+99410 310 93 33

WHATSAPPA YAZIN

Beynəlxalq xəstələr, sərfəli və mükəmməl tibbi xidmətlərə görə yoğun bağırsaq xərçəngi üçün Türkiyəyə üstünlük verirlər.


Yoğun bağırsaq xərçənginin müalicəsi üçün Türk klinikalarına üstünlük vermək həm pula qənaət etmək, həm də yüksək keyfiyyətli tibbi xidmət almaq üçün doğru bir qərardır. Lakin proses haqqında ümumi məlumata sahib olmadan, düzgün klinikanı və həkimi necə seçməli olduğunuzu bilmədən bu proses sizin üçün olduqca çətin ola bilər.


A-Medical tibbi turizm şirkəti olaraq 7 ildən artıqdır ki, qlobal xəstələrə Türkiyədə onkoloji müalicə almaqda kömək edirik. Məqsədimiz xəstələr üçün prosesi sadələşdirmək, prosesə hərtərəfli nəzarət etməkdir. Bu məqalədə Türkiyədə yoğun bağırsaq xərçənginin bütün detallarını ələ alacağıq.


Yoğun bağırsaq xərçəngi nədir?


Yoğun bağırsaq xərçəngi poliplər və ya hüceyrə strukturları gözlənilməyən şəkildə nəzarətsiz böyüməsi ilə yoğun bağırsaqda meydana gəlir. Yoğun bağırsaq xərçəngi dünyada ən çox yayılmış xərçəng növlərindən biridir. Adətən adenoma adlanan xoşxassəli şişlərdən qaynaqlanır və yaşla bu adenomaların artması ilə xərçəng meydana gəlmə riski artır. Adenomalar gizli bir şəkildə inkişaf edə bildiyi üçün erkən dövrlərdə aşkarlamaq çətin ola bilər.


Xərçəngdən əvvəlki poliplərin xərçəng şişlərinə çevrilməsinin qarşısını almaq üçün tibb mütəxəssisləri skrininq testlərinə etibar edirlər. Yoğun bağırsaq xərçəngi aşkar edilmədikdə və ya müalicə edilmədikdə, potensial olaraq bədənimizin digər hissələrinə yayıla bilər. Erkən müdaxilə və effektiv profilaktika üçün müntəzəm müayinələr çox vacibdir.


Türkiyədə yoğun bağırsaq xərçəngi diaqnozu


Yoğun bağırsaq xərçəngi görüntüləmə testləri ilə asanlıqla diaqnoz oluna bilər. Yoğun bağırsaq xərçənginin aşkarlanmasının əsas üsulu şiş formasiyalarını müəyyən etmək üçün kolonoskopiya analizidir. Bu prosedur təkcə potensial xərçəng təhlükələrini müəyyən etmir, həm də xərçəngə çevrilmə riski yarada bilən polipləri aradan qaldırmağa, xəstəliyin başlanğıcının qarşısını almağa imkan verir.


Döş qəfəsinin rentgenoqrafiyası, bütöv qarın kompüter tomoqrafiyası (KT), ultrasəs (US), maqnit rezonans görüntüləmə (MRT), endorektal ultrasəs (ERUS) və pozitron emissiya tomoqrafiyası (PET) kimi əlavə müayinələr xərçəngin dəqiq diaqnozu üçün tələb oluna bilər.


Türkiyədə yoğun bağırsaq xərçəngi müalicə üsulları


Yoğun bağırsaq xərçəngi cərrahiyyə, kimyaterapiya və şüa müalicəsi ilə müalicə edilə bilər. Yoğun bağırsağın erkən mərhələdə aşkar olunması zamanı yalnız cərrahi müdaxilə müalicə üçün kifayət edə bilər ki, bu da kemoterapiya ehtiyacı aradan qaldıracaq.


Qaraciyər metastazı olan inkişaf etmiş hallarda is cərrahi müdaxilə həlledici rol oynayır. Əgər yoğun bağrısaq xərçəngi qaraciyərə metastaz edibsə, o zaman cərrahi müdaxilə zamanı qaraciyərin müəyyən bir hissəsi də çıxarılacaq.


Türkiyədə kolon xərçənginin müalicə üsulları:


  • Polipektomiya: Yoğun bağırsaqdan xərçəngli poliplərin çıxarılması.

  • Kolektomiya (rezeksiya): Anastomoz vasitəsilə sağlam hissələri yenidən birləşdirərək, yoğun bağırsağın şiş tərkibli hissəsinin çıxarılması.

  • Kolostomiya əməliyyatı: Şiş ehtiva edən bağırsaq hissələrinin çıxarılması və bağırsağın qarın boşluğuna yönəldilməsi.

  • Şüa müalicəsi: Xərçəng hüceyrələrini məhv etmək üçün şüadan istifadə.

  • Kimyaterapiya: Xərçəngli şişlərin kiçildilməsi və xərçəngin müalicəsi üçün müəyyən dərmanların istifadəsi.

  • Məqsədli terapiya: Xərçəng hüceyrələrinin böyüməsinə səbəb olan genlərə, zülallara və toxumalara yönəlik dərmanların istifadəsi.


Niyə yoğun bağırsaq xərçəngi müalicəsi üçün Türkiyəni seçməlisiniz?


Türk klinikaları yoğun bağırsaq xərçənginin müalicəsində uğurlu nəticələr əldə edirlər. Türk həkimlər dünyada bir çox ölkə və klinika tərəfindən qəbul olunmayan IV dərəcəli yoğun bağırsaq xərçəngi müalicəsini belə yüksək uğurlu şəkildə həyata keçirə iblirlər. Türkiyədə yoğun bağırsaq xərçənginin müalicəsi zamanı cərrahiyyə, kimyaterapiya, immunoterapiya və digər üsullardan istifadə olunur.


Birinci dərəcəli onkoloqlar və cərrahlar


Türkiyədə yoğun bağırsaq xərçəngi müalicəsi olunmağı düşünürsünüzsə, tibbi xidmətin keyfiyyətindən şübhə duymağınıza ehtiyac yoxdur. JCI akkreditə olunmuş klinikalarda yüksək ixtisaslı onkoloqlar və cərrahlar, daha yaxşı müalicə nəticələrini təmin edirlər.


Gözləmə müddəti yoxdur


Bəzi ölkələrdə kolon xərçəngindən müalicə almaq uzun gözləmə müddətlərinə məruz qalmaq deməkdir. Təcili müalicə lazım olduqda gecikmələrin aradan qaldırılması çox vacibdir. Türkiyədə uzun gözləmələr olmadan tez müalicə ala bilərsiniz. A-Medical Türkiyənin ən prestijli və ən uğurlu JCI akreditə olunmuş klinikaları ilə rəsmi əməkdaşlıq edir. Bu sayədə pasiyentlərimiz klinika ilə çox qısa zamanda, rahat və sürətli bir şəkildə əlaqəyə keçərək müalicə üçün müraciət edə bilirlər.


Qonaqlama və transfer


A-Medical Türkiyədə yoğun bağırsaq xərçəngi müalicəsi istəyən xəstələr üçün pulsuz transfer və 4/5 ulduzlu otellərdə endirimli qonaqlamanı təmin edir. Bu üstünlüklər, xəstələrin bütün prosesin mürəkkəbliyi ilə üzləşmədən yalnız öz müalicələrinə diqqətini cəmləməsini təmin edir. Pasiyentlərimiz Türkiyəyə gəldikdən sonra hava limanından şəxsi sürücü tərəfindən qarşılanaraq sürətlə otel və ya klinikalarına transfer olunurlar.


Heç bir dil maneəsi yoxdur


Türkiyədə yoğun bağırsaq xərçəngi müalicəsi almaq istəyən pasiyentlərimiz A-Medical tərəfindən xüsusi tərcüməçi və köməkçi ilə təmin olunacaqlar. Bu sayədə pasiyentlərimiz Türkiyədə kolon xərçəngi müalicəsi prosesi zamanı heç bir kommunikasiya problemi yaşamayacaqlar. Eyni zamanda, pasiyentlərimiz köməkçiləri vasitəsilə A-Medical tibbi turizm şirkətindən istədikləri mövzuda yerində dəstək ala biləcəklər.


Türkiyədə yğun bağırsaq xərçəngi müalicəsi qiyməti


Türkiyədə kolon xərçənginin müalicəsi 9000-30000 dollar arasında dəyişir. Bu qiymət onkoloq, cərrah, histopatoloji müayinə, PET/CT, MRT, qan testləri, biopsiya kolposkopiyası və hərtərəfli onkoloji diaqnoz kimi əsas xidmətləri əhatə edir. Ümumi xərc xüsusi müalicə ehtiyaclarına əsasən arta bilər.


Türkiyədə yoğun bağırsaq xərçənginin dəqiq qiyməti barədə ətraflı məlumat almaq üçün bizimlə Whatsapp vasitəsilə əlaqəyə keçərək xəstəliyiniz, mövcud vəziyyətiniz, keçmiş tibbi testləriniz və yaşınızla bağlı məlumatları bölüşün.


Türkiyədə yoğun bağırsaq xərçənginin müalicəsi üçün ən yaxşı klinika


Türkiyədə yoğun bağırsaq xərçənginin müalicəsi üçün ən yaxşı seçim Florence Nightingale klinikasıdır. Klinikanın peşekar onkoloq heyyəti cərrahiyyə, kimyaterapiya və radioterapiya kimi üsullardan istifadə edərək, 4-cü mərhələdə belə kolon xərçənginin müalicəsində əhəmiyyətli uğurlar əldə edirlər.


A-Medical Türkiyənin Florence Nightingale klinikasının rəsmi tərəfdaşıdır. Bu tərəfdaşlıq bizə imkan verir ki, klinikadan lazımi məlumatları xəstələrimizə sürətlə çatdıraq və onların müalicələri üçün müraciət prosesini sürətləndirək.


Türkiyədə yoğun bağırsaq xərçənginin müalicəsi üçün ən yaxşı həkim


Türkiyədə uğurlu yoğun bağırsaq xərçəngi müalicəsi üçün Florence Nightingale Xəstəxanasından Op. Dr. Cengiz Dibekoğlunu tövsiyyə edirik. Op. Dr. Cengiz Dibekoğlu ümumi cərrahiyyə və gastrik cərrahiyyə üzrə ixtisaslaşmışdır və yoğun bağırsaq xərçənginin müalicəsində yüksək uğur əldə etmişdir.


A-Medical ilə Türkiyədə yoğun bağırsaq xərçəngi müalicəsi prosesi


Addım 1: Virtual məsləhətləşmə


A-Medical vasitəçiliyi ilə Türkiyədə yoğun bağırsaq xərçəngi müalicəsi prosesinin ilkin mərhələsi virtual konsultasiyadır. Siz ilk növbədə Türkiyədə yoğun bağırsaq xərçəngi müalicəsi üçün bizimlə Whatsapp vasitəsilə əlaqə saxlamalısınız. Biz sizin Türkiyədə yoğun bağırsaq xərçəngi müalicəsi üçün uyğunluğunuzu müəyyən etmək üçün sizdən cari tibbi vəziyyətiniz, aldığınız müalicələr, son tibbi analizləriniz və xəstəliyiniz haqqında məlumat alacağıq. Daha sonrasında bu məlumatları Türkiyədəki klinikalar ilə bölüşərək sizin üçün dəqiq qiymət təklifi alacağıq. Bütün bu proseslər sadəcə bir neçə saat və ya bir neçə gün içində tam olaraq həyata keçir.


Klinikadan müsbət rəy aldıqdan vəs sizinlə razılaşdıqdan sonra, biz sizin ümumi səyahətinizi 0-dan sona qədər dəqiqliklə planlaşdıracağıq.


Addım 2: Türkiyədə müalicə


Türkiyəyə səfəriniz razılaşdırılmış tarixdə baş tutacaq. Şəxsi sürücü sizi hava limanından otelinizə və ya klinikanıza rahat şəkildə çatdıracaq. Həkiminizlə ya eyni gündə, ya da sonrakı gün görüşəcəksiniz və yoğun bağırsaq xərçəngi müalicəsi üçün səyahətiniz planlaşdırıldığı kimi, adətən 1 və ya 2 gün ərzində başlayacaq.


Addım 3: Uğurlu müalicədən sonra evə qayıdın


Yoğun bağırsaq xərçəngi müalicəniz bitdikdən sonra həkiminizlə son tibbi konsultasiyanızı edəcək və evə qayıdış üçün hava limanına transfer olunacaqsınız. Siz müalicənin nəticələri və ya yarana biləcəyiniz suallar üçün öz ölkənizdən yenidən həkiminizlə əlaqə saxlaya biləcəksiniz.


Niyə A-Medical?


Əgər Türkiyədə yoğun bağırsaq xərçəngi müalicəsi olunmağı düşünürsünüzsə, ehtiyaclarınıza ən uyğun klinikanı tapmaqda çətinlik çəkə bilərsiniz. Hər bir klinikanın öz üstünlükləri və mənfi cəhətləri olsa da, sənədləşmə prosesini daha asan idarə edə biləcəyiniz və daha az xərc çəkə biləcəyiniz klinikalar da var. Əgər Türkiyədə ilk dəfə yoğun bağırsaq xərçəngi müalicəsi olunacaqsınızsa, o zaman proseduru A-Medical tibbi turizm şirkətinə həvalə etməyiniz sizin üçün faydalı olacaq.


A-Medical niyə Türkiyədə müalicəniz üçün ən yaxşı tibbi turizm şirkətidir?


  • Biz sizin mövcud vəziyyətinizlə bağlı ən yaxşı müalicəni təklif edən klinikanı tapırıq

  • Sizin üçün ən yüksək müvəffəqiyyət dərəcəsi olan həkimi tapırıq

  • Biz klinikalarla əlaqə saxlayırıq və bütün müsahibələri edirik

  • Lazımi sənədlərin tərcümə olunaraq klinikaya göndərilməsini təmin edirik

  • Səyahət planınızı xüsusi olaraq hazırlayırıq

  • Viza dəstəyi təklif edirik

  • Klinikaya pulsuz transfer və tərcüməçi dəstəyi təqdim edirik

  • Yerində endirimlərdən yararlanmağınıza kömək edirik


Müalicələriniz və cərrahiyyə əməliyyatlarınız üçün xaricdəki ölkələri seçməyin bir çox üstünlüyü var, lakin A-Medical tibbi turizm şirkətinə üstünlük vermək, Türkiyədə müalicənizin unudulmaz bir xatirəyə çevrilməsinə imkan yaradır. Müalicəniz üçün A-Medical tibbi turizm şirkətini seçdiyiniz zaman siz bir sıra eksklüziv kampaniyalardan yararlanma fürsətini əldə edə bilərsiniz.


Mobil: (+994 10) 310 93 33

Whatsapp: +99410 310 93 33

Email: [email protected]

Ünvan: Neftchiler Ave. 151, AZ 1010, Baku, Azerbaijan

A-Medical | Reliable and Professional Medical Tourism Provider

Xüsusi güzəştli şərtlərlə xaricde mualice almaq istəyirsinizsə, A-Medical tibbi turizm şirkəti ilə əlaqəyə
keçərək ətraflı məlumat əldə edə bilərsiniz. A-Medical şirkəti Azərbaycanda tibbi turizm sahəsində 7 ildən artıq təcrübəsi ilə Türkiyədə müalicə və digər ölkələrdə
hər növ tibbi prosedurun yerinə yetirilməsini sizin üçün təşkil edir.

Xaricde mualice ilə bağlı hərhansı bir sualınız yarandığı halda sizə uyğun olan vasitə ilə bizimlə əlaqə saxlaya bilərsiniz.
A-Medical şirkəti Türkiyede müalice və digər ölkələrdə müayinə, müalicə və əməliyyat prosedurlarının yerinə yetirilməsi və xaricdə
müalicə təşkil olunması ilə bağlı 7 ildən artıq təcrübəsi ilə sağlamlığınızı geri qaytarmaq üçün xidmətinizdədir.


Pulsuz konsultasiyadan yararlan

Qısa formu dolduraraq pulsuz konsultasiyaya yazıl və sağlamlığın üçün ən doğru seçimi birgə təyin edək

Bir kliklə Whatsapp-a yazın