bağlı narahatlıqlar
Keyfiyyətli tibb müəssisələrinin çatışmazlığı
Yüksək qiymətlər
Türk klinikalarına üstünlük vermək isə aşağıdakı üstünlükləri qazandırır:
Endirimli qiymətlər
JCI tərəfindən akkreditə olunmuş müəssisələrdə müalicə almaq imkanı
Ən yüksək səviyyəli cərrahlar tərəfindən müalicə
Uğurlu nəticələr
Bütün bu üstünlükləri nəzərə aldığımız zaman qaraciyər xərçəngi əməliyyatı üçün Türkiyəni seçmək yüksək səviyyəli tibbi xidmət əldə etmək üçün doğru bir qərardır.
Türkiyədə qaraciyər cərrahiyyəsinin qiyməti əməliyyat növü, klinika, həkim və xəstənin vəziyyəti kimi amillərdən asılı olaraq $5000-$55000 dollar arasında dəyişir.
Dəqiq qiymət məlumatı üçün Whatsapp vasitəsilə bizimlə əlaqə saxlayaraq özünüz, xəstəliyiniz və son tibbi testləriniz barədə məlumatları bizimlə paylaşa bilərsiniz.
Türkiyədə qaraciyər xərçəngi əməliyyatı üçün ən yaxşı klinikalar:
Anadolu Johns Hopkins Tibb Mərkəzi
Medipol Mega Universiteti Xəstəxanası
Florence Nightingale Xəstəxanası
Koç Universiteti Xəstəxanası
A-Medical tibbi turizm şirkəti ilə əməkdaşlıq edən bu klinikalar xəstə müraciətləri üçün sürətli təsdiqi təmin edir. Whatsapp vasitəsilə bizimlə əlaqə saxlayaraq mövcud vəziyyətiniz və istəkləriniz haqqında məlumat paylaşın və Türkiyədəki klinikaların mütəxəssislərindən anında rəy alın.
Əgər Türkiyədə qaraciyər xərçəngi əməliyyatı olunmağı düşünürsünüzsə, ehtiyaclarınıza ən uyğun klinikanı tapmaqda çətinlik çəkə bilərsiniz. Hər bir klinikanın öz üstünlükləri və mənfi cəhətləri olsa da, sənədləşmə prosesini daha asan idarə edə biləcəyiniz və daha az xərc çəkə biləcəyiniz klinikalar da var. Əgər Türkiyədə ilk dəfə qaraciyər xərçəngi əməliyyatı olunacaqsınızsa, o zaman proseduru A-Medical tibbi turizm şirkətinə həvalə etməyiniz sizin üçün faydalı olacaq.
A-Medical niyə Türkiyədə müalicəniz üçün ən yaxşı tibbi turizm şirkətidir?
Biz sizin mövcud vəziyyətinizlə bağlı ən yaxşı müalicəni təklif edən klinikanı tapırıq
Sizin üçün ən yüksək müvəffəqiyyət dərəcəsi olan həkimi tapırıq
Biz klinikalarla əlaqə saxlayırıq və bütün müsahibələri edirik
Lazımi sənədlərin tərcümə olunaraq klinikaya göndərilməsini təmin edirik
Səyahət planınızı xüsusi olaraq hazırlayırıq
Viza dəstəyi təklif edirik
Klinikaya pulsuz transfer və tərcüməçi dəstəyi təqdim edirik
Yerində endirimlərdən yararlanmağınıza kömək edirik
Müalicələriniz və cərrahiyyə əməliyyatlarınız üçün xaricdəki ölkələri seçməyin bir çox üstünlüyü var, lakin A-Medical tibbi turizm şirkətinə üstünlük vermək, Türkiyədə müalicənizin unudulmaz bir xatirəyə çevrilməsinə imkan yaradır. Müalicəniz üçün A-Medical tibbi turizm şirkətini seçdiyiniz zaman siz bir sıra eksklüziv kampaniyalardan yararlanma fürsətini əldə edə bilərsiniz.
Mobil: (+994 10) 310 93 33
Email: [email protected]
A-Medical: High Quality & Affordable Medical Treatment Abroad
Xüsusi güzəştli şərtlərlə xaricde mualice almaq istəyirsinizsə, A-Medical tibbi turizm şirkəti ilə əlaqəyə Xaricde mualice ilə bağlı hərhansı bir sualınız yarandığı halda sizə uyğun olan vasitə ilə bizimlə əlaqə saxlaya bilərsiniz.
keçərək ətraflı məlumat əldə edə bilərsiniz.
A-Medical şirkəti Azərbaycanda tibbi turizm sahəsində 7 ildən artıq təcrübəsi ilə Türkiyədə müalicə və digər ölkələrdə
hər növ tibbi prosedurun yerinə yetirilməsini sizin üçün təşkil edir.
A-Medical şirkəti Türkiyede müalice və digər ölkələrdə müayinə, müalicə və əməliyyat prosedurlarının yerinə yetirilməsi və xaricdə
müalicə təşkil olunması ilə bağlı 7 ildən artıq təcrübəsi ilə sağlamlığınızı geri qaytarmaq üçün xidmətinizdədir.
Qısa formu dolduraraq pulsuz konsultasiyaya yazıl və sağlamlığın üçün ən doğru seçimi birgə təyin edək
Bir kliklə Whatsapp-a yazın