facebook Konsultasiya lazımdır? İndi bizimlə əlaqə saxlayın – sürətli və pulsuz!
Türkiyədə Mədə Xərçəngi Əməliyyatı - Ən Yaxşı Klinikalar,A-Medical - Türkiyədə Müalicə, xaricdə müalicə və tibbi turizm sahəsində 7 ildən artıq təcrübə ilə Turkiyede və xaricde mualice xidməti göstəririk!

Türkiyədə mədə xərçəngi əməliyyatında hər il minlərlə uğurlu müalicə nəticələri alınır. Türk klinikaları mədə xərçənginin diaqnozunda, erkən aşkarlanmasında və müalicəsində yüksək uğur qazanıb. Türkiyədə mədə xərçəngi müalicəsinin qiyməti digər ölkələrlə müqayisədə çox daha aşağıdır. Qiymətin aşağı olmasına baxmayaraq tibbi xidmətin keyfiyyəti isə dəyişməz olaraq yüksək qalır.


Ciddi bir xəstəlik olan mədə xərçəngi sağlam mədə hüceyrələrinin müxtəlif səbəblərdən xərçəng hüceyrələrinə çevrilməsi nəticəsində yaranır. Təəssüf ki, mədə xərçəngi xərçəngin geniş yayılmış formasıdır.


Türk klinikaları mədə xərçəngi müalicəsi axtaran xarici pasiyentlərə uğurlu müalicə üsulları ilə müalicə olunmaq imkanı təklif edir. Xəstə məmnuniyyətinin yüksəkliyi, göstərilən tibbi xidmətin keyfiyyəti və qiymətlərin sərfəli olması Türkiyəni mədə xərçəngi müalicəsi üçün əsas destinasiyaya çevirir.


Türkiyədə mədə xərçəngi müalicəsi haqqında hazırladığımız bu yazıda Türkiyədə necə mədə xərçəngi müalicəsi ala biləcəyinizi öyrənəcəksiniz.


Türkiyədə mədə xərçəngi əməliyyatı


Türkiyədə hər il 20 minə yaxın insan mədə xərçəngindən əməliyyat olunur. Mədə xərçənginin müalicəsi üçün əsas yanaşma cərrahiyyədir. Bəzi hallarda əməliyyatın uğurunu artırmaq üçün əməliyyatdan əvvəl kimyaterapiya müalicəsi tətbiq oluna bilər.


Türkiyədə mədə xərçənginin müalicəsi üçün cərrahi üsul üstünlük təşkil edir. Endoskopik müayinə (qastroskopiya) ilə təyin olunan cərrahiyyə qərarı, adətən yavaş irəliləyən mədə xərçəngi kontekstində çox vacibdir. Ultrasəs və tomoqrafiya kimi əlavə diaqnostik vasitələr bu təyinata kömək edir.


Mədə xərçəngi cərrahiyyəsi ağciyər xərçəngindən sonra ikinci ən çox görülən xərçəng kimi yayılmışdır. Bu xəstəliyin müalicəsi Türkiyədə rutin bir prosedurdur. Türk klinikaları mədə xərçəngi əməliyyatının həyata keçirilməsində nəzərəçarpacaq dərəcədə yüksək müvəffəqiyyət nisbətinə sahibdir.


Mədə xərçəngi əməliyyatı üçün niyə Türkiyəni seçməlisiniz?


Türkiyə bir neçə səbəbə görə mədə xərçəngi əməliyyatı üçün üstünlük verilən ölkədir. Bu səbəblər arasında beynəlxalq xəstələrə tibbi səyahətlərini daha rahat etmək, xərcləri azaltmaq və yüksək səviyyəli tibbi xidmətlərə çıxışı təmin etmək yer alır.


Birinci dərəcəli həkimlər və cərrahlar


Mədə xərçəngi əməliyyatı əhəmiyyətli bir prosedurdur və əməliyyatın uğuru klinikalardan və təcrübəli həkimlərdən asılıdır.


Türk klinikalarında mədə xərçəngi əməliyyatı öz sahəsində yüksək təcrübəyə malik həkimlər və cərrahlar tərəfindən həyata keçirilir. Türkiyədə birinci dərəcəli tibbi xidmətin münasib qiymətə olması ölkəni keyfiyyətli müalicə üçün ən yaxşı seçim halına gətirir.


Gözləmə müddəti yoxdur


Erkən müalicə mədə xərçəngi üçün müvəffəqiyyət nisbətini artırır. Bununla belə, bir çox ölkələrdə mədə xərçəngi əməliyyatının gözləmə müddəti həftələr və hətta aylar çəkə bilər.


A-Medical ilə Türkiyədə mədə xərçəngi əməliyyatına üstünlük vermək, gözləmə müddəti maneəsini aradan qaldırır. JCI akkreditə olunmuş Türk klinikalarında müalicə üçün A-Medical-ı seçdiyiniz zaman klinikada qeydiyyatınız dərhal tamamlanır və əməliyyatınız ən qısa zamanda həyata keçirilir.


Qonaqlama və nəqliyyat


A-Medical Türkiyədə mədə xərçəngi əməliyyatı olunacaq xəstələrə ödənişsiz transfer xidməti təklif edir. Bu sayədə xəstələr Türkiyəyə addım atdıqları andan etibarən xüsusi şofer vasitəsilə klinika və ya qalacaqları otelə transfer olunacaqlar. Əlavə olaraq, xəstələrimizin Türkiyədə komforlu tibbi turizm təcrübəsi yaşaması üçün 4/5 ulduzlu otellərdə endirimli qiymətlərlə qonaqlamalarını təmin edirik.


Heç bir dil maneəsi yoxdur


Türkiyədə müalicə almaq sizin üçün çətin bir proses kimi görünə bilər. Biz bu çətinliyi aradan qaldırmaq üçün sizi xüsusi köməkçi ilə təmin edirik. Türkiyədə müalicəniz boyunca köməkçiniz vasitəsilə bizdən istədiyiniz an yerində yardım ala biləcəksiniz. Köməkçiniz eyni zamanda tərcüməçi kimi də fəaliyyət göstərərək proses boyunca yarana biləcək bütün kommunikasiya ehtiyaclarını aradan qaldıracaq.


Türkiyədə mədə xərçəngi əməliyyatı təhlükəsizdirmi?


Türkiyədə A-Medicaı vasitəçiliyi ilə mədə xərçəngi əməliyyatı prosesi təhlükəsizdir. Biz sadəcə yüksək uğur nisbətinə sahib olan, keyfiyyətli tibbi xidmət göstərən və akreditə olunmuş klinikalar ilə rəsmi tərəfdaşlıq edirik. Bu sayədə xəstələrimizin Türkiyədə təhlükəsiz müalicəsini təmin edirik. Eləcə də, tövsiyyə etdiyimiz həkimlər öz sahəsində yüksək uğur göstərən, təcrübəli həkimlərdir. Əmin ola bilərsiniz ki, A-Medical olaraq xəstələrimizin təhlükəsizliyini və sağlamlığını prioritetləşdirərək fəaliyyət göstəririk və bu yolda yalnız uğurlu klinika və həkimlərlə tərəfdaşlıq edirik.


Türkiyədə mədə xərçəngi əməliyyatı


Türkiyədə mədə xərçəngi əməliyyatı qidalanma problemləri, qusma və xərçənglə bağlı qanaxma kimi həzm problemlırini həll etməklə xəstələrin sağlamlıqlarını yaxşılaşdırmaq, həyat keyfiyyətini artırmağı hədəfləyir.


Mədə xərçəngi əməliyyatı proseduruna mədənin tam və ya bir hissəsinin çıxarılması daxildir. Xərçəngin vəziyyətinə bağlı olaraq əməliyyat 2-5 saat çəkə bilər. Əməliyyat zamanı xərçəngli nahiyə ətrafındakı limfa düyünləri də çıxarılacaq. Əməliyyatın məqsədi xərçəngi effektiv müalicə etməklə xəstənin sağlamlığını geri qazanmağını təmin etməkdir.


Mədə xərçəngi əməliyyatında risklər və komplikasiyalar


Mədə əməliyyatı, hər hansı bir böyük əməliyyat kimi, bir sıra risklər daşıyır. Qanaxma, infeksiya, ətrafdakı toxumalarda sızma və anesteziya ilə bağlı ürək və ağciyər problemləri kimi ciddi və ölümcül yan təsirlər baş verə bilər.


Biz bu əlavə təsirlərin baş verməsinin qarşısını almaq üçün Türkiyədə mədə xərçəngi əməliyyatını yalnız Türkiyənin JCI akreditə olunmuş klinikalarında, A-Medical tərəfindən tövsiyyə olunan uğurlu və təcrübəli həkimlər tərəfindən həyata keçirilməsini tövsiyyə edirik.


Mədə xərçəngi əməliyyatından sonra həyat


Mədə xərçəngi əməliyyatından sonra xəstələr yemək vərdişlərində, pəhrizlərində və gündəlik həyatlarında ciddi dəyişikliklər etməlidirlər. Həkim tərəfindən xəstələrə bu dəyişikliklər detallı şəkildə izah olunur. Həyat tərzində edilən dəyişikliklər xəstələrin daha sürətli sağalmasını, əməliyyatdan sonra hiss olunan narahatlıqlardan ən qısa zamanda azad olmalarını və sonraki həyatlarında daha sağlam olmalarını təmin edir.


Türkiyədə mədə xərçəngi əməliyyatı sonrası sağalma


Türkiyədə mədə xərçəngi əməliyyatınızdan sonra bir neçə gün xəstəxanada həkim nəzarətində qalacaqsınız. Həkimlər sizin sağalmağınıza və bədəninizin əməliyyata necə reaksiya verdiyinə diqqət yetirəcəklər. Lazımi analizlər aparılacaq və həkim vəziyyətinizə yaxından nəzarət edəcək.


Həkiminizin rəyinə əsasən bir neçə gündən sonra otelinizə transfer olunacaqsınız və razılaşdırılmış müddətə qədər otelinizdə qalacaqsınız.


Sağalma müddətiniz boyunca klinikaya bir neçə dəfə analizlər və yoxlanışlar üçün getməli ola bilərsiniz. Biz bu prosesdə sizə lazımi dəstəyi göstərəcəyik.


Həkiminizin rəyinə əsasən ölkənizə qayıtma gününüz çatanda biz sizi havalimanına transfer edəcəyik.


Türkiyədə mədə xərçəngi əməliyyatı üçün ən yaxşı klinikalar


Türkiyədə mədə xərçəngi cərrahiyyəsi üçün ən yaxşı klinikalar:


  • Florence Nightingale Xəstəxanası

  • Acıbadem Xəstəxanaları

  • Koç Universiteti Xəstəxanası

  • Memorial Klinikası

  • Medipol Xəstəxanası

  • Medical Park Xəstəxanası

  • Amerikan Xəstəxanası


Türkiyədəki bu nüfuzlu klinikalar mədə xərçəngi cərrahiyyəsi üzrə qabaqcıl müalicə variantları təklif edir və xəstələrə yüksək səviyyəli tibbi xidmət göstərir.


A-Medical olaraq Türkiyədə mədə xərçəngi əməliyyatınız üçün tövsiyyə etdiyimiz klinikaların rəsmi partnyoruyuq. Bu sayədə bizə adı çəkilən klinikalar üçün müraciət edən xəstələrimizə qısa zamanda cavab verə bilir və dəqiq qiymət təklifini öyrənə bilirik. Eləcə də, rəsmi partnyor olduğumuz üçün xəstələrimizin bu klinikalarda ən qısa vaxtda qeydiyyatını tamamlaya bilir və gözləmə müddəti olmadan müalicə almalarına kömək edə bilirik. Adı çəkilən klinikalarda A-Medical vasitəçiliyi ilə müalicə aldığınız təqdirdə prosedur qiymətlərində endirimlər əldə edə bilərsiniz.


A-Medical ilə Türkiyədə mədə xərçəngi əməliyyatı prosesi


Addım 1: Virtual məsləhətləşmə 


A-Medical vasitəçiliyi ilə Türkiyədə mədə xərçəngi əməliyyatı prosesinin ilkin mərhələsi virtual konsultasiyadır. Siz ilk növbədə Türkiyədə mədə xərçəngi əməliyyatı  üçün bizimlə Whatsapp vasitəsilə əlaqə saxlamalısınız. Biz sizin Türkiyədə mədə xərçəngi əməliyyatı üçün uyğunluğunuzu müəyyən etmək üçün sizdən cari tibbi vəziyyətiniz, aldığınız müalicələr, son tibbi analizləriniz və xəstəliyiniz haqqında məlumat alacağıq. Daha sonrasında bu məlumatları Türkiyədəki klinikalar ilə bölüşərək sizin üçün dəqiq qiymət təklifi alacağıq. Bütün bu proseslər sadəcə bir neçə saat və ya bir neçə gün içində tam olaraq həyata keçir.


Klinikadan müsbət rəy aldıqdan vəs sizinlə razılaşdıqdan sonra, biz sizin ümumi səyahətinizi 0-dan sona qədər dəqiqliklə planlaşdıracağıq.


Addım 2: Türkiyədə müalicə


Türkiyəyə səfəriniz razılaşdırılmış tarixdə baş tutacaq. Şəxsi sürücü sizi hava limanından otelinizə və ya klinikanıza rahat şəkildə çatdıracaq. Həkiminizlə ya eyni gündə, ya da sonrakı gün görüşəcəksiniz və mədə xərçəngi əməliyyatı üçün səyahətiniz planlaşdırıldığı kimi, adətən 1 və ya 2 gün ərzində başlayacaq.


Addım 3: Uğurlu müalicədən sonra evə qayıdın


Türkiyədə mədə xərçəngi əməliyyatı bitdikdən sonra həkiminizlə son tibbi konsultasiyanızı edəcək və evə qayıdış üçün hava limanına transfer olunacaqsınız. Siz müalicənin nəticələri və ya yarana biləcəyiniz suallar üçün öz ölkənizdən yenidən həkiminizlə əlaqə saxlaya biləcəksiniz.


Niyə A-Medical?


Əgər Türkiyədə mədə xərçəngi əməliyyatı olunmağı düşünürsünüzsə, ehtiyaclarınıza ən uyğun klinikanı tapmaqda çətinlik çəkə bilərsiniz. Hər bir klinikanın öz üstünlükləri və mənfi cəhətləri olsa da, sənədləşmə prosesini daha asan idarə edə biləcəyiniz və daha az xərc çəkə biləcəyiniz klinikalar da var. Əgər Türkiyədə ilk dəfə mədə xərçəngi əməliyyatı olunacaqsınızsa, o zaman proseduru A-Medical tibbi turizm şirkətinə həvalə etməyiniz sizin üçün faydalı olacaq.


A-Medical niyə Türkiyədə müalicəniz üçün ən yaxşı tibbi turizm şirkətidir?


  • Biz sizin mövcud vəziyyətinizlə bağlı ən yaxşı müalicəni təklif edən klinikanı tapırıq

  • Sizin üçün ən yüksək müvəffəqiyyət dərəcəsi olan həkimi tapırıq

  • Biz klinikalarla əlaqə saxlayırıq və bütün müsahibələri edirik

  • Lazımi sənədlərin tərcümə olunaraq klinikaya göndərilməsini təmin edirik

  • Səyahət planınızı xüsusi olaraq hazırlayırıq

  • Viza dəstəyi təklif edirik

  • Klinikaya pulsuz transfer və tərcüməçi dəstəyi təqdim edirik

  • Yerində endirimlərdən yararlanmağınıza kömək edirik


Müalicələriniz və cərrahiyyə əməliyyatlarınız üçün xaricdəki ölkələri seçməyin bir çox üstünlüyü var, lakin A-Medical tibbi turizm şirkətinə üstünlük vermək, Türkiyədə müalicənizin unudulmaz bir xatirəyə çevrilməsinə imkan yaradır. Müalicəniz üçün A-Medical tibbi turizm şirkətini seçdiyiniz zaman siz bir sıra eksklüziv kampaniyalardan yararlanma fürsətini əldə edə bilərsiniz.


Mobil: (+994 10) 310 93 33

Whatsapp: +99410 310 93 33

Email: [email protected]

Ünvan: Neftchiler Ave. 151, AZ 1010, Baku, Azerbaijan

A-Medical: High Quality & Affordable Medical Treatment Abroad

Xüsusi güzəştli şərtlərlə xaricde mualice almaq istəyirsinizsə, A-Medical tibbi turizm şirkəti ilə əlaqəyə
keçərək ətraflı məlumat əldə edə bilərsiniz. A-Medical şirkəti Azərbaycanda tibbi turizm sahəsində 7 ildən artıq təcrübəsi ilə Türkiyədə müalicə və digər ölkələrdə
hər növ tibbi prosedurun yerinə yetirilməsini sizin üçün təşkil edir.

Xaricde mualice ilə bağlı hərhansı bir sualınız yarandığı halda sizə uyğun olan vasitə ilə bizimlə əlaqə saxlaya bilərsiniz.
A-Medical şirkəti Türkiyede müalice və digər ölkələrdə müayinə, müalicə və əməliyyat prosedurlarının yerinə yetirilməsi və xaricdə
müalicə təşkil olunması ilə bağlı 7 ildən artıq təcrübəsi ilə sağlamlığınızı geri qaytarmaq üçün xidmətinizdədir.


Pulsuz konsultasiyadan yararlan

Qısa formu dolduraraq pulsuz konsultasiyaya yazıl və sağlamlığın üçün ən doğru seçimi birgə təyin edək

Bir kliklə Whatsapp-a yazın