+99410 310 93 33

WHATSAPPA YAZIN

Otoplastika əməliyyatı qulaqlarınızın görünüşünü yaxşılaşdırmaq, onların üzünüzə uyğun olmasını təmin etmək və qulaq assimetriyasını aradan qaldırmaq məqsədi daşıyır. İstər doğuşla bağlı, istərsə də qəza nəticəsində yaranan qulaq deformasiyalarını düzəltmək olsun, bu prosedur müsbət fərq yaradır.


Siz A-Medical tərəfindən təsdiqlənmiş klinikalarda 2000$-dan başlayan qiymətlərlə otoplastika əməliyyatı oluna bilərsiniz. Türkiyədə qiymətlər klinikalar arasında fərqlidir, lakin A-Medical-ı seçmək, otoplastika əməliyyatınız üçün endirimli qiymətlər, yüksək səviyyəli klinikalarda müalicə və təcrübəli cərrahlardan yardım almaq deməkdir.


Türkiyədə otoplastika əməliyyatı haqqında qısa faktlar


Prosedur:

Otoplastika (şəlpə qulaq əməliyyatı, qulaq əməliyyatı və ya qulaq estetikası)

Müddət:

1-2 saat

Anesteziya:

Lokal və ya ümumi

Ünvan:

Istanbul

Klinika:

Florence Nightingale, Memorial

Həkim:

Prof. Dr. Bora Başaran

Fəsadlar:

Qısamüddətli ağrı

Sağalma müddəti:

7 Gün

Gözlənilən nəticələr:

Qulaq simmetriyasının düzəldilməsi və daha bərabər qulaq görünümü


Otoplastika nədir?


Otoplastika qulağın formasını, mövqeyini və ya ölçüsünü düzəldən əməliyyatdır. Qulağın quruluşunda doğuşdan bəri olan və ya böyüdükcə ortaya çıxan qüsuru düzəltmək üçün edilir. Bu cərrahiyyə həm də zədə səbəbiylə forması pozulan qulaqlara tətbiq edilə bilir.


Otoplastikanın məqsədi qulaqları daha təbii göstərmək və üzə tarazlıq gətirməkdir. Əgər kimisə qulaqlarının bərabərsizliyi və ya düzgün görünməməsi narahat edirsə, plastik və ya rekonstruktiv cərrahiyyə haqqında düşünə bilər. Otoplastika adətən yaxşı nəticələr verən az riskli və sadə bir prosedurdur.



Bu əməliyyat kimlər üçündür?

Əlavə təsirlər

Sağalma müddəti

Əməliyyat müddəti

Uğur nisbəti

Qulaq görüntüsündə anormallıq olan 5 yaşından yuxarı hər kəs üçün tətbiq edilə bilər.

  • Qanaxma

  • İnfeksiya

Pasiyent əməliyyatdan sonraki ilk 1 həftə dincəlir. İkinci həftədən sonra gündəlik həyatına qayıda bilir. 3 ayın sonunda isə son nəticələr əld edilmiş olur.

1 saat

95%


Qulaq asimmetriyasının/deformasiyasının səbəbləri nələrdir?


Qulaq deformasiyası və ya asimmetriyası çox vaxt genetik yatğınlıq səbəbilə yaranır. Əgər ailə daxilində qulaqla əlaqəli fiziki anormallıqla mübarizə aparan fərdlər varsa, bu vəziyyətin sonrakı nəsillərdə görülmə etmə ehtimalı yüksəkdir.


Qulaq deformasiyasının görülməsi, ilk növbədə genetik faktorların təsiri altında qulaq qığırdaq və toxumasının düzgün inkişafında ləngimə olduqda baş verir.


Qulaq deformasiyasının irsi komponenti, bir çox ailə üzvlərinin oxşar əziyyət çəkdiyi hallarda daha aydın olur.


Bu prosedur kimlər üçündür?


Otoplastika əməliyyatı deformasiyalar və asimmetriya kimi zədə, travma və ya doğum nəticəsində yaranan qulaq problemlərini həll edir. Həkim qulağın mövqeyini, ölçüsünü və əməliyyatın uyğun olub olmadığını yoxlayır.


Əgər kimsə otoplastika etdiribsə, lakin nəticəni bəyənməyibsə, yenidən əməliyyat etdirməyi seçə bilər. Otoplastikaya uyğun olmaq üçün namizədlər xüsusi şərtlərə cavab verməlidirlər.


  • Yaş: Otoplastika 5 yaşdan yuxarı olanlar üçündür, çünki bu yaşda artıq qulaqlar tam ölçüyə çatır. Əgər uşağın qulağı ilə bağlı fiziki qüsurlar varsa, otoplastika düşünülə bilər.

  • Cərrahiyyə üçün uyğunluq: Namizədlərin anesteziyaya qarşı allergiyası olmamalıdır, ümumi sağlamlıq vəziyyəti yaxşı olmalı və cərrahiyyə meyarlarına cavab verməlidir.


Otoplastika üçün niyə Türkiyəni seçməlisiniz?


Dünyada insanlar estetik və kozmetik əməliyyat üçün Türkiyəni seçirlər. Türkiyə çoxlu sayda beynəlxalq xəstə cəlb edərək bu prosedurlar üçün ən yaxşı ölkələr sırasında öz yerini almışdır.


Türkiyə otoplastika əməliyyatında münasib qiymətləri ilə seçilir. İnsanlar türk klinikalarının tibbi xidmət keyfiyyətindən güzəştə getmədən münasib qiymətlər təqdim etməsini yüksək qiymətləndirir.


Türkiyədə otoplastikaya üstünlük vermənin bir çox faydası var.


Birinci dərəcəli həkimlər və cərrahlar


Türkiyədə təcrübəli otoplastika cərrahlarına müraciət etmək əməliyyatınız üçün mümkün olan ən yaxşı nəticəni təmin edir. Üstəlik, xərclər büdcənizə heç bir çətinlik yaratmayacaq. Sizə baha başa gəlməyən keyfiyyətli səhiyyə xidmətlərindən faydalanmaq üçün Türkiyə ən yaxşı seçimdir.


Gözləmə müddəti yoxdur


Bir çox ölkələrdə otoplastika əməliyyatı əldə etmək üçün müəyyən bir vaxt gözləməlisiniz. Amma Türkiyədə gözləməyə ehtiyac yoxdur. Siz Türkiyədə otoplastika əməliyyatı üçün ölkəyə ayaq basdıqdan 1-2 gün sonra əməliyyat olunaraq ölkənizə qayıda bilərsiniz.


Qonaqlama və nəqliyyat


Qulaq əməliyyatı üçün başqa ölkədən Türkiyəyə gəlirsinizsə, 4/5 ulduzlu otellərdə qalmaq üçün əla yerlər tapacaqsınız. Türkiyədə 4/5 ulduzlu otellərdə qonaqlamaq olduqca ucuzdur. Bundan əlavə, klinikanız sizə yaxınlıqdakı otellər üçün endirim kuponları da təklif edə bilər.


Türkiyəni gəzmək çox sadə və asandır. Sizə tövsiyyə etdiyimiz klinikalar əlverişli ünvanlarda yerləşir. Beləliklə siz asanlıqla alış-veriş edə, görməli yerləri görə, yemək yeyə və müxtəlif fəaliyyətlərdən həzz ala bilərsiniz.


Qeyd: A-Medical vasitəsilə Türkiyədə otoplastika əməliyyatı etməyi planlaşdıran şəxslərə pulsuz transfer (hava limanından klinikaya/klinikada hava limanına) və sürücü ilə təmin olunacaq.


Türkiyədə otoplastika qiyməti nə qədərdir?


Türkiyədə Otoplastika (qulaq əməliyyatı) əməliyyatının orta qiyməti 1500$ - 5000$ arasında dəyişir. Prosedurun qiyməti seçilmiş klinikaya, həkimə və şəxsin ehtiyaclarına görə dəyişə bilər.


Türkiyədə otoplastika əməliyyatının qiyməti İngiltərə, ABŞ, Kanada və Avropa ölkələri ilə müqayisədə 50-75% ucuzdur. Xərclərin aşağı olması tibbi xidmətin keyfiyyətinin aşağı düşməsinə səbəb olmur. Bu səbəbdən xarici pasiyentlər otoplastika əməliyyatı üçün Türkiyə klinikalarına üstünlük verirlər.


Türkiyənin ən yaxşı otoplastika klinikaları


Türkiyədə qulaq əməliyyatı üçün klinika seçərkən çoxlu seçimlərə məruz qala bilərsiniz. Türkiyə dünya miqyasında ən çox JCI akkreditasiyalı klinikaya malik olan ölkədir. Ancaq bu bolluq Türkiyədə qulaq əməliyyatı olunmaq istəyən xəstələrin klinika seçimi zamanı işini çətinləşdirə bilər.


A-Medical tibbi turizm şirkəti olaraq biz Türkiyədə otoplastika əməliyyatı olmaq istəyən pasiyentlərimizə yalnız müəyyən keyfiyyət və təhlükəsizlik meyarlarımıza cavab verən klinikaları tövsiyyə edirik.


Türkiyədə otoplastika əməliyyatı üçün ən yaxşı klinikalar:


  • Memorial Klinikası

  • Florence Nightingale Xəstəxanası


Siz bu klinikalarda A-Medical vasitəçiliyi ilə endirimli qiymətlərlə otoplastika əməliyyatı ola bilərsiniz.


Türkiyədə otoplastika üzrə ən yaxşı həkimlər və cərrahlar


A-Medical sağlamlıq turizmi şirkəti olaraq biz pasiyentlərimizin ən yaxşı həkimlər tərəfindən müalicə və əməliyyat almasını təmin etmək üçün çalışırıq. Türkiyədə otoplastika əməliyyatını seçən pasiyentlərimiz bilməlidir ki, onlar bizim müxtəlif keyfiyyətə nəzarət və təhlükəsizlik standartlarımıza cavab verən həkimlər tərəfindən müalicə və əməliyyat olunacaqlar.


A-Medical yalnız yüksək müvəffəqiyyət dərəcəsi olan, yaxşı təhsilli və öz sahəsində mütəxəssis olan həkimləri tövsiyə edir.


Türkiyədə otoplastika əməliyyatı üçün ən yaxşı həkim Florence Nightingale Xəstəxanasından Prof Dr Bora Başarandır.


Niyə A-Medical?


A-Medical sizin Türkiyədə otoplastika əməliyyatında ən yüksək müvəffəqiyyət göstəricilərinə nail olmuş klinikalarda müalicə almanızı təmin edir. A-Medical vasitəsilə xaricdə alacağınız müalicələr yüksək keyfiyyətli, sərfəli və əlçatandır. Məqsədimiz hər kəsin sərfəli qiymətlərlə axtardığı tibbi xidmətə çıxışını təmin etməkdir.


  • 100% pulsuz ətraflı bələdçi: Əgər Türkiyədə otoplastika əməliyyatı olunmağı düşünürsünüzsə, bütün detalları bu məqalədə tapa bilərsiniz. Prosedur, bərpa müddəti, xərclər və ən yaxşı klinikalar məqaləmizdə mövcuddur.

  • Ən yaxşı klinikalara çıxış: Biz sizə nəinki xaricdə müalicə almaq, həm də ən yaxşı həkimi və klinikanı seçmək imkanı veririk. Sizə tövsiyə etdiyimiz klinikalar otoplastika əməliyyatı üzrə öz sahəsində ən yaxşılarıdır.

  • Dünya səviyyəli tibbi xidmətə çıxış: Ən yaxşı tibbi xidmət həmişə ən bahalısı deyil. Büdcəniz daxilində birinci dərəcəli tibbi xidməti əldə etməyinizi asanlaşdırırıq.

  • 7/24 pasiyent dəstəyi: Xaricdə müalicə almağı planlaşdırırsınızsa, prosesin əvvəlindən sonuna kimi sizinlə olacağımızı unutmayın.


Mobil: (+994 10) 310 93 33

Whatsapp: +99410 310 93 33

Email: [email protected]

Ünvan: Neftchiler Ave. 151, AZ 1010, Baku, Azerbaijan

A-Medical | Reliable and Professional Medical Tourism Provider

Xüsusi güzəştli şərtlərlə xaricde mualice almaq istəyirsinizsə, A-Medical tibbi turizm şirkəti ilə əlaqəyə
keçərək ətraflı məlumat əldə edə bilərsiniz. A-Medical şirkəti Azərbaycanda tibbi turizm sahəsində 7 ildən artıq təcrübəsi ilə Türkiyədə müalicə və digər ölkələrdə
hər növ tibbi prosedurun yerinə yetirilməsini sizin üçün təşkil edir.

Xaricde mualice ilə bağlı hərhansı bir sualınız yarandığı halda sizə uyğun olan vasitə ilə bizimlə əlaqə saxlaya bilərsiniz.
A-Medical şirkəti Türkiyede müalice və digər ölkələrdə müayinə, müalicə və əməliyyat prosedurlarının yerinə yetirilməsi və xaricdə
müalicə təşkil olunması ilə bağlı 7 ildən artıq təcrübəsi ilə sağlamlığınızı geri qaytarmaq üçün xidmətinizdədir.


Pulsuz konsultasiyadan yararlan

Qısa formu dolduraraq pulsuz konsultasiyaya yazıl və sağlamlığın üçün ən doğru seçimi birgə təyin edək

Bir kliklə Whatsapp-a yazın