+99410 310 93 33

WHATSAPPA YAZIN

Türkiyədə immunoterapiya müalicəsi xərçəngin müalicəsində köməkçi müalicə kimi istifadə olunur. İmmunoterapiya xərçəng xəstəsinin immunitet sisteminin gücləndirilməsi üçün müəyyən dərmanların istifadəsini nəzərdə tutan müalicə növüdür. İmmunoterapiya zamanı pasiyentin immun sistemi müəyyən dərmanlarla gücləndirilir və orqanizmin xərçəngli hüceyrələrə qarşı müqaviməti artırılır.


Türkiyədə onkoloji müalicə beynəlxalq pasiyentlər tərəfindən hər zaman diqqət mərkəzində olubdur. Türk klinikaları ən yüksək tibbi xidmət keyfiyyətini təmin etməklə birlikdə, onkoloji müalicələrdə yenilikçi və effektiv müalicə üsulları ilə pasiyentlərin müalicə prosesini asanlaşdırır. Ölkədəki JCI akreditləşdirilmiş klinikalarda immunoterapiya müalicəsi almaq xərçəng müalicənizi sürətləndirəcək və qısa zamanda xərçəngdən azad olmağınıza kömək edəcək.


Türkiyədə immunoterapiya


İmmunoterapiya bədənin təbii müdafiəsini gücləndirən xərçəng müalicəsi növüdür. İmmunoterapiya, xərçəngin müalicəsinin əsas üsulları olan dərman müalicəsi və kimyaterapiya ilə birlikdə həyata keçirilir. Məqsəd immunitet sistemini aktivləşdirmək, orqanizmi xərçəngə qalib gəlməkdə daha təsirli etməkdir.


Kimyaterapiya, radioterapiya və məqsədyönlü ağıllı müalicələrlə müqayisədə immunoterapiya daha az əlavə təsir və fəsad riski ilə seçilir. İmmunoterapiya dərmanları immunitet hüceyrələrində qalıcı yaddaşı gücləndirir, təkmilləşdirilmiş, uzunmüddətli və davamlı reaksiyalara səbəb olur.


Xərçəngin əsas müalicəsi olan kimyaterapiya zamanı istifadə olunduğu zaman daha güclü effektə sahibdir. Kimyaterapiya ilə müqayisə edildikdə immunoterapiya sağlam hüceyrələri öldürmür və orqanizm üçün zərərsizdir.


İmmunoterapiya hansı xərçəng növlərində istifadə olunur?


İmmunoterapiya xərçəngin müalicəsində geniş istifadə olunan üsuldur. Müxtəlif xərçəng növləri üçün təsirlidir. İmmunoterapiyanın ən çox istifadə olunduğu xərçəng növləri:


  • Kiçik hüceyrəli olmayan ağciyər xərçəngi

  • Kiçik hüceyrəli ağciyər xərçəngi

  • Dəri xərçəngləri (melanoma, Merkel hüceyrəli karsinoma, skuamöz hüceyrəli karsinoma)

  • Genitoüriner xərçənglər (böyrək və sidik kisəsi xərçəngi)

  • Bəzi mədə-bağırsaq xərçəngləri (yemək borusu, mədə, qaraciyər xərçəngi)

  • Üçlü mənfi döş xərçəngi

  • Baş və boyun xərçəngləri

  • Qaraciyər xərçəngi

  • Döş xərçəngi

  • Sidik kisəsi xərçəngi

  • Lenfoma


İmmunoterapiya tətbiqi


İmmunoterapiya müxtəlif üsullarla tətbiq olunur. Adətən gündəlik, həftəlik, aylıq və ya dövri olaraq infuziya şəklində tətbiq edilir.


Tətbiq üsulları:


  • İntravenöz (IV): İmmunoterapiya dərmanları, kemoterapiyaya bənzər formada istifadə olunur.

  • Dərman preparatları: İmmunoterapiya dərmanları həb və ya kapsul şəklində mövcuddur.

  • Lokal tətbiq: Erkən diaqnoz qoyulmuş dəri xərçəngi kimi xərçənglərdə immunoterapiya kremləri tətbiq oluna bilər.

  • İntravezikal: Birbaşa sidik kisəsinə yeridilən immunoterapiya dərmanları mövcuddur. Spesifik xərçəng növləri üçün istifadə olunur.


Türkiyədə immunoterapiya


Türkiyə klinikalarının səyləri, innovativ müalicə üsulları, müasir imkanlar və yüksək səviyyəli həkimlərin təcrübəsi sayəsində indi Türkiyə xaricdə onkoloji müalicə axtaranlar üçün ən yaxşı seçimdir.


Onkoloji müalicə üçün Türkiyəni seçmək keyfiyyətli müalicəni təmin etməklə yanaşı, həm də xərclərə qənaət etməyinizə kömək edir. Ölkədə xərçəng müalicəsinin uğuru immunoterapiya müalicəsinin də istifadəsi ilə daha da artır.


İmmunoterapiya üçün Türkiyəni seçməyin bir çox faydası var.


Birinci dərəcəli həkimlər və cərrahlar


Ən yüksək səviyyəli onkoloq və cərrahlar Türkiyənin JCI akreditə olunmuş klinikalarında fəaliyyət göstərir. Türkiyədə immunoterapiya müalicəsinə üstünlük vermək sizin məhz bu yüksək səviyyəli tibb mütəxəssisləri tərəfindən müalicə olunmaq imkanı verir.


Qlobal miqyasda yüksək keyfiyyətli onkoloq həkimləri mövcud olsa da, Türkiyə savadlı və təcrübəli mütəxəssislərin rəhbərliyi altında sərfəli müalicə variantları təqdim edir. Bu birinci dərəcəli həkimlər nəinki yüksək müvəffəqiyyət ehtimalı ilə öyünürlər, həm də müxtəlif tibb sahələrində avropalı həmkarlarından daha uğurlu nəticələr qazanırlar.


Gözləmə müddəti yoxdur


Əgər Türkiyədə immunoterapiya axtarırsınızsa və gözləmə müddətindən narahatsınızsa, bu barədə narahat olmağa dəyməz. A-Medical, Türkiyənin ən yaxşı klinikaları ilə əməkdaşlıq edərək, gecikmə olmadan operativ müalicəyə zəmanət verir.


Qonaqlama və nəqliyyat dəstəyi


Xərçəngin müalicəsində istirahət və rahatlıq uğurlu sağalma prosesinin ayrılmaz parçasıdır. A-Medical Türkiyədə onkoloji müalicə almaq istəyən pasiyentlərin narahatlıq çəkməməsi üçün pasiyentlərə ödənişsiz sürücü və qonaqlama dəstəyi təklif edir. Bu sayədə pasiyentlər Türkiyəyə ayaq basdıqları ilk andan etibarən özəl sürücü vasitəsilə otelə və ya klinikaya transfer edilirlər.


Heç bir dil maneəsi yoxdur


Əmin olun, Türkiyədə immunoterapiya zamanı dil və ya kommunikasiya problemi yaşamayacaqsınız. A-Medical sizi xüsusi köməkçi ilə təmin edəcək və siz istədiyiniz hər an bu köməkçi vasitəsilə bizdən yerində dəstək ala biləcəksiniz.


Türkiyədə immunoterapiya təhlükəsizdirmi?


Biz birbaşa olaraq Türkiyənin JCI akkreditə olunmuş klinikaları ilə əməkdaşlıq edirik və xəstələrimiz üçün ən yaxşı həkimlərə müraciət etməyə zəmanət veririk. Tibbi turizmdə 7 ildən artıq təcrübəmizlə onkoloji müalicə alan xəstələrdən davamlı olaraq müsbət rəylər almışıq.


Türkiyədə immunoterapiya qiyməti


Türkiyədə immunoterapiyanın qiyməti seçilmiş həkim və klinika, xüsusi seçimləriniz, şiş ölçüsü və yeri, cari sağlamlıq vəziyyəti, davam edən müalicə planı və xəstəliyinin mərhələsi daxil olmaqla bir neçə faktordan asılıdır. Bu elementlər birlikdə sizə təklif ediləcək son qiyməti müəyyən edir.


Əgər Türkiyədə onkoloji müalicəniz üçün A-Medical tibbi turizm şirkətinə üstünlük versəniz, Türkiyənin ən yaxşı klinikalarından aşağı qiymət təklifi və çox qısa zamanda cavab almağınız təmin olunacaq.


A-Medical ilə Türkiyədə immunoterapiya müalicəsi prosesi


Addım 1: Virtual məsləhətləşməyə 


A-Medical vasitəçiliyi ilə Türkiyədə immunoterapiya prosesinin ilkin mərhələsi virtual konsultasiyadır. Siz ilk növbədə Türkiyədə immunoterapiya üçün bizimlə Whatsapp vasitəsilə əlaqə saxlamalısınız. Biz sizin Türkiyədə immunoterapiya üçün uyğunluğunuzu müəyyən etmək üçün sizdən cari tibbi vəziyyətiniz, aldığınız müalicələr, son tibbi analizləriniz və xəstəliyiniz haqqında məlumat alacağıq. Daha sonrasında bu məlumatları Türkiyədəki klinikalar ilə bölüşərək sizin üçün dəqiq qiymət təklifi alacağıq. Bütün bu proseslər sadəcə bir neçə saat və ya bir neçə gün içində tam olaraq həyata keçir.


Klinikadan müsbət rəy aldıqdan vəs sizinlə razılaşdıqdan sonra, biz sizin ümumi səyahətinizi 0-dan sona qədər dəqiqliklə planlaşdıracağıq.


Addım 2: İstanbulda immunoterapiya təcrübəsi


Türkiyəyə səfəriniz razılaşdırılmış tarixdə baş tutacaq. Şəxsi sürücü sizi hava limanından otelinizə və ya klinikanıza rahat şəkildə çatdıracaq. Həkiminizlə ya eyni gündə, ya da sonrakı gün görüşəcəksiniz və immunoterapiya səyahətiniz planlaşdırıldığı kimi, adətən 1 və ya 2 gün ərzində başlayacaq.


Addım 3: Uğurlu müalicədən sonra evə qayıdın


İmmunoterapiya müalicəniz bitdikdən sonra həkiminizlə son tibbi konsultasiyanızı edəcək və evə qayıdış üçün hava limanına transfer olunacaqsınız. Siz müalicənin nəticələri və ya yarana biləcəyiniz suallar üçün öz ölkənizdən yenidən həkiminizlə əlaqə saxlaya biləcəksiniz.


Niyə A-Medical?


Əgər Türkiyədə immunoterapiya müalicəsi olunmağı düşünürsünüzsə, ehtiyaclarınıza ən uyğun klinikanı tapmaqda çətinlik çəkə bilərsiniz. Hər bir klinikanın öz üstünlükləri və mənfi cəhətləri olsa da, sənədləşmə prosesini daha asan idarə edə biləcəyiniz və daha az xərc çəkə biləcəyiniz klinikalar da var. Əgər Türkiyədə ilk dəfə immunoterapiya müalicəsi olunacaqsınızsa, o zaman proseduru A-Medical tibbi turizm şirkətinə həvalə etməyiniz sizin üçün faydalı olacaq.


A-Medical niyə Türkiyədə müalicəniz üçün ən yaxşı tibbi turizm şirkətidir?


  • Biz sizin mövcud vəziyyətinizlə bağlı ən yaxşı müalicəni təklif edən klinikanı tapırıq

  • Sizin üçün ən yüksək müvəffəqiyyət dərəcəsi olan həkimi tapırıq

  • Biz klinikalarla əlaqə saxlayırıq və bütün müsahibələri edirik

  • Lazımi sənədlərin tərcümə olunaraq klinikaya göndərilməsini təmin edirik

  • Səyahət planınızı xüsusi olaraq hazırlayırıq

  • Viza dəstəyi təklif edirik

  • Klinikaya pulsuz transfer və tərcüməçi dəstəyi təqdim edirik

  • Yerində endirimlərdən yararlanmağınıza kömək edirik


Müalicələriniz və cərrahiyyə əməliyyatlarınız üçün xaricdəki ölkələri seçməyin bir çox üstünlüyü var, lakin A-Medical tibbi turizm şirkətinə üstünlük vermək, Türkiyədə müalicənizin unudulmaz bir xatirəyə çevrilməsinə imkan yaradır. Müalicəniz üçün A-Medical tibbi turizm şirkətini seçdiyiniz zaman siz bir sıra eksklüziv kampaniyalardan yararlanma fürsətini əldə edə bilərsiniz.


Mobil: (+994 10) 310 93 33

Whatsapp: +99410 310 93 33

Email: [email protected]

Ünvan: Neftchiler Ave. 151, AZ 1010, Baku, Azerbaijan

A-Medical | Reliable and Professional Medical Tourism Provider

Xüsusi güzəştli şərtlərlə xaricde mualice almaq istəyirsinizsə, A-Medical tibbi turizm şirkəti ilə əlaqəyə
keçərək ətraflı məlumat əldə edə bilərsiniz. A-Medical şirkəti Azərbaycanda tibbi turizm sahəsində 7 ildən artıq təcrübəsi ilə Türkiyədə müalicə və digər ölkələrdə
hər növ tibbi prosedurun yerinə yetirilməsini sizin üçün təşkil edir.

Xaricde mualice ilə bağlı hərhansı bir sualınız yarandığı halda sizə uyğun olan vasitə ilə bizimlə əlaqə saxlaya bilərsiniz.
A-Medical şirkəti Türkiyede müalice və digər ölkələrdə müayinə, müalicə və əməliyyat prosedurlarının yerinə yetirilməsi və xaricdə
müalicə təşkil olunması ilə bağlı 7 ildən artıq təcrübəsi ilə sağlamlığınızı geri qaytarmaq üçün xidmətinizdədir.


Pulsuz konsultasiyadan yararlan

Qısa formu dolduraraq pulsuz konsultasiyaya yazıl və sağlamlığın üçün ən doğru seçimi birgə təyin edək

Bir kliklə Whatsapp-a yazın