A-Medical: High Quality & Affordable Medical Treatment Abroad
Türkiyə sarkoma müalicəsində yüksək müvəffəqiyyət nisbətinə malikdir. Türkiyənin keyfiyyəti və JCI akreditə klinikaları sarkomanın müalicəsində effektiv müalicə üsullarından istifadə edirlər. Bütün dünyada insanlar sarkoma müalicəsi üçün Türk klinikalarına üstünlük verirlər.
Türk klinikaları keyfiyyətli tibbi xidmətlərlə əlçatan və sərfəli sarkoma müalicəsi təklif edir. Qiymət və tibbi xidmətin keyfiyyəti arasındakı balansı qorumağı bacardığı və pasiyentləri məmnun edə bildiyi üçün Türk klinikaları sarkoma müalicəsində digər ölkələrdəki klinikalardan fərqlənir.
Bu məqalə Türkiyədə sarkomanın müalicəsinin xüsusiyyətlərini, müalicə üsullarını, ən yaxşı klinikaları və xərcləri əhatə edir. Türkiyədə sarkomanın müalicəsi haqqında məlumat əldə etmək üçün məqaləmizə nəzər sala bilərsiniz.
Sarkoma nadir görülən lakin mürəkkəb bir xərçəng növüdür. Sarkomanın müalicəsində əsas uğur faktoru erkən diaqnozdur. Ən yaxşı müalicə üçün doğru klinikanı və həkimi seçmək vacibdir. Türkiyə sarkomanın müalicəsində uğurlu nəticələr əldə edən klinikalara və həkimlərə sahibdir.
Türkiyədə sarkoma müalicəsinin üstünlükləri:
Yüksək səviyyəli həkimlər tərəfindən müalicə olunmaq imkanı
Effektiv müalicə üsullarından istifadə edən klinikalar
Rahat səyahət və qonaqlama
Tanınmış klinikalarda müalicə almaq imkanı
Müalicə üçün minimum gözləmə müddəti
Düzgün diaqnozun qoyulması və müalicə üsulunun tətbiqi
Müalicədən sonra yüksək keyfiyyətli qayğı
Sarkoma müalicəsi üçün Türk klinikalarına üstünlük vermək yüksək keyfiyyətli tibbi xidmət və endirimli qiymətlərlə müalicə almaq imkanı verir.
Sarkoma birləşdirici toxumada əmələ gələn nadir xərçəng növüdür. Tək bir sarkomadan söz etmək mümkün deyil çünkü sarkomaların 70-dən çox növü var. Adətən sarkomalar yumşaq toxumalarda meydana gəlir. Ayaqlar, qollar, qarın, baş və boyun nahiyələri sarkomaların ən çox görüldüyü yerlərdir. Sarkoma şişləri xoşxassəli və bədxassəli ola bilər.
Sarkomanın simptomlarına aşağıdakılar daxildir:
Bədəndə ağrılı və ya ağrısız şişlər
Sümük ağrısı
Kiçik zədələrdən sonra qəfildən meydana gələn sümük qırıqları
Qarın ağrısı
Səbəbsiz kilo itkisi
Xərçəng növü olan sarkoma DNT mutasiyaları ilə əlaqələndirilir. DNT mutasiyalarından sonra anormal hüceyrə artımı və şişlərin meydana gəlməsi sarkomanın ən qabaqcıl səbəblərindən biridir. Mutasiyaya uğrayan hüceyrələr bütün bədənə yayılaraq metastaza səbəb ola bilər.
Sarkomanın risk faktorlarına daxildir:
Retinoblastoma və ya tip 1 neyrofibromatoz kimi irsi sindromlar sarkoma riskini artıra bilər.
Sarkomalar birləşdirici toxuma mövcudluğuna görə qarın içi orqanlarda inkişaf edə bilər.
Xərçəng müalicəsi üçün radioterapiya alan xəstələrdə sonradan sarkoma inkişaf edə bilər.
Herpes virusu tip 8 kimi bəzi viruslar immun sistemi zəifləmiş şəxslərdə Kaposi sarkoması riskini artırır.
Türkiyədə sarkoma diaqnozunun əsas üsulu biopsiya analizidir. Bədəndə kütlə nəzərə çarpırsa və ya hiss olunursa, nümunə götürülür və analiz edilir. Biopsiya birbaşa olaraq və ya ultrasəs və ya tomoqrafiya ilə paralel şəkildə edilə bilər. MRT xüsusilə yumşaq toxuma sarkomalarını aşkar etmək üçün effektivdir. Lazım gələrsə, rentgenoqrafiya, PET, sümük görüntüləmələri və ultrasəs kimi digər görüntüləmə üsullarından da istifadə edilə bilər.
Sarkomanın müalicəsinin əsas üsulu cərrahiyyədir. Cərrahiyyə, şişin və ətrafdakı toxumaların çıxarılmasını əhatə edir. Kimyaterapiya və radioterapiya kimi digər müalicə üsulları da sarkomanın müalicəsində istifadə olunur.
Sarkomanın müalicəsində məqsədyönlü müalicələr, ağıllı dərmanlar və immunoterapiyalar geniş yayılmışdır. İmmunoterapiyalar xərçənglə mübarizə aparmaq üçün bədənin immun sistemini gücləndirməyə kömək edir və sarkoma müalicəsində ümidverici nəticələr verir.
Sarkomalar yayılmalarına görə dörd mərhələyə bölünür. Mərhələ 1 və 2 lokal şiş böyüməsini göstərir. Mərhələ 3 xəstəliyin yaxınlıqdakı limfa düyünlərinə yayılmasını əhatə edir. 4-cü mərhələ isə sarkomalar uzaq orqanlara yayılaraq metastaz əmələ gətirir.
Sarkomanın müalicəsində erkən diaqnoz vacibdir. Xüsusilə 1-ci və 2-ci mərhələdə sarkomanın müalicəsində daha yüksək uğur əldə etmək mümkündür.
Türkiyədə sarkomanın müalicəsinin müvəffəqiyyəti xərçəngin mərhələsi, xəstənin sağlamlığı və müalicənin effektivliyi kimi amillərdən asılıdır. Türkiyənin yüksək səviyyəli klinikalarında sarkomanın müalicəsi peşekar və tanınmış həkimlər tərəfindən həyata keçirdilir. Erkən diaqnoz və ya metastaz etməyən sarkomalar Türkiyədə 95% ehtimal ilə müalicə olunur. Qeyd edək ki, JCI akreditə olunmuş Türk klinikalarında metastaz olan və ümidsiz hesab olunan sarkoma halları da müalicə oluna bilir.
Türkiyədə sarkomanın müalicəsi üçün ən yaxşı klinikalar:
Anadolu Johns Hopkins Tibb Mərkəzi
Memorial Klinikası
Florence Nightingale Xəstəxanası
Koç Universitet Xəstəxanası
Bu klinikalar A-Medical sağlamlıq turizmi şirkəti ilə rəsmi əməkdaşlıq edərək, xəstə müraciətləri üçün sürətli təsdiqi və geri dönüşü təmin edir. Whatsapp-da bizimlə əlaqə saxlayaraq vəziyyətinizin təfərrüatlarını paylaşın və klinika həkimlərindən operativ rəy alın.
Türkiyədə sarkomanın müalicəsi 5000 dollardan başlayır. Xərclər sağlamlıq vəziyyətindən, xəstəliyin mərhələsindən, klinika seçimindən və müalicədən asılı olaraq dəyişir.
Türkiyədə sarkoma müalicəsinin dəqiq qiymətini öyrənmək üçün Whatsapp vasitəsilə bizimlə əlaqə saxlayın.
Əgər Türkiyədə sarkoma müalicəsi olunmağı düşünürsünüzsə, ehtiyaclarınıza ən uyğun klinikanı tapmaqda çətinlik çəkə bilərsiniz. Hər bir klinikanın öz üstünlükləri və mənfi cəhətləri olsa da, sənədləşmə prosesini daha asan idarə edə biləcəyiniz və daha az xərc çəkə biləcəyiniz klinikalar da var. Əgər Türkiyədə ilk dəfə sarkoma müalicəsi olunacaqsınızsa, o zaman proseduru A-Medical tibbi turizm şirkətinə həvalə etməyiniz sizin üçün faydalı olacaq.
A-Medical niyə Türkiyədə müalicəniz üçün ən yaxşı tibbi turizm şirkətidir?
Biz sizin mövcud vəziyyətinizlə bağlı ən yaxşı müalicəni təklif edən klinikanı tapırıq
Sizin üçün ən yüksək müvəffəqiyyət dərəcəsi olan həkimi tapırıq
Biz klinikalarla əlaqə saxlayırıq və bütün müsahibələri edirik
Lazımi sənədlərin tərcümə olunaraq klinikaya göndərilməsini təmin edirik
Səyahət planınızı xüsusi olaraq hazırlayırıq
Viza dəstəyi təklif edirik
Klinikaya pulsuz transfer və tərcüməçi dəstəyi təqdim edirik
Yerində endirimlərdən yararlanmağınıza kömək edirik
Müalicələriniz və cərrahiyyə əməliyyatlarınız üçün xaricdəki ölkələri seçməyin bir çox üstünlüyü var, lakin A-Medical tibbi turizm şirkətinə üstünlük vermək, Türkiyədə müalicənizin unudulmaz bir xatirəyə çevrilməsinə imkan yaradır. Müalicəniz üçün A-Medical tibbi turizm şirkətini seçdiyiniz zaman siz bir sıra eksklüziv kampaniyalardan yararlanma fürsətini əldə edə bilərsiniz.
Mobil: (+994 10) 310 93 33
Email: [email protected]
A-Medical: High Quality & Affordable Medical Treatment Abroad
Xüsusi güzəştli şərtlərlə xaricde mualice almaq istəyirsinizsə, A-Medical tibbi turizm şirkəti ilə əlaqəyə Xaricde mualice ilə bağlı hərhansı bir sualınız yarandığı halda sizə uyğun olan vasitə ilə bizimlə əlaqə saxlaya bilərsiniz.
keçərək ətraflı məlumat əldə edə bilərsiniz.
A-Medical şirkəti Azərbaycanda tibbi turizm sahəsində 7 ildən artıq təcrübəsi ilə Türkiyədə müalicə və digər ölkələrdə
hər növ tibbi prosedurun yerinə yetirilməsini sizin üçün təşkil edir.
A-Medical şirkəti Türkiyede müalice və digər ölkələrdə müayinə, müalicə və əməliyyat prosedurlarının yerinə yetirilməsi və xaricdə
müalicə təşkil olunması ilə bağlı 7 ildən artıq təcrübəsi ilə sağlamlığınızı geri qaytarmaq üçün xidmətinizdədir.
Qısa formu dolduraraq pulsuz konsultasiyaya yazıl və sağlamlığın üçün ən doğru seçimi birgə təyin edək
Bir kliklə Whatsapp-a yazın