+99410 310 93 33

WHATSAPPA YAZIN

Əgər xərçəng müalicəsi üçün yüksək səviyyəli tibbi xidmət əldə etmək istəyirsinizsə, gözünüzü İsveçrəyə çevirə bilərsiniz. İsveçrə dünyadakı ən güclü səhiyyə sisteminə malik ölkə olaraq dünyadaki bütün insanlar üçün ən uğurlu xərçəng müalicələrini təmin edir.


İsveçrədə müxtəlif növ xərçəng xəstəliklərinin müalicəsinə yönəlmiş bir çox müalicə üsulu var. İsveçrə klinikaları və peşekar həkim kadrları dünyadakı ən mürəkkəb xərçəng xəstəliklərinin müalicəsində belə uğurlu nəticələr əldə etməyi bacarırlar.


İsveçrədə xərçəngin müalicə üsullarına cərrahiyyə, radiasiya terapiyası və şiş toxumasını aradan qaldırmaq və ya lazım olduqda palliativ qayğı göstərmək məqsədi daşıyan kimyaterapiya və immunoterapiya kimi dərman əsaslı yanaşmalar daxildir.


Bu yazıda İsveçrədə onkoloji müalicə haqqında ətraflı məlumat təqdim etmişik.


Niyə İsveçrəni seçməlisiniz?


İsveçrə klinikaları hər bir xəstə üçün fərdi qayğıya diqqət yetirərək hərtərəfli onkoloji müalicə təklif edir. Qabaqcıl tibbi texnologiyalar və xüsusi müalicə strategiyaları ilə xəstələr hər mərhələdə yüksək səviyyəli qayğı alırlar.


İsveçrədə fəaliyyət göstərən onkoloji klinikalar qabaqcıl müalicələrə və xəstə yönümlü yanaşmalardan faydalanmalarını təmin edir və hər bir xəstənin xüsusi ehtiyaclarını prioritetləşdirir. İsveçrədə klinikalar və həkimlər hər xəstə üçün xüsusi müalicə planı hazırlayırlar. Bu isə xəstə yönümlü və individual yanaşma ilə uğurlu onkoloji müalicənin əsasını təşkil edir.


Onkoloji müalicə üçün İsveçrə klinikalarına üstünlük verən xəstələr öz sahəsində ən yaxşı onkoloqlar tərəfindən müalicə olunma imkanı qazanırlar. İsveçrədəki onkoloqlar ABŞ, Almaniya, İsrail və Böyük Britaniyada fəaliyyət göstərən həmkarlarından daha uğurlu və daha təcrübəlidirlər.


Nəticə etibarilə, İsveçrədə xərçəng müalicəsinin üstünlükləri:


  • Fərdi xərçəng müalicəsi proqramları

  • Dünyanın ən yaxşı həkimləri tərəfindən müalicə olunma imkanı

  • Yüksək texnoloji avadanlıqlara malik qabaqcıl klinikalarda müalicə

  • Müalicədə yüksək müvəffəqiyyət nisbətləri

  • Ən yaxşı müalicəni təmin edən yüksək səviyyəli səhiyyə sistemi


İsveçrədə mövcud olan xərçəng müalicəsi üsulları


İsveçrədə xərçəngin müalicəsində tətbiq edilən üsullar arasında cərrahiyyə, kimyaterapiya, radioterapiya, məqsədyönlü müalicələr, immunoterapiya və hormon müalicələri yer alır. Cərrahiyyə və kimyaterapiya bir çox xərçəng növündə istifadə olunan əsas müalicələrdir. Bu müalicələrin effektivliyini artırmaq üçün kök hüceyrə terapiyası və ya sümük iliyi nəqli kimi prosedurlardan istifadə olduqca yayğındır.


Kimyaterapiya


Kimyaterapiya xərçəng hüceyrələrini öldürmək və onların yayılmasının qarşısını almaq üçün xərçəng əleyhinə müxtəlif növ dərmanların istifadəsini ehtiva edir. Müxtəlif xərçəng növlərini müalicə etmək üçün kimyaterapiyadan istifadə olunur. Xəstələr üçün kimyaterapiya infuziya, inyeksiya və ya tablet şəklində qəbul edilə bilər.


Radioterapiya


İsveçrədə radiasiya terapiyası və ya şüa müalicəsi əksər xərçəng növləri üçün kimyaterapiyadan sonra və ya kimyaterapiya ilə paralel aparılır. Radioterapiya yüksək radiasiya dozalarının birbaşa şişi hədəf aldığı, xərçəng hüceyrələrini məhv edərək böyüməsini dayandırdığı və ya yavaşlatdığı bir müalicədir.


Hədəfə yönəlik terapiyalar


Hədəfə yönəlik müalicə orqanizmdəki sağlam hüceyrələrə toxunmadan xərçəgli hüceyrələri məhv etməyi nəzərdə tutan bir müalicə növüdür. Hədəfə yönəlik müalicə şişlərin böyüməsini dayandırır və maddələr mübadiləsini yavaşladır.


İmmunoterapiya


İmmunoterapiya bədənin xərçəngə qarşı təbii müdafiəsini gücləndirir, orqanizmi daha güclü və davamlı edir. Kimyaterapiya və məqsədyönlü müalicələrlə müqayisədə daha az yan təsirə və yüksək effektivliyə malikdir.


Hormon terapiyası


Hormon terapiyası xərçəngin böyüməsini dayandırmaq üçün müəyyən hormonları bloklayan bir müalicədir. Adətən döş xərçəngi və prostat xərçəngi kimi xərçəng növlərində istifadə olunur.


Ən məşhur onkoloji prosedurlar


Xarici xəstələr üçün İsveçrədə ən populyar onkoloji prosedurlar:


  • Döş xərçəngi

  • Dəri xərçəngi

  • Beyin şişi

  • Qaraciyər xərçəngi

  • Bağırsaq xərçəngi

  • Ağciyər xərçəngi

  • Prostat xərçəngi

  • Mədəaltı vəzi xərçəngi


İsveçrədə xərçəng müalicəsinin müvəffəqiyyət nisbəti


İsveçrə aparıcı səhiyyə sistemi, effektiv müalicə üsulları və yüksək səviyyəli tibb mütəxəssisləri sayəsində dünyanın ən yüksək xərçəngdən sağ qalma nisbətinə malikdir.


İsveçrə onkoloqları immunoterapiya və məqsədyönlü müalicələr kimi qabaqcıl müalicə üsullarından istifadə edərək, effektiv xərçəng müalicəsi göstərməkdə qlobal səviyyədə tanınırlar.


İsveçrədə xərçəng müalicəsi üçün ən yaxşı klinikalar


İsveçrədə xərçəng müalicəsi olunmağı düşünürsünüz? A-Medical tibbi turizm şirkəti olaraq qatı keyfiyyətə nəzarət meyarlarımızı qarşılayan İsveç klinikalarını və həkimlərini sizə tövsiyyə edirik. Tövsiyyə tediyimiz həkim və klinikalarla rəsmi əməkdaşlıq edirik. Bu sayədə xəstələrimiz bizim vasitəçiliyimiz ilə İsveçrədəki klinikalarda rahatlıqla və endirimli qiymətlərlə xərçəng müalicəsi ala bilərlər.


Clinique de Genolier (Premium seçim)




1972-ci ildə yaradılmış Clinique de Genolier müstəsna tibbi xidmət, qabaqcıl texnologiya və əla xidmətlə tanınan İsveçrənin ən yaxşı özəl klinikasıdır. 128 çarpayısı və 198 ixtisaslı həkimi ilə İsveçrə Tibb Şəbəkəsinin əsas klinikasıdır. Genolier Klinikası Onkologiya, Cərrahiyyə və Kardiologiyada güclü reputasiyaya malikdir.


Hirslanden Klinikası




Hirslanden Klinikası Avropa Xərçəng Mərkəzi olaraq da tanınır və İsveçrədəki ən uğurlu onkoloji klinikalardan biri hesab edilir. Hirslanden klinikası xərçəng xəstələrinə hərtərəfli müalicə təmin etmək üçün müalicələrdə birdən çox tibb sahəsindən eyni anda faydalanır. Fərdi müalicələri və sertifikatlarla təsdiqlənən təcrübəsi ilə Hirslanden klinikası İsveçrədə uğurlu onkoloji müalicə axtaranlar üçün ideal klinikadır.


Hôpital de La Tour




İsveçrədəki "Hôpital de La Tour" klinikası xərçəngin müalicəsində müstəsna xidmətləri ilə tanınır. Xüsusi mütəxəssis həkim heyəti ilə klinika böyüklərdə müxtəlif xərçəng növlərinin diaqnostikası və müalicəsində yüksək uğur əldə edib. Hôpital de La Tour klinikasında müalicə planları hər bir xəstənin unikal ehtiyaclarına uyğun olaraq hazırlanır. Klinikanın həkim heyəti xəstələrin sağalma yolu boyunca mümkün olan ən yaxşı qayğı və dəstəyi almasını təmin edir və pasiyentlər müalicə prosesinin sonunda sağlamlıqlarını geri qazanmış olurlar.


Niyə A-Medical?


Əgər İsveçrədə xərçəng müalicəsi olunmağı düşünürsünüzsə, ehtiyaclarınıza ən uyğun klinikanı tapmaqda çətinlik çəkə bilərsiniz. Hər bir klinikanın öz üstünlükləri və mənfi cəhətləri olsa da, sənədləşmə prosesini daha asan idarə edə biləcəyiniz və daha az xərc çəkə biləcəyiniz klinikalar da var. Əgər İsveçrədə ilk dəfə xərçəng müalicəsi olunacaqsınızsa, o zaman proseduru A-Medical tibbi turizm şirkətinə həvalə etməyiniz sizin üçün faydalı olacaq.


A-Medical niyə İsveçrədə müalicəniz üçün ən yaxşı tibbi turizm şirkətidir?

  • Biz sizin mövcud vəziyyətinizlə bağlı ən yaxşı müalicəni təklif edən klinikanı tapırıq

  • Sizin üçün ən yüksək müvəffəqiyyət dərəcəsi olan həkimi tapırıq

  • Biz klinikalarla əlaqə saxlayırıq və bütün müsahibələri edirik

  • Lazımi sənədlərin tərcümə olunaraq klinikaya göndərilməsini təmin edirik

  • Səyahət planınızı xüsusi olaraq hazırlayırıq

  • Viza dəstəyi təklif edirik

  • Klinikaya pulsuz transfer və tərcüməçi dəstəyi təqdim edirik

  • Yerində endirimlərdən yararlanmağınıza kömək edirik


Müalicələriniz və cərrahiyyə əməliyyatlarınız üçün xaricdəki ölkələri seçməyin bir çox üstünlüyü var, lakin A-Medical tibbi turizm şirkətinə üstünlük vermək, İsveçrədə müalicənizin unudulmaz bir xatirəyə çevrilməsinə imkan yaradır. Müalicəniz üçün A-Medical tibbi turizm şirkətini seçdiyiniz zaman siz bir sıra eksklüziv kampaniyalardan yararlanma fürsətini əldə edə bilərsiniz.


Mobil: (+994 10) 310 93 33

Whatsapp: +99410 310 93 33

Email: [email protected]

A-Medical | Reliable and Professional Medical Tourism Provider

Xüsusi güzəştli şərtlərlə xaricde mualice almaq istəyirsinizsə, A-Medical tibbi turizm şirkəti ilə əlaqəyə
keçərək ətraflı məlumat əldə edə bilərsiniz. A-Medical şirkəti Azərbaycanda tibbi turizm sahəsində 7 ildən artıq təcrübəsi ilə Türkiyədə müalicə və digər ölkələrdə
hər növ tibbi prosedurun yerinə yetirilməsini sizin üçün təşkil edir.

Xaricde mualice ilə bağlı hərhansı bir sualınız yarandığı halda sizə uyğun olan vasitə ilə bizimlə əlaqə saxlaya bilərsiniz.
A-Medical şirkəti Türkiyede müalice və digər ölkələrdə müayinə, müalicə və əməliyyat prosedurlarının yerinə yetirilməsi və xaricdə
müalicə təşkil olunması ilə bağlı 7 ildən artıq təcrübəsi ilə sağlamlığınızı geri qaytarmaq üçün xidmətinizdədir.


Pulsuz konsultasiyadan yararlan

Qısa formu dolduraraq pulsuz konsultasiyaya yazıl və sağlamlığın üçün ən doğru seçimi birgə təyin edək

Bir kliklə Whatsapp-a yazın