facebook
Türkiyədə Multipl Skleroz (Dağınıq Skleroz) Müalicəsi

Dağınıq skleroz və ya multipl skleroz insanlarda görülən ümumi bir otoimmün xəstəlikdir. Bədənin immunitet sistemi səhvən özünə hücum etdikdə bu xəstəlik baş verir. Bu xəstəlik, mərkəzi sinir sisteminə təsir edən əzələ zəifliyi, tarazlıq problemləri və danışma pozğunluğu kimi problemlərə gətirib çıxarır. Bu xroniki problemin şiddəti insandan insana dəyişir.


Türkiyə dağınıq skleroz müalicəsi üçün ən yaxşı və ən sərfəli ölkədir. Ölkə beynəlxalq xəstələr üçün büdcəyə uyğun, rahat və yüksək uğurlu seçimlər təklif edir.


Türkiyə klinikaları xəstələrin həyat keyfiyyətini yüksəltməklə MS xəstəliyinin müalicəsində uğur qazanıb. Türkiyədə MS-in müalicəsində yüksək uğur nisbətinə sahib olan həkimlər müxtəlif müalicə üsullardan istifadə edərək bu xəstəliyin müalicəsini təmin edirlər.


Bu məqalədə Türkiyədə multipl skleroz müalicəsinin detalları, tətbiq olunan müalicə üsulları, ən yaxşı klinika və həkimlər haqqında məlumatları tapa biləcəksiniz. Məqaləmiz vasitəsilə siz Türkiyədə necə multipl skleroz müalicəsi oluna biləcəyinizi də öyrənəcəksiniz.


Dağınıq skleroz nədir?


Dağınıq skleroz beyin və onurğa beynindəki sinir telləri ətrafındakı qoruyucu qişanın parçalanması nəticəsində yaranan və miyelin qabığının zədələnməsi kimi tanınan bir vəziyyətdir. Bu zədələnmə miyelin toxumalarının sərtləşməsi ilə nəticələnir və skleroz əmələ gətirir. Bu sklerozlar sinir sistemində böyüyə bilən lövhələrə çevrilir və sinirlər boyunca mesajın ötürülməsinə mane olur.


Nadir olmasına baxmayaraq, dağınıq skleroz dünyada ən geniş yayılmış otoimmün xəstəliklərdən biri kimi seçilir. 2024-cü ildə dünyada 3 milyona yaxın insan dağınıq sklerozla mübarizə aparır. Türkiyədə isə təxminən 100.000 MS-li xəstə var.


Dağınıq sklerozun səbəbləri nədir?


Dağınıq sklerozun dəqiq səbəbi qeyri-müəyyən olaraq qalır. Xəstəliyin inkişafına kömək etdiyinə inanılan bəzi amillər iqlim, yaşayış bölgəsi, viral infeksiyalar, genetik meyl və bəzi xəstəliklərdir. MS adətən 20-40 yaş arasında, daha çox qadınlarda görülür.


Dağınıq sklerozun əlamətləri hansılardır?


MS simptomları müxtəlifdir və xəstələr arasında fərqlidir. Şiddət, atak tezliyi və intervallar da dəyişə bilər. Hər bir MS xəstəxəsində görülən iki əsas simptom isə yerimədə çətinlik və yorğunluqdur.



Yerimədə çətinlik multipl skleroz xəstəliyinin əsas simptomudur və yıxılma və yaralanma kimi fəsadlar meydana gətirə bilər. Yerimədə çətinlik eyni zamanda tarazlığın qoruna bilməməsi, ayaqlarda uyuşma və əzələ zəifliyi kimi əlavə problemlərə də yol aça bilər.


MS xəstələrinin təxminən 80% -i gündəlik həyata və işə əhəmiyyətli dərəcədə təsir edə bilən yorğunluq yaşayır. Bu yorğunluq hissi xəstələri zəiflədir və müntəzəm fəaliyyətlər həyata keçirməyi çətinləşdirir.


MS-nin digər ümumi simptomları:


  • Balansı saxlamaqda çətinlik

  • Ayaqlarda uyuşma

  • Əzələ zəifliyi

  • Zəif nitq qabiliyyəti

  • Sidik kisəsi və bağırsaq problemləri

  • Başgicəllənmə

  • Bulanıq görmə

  • Düşüncə, yaddaş və ya diqqət ilə bağlı problemlər

  • Depressiya


Türkiyədə dağınıq skleroz diaqnozu


Türk klinikaları dağınıq sklerozun (MS) erkən aşkarlanması üçün qabaqcıl görüntüləmə cihazları və diaqnostik üsullardan istifadə edir. İmmunoloji monitorinq texnologiyaları sayəsində hazırda Türkiyədə MS-nin ilkin mərhələlərində dəqiq diaqnozlar qoyula bilər.


İlkin MS diaqnoz mərhələsində türk həkimləri mərkəzi sinir sisteminin onurğa beyni, beyin və optik sinirlər kimi ən azı iki fərqli bölgəsinin zədələnməsinin sübutunu tələb edən fiziki və nevroloji müayinələr aparacaqlar. Əgər MS xəstəliyinin mövcudiyyəti barədə lazım olan sübutlar tapıldıqda, müalicə mərhələsinə keçid olunacaq.


Xəstənin klinik tarixinin qiymətləndirilməsi zamanı doğum yeri, ailə və tibbi keçmiş, səyahət təcrübələri və ətraf mühitə məruz qalma kimi müvafiq detallar toplanacaq. Gücü, tarazlığı, koordinasiyanı, zehni, emosional və dil funksiyalarını, həmçinin refleksləri, yerimə, görmə və digər hissləri qiymətləndirən testlər aparılacaq.


Türk mütəxəssislər MS-nin dəqiq diaqnozunu qoymaq üçün aşağıdakı diaqnostik üsullardan istifadə edirlər:


  • Maqnit Rezonans Görüntüəmə (MRT)

  • Optik Koherens Tomoqrafiya (OCT)

  • Spinal Tap

  • Qan Testləri

  • Vizual Uyarılmış Potensiallar (VEP)

  • Serebrospinal mayenin analizi (punksiya)


Türkiyədə Dağınıq Skleroz (MS) Müalicəsi


Türk klinikaları dağınıq skleroz üçün effektiv müalicələr təklif edərək xəstələrin sağlamlığını və MS-ə qarşı müqavimətlərini artırır. Bu müalicələr MS ataklarını azaltmağa, simptomları aradan qaldırmağa, sinir sistemi funksiyalarını qorumağa və bərpa etməyə və xəstəliyin gedişatını yavaşlatmağa yönəlmişdir.


Türkiyədə MS müalicəsi üçün istifadə olunan əsas üsullar:


  • Fizioterapiya

  • Plazmaferez

  • Dərman müalicəsi

  • Nitq terapiyası

  • Psixoterapiya

  • Kök hüceyrə müalicəsi

  • Dərin beyin stimullaşdırılması


MS müalicəsi adətən immunomodulyatorlar, immunosupressantlar və kortikosteroidləri özündə birləşdirən dərman müalicələri ilə başlayır. Sinir impulslarının ötürülməsini və neyronların qidalanmasını yaxşılaşdıran biopolimerlər və qeyri-steroid antiinflamatuar preparatlar da istifadə olunur.


Türkiyədə multipl sklerozun müalicəsində yenilikçi üsullar


Türkiyədə dağınıq sklerozun müalicəsində önə çıxan və yüksək müvəffəqiyyət nisbətini təmin edən iki əsas yenilikçi üsul var. Bunlardan biri dərin beyin stimullaşdırılması (və ya dərin beyin stimulyasiyası), digəri isə kök hüceyrə terapiyasıdır.


Türkiyədə dağınıq skleroz müalicəsində dərin beyin stimulyasiyası


Parkinson xəstəliyi, əsas tremor, beyin şişləri və MS xəstəlikləri kimi vəziyyətlər üçün müasir yanaşma olan Dərin Beyin Stimulyasiyası, komplikasiyaya səbəb olmadan beynin xüsusi sahələrinin fəaliyyətini dayandırmaq üçün istifadə olunur.


MS-nin müalicəsində Dərin Beyin Stimulyasiyası xəstəliyin təmamilə müalicəsi üçün istifadə olunmur. Dərin Beyin Stimulyasiyası adətən MS səbəbilə meydana gələn titrəmə, görmə itkisi və zəiflik simptomlarını aradan qaldırmaq üçün istifadə olunur.


Kök hüceyrə müalicəsi


Mezenximal kök hüceyrələr (MSC) sümük iliyi, dəri və yağ toxuması kimi bədənin müxtəlif hissələrində yerləşən yetkin kök hüceyrələrdir. Onlar digər kök hüceyrələrdə düzgün funksiyanı dəstəkləyən hüceyrələr yaradırlar.


Dağınıq sklerozun müalicəsində mezenximal kök hüceyrələrin istifadəsi yeni və effektiv müalicə yoludur. Tədqiqatlar kök hüceyrələrin miyelin zədələnməsini bərpa etməkdə uğurlu olduğunu göstərir. Kök hüceyrə terapiyası yalnız xəstəliyin yavaşladılmasında yox, həm də gefdişatının dayandırılmasında effektivdir.


Türkiyə hazırda kök hüceyrələr vasitəsilə dağınıq sklerozun müalicəsində ən yaxşı ölkə kimi seçilir və Türk klinikalar bu sahədə əhəmiyyətli uğurlara imza atmaqdadır.


Multipl skleroz müalicəsi üçün Türkiyəni seçməyin üstünlükləri


Dünyanın bir çox ölkəsindən xəstələr dağınıq sklerozun müalicəsi üçün Türk klinikalarına üstünlük verir. Bunun səbəbi isə aşağı xərclər, keyfiyyətli tibbi xidmət, uğurlu həkimlər və möhtəşəm müalicə prosesidir. Türkiyə ilə müqayisə etdikdə, ABŞ-da MS müalicəsi xərclərinin qiyməti 100.000 dollara qədər çıxa bilər. Türkiyədə isə MS müalicəsinin qiyməti isə 10.000 dollardan 60.000 dollara qədər dəyişir. Türkiyədə MS müalicəsinin orta qiyməti isə 16000 dollardır. Qeyd etmək lazımdır ki, bu qiymətlər dəyişkəndir. Qiymət xəstənin mövcud vəziyyəti, lazım olan müalicə, seçilən klinika və həkim kimi faktorlara bağlı olaraq dəyişiklik göstərə bilər.


Gəlin insanların dağınıq skleroz müalicəsi üçün Türkiyəni seçməsinə səbəb olan digər faydalara nəzər salaq.


Birinci dərəcəli həkimlər və cərrahlar


Türkiyənin JCI akkreditə olunmuş klinikalarında yüksək müvəffəqiyyətli həkimlər tərəfindən həyata keçirilən dağınıq skleroz müalicəsi uğurlu nəticələrin alınmasını təmin edir. Türkiyədə yüksək səviyyəli, təcrübəli və müvəffəqiyyətli həkimlərə müraciət etmək digər ölkələrə nisbətən daha rahat və sərfəlidir.


Gözləmə müddəti yoxdur


Bir çox ölkələrdə dağınıq skleroz üçün müalicə axtaran insanlar çox vaxt bir neçə ay kimi uzun gözləmə müddətlərinə məruz qalırlar. Ancaq Türkiyədə bu problem yoxdur. A-Medical vasitəçiliyi ilə Türkiyədə MS müalicəsi almaq istədiyiniz təqdirdə Türkiyənin ən yaxşı və JCI akreditə olunmuş klinikalarında gözləmə müddəti olmadan  müalicə oluna biləcəksiniz.


Qonaqlama və nəqliyyat


A-Medical vasitəçiliyi ilə Türkiyədə MS müalicəsi aldığınız təqdirdə həm sərfəli qiymətlərlə oteldə qonaqlama imkanı qazanacaqsınız, həm də ödənişsiz transfer xidmətimizdən faydalana biləcəksiniz.


Ölkəyə gəldiyiniz anda sizin üçün xüsusi olaraq təmin olunan şofer vasitəsilə klinikaya və ya qalacağınız otelə çatdırılacaqsınız. A-Medical prosesin başından sonuna qədər sizə lazım olan dəstəyi göstərəcək.


Heç bir dil maneəsi yoxdur


Başqa ölkədə müalicə almağın ən böyük problemlərindən biri də, dil maneələridir. A-Medical tibbi turizm şirkəti sizi xüsusi köməkçi ilə təmin edərək müalicə prosesinizin heç bir nöqtəsində kommunikasiya problemi yaşamamağınızı zəmanət altına alır. Siz köməkçiniz vasitəsilə həkimlərlə rahatlıqla kommunikasiya qura bilər və lazım olduğu təqdirdə bizdən yerində dəstək ala biləcəksiniz.


Türkiyədə dağınıq skleroz müalicəsinin qiyməti


A-Medical vasitəçiliyi ilə Türkiyədə dağınıq skleroz müalicəsinin qiyməti 3000-20000 dollar aralığındadır. Dəqiq qiymət təklifi üçün tibbi məlumatlarınızı və qeydlərinizi bizə Whatsapp vasitəsilə göndərin.


Türkiyədə dağınıq skleroz müalicəsi üçün ən yaxşı klinikalar


Türkiyədə dağınıq skleroz müalicəsi üçün ən yaxşı 3 klinika:

  • Florence Nightingale Xəstəxanası
  • Amerikan Xəstəxanası
  • Koç Universitet Xəstəxanası

Türkiyədə dağınıq skleroz müalicəsi üçün ən yaxşı həkim


Türkiyədə dağınıq sklerozun müalicəsi üçün ən yaxşı həkim Prof. Dr. Azmi Hamzaoğlu-dur. Prof. Dr. Azmi Hamzaoğlu Florence Nightingale xəstəxanasında fəaliyyət göstərir və dağınıq sklerozun müalicəsində yüksək uğur nisbətinə sahibdir. A-Medical vasitəçiliyi ilə Türkiyədə dağınıq sklerozun müalicəsi üçün müraciət edən pasiyentlərimiz Prof. Dr. Azmi Hamzaoğlu tərəfindən müalicə olunacaqlar.

A-Medical ilə Türkiyədə dağınıq skleroz müalicəsi prosesi


Addım 1: Virtual məsləhətləşməyə 


A-Medical vasitəçiliyi ilə Türkiyədə MS müalicəsi prosesinin ilkin mərhələsi virtual konsultasiyadır. Siz ilk növbədə Türkiyədə dağınıq skleroz müalicəsi üçün bizimlə Whatsapp vasitəsilə əlaqə saxlamalısınız. Biz sizin Türkiyədə multipl skleroz üçün uyğunluğunuzu müəyyən etmək üçün sizdən cari tibbi vəziyyətiniz, aldığınız müalicələr, son tibbi analizləriniz və xəstəliyiniz haqqında məlumat alacağıq. Daha sonrasında bu məlumatları Türkiyədəki klinikalar ilə bölüşərək sizin üçün dəqiq qiymət təklifi alacağıq. Bütün bu proseslər sadəcə bir neçə saat və ya bir neçə gün içində tam olaraq həyata keçir.


Klinikadan müsbət rəy aldıqdan vəs sizinlə razılaşdıqdan sonra, biz sizin ümumi səyahətinizi 0-dan sona qədər dəqiqliklə planlaşdıracağıq.


Addım 2: Türkiyədə MS müalicəsi


Türkiyəyə səfəriniz razılaşdırılmış tarixdə baş tutacaq. Şəxsi sürücü sizi hava limanından otelinizə və ya klinikanıza rahat şəkildə çatdıracaq. Həkiminizlə ya eyni gündə, ya da sonrakı gün görüşəcəksiniz və multipl skleroz müalicəsi üçün səyahətiniz planlaşdırıldığı kimi, adətən 1 və ya 2 gün ərzində başlayacaq.


Addım 3: Uğurlu müalicədən sonra evə qayıdış


Multipl skleroz müalicəniz bitdikdən sonra həkiminizlə son tibbi konsultasiyanızı edəcək və evə qayıdış üçün hava limanına transfer olunacaqsınız. Siz müalicənin nəticələri və ya yarana biləcəyiniz suallar üçün öz ölkənizdən yenidən həkiminizlə əlaqə saxlaya biləcəksiniz.


Niyə A-Medical?


Əgər Türkiyədə multipl skleroz müalicəsi olunmağı düşünürsünüzsə, ehtiyaclarınıza ən uyğun klinikanı tapmaqda çətinlik çəkə bilərsiniz. Hər bir klinikanın öz üstünlükləri və mənfi cəhətləri olsa da, sənədləşmə prosesini daha asan idarə edə biləcəyiniz və daha az xərc çəkə biləcəyiniz klinikalar da var. Əgər Türkiyədə ilk dəfə multipl skleroz müalicəsi olunacaqsınızsa, o zaman proseduru A-Medical tibbi turizm şirkətinə həvalə etməyiniz sizin üçün faydalı olacaq.


A-Medical niyə Türkiyədə müalicəniz üçün ən yaxşı tibbi turizm şirkətidir?


  • Biz sizin mövcud vəziyyətinizlə bağlı ən yaxşı müalicəni təklif edən klinikanı tapırıq

  • Sizin üçün ən yüksək müvəffəqiyyət dərəcəsi olan həkimi tapırıq

  • Biz klinikalarla əlaqə saxlayırıq və bütün müsahibələri edirik

  • Lazımi sənədlərin tərcümə olunaraq klinikaya göndərilməsini təmin edirik

  • Səyahət planınızı xüsusi olaraq hazırlayırıq

  • Viza dəstəyi təklif edirik

  • Klinikaya pulsuz transfer və tərcüməçi dəstəyi təqdim edirik

  • Yerində endirimlərdən yararlanmağınıza kömək edirik


Müalicələriniz və cərrahiyyə əməliyyatlarınız üçün xaricdəki ölkələri seçməyin bir çox üstünlüyü var, lakin A-Medical tibbi turizm şirkətinə üstünlük vermək, Türkiyədə müalicənizin unudulmaz bir xatirəyə çevrilməsinə imkan yaradır. Müalicəniz üçün A-Medical tibbi turizm şirkətini seçdiyiniz zaman siz bir sıra eksklüziv kampaniyalardan yararlanma fürsətini əldə edə bilərsiniz.


Mobil: (+994 10) 310 93 33

Whatsapp: +99410 310 93 33

Email: [email protected]

Ünvan: Neftchiler Ave. 151, AZ 1010, Baku, Azerbaijan

A-Medical: High Quality & Affordable Medical Treatment Abroad

Xüsusi güzəştli şərtlərlə xaricde mualice almaq istəyirsinizsə, A-Medical tibbi turizm şirkəti ilə əlaqəyə
keçərək ətraflı məlumat əldə edə bilərsiniz. A-Medical şirkəti Azərbaycanda tibbi turizm sahəsində 7 ildən artıq təcrübəsi ilə Türkiyədə müalicə və digər ölkələrdə
hər növ tibbi prosedurun yerinə yetirilməsini sizin üçün təşkil edir.

Xaricde mualice ilə bağlı hərhansı bir sualınız yarandığı halda sizə uyğun olan vasitə ilə bizimlə əlaqə saxlaya bilərsiniz.
A-Medical şirkəti Türkiyede müalice və digər ölkələrdə müayinə, müalicə və əməliyyat prosedurlarının yerinə yetirilməsi və xaricdə
müalicə təşkil olunması ilə bağlı 7 ildən artıq təcrübəsi ilə sağlamlığınızı geri qaytarmaq üçün xidmətinizdədir.


Pulsuz konsultasiyadan yararlan

Qısa formu dolduraraq pulsuz konsultasiyaya yazıl və sağlamlığın üçün ən doğru seçimi birgə təyin edək

Bir kliklə Whatsapp-a yazın