facebook Konsultasiya lazımdır? İndi bizimlə əlaqə saxlayın – sürətli və pulsuz!
Polşada Diş İmplant Müalicəsi - Ən Yaxşı Klinika və Paketlər,A-Medical - Türkiyədə Müalicə, xaricdə müalicə və tibbi turizm sahəsində 7 ildən artıq təcrübə ilə Turkiyede və xaricde mualice xidməti göstəririk!

Polşa dünyada diş implantları üçün ən sərfəli və ən keyfiyyətli klinikalara sahib olan ölkələrdən biri kimi seçilir. Türkiyədə olduğu kimi, Polşada da diş implantlarının qiymətli xeyli aşağıdır. Polşadanın stomatoloji klinikaları yüksək keyfiyyətli diş implant müalicələrini sərfəli qiymətlərə təklif etməsi ilə xarici pasiyentlər tərəfindən diqqət mərkəzində tutulur.


Polşada diş implant müalicəsi almaq istəyənlər üçün lazım olan bütün məlumatlara yazımızda yer verdik. Əgər Polşada diş implant müalicəsi olmağı düşünürsünüzsə, bizimlə Whatsapp vasitəsilə əlaqə saxlaya bilərsiniz.


Polşada diş implant müalicəsi: niyə xaricdəki ölkələrə üstünlük verməlisiniz?


Bir çox insan diş müalicəsi üçün xaricə səyahət etməyi düşünür. Polşa məhz diş implant müalicəsi üçün digər ölkələrlə müqayisədə sərfəli qiymətləri və keyfiyyətli stomatoloji klinikaları ilə fərqlənir. Təcrübəli stomatoloqları, inkişaf etmiş klinikaları və əlverişli qiymətləri ilə Polşa diş implant müalicəsi üçün üstünlük verəcəyiniz ölkələrdən biridir.


Polşada fəaliyyət göstərən stomatoloji klinikalar istifadə olunan implant materiallarının keyfiyyəti, ümumi müalicə prosesi və uğurlu nəticələr baxımından xarici pasiyentlər tərəfindən bəyənilən bir ölkədir. Avropada əlverişli coğrafi mövqedə yerləşən Polşaya səyahət etmək asan və ucuzdur. Diş implantı kimi birdən çox səyahətin tələb olunduğu bir prosedurda ölkəyə rahat səyahət etmək önəm daşıyır. Polşa rahat və sərfəli səyahət imkanları baxımından insanlar üçün əlavə zəhmət yaratmır və xoş təsürat bağışlayır.


Polşanın qiymətlər və rahat səyahətdən əlavə bir digər üstünlyü isə, həkimlərin təcrübəsidir. Polşada fəaliyyət göstərən stomatoloqların böyük əksəriyyəti geniş təcrübəyə malikdir. Bu səbəbdən pasiyentlər Polşada diş implant müalicəsi almaq istəyərkən təhlükəsizlik və müalicənin nəticəsi ilə bağlı heç bir narahatlıq yaşamadan prosesə başlaya bilirlər.


Diş implantı üçün Polşaya üstünlük verməklə nələr əldə edəcəm?


Polşa uzun illərdir diş turizmi üçün ən yaxşı ölkələrdən biri olmağa çalışır. Bacarıqlı mütəxəssislər, müasir avadanlıqlar və inklüziv müalicə paketləri ilə Polşa klinikaları münasib qiymətlərlə yüksək keyfiyyətli xidmətlər təklif edir və dünyanın hər yerindən xəstələri cəlb edir.


Polşada diş implant müalicəsi olunmağın bəzi mühüm üstünlükləri:


  • Almaniya, ABŞ və Böyük Britaniya ilə müqayisədə daha aşağı qiymətlər

  • Qabaqcıl texnologiya ilə təchiz olunmuş stomatoloji klinikalarda müalicə imkanı

  • Müalicə diş implantları üzrə ixtisaslaşmış yüksək səviyyəli həkimlər tərəfindən həyata keçirilir

  • Əməliyyatdan sonra dəstək mövcuddur



Polşada diş implantlarınız üçün A-Medical-ı seçdiyiniz zaman aşağıdakıları əldə edirsiniz:


  • Tərcüməçi və şəxsi köməkçi ilə təmin olunma.

  • Səyahət və qonaqlama planının hazırlanması.

  • Viza dəstəyi.

  • Hava limanından klinikaya transfer.

  • Endirimlər və hərtərəfli diş implantları paketi.


Polşada diş implant müalicəsi üçün ən yaxşı klinika


Polşada diş implant müalicəniz üçün HALDent klinikasını tövsiyyə edirik. Krakovda yerləşən HALDent klinikası A-Medical ilə rəsmi əməkdaşlıq edir. Klinika hal-hazırda Avropanın ən uğurlu All-on-4 diş implantlarını həyata keçirir.


HALDent klinikasının əsas üstünlükləri:


  • 700-dən çox uğurlu All-on-4 diş implantı proseduru həyata keçirilib.

  • Aparıcı stomatoloq Dr. Hubert Trzepatowski Nobel Biocare All-on-4 Fundamental Expert tituluna malikdir. Qeyd edək ki, Polşada bu titula malik olan tək stomatoloq Dr. Hubert Trzepatowskidir.

  • Klinikanın protez laboratoriyası ölkənin ən inkişaf etmiş protez laboratoriyasıdır və bütün Polşaya xidmət göstərir. Laboratoriya eyni zamanda Avropadakı bir çox ölkəyə də xidmət göstərir.

  • Klinika implant sahəsində ən böyük və ən nüfuzlu şirkət olan Nobel Biocare ilə rəsmi əməkdaşlıq edir.


Polşada diş implantları üçün ən yaxşı diş həkimi


Dr. Hubert Trzepatowski cərrahiyyə, protezləşdirmə, periodontologiya və implantologiya kimi diş müalicələrinin müxtəlif aspektləri üzrə ixtisaslaşmış təcrübəli stomatoloqdur. Yagellon Universiteti və Krakovdakı 5-ci Hərbi Klinik Hospital kimi nüfuzlu institutlarda 17 illik təcrübə və kvalifikasiya ilə Dr. Trzepatowski tam ağız reabilitasiyası üçün qabaqcıl həllər təklif edir. Dr. Hubert Trzepatowski Polşada all-on-4 diş implant müalicəsi üzrə sertifikata sahib tək stomatoloqdur.


Polşada diş implantları üçün hər şey daxil paket


Polşada diş implantı müalicəsi almaq istəyən pasiyentlərimizin əlavə xərc çəkməsinin qarşısını almaq üçün hazırladığımız paketimizlə tanış olun. Hər şey daxil paketimiz Polşada diş implant müalicəniz üçün lazım olan hər detalı ehtiva edir. Paketimizi əldə etməklə siz sadəcə xərclərə qənaət etməklə qalmayacaq, eyni zamanda müxtəlif üstünlüklərdən də faydalana biləcəksiniz.


Polşada hər şey daxil All-on-4 diş implant paketimizə daxildir:


  • Hava limanında qarşılama

  • Otel rezervasiyası

  • Klinikadan otelə transfer

  • Fizioterapevt xidmətləri

  • Gigiyena xidmətləri

  • CBCT və OPG rentgen şüaları

  • DSD müalicə planı

  • Altı ay ərzində heç bir əlavə ödəniş etmədən dörd ziyarət, hər birinə qeyd olunan bütün xidmətlər və ən yaxşı qonaqlama variantları üçün tövsiyələr daxildir.


Bundan əlavə, klinika implantlar üçün ömürlük, digər müalicələr üçün isə iki illik zəmanət verir. 5100 avrodan başlayan hər hansı bir müalicə prosedurunu seçməklə paketimizdə qeyd olunan bütün üstünlüklərdən faydalana bilərsiniz.


Polşada diş implant müalicəsi nəticələri (şəkillər)


Polşada diş implant müalicəniz üçün tövsiyyə etdiyimiz HALDent klinikası tərəfindən həyata keçirilən implant müalicələrinin nəticələrini şəkillərdən görə bilərsiniz.




Polşada diş implantlarının qiyməti nə qədərdir?


Polşada diş implant müalicəsinin qiyməti digər Avropa ölkələri ilə müqayisədə aşağıdır. Polşa qiymət və tibbi xidmətin keyfiyyəti arasındakı balansı qoruyub saxlamağı bacaran və pasiyentlərə uğurlu diş müalicələri təklif edən klinikalara sahibdir.


Aşağıdakı cədvəl vasitəsilə Polşada və digər ölkələrdə diş implant müalicəsinin tək diş üzrə qiymətlərini öyrənə bilərsiniz.


Ölkə

Qiymət (AVRO €)

Polşa

500€ - 990€

Türkiyə

450€ - 800€

Xorvatiya

900€ - 1200€

Almaniya

1250€ - 1600€

Çexiya

350€ - 1250€

Birləşmiş Krallıq

1600€ - 2300€

Amerika Birləşmiş Ştatları

1500€ - 5000€




Niyə A-Medical?


Əgər Polşada diş implantı müalicəsi olunmağı düşünürsünüzsə, ehtiyaclarınıza ən uyğun klinikanı tapmaqda çətinlik çəkə bilərsiniz. Hər bir klinikanın öz üstünlükləri və mənfi cəhətləri olsa da, sənədləşmə prosesini daha asan idarə edə biləcəyiniz və daha az xərc çəkə biləcəyiniz klinikalar da var. Əgər Polşada ilk dəfə diş implant müalicəsi olunacaqsınızsa, o zaman proseduru A-Medical tibbi turizm şirkətinə həvalə etməyiniz sizin üçün faydalı olacaq.


A-Medical niyə Polşada müalicəniz üçün ən yaxşı tibbi turizm şirkətidir?


  • Biz sizin mövcud vəziyyətinizlə bağlı ən yaxşı müalicəni təklif edən klinikanı tapırıq

  • Sizin üçün ən yüksək müvəffəqiyyət dərəcəsi olan həkimi tapırıq

  • Biz klinikalarla əlaqə saxlayırıq və bütün müsahibələri edirik

  • Lazımi sənədlərin tərcümə olunaraq klinikaya göndərilməsini təmin edirik

  • Səyahət planınızı xüsusi olaraq hazırlayırıq

  • Viza dəstəyi təklif edirik

  • Klinikaya pulsuz transfer və tərcüməçi dəstəyi təqdim edirik

  • Yerində endirimlərdən yararlanmağınıza kömək edirik


Müalicələriniz və cərrahiyyə əməliyyatlarınız üçün xaricdəki ölkələri seçməyin bir çox üstünlüyü var, lakin A-Medical tibbi turizm şirkətinə üstünlük vermək, Polşada müalicənizin unudulmaz bir xatirəyə çevrilməsinə imkan yaradır. Müalicəniz üçün A-Medical tibbi turizm şirkətini seçdiyiniz zaman siz bir sıra eksklüziv kampaniyalardan yararlanma fürsətini əldə edə bilərsiniz.


Mobil: (+994 10) 310 93 33

Whatsapp: +99410 310 93 33

Email: [email protected]

A-Medical: High Quality & Affordable Medical Treatment Abroad

Xüsusi güzəştli şərtlərlə xaricde mualice almaq istəyirsinizsə, A-Medical tibbi turizm şirkəti ilə əlaqəyə
keçərək ətraflı məlumat əldə edə bilərsiniz. A-Medical şirkəti Azərbaycanda tibbi turizm sahəsində 7 ildən artıq təcrübəsi ilə Türkiyədə müalicə və digər ölkələrdə
hər növ tibbi prosedurun yerinə yetirilməsini sizin üçün təşkil edir.

Xaricde mualice ilə bağlı hərhansı bir sualınız yarandığı halda sizə uyğun olan vasitə ilə bizimlə əlaqə saxlaya bilərsiniz.
A-Medical şirkəti Türkiyede müalice və digər ölkələrdə müayinə, müalicə və əməliyyat prosedurlarının yerinə yetirilməsi və xaricdə
müalicə təşkil olunması ilə bağlı 7 ildən artıq təcrübəsi ilə sağlamlığınızı geri qaytarmaq üçün xidmətinizdədir.


Pulsuz konsultasiyadan yararlan

Qısa formu dolduraraq pulsuz konsultasiyaya yazıl və sağlamlığın üçün ən doğru seçimi birgə təyin edək

Bir kliklə Whatsapp-a yazın