A-Medical: High Quality & Affordable Medical Treatment Abroad
Ürək bypassı əməliyyatı (aorta koronar şuntlama) ürək damar problemlərindən əziyyət çəkən pasiyentlər üçün son və ən uğurlu çarə olaraq görülən bir əməliyyatdır. Dünyanın bir çox ölkəsindən insanlar ürək bypass əməliyyatı üçün Türk klinikalarına üstünlük verir.
Türk klinikaları ürək-damar problemlərindən əziyyət çəkən və ürək bypassı əməliyyatı olmaq istəyən insanların həm vaxtına, həm də puluna qənaət etməsinə imkan yaradır. Bu əməliyyat üçün Türk klinikalarına üstünlük vermək yüksək səviyyəli tibbi xidmətdən faydalanmağınıza və daha az xərc çəkməyinizə imkan yaradacaq.
Türk klinikaları yüksək səviyyəli tibbi xidmətdən güzəştə getmədən ürək bypass əməliyyatını sərfəli edir. Dünyanın hər yerindən bir çox insan ürək bypass əməliyyatı üçün Türkiyəni seçir.
Bu yazıda Türkiyədə ürək bypass əməliyyatının təfərrüatlarını sizinlə bölüşəcəyik.
Prosedur: | Ürək bypass əməliyyatı |
Müddət: | 3-6 saat |
Anesteziya: | Ümumi |
Ünvan: | İstanbul |
Klinika: | Florence Nightingale, Amerikan Xəstəxanası |
Həkim: | Alpay Sezer, Ertan Sağbaş, Davit Saba, Rüstem Olga və Mert Dumantepe |
Əlavə təsirlər: | Ağrı, iştahsızlıq, qəbizlik, yorğunluq və yuxuda çətinlik, əzələ ağrısı və ya bel ağrısı. |
Sağalma müddəti: | 12 Həftə içində tam sağalma |
Gözlənilən nəticə: | Ürək-damar problemlərinin müalicə olunması. |
Ürək bypass əməliyyatı ürək damarlarının daraldığı və ya bloklandığı zaman həmin damarları bədənin digər hissəsindən alınan damarlar ilə dəyişmək üçün tətbiq edilən cərrahi üsuldur. Bu əməliyyat zamanı həkimlər tıxanmış sahənin ətrafında dolama yol yaratmaq üçün bədənin başqa bir hissəsindən olan damarlardan istifadə edirlər. Bu, kifayət qədər qanın arteriyanın təsirlənmiş hissəsinə çatmasını təmin edir.
Ürəyinizin koronar damarları tıxandıqda, həkimlər bypass əməliyyatına üstünlük verə bilərlər. Buna koronar bypass əməliyyatı deyilir.
İndiki gündə ürək damarlarının müalicəsi üçün daha az riskli üsullar olsa da, hələ də ürək bypassı əməliyyatı ən uğurlu üsul kimi görülür.
Bu prosedur kimlər üçündür? | Əlavə təsirlər | Sağalma müddəti | Müddət | Uğur nisbəti |
---|---|---|---|---|
Ürək-damar problemləri yaşayan, habelə damarlarının böyük bir hissəsi tıxanmış hər kəs bu əməliyyatı ola bilər. | Ağrı, iştahsızlıq, qəbizlik, yorğunluq və yuxuda çətinlik, əzələ ağrısı və ya bel ağrısı. | Ürək-damar problemlərinin müalicə olunması. | Əməliyyat 3-6 saat çəkir. | 98% |
Ürək bypass əməliyyatı və açıq ürək əməliyyatı oxşar səslənə bilər, lakin onlar arasında müəyyən fərqlər var. Həkimlər əməliyyat etmək üçün döş qəfəsini açdıqda bu əməliyyata açıq ürək əməliyyatı deyilir. Müxtəlif əməliyyatlar, o cümlədən bypass, qabırğa qəfəsinin açılmasını əhatə etdiyi üçün açıq ürək əməliyyatı kimi adlandırılırlar.
Ürək bypassı əməliyyatı isə birbaşa olaraq ürək damarlarına müdaxilə edilməsini ehtiva edən və döş qəfəsinin açılaraq həyata keçirildiyi bir açıq ürək əməliyyatı növüdür.
Koronar arteriya xəstəliyi ürəyə gedən qan damarlarının tıxanması səbəbindən ürəyin öz funksiyasını itirməyə başladığı bir xəstəlikdir. Bu xəstəlik xolesterol, yanlış qidalanma vərdişləri, kifayət qədər hərəkət etməmək və s. kimi müxtəlif şeylərdən meydana gələ bilər.
Bu xəstəlik sinə ağrısı, uzun müddətli sinə ağrısı, infarkt və qəfil ürək çatışmazlığı kimi ciddi problemlərə səbəb olur. Ürəyin ətrafındakı damarlar sərtləşir və bəzən qırılır və laxtalanmaya səbəb olur.
Koronar arteriya xəstəliyinin əlamətləri:
Çənə, boyun, mədə, sol çiyin və ya sol qola gedən sinə ağrısı
Ürək ritminin pozulması
Nəfəs almaqda çətinlik
Qusma
Çaşqınlıq, zəiflik, yorğunluq
Tərləmə
Ani ölüm
Bu xəstəlik ürək bypass əməliyyatı ilə müalicə olunur.
Ürək bypass əməliyyatı potensial riskli, lakin həyat qurtaran əməliyyatdır. Ürəyinizlə bağlı probleminiz varsa və həkiminiz sizə ürək bypass əməliyyatına ehtiyacınız olduğunu deyirsə, bu o deməkdir ki, sizin vəziyyətiniz təcilidir və təxirə salınmamalıdır.
Ürək bypass əməliyyatı aşağıdakı hallarda aparılır:
Ürək dayandıqda
Damarların böyük bir hissəsi tıxalı olduqda
Koronar arteriya balon və ya stentlə açıla bilmədikdə
Ürək qapağının stenozu və ya çatışmazlığını müalicə etmək üçün
Ürək ritm problemlərini həll etmək üçün
Ürək dəliklərini bağlamaq üçün
Digər anadangəlmə ürək problemlərinin müalicəsində
Böyük arteriyaların balonlaşmasını və cırıqlarının düzəldilməsi üçün
Ürək şişlərinin aradan qaldırılması üçün
Ürək bypass əməliyyatınız üçün Türkiyəni seçmək ciddi bir qərardır. Siz ürək bypass əməliyyatınız üçün Türk klinikalarını seçməklə həm yüksək səviyyəli tibbi xidmətdən faydalanacaqsınız, həm də pulunuza qənaət edəcəksiniz. Türk klinikaları tibbi xidmətin keyfiyyətindən güzəştə getmədən, ürək bypass əməliyyatını sizin üçün əlçatan edir.
Əgər Türkiyədə ürək bypass əməliyyatı etməyi seçirsinizsə, əməliyyatınız oraya gəldiyiniz gün və ya ertəsi gün həyata keçirdilir. Bu sayədə çox gözləmədən lazım olan müalicəni ala bilərsiniz.
Ürək əməliyyatı bir çox yerdə baha başa gəlir, amma Türkiyədə deyil. Türkiyədə ürək bypass əməliyyatı Böyük Britaniya, ABŞ və Avropa ilə müqayisədə 75% ucuzdur. Aşağı qiymətə aldanmayın - bu əməliyyatlar JCI tərəfindən akkreditə olunmuş yüksək səviyyəli tibbi xidmətləri olan klinikalarda aparılır.
Türkiyədə ürək bypassı əməliyyatı olmaq məcburiyyətində qalan insan sayısı çoxdur. Bacarıqlı həkimlər bu sahədə bir çox uğurlu əməliyyatlar edirlər. Yaxşı xəbər budur ki, Türkiyədə ürək bypass əməliyyatından sonra fəsadların yaranma şansı digər yerlərə nisbətən daha azdır. Türkiyə bu cür əməliyyatlar üçün təhlükəsiz yerdir.
Türkiyədə çox münasib qiymətlərlə 4/5 ulduzlu otellərdə qala bilərsiniz. A-Medical vasitəsilə Türkiyədə ürək bypass əməliyyatınız varsa, çox aşağı qiymətə klinikanıza yaxın 4/5 ulduzlu oteldə qalacaqsınız.
A-Medical tibbi turizm şirkəti olaraq sizə hava limanından klinikaya və klinikadan hava limanına pulsuz transferlər təqdim edirik. Bu sayədə şəxsi sürücünüz ölkəyə ayaq basan kimi sizi qarşılayacaq və sizi klinikaya transfer edəcək.
Türkiyə güclü səhiyyə sisteminə sahibdir və dünyada ən çox JCI akreditə olunmuş klinikalar məhz Türkiyədə yerləşir. Bu klinikalar xəstələrin aparıcı həkimlərdən yüksək səviyyəli müalicə almasını asanlaşdıran yüksək səviyyəli tibbi xidmətlər təqdim edir.
Türkiyədə ürək bypass əməliyyatının qiyməti 15000 dollardan başlayır və qiymət seçilmiş klinikaya, həkimə və prosedura görə dəyişir. Türkiyədə ürəyin bypass əməliyyatının qiyməti İngiltərə, ABŞ və Avropa ölkələri ilə müqayisədə 75% aşağıdır, tibbi xidmət keyfiyyəti isə Avropa standartlarındadır.
Əgər Türkiyədə ürək bypass əməliyyatı olunmağı düşünürsünüzsə, işiniz çətin olacaq. Türkiyədə yüksək tibbi xidmət keyfiyyəti və müvəffəqiyyət nisbəti olan bir çox klinikalar var. Həmçinin, ən yaxşı həkimləri müəyyən etmək vaxtınızı alacaq.
A-Medical sağlamlıq turizmi olaraq işinizi asanlaşdırır və sizə ən yaxşı klinikanı və ən yaxşı həkimləri tövsiyə edirik. A-Medical olaraq sizə tövsiyyə etdiyimiz klinikalarda endirimli qiymətlərlə ürək şuntlama əməliyyatı olunmaq imkanı veririk.
Türkiyədə ürək bypass əməliyyatı üçün ən yaxşı xəstəxana Amerikan Xəstəxanasıdır. Amerikan Xəstəxanası Türkiyənin ən təcrübəli cərrahlarının çalışdığı və ən keyfiyyətli tibbi xidmətin göstərildiyi klinikalardan biridir.
Türkiyədə ürək bypass əməliyyatı üçün tövsiyə etdiyimiz digər klinika isə Florence Nightingale Xəstəxanasıdır. Florence Nightingale Xəstəxanası Türkiyənin ən köklü və uğurlu xəstəxanalarından biridir. Burada yüksək müvəffəqiyyət dərəcəsi ilə ürək bypass əməliyyatı ola bilərsiniz.
Türkiyədə ürək şuntlama əməliyyatı üçün ən yaxşı cərrah Amerikan Xəstəxanasından Alpay Sezərdir. Sizə tövsiyə etdiyimiz digər həkimlər isə Florence Nightingale Xəstəxanasından Ertan Sağbaş, Davit Saba, Rüstem Olga və Mert Dumantepedir.
A-Medical sizin Türkiyədə ürək bypass əməliyyatında ən yüksək müvəffəqiyyət göstəricilərinə nail olmuş klinikalarda müalicə almanızı təmin edir. A-Medical vasitəsilə xaricdə alacağınız müalicələr yüksək keyfiyyətli, sərfəli və əlçatandır. Məqsədimiz hər kəsin sərfəli qiymətlərlə axtardığı tibbi xidmətə çıxışını təmin etməkdir.
100% pulsuz ətraflı bələdçi: Əgər Türkiyədə ürək bypass əməliyyatı olunmağı düşünürsünüzsə, bütün detalları bu məqalədə tapa bilərsiniz. Prosedur, bərpa müddəti, xərclər və ən yaxşı klinikalar məqaləmizdə mövcuddur.
Ən yaxşı klinikalara çıxış: Biz sizə nəinki xaricdə müalicə almaq, həm də ən yaxşı həkimi və klinikanı seçmək imkanı veririk. Sizə tövsiyə etdiyimiz klinikalar ürək bypass əməliyyatı üzrə öz sahəsində ən yaxşılarıdır.
Dünya səviyyəli tibbi xidmətə çıxış: Ən yaxşı tibbi xidmət həmişə ən bahalısı deyil. Büdcəniz daxilində birinci dərəcəli tibbi xidməti əldə etməyinizi asanlaşdırırıq.
7/24 pasiyent dəstəyi: Xaricdə müalicə almağı planlaşdırırsınızsa, prosesin əvvəlindən sonuna kimi sizinlə olacağımızı unutmayın.
Mobil: (+994 10) 310 93 33
Email: [email protected]
Ünvan: Neftchiler Ave. 151, AZ 1010, Baku, Azerbaijan
A-Medical: High Quality & Affordable Medical Treatment Abroad
Xüsusi güzəştli şərtlərlə xaricde mualice almaq istəyirsinizsə, A-Medical tibbi turizm şirkəti ilə əlaqəyə Xaricde mualice ilə bağlı hərhansı bir sualınız yarandığı halda sizə uyğun olan vasitə ilə bizimlə əlaqə saxlaya bilərsiniz.
keçərək ətraflı məlumat əldə edə bilərsiniz.
A-Medical şirkəti Azərbaycanda tibbi turizm sahəsində 7 ildən artıq təcrübəsi ilə Türkiyədə müalicə və digər ölkələrdə
hər növ tibbi prosedurun yerinə yetirilməsini sizin üçün təşkil edir.
A-Medical şirkəti Türkiyede müalice və digər ölkələrdə müayinə, müalicə və əməliyyat prosedurlarının yerinə yetirilməsi və xaricdə
müalicə təşkil olunması ilə bağlı 7 ildən artıq təcrübəsi ilə sağlamlığınızı geri qaytarmaq üçün xidmətinizdədir.
Qısa formu dolduraraq pulsuz konsultasiyaya yazıl və sağlamlığın üçün ən doğru seçimi birgə təyin edək
Bir kliklə Whatsapp-a yazın