+99410 310 93 33

WHATSAPPA YAZIN

İnsult, beynin bir hissəsinə qan axını qəfil kəsildikdə və ya beyin toxumasında qanaxma baş verdikdə beyin hüceyrələrinin ziyan görməsi ilə meydana gəlir.


İnsultun müalicəsi üçün əsas yollar dərman müalicəsi, cərrahiyyə və ya reabilitasiyadır. Kök hüceyrə terapiyası isə son illərdə insult müalicəsində qənaətbəxş nəticələrin əldə olunduğu başqa bir müalicə növüdür. Almaniyanın “CBC Health” klinikasında tətbiq olunan kök hüceyrə terapiyası, bugünə qədər insultlu xəstələrin müalicəsində uğurlu nəticələr göstərmişdir.


Kök hüceyrələr sinirlər, beyin hüceyrələri və əzələlər də daxil olmaqla müxtəlif hüceyrə növlərinə çevrilmək qabiliyyətə malikdir. Sağlam kök hüceyrələrin insultdan əziyyət çəkən pasiyentin bədəninə yeridilməsi ilə bu hüceyrələr bədəndə serebral iflicə səbəb olan hüceyrələrin yerini alır. Bu zaman iflic qismən və ya təmamilə müalicə oluna blir.


Kök hüceyrə terapiyası təkcə insultu müalicə etmir, həm də cərrahiyyə ehtiyacını aradan qaldıraraq xəstələrə əvvəlki sağlamlıqlarını bərpa etməyə imkan verir. Bu hüceyrələr insultun gedişatını yavaşlatmaq, dayandırmaq və hətta insultu təmamilə müalicə etmək potensialına malikdir.


Məqaləmizi oxumağa davam edərək Almaniyada insult müalicəsi və reabilitasiya haqqında daha çox məlumat əldə edə bilərsiniz.


İnsult üçün kök hüceyrə terapiyasının təsiri


Kök hüceyrələrin insult müalicəsində effektivliyi sübut edilmişdir. Kök hüceyrə müalicəsi standart müalicələrlə paralel həyata keçirdilir və mövcud müalicələrin effektivliyini artıraraq insultdan azad olmağa kömək edir.


Bununla belə, qeyd etmək lazımdır ki, bu üsul standart müalicəni əvəz etmir və ya alternativ kimi xidmət etmir. Kök hüceyrə terapiyası ilə insult müalicəsi daha çox, daha əhatəli yanaşma üçün davam edən müalicəni tamamlama xarakteri daşıyır.


İnsult xəstələrində venadaxili kordon qan hüceyrələrinin infuziyaları beyin hüceyrələrinin bərpasını təmin edir. İnsultdan dərhal sonra kök hüceyrə müalicəsinin aparılması daha yaxşı nəticələr verir.


Müalicənin nəticələri həftələr ərzində nəzərə çarpır. Müalicənin tam effektivliyini görmək üçün isə 3 aydan 6 aya qədər gözləmək vacibdir. Müsbət dəyişikliklər daimi xarakter daşıyır.


Müalicə proseduru


Göbək kordonundan alınan kök hüceyrələr iflic olan xəstələrə kök hüceyrə terapiyasında kömək edir. Optimal terapevtik effekt əldə etmək üçün hər infuziya üçün 4-8 donordan alınan kq başına 50 milyon hüceyrə dozası tələb olunur.


İnfuziya prosesi iki-üç gün davam edir, hər bir dozadan sonra potensial mənfi reaksiyalar üçün diqqətlə monitorinq aparılır. Xəstəyə yeridilən yeni kök hüceyrələr bədənin müdafiəsini gücləndirir, boyun və beyindəki damarları təmir edir, genetik cəhətdən qüsurlu kök hüceyrələri əvəz edir. İlkin nəticələr ilk gündə görünür, lakin maksimum təsir altı aylıq gözləmədən sonra aydın olur.


Kök hüceyrə terapiyası insultun inkişafını dayandırmağa və xəstəliyi müalicə etməyə xidmət edir. İnsultun müalicəsi üçün kök hüceyrə terapiyasını əsas müalicə kimi yox, köməkçi müalicə kimi görmək vacibir.


İnsult müalicəsi üçün Almaniyada CBC Health klinikası hərtərəfli qayğı və yüksək səviyyəli tibbi xidmət təklif edir. Müalicə protokolu hər bir xəstənin vəziyyətinə uyğun şəkildə hazırlanır.


Risklər və fəsadlar


İnsult üçün kök hüceyrə müalicəsinin riskləri minimaldır və bu prosedurun həyati təhlükəsi yoxdur. Məlum risklərə allergik reaksiyalar və nadir yoluxucu infeksiyalar daxildir. Allergik reaksiyaların qarşısını almaq və müalicə etmək asandır, qanla ötürülən infeksiyaların görünmə nisbəti isə olduqca nadirdir.


CBC Health klinikasında insultun kök hüceyrələr ilə müalicəsi


Kök hüceyrə müalicəsində əldə edə biləcəyiniz ən yaxşı kök hüceyrələr göbək kordonundan alınan hüceyrələrdir. Göbək bağından alınan bu hüceyrələr iflicin müalicəsində ən yaxşı effekti verir.


Kök hüceyrələrlə insult müalicəsi olunmaq istəyənlərə Almaniyada yerləşən CBC Health klinikasını tövsiyyə edirik. CBC Health klinikası peşekar həkim heyəti və yüksək tibbi xidmət standartı ilə xəstələrə xidmət göstərir. Almaniyanın CBC Health klinikasında kök hüceyrə terapiyası ilə insult müalicəsi almaq üçün bizə Whatsapp vasitəsilə yaza bilərsiniz.


İnsult üçün kök hüceyrə terapiyasından sonra bərpa dövrü yoxdur. Xəstə adətən ilk gündən təsirini hiss etsə də, müalicənin tam potensialını görmək üçün 6 ay gözləmək lazımdır.


Almaniyada insult üçün kök hüceyrə müalicəsi olunmaq


Əgər insult müalicənizə daha vahid bir yanaşma əlavə etmək və mövcud müalicənizin effektini artırmaq istəyirsinizsə, kök hüceyrə müalicəsini sınamağınızı tövsiyə edirik. Bunun üçün suzə Almaniyanın CBC Health klinikasını tövsiyyə edirik.


Almaniyada kök hüceyrə terapiyası qiyməti nə qədərdir?


Almaniyanın CBC Health klinikasında insult üçün kök hüceyrə terapiyası qiyməti 44.000 avro təşkil edir.


Almaniyada kök hüceyrə terapiyası ilə insultun müalicəsi üçün ən yaxşı həkim


Dr. Nils H. Thoennissen tibb sahəsində 20 ildən artıq fəaliyyət göstərir. Xərçəng, xroniki degenerativ xəstəliklər və regenerativ tibb sahəsində beynəlxalq miqyasda ixtisaslaşmışdır. Dr. Nils H. Thoenissen hemoterapiya, qanköçürmə və kök hüceyrə transplantasiyası üzrə geniş klinik biliklərə sahibdir.


Nils H. Thoennissen Almaniyada CBC Health Clinic-də kök hüceyrə terapiyasından istifadə edərək insult müalicəsi təklif edir.


A-Medical ilə Almaniyada insult müalicəsi prosesi


Addım 1: Virtual məsləhətləşmə 


A-Medical vasitəçiliyi ilə Almaniyada kök hüceyrələr ilə insult müalicəsi prosesinin ilkin mərhələsi virtual konsultasiyadır. Siz ilk növbədə Almaniyada insult müalicəsi üçün bizimlə Whatsapp vasitəsilə əlaqə saxlamalısınız. Biz sizin Almaniyada insult müalicəsi üçün uyğunluğunuzu müəyyən etmək üçün sizdən cari tibbi vəziyyətiniz, aldığınız müalicələr, son tibbi analizləriniz və xəstəliyiniz haqqında məlumat alacağıq. Daha sonrasında bu məlumatları Almaniyadaki klinikalar ilə bölüşərək sizin üçün dəqiq qiymət təklifi alacağıq. Bütün bu proseslər sadəcə bir neçə saat və ya bir neçə gün içində tam olaraq həyata keçir.


Klinikadan müsbət rəy aldıqdan vəs sizinlə razılaşdıqdan sonra, biz sizin ümumi səyahətinizi 0-dan sona qədər dəqiqliklə planlaşdıracağıq.


Addım 2: Almaniyada müalicə


Almaniyaya səfəriniz razılaşdırılmış tarixdə baş tutacaq. Şəxsi sürücü sizi hava limanından otelinizə və ya klinikanıza rahat şəkildə çatdıracaq. Həkiminizlə ya eyni gündə, ya da sonrakı gün görüşəcəksiniz və insult müalicəniz üçün səyahətiniz planlaşdırıldığı kimi, adətən 1 və ya 2 gün ərzində başlayacaq.


Addım 3: Uğurlu müalicədən sonra evə qayıdın


Almaniyada kök hüceyrə terapiyası ilə insult müalicəsi bitdikdən sonra həkiminizlə son tibbi konsultasiyanızı edəcək və evə qayıdış üçün hava limanına transfer olunacaqsınız. Siz müalicənin nəticələri və ya yarana biləcəyiniz suallar üçün öz ölkənizdən yenidən həkiminizlə əlaqə saxlaya biləcəksiniz.


Niyə A-Medical?


Əgər Almaniyada insult müalicəsi olunmağı düşünürsünüzsə, ehtiyaclarınıza ən uyğun klinikanı tapmaqda çətinlik çəkə bilərsiniz. Hər bir klinikanın öz üstünlükləri və mənfi cəhətləri olsa da, sənədləşmə prosesini daha asan idarə edə biləcəyiniz və daha az xərc çəkə biləcəyiniz klinikalar da var. Əgər Almaniyada ilk dəfə insult müalicəsi olunacaqsınızsa, o zaman proseduru A-Medical tibbi turizm şirkətinə həvalə etməyiniz sizin üçün faydalı olacaq.


A-Medical niyə Almaniyada müalicəniz üçün ən yaxşı tibbi turizm şirkətidir?


  • Biz sizin mövcud vəziyyətinizlə bağlı ən yaxşı müalicəni təklif edən klinikanı tapırıq

  • Sizin üçün ən yüksək müvəffəqiyyət dərəcəsi olan həkimi tapırıq

  • Biz klinikalarla əlaqə saxlayırıq və bütün müsahibələri edirik

  • Lazımi sənədlərin tərcümə olunaraq klinikaya göndərilməsini təmin edirik

  • Səyahət planınızı xüsusi olaraq hazırlayırıq

  • Viza dəstəyi təklif edirik

  • Klinikaya pulsuz transfer və tərcüməçi dəstəyi təqdim edirik

  • Yerində endirimlərdən yararlanmağınıza kömək edirik


Müalicələriniz və cərrahiyyə əməliyyatlarınız üçün xaricdəki ölkələri seçməyin bir çox üstünlüyü var, lakin A-Medical tibbi turizm şirkətinə üstünlük vermək, Almaniyada müalicənizin unudulmaz bir xatirəyə çevrilməsinə imkan yaradır. Müalicəniz üçün A-Medical tibbi turizm şirkətini seçdiyiniz zaman siz bir sıra eksklüziv kampaniyalardan yararlanma fürsətini əldə edə bilərsiniz.


Mobil: (+994 10) 310 93 33

Whatsapp: +99410 310 93 33

Email: [email protected]

Ünvan: Neftchiler Ave. 151, AZ 1010, Baku, Azerbaijan

A-Medical | Reliable and Professional Medical Tourism Provider

Xüsusi güzəştli şərtlərlə xaricde mualice almaq istəyirsinizsə, A-Medical tibbi turizm şirkəti ilə əlaqəyə
keçərək ətraflı məlumat əldə edə bilərsiniz. A-Medical şirkəti Azərbaycanda tibbi turizm sahəsində 7 ildən artıq təcrübəsi ilə Türkiyədə müalicə və digər ölkələrdə
hər növ tibbi prosedurun yerinə yetirilməsini sizin üçün təşkil edir.

Xaricde mualice ilə bağlı hərhansı bir sualınız yarandığı halda sizə uyğun olan vasitə ilə bizimlə əlaqə saxlaya bilərsiniz.
A-Medical şirkəti Türkiyede müalice və digər ölkələrdə müayinə, müalicə və əməliyyat prosedurlarının yerinə yetirilməsi və xaricdə
müalicə təşkil olunması ilə bağlı 7 ildən artıq təcrübəsi ilə sağlamlığınızı geri qaytarmaq üçün xidmətinizdədir.


Pulsuz konsultasiyadan yararlan

Qısa formu dolduraraq pulsuz konsultasiyaya yazıl və sağlamlığın üçün ən doğru seçimi birgə təyin edək

Bir kliklə Whatsapp-a yazın