facebook Konsultasiya lazımdır? İndi bizimlə əlaqə saxlayın – sürətli və pulsuz!
Meksikada (Tijuana) Abdominoplastika Əməliyyatı,A-Medical - Türkiyədə Müalicə, xaricdə müalicə və tibbi turizm sahəsində 7 ildən artıq təcrübə ilə Turkiyede və xaricde mualice xidməti göstəririk!

Tijuanada (Meksika) qarın gərmə, qarın görünüşündən razı olmayan və uyğun büdcə ilə görünüşünü yaxşılaşdırmaq istəyənlər üçün faydalı bir prosedurdur. Meksika sərfəli qiymətlərlə və yüksək keyfiyyətli tibbi xidmətlə abdominoplastika əməliyyatı oluna biləcəyiniz ölkələrdən biridir.


Düz və sıx görünüşlü qarın əldə etmək üçün insanlar bu prosedura çox üstünlük verir Bu prosedur, çəki dəyişikliyi, hamiləlikdən sonrakı təsirlər və ya sadəcə yaş ilə əlaqəli səbəblərdən qarın dərisinin sallanması, qarnın normaldan fərqli görünməsinə səbəb olan az və ya orta dərəcəli piylənmə zamanı tövsiyyə olunur.


Daha sıx və cəlbedici qarın xəyal edirsinizsə, Meksikanın Tijuana şəhərində qarın gərmə əməliyyatı sizin üçün diqqət çəkən bir seçim ola bilər. Tijuana çoxsaylı gözəllik klinikalarına və yüksək səviyyəli həkimlərə malikdir.


Bu yazıda biz Meksikanın Tijuana şəhərində uyğun qiymətli abdominoplastika əməliyyatı haqqında detallı məlumat verdik. Yazımızı oxumaqla siz Meksikada abdominoplastika əməliyyatı olunmaq üçün nə etməli olduğunuzu öyrənə bilərsiniz.


Meksikada qarın gərmə əməliyyatının qiyməti


Meksikada qarın gərmə əməliyyatının orta qiyməti 4500 dollardır. ABŞ-da isə eyni əməliyyatın qiyməti 8000 dollardan başlayır, Böyük Britaniyada isə eyni prosedur üçün 10.000 funt-sterlinqə qədər ödəniş edə bilərsiniz. Meksika qarın gərmə əməliyyatı üçün büdcəyə uyğun seçim kimi seçilir və bu, onu qlobal miqyasda ən uyğun destinasiyalardan birinə çevirir.


Meksikada qarın gərmə əməliyyatının xərclərini hesablayarkən diqqətli olmaq vacibdir. Çünkü prosedur xərclərinə əlavə olaraq səyahət, yaxın pasiyent dəstəyi, tərcüməçi, qonaqlama və digər xərcləri də nəzərə almalısnız. Bütün əlavə xərcləri hesaba qatsaq belə, abdominoplastika əməliyyatı üçün Meksikaya üstünlük vermək sizə böyük maddi qənaət imkanı qazandıracaq.


A-Medical təcrübəli tibbi turizm şirkəti olaraq Meksikanın Tijuana şəhərində abdominoplastika əməliyyatı düşünənlər üçün hər tərəfli xüsusiləşdirilmiş paketlər təqdim edirik. İndividual ehtiyaclara uyğun olaraq yaratdığımız paketlər sizə Meksikada abdominoplastika əməliyyatı üçün ehtiyac duyduğunuz bütün xidmətləri ehtiva edir. Paketlərimizdə həkim təyinatları, prosedur, səyahət qiymətləri, anestezioloq xərcləri, cərrah xərcləri, əməliyyatdan sonra istifadə edilməli olan xüsusi paltarların xərcləri, tam qan testləri, dərmanlar, əməliyyatdan sonraki müayinələr, xəstəxanada qonaqlama, oteldə qonaqlama və yaxın pasiyent dəstəyi kimi əlavə xidmətlər yer alır.


A-Medical olaraq sizə təklif etdiyimiz hər şey daxil paketlərdən istifadə edərək Meksikanın Tijuana şəhərində endirimli qiymətlərlə abdominoplastika əməliyyatı oluna bilərsiniz. Daha ətraflı məlumat üçün bizimlə əlaqə qura bilərsiniz.


Niyə abdominoplastika üçün Meksikaya üstünlük verməlisiniz?


Meksika başda Amerika vətəndaşları olmaq üzrə dünyanın bir çox ölkəsindən pasiyentlərin diqqətini çəkir. Meksikada qiymətlərin aşağı olması pasiyentlər tərəfindən müsbət bir hal olaraq qaşrılanır. Lakin Meksikada abdominoplastika əməliyyatı olunmaq üçün tək səbəboiniz qiymətlər deyil.


Meksikada abdominoplastika əməliyyatının üstün cəhətləri:



  • Aşağı qiymətlər: ABŞ, Kanada, Böyük Britaniya və Avropa ölkələrində qarın gərmə əməliyyatı xərcləri yüksəkdir. Tijuanada siz daha sərfəli qiymətlərlə çox keyfiyyətli qarın gərmə əməliyyatı oluna bilərsiniz.

  • Təhlükəsizlik: Yüksək xəstə məmnuniyyəti, yüksək tibbi xidmət keyfiyyəti və akkreditasiyaya malik klinikalarda abdominoplastika əməliyyatı olma şansınız var.

  • Müalicənizi tətilə çevirmə imkanı: Əməliyyatınızdan sonra səfərinizə bir neçə gün daha əlavə edərək şəhərin populyar turizm destinasiyalarını kəşf edə bilərsiniz.

  • Dünya səviyyəli tibbi xidmətə daha asan çıxış: Meksika xarici pasiyentlərə təklif etdiyi güclü tibbi xidmətləri ilə populyardır. Qarın gərmə əməliyyatınız üçün Tijuana şəhərini seçmək sizə dünya səviyyəli tibbi xidmətlərdən istifadə etmək şansı verəcək.

  • Gözləmə müddəti yoxdur: Bir çox ölkələrdən fərqli olaraq, Meksikanın Tijuana şəhərində qarın gərmə əməliyyatınızı lazımsız gecikmələr olmadan dərhal əldə edə bilərsiniz.


Qarın gərmə nədir?


Qarın gərmə və ya abdominoplastika, müntəzəm pəhriz və idmanla aradan qalxmayan inadkar piyləri və sallanan dərini yox etmək üçün istifadə olunan bir üsuldur.


Bu prosedur zamanı əlavə dəri və piylər götürülür, qarnın birləşdirici toxuması tikişlərlə bərkidilir və siz daha sıx və daha düz bir qarına qovuşursunuz.


Qarın gərmə əməliyyatı həmçinin qarnın ətrafı, üstü və ya altı, eləcə də bel nahiyyəsində toplanan yağların aradan qaldırılması üçün də faydalıdır.


Bir çox insan qarın gərmə əməliyyatını liposaksiya ilə qarışdırır. Qarın gərmə əməliyyatı liposaksiya ilə eyni deyil, lakin cərrahınız qarın gərmə əməliyyatı ilə birlikdə liposaksiya əməliyyatı təklif edə bilər ki, bu da daha yaxşı nəticə əldə etmək üçün faydalı ola bilər.


Qarın gərmə əməliyyatının növləri


Qarın yağını çıxarmaq və daha düz bir qarın əldə etmək üçün abdominoplastika əməliyyatı faydalıdır. Abdominoplastika əsasən 3 fərqli növə bölünür. Bu növlər qarın içindəki yağın miqdarına və əməliyyatın əhatəsinə bağlı olaraq fərqlilik göstərir.


Tam qarın gərmə (360 dərəcə qarın gərmə)


Tam qarın gərmə əməliyyatı ilə düz qarın əldə etmək mümkündür. Bu prosedur qarın və qarın ətrafı bölgələrdə çox yağ və dəri sallanması olduqda tövsiyyə olunur. Əgər bel və omba nahiyələrində əlavə piy varsa, həkiminiz daha yaxşı nəticələr əldə etmək üçün tam qarın gərmə əməliyyatı ilə birlikdə liposaksiya da edə bilər.


Mini qarın gərmə


Mini qarın gərmə qarın altındakı artıq piylərlə mübarizə aparmaq üçün daha sadə və daha az invaziv üsuldur. Tam qarın gərmə əməliyyatı ilə müqayisədə mini qarın gərmə əməliyyatının sağalma müddəti daha azdır. Yalnız qarın nahiyəsində az miqdarda yağ olanlar üçün tövsiyyə olunur. 


Uzadılmış qarın gərmə


Uzadılmış qarın gərmə üsulu yenicə körpəsi olan və ya arıqlama əməliyyatı keçirmiş insanlar üçün tövsiyyə olunur. Məqsəd qarın dərisini düz etmək və sallanmalardan xilas olmaqdır. Tam qarın gərmə əməliyyatı ilə müqayisədə bu əməliyyat daha çox sallanan dəridən xilas olmaq üçün edilir.


Qarın gərmə əməliyyatı üçün ən yaxşı namizədlər kimlərdir?


Qarın gərmə (Abdominoplastika) əməliyyatı arıqlama əməliyyatı deyil. Buna görə xəstələrin bu əməliyyatdan real gözləntiləri olmalıdır.


Qarın gərmə əməliyyatı üçün uyğunluq meyarları:

Aşağıdakı meyarlara cavab verən namizədlər qarın gərmə (abdominoplastika) əməliyyatı ola bilərlər:


  • Piylənmə problemi olmayanlar

  • Anesteziyaya allergiyası olmayanlar

  • Ümumi sağlamlığı yaxşı olanlar

  • Sağlam bədən kütləsi indeksində olanlar


A-Medical vasitəçiliyi ilə Meksikada qarın gərmə əməliyyatı olun


Əgər qarın gərmə əməliyyatı üçün Meksikaya səfər etməyi, bu fikri həyata keçirmək sizin üçün çətin ola bilər. Meksikada müalicə almaq, planlaşdırmaq, klinika və xəstəxana seçmək və bütün prosesi idarə etmək çox vaxt apara bilər. Mövcud klinikaların çoxluğu seçim prosesinizi çətinləşdirə bilər.


Təcrübəli sağlamlıq turizmi şirkəti olan A-Medical düzgün seçim etməyinizə kömək edir. Meksikada axtardığınız müalicələri rahat və endirimli qiymətlərlə ala bilməniz üçün tibbi turizm xidmətləri təklif edirik. Beləliklə, xidmətlərimizdən yararlanaraq xaricdə rahatlıqla müalicə ala bilərsiniz.



  • Biz sizin mövcud vəziyyətinizlə bağlı ən yaxşı müalicəni təklif edən klinikanı tapırıq

  • Sizin üçün ən yüksək müvəffəqiyyət dərəcəsi olan həkimi tapırıq

  • Biz klinikalarla əlaqə saxlayırıq və bütün müsahibələri edirik

  • Lazımi sənədlərin tərcümə olunaraq klinikaya göndərilməsini təmin edirik

  • Səyahət planınızı xüsusi olaraq hazırlayırıq

  • Viza dəstəyi təklif edirik

  • Klinikaya pulsuz transfer və tərcüməçi dəstəyi təqdim edirik

  • Yerində endirimlərdən yararlanmağınıza kömək edirik


Müalicələriniz və cərrahiyyə əməliyyatlarınız üçün xaricdəki ölkələri seçməyin bir çox üstünlüyü var, lakin A-Medical tibbi turizm şirkətinə üstünlük vermək, Meksikada müalicənizin unudulmaz bir xatirəyə çevrilməsinə imkan yaradır. Müalicəniz üçün A-Medical tibbi turizm şirkətini seçdiyiniz zaman siz bir sıra eksklüziv kampaniyalardan yararlanma fürsətini əldə edə bilərsiniz.


Mobil: (+994 10) 310 93 33

Whatsapp: +99410 310 93 33

Email: [email protected]

Ünvan: Neftchiler Ave. 151, AZ 1010, Baku, Azerbaijan

A-Medical: High Quality & Affordable Medical Treatment Abroad

Xüsusi güzəştli şərtlərlə xaricde mualice almaq istəyirsinizsə, A-Medical tibbi turizm şirkəti ilə əlaqəyə
keçərək ətraflı məlumat əldə edə bilərsiniz. A-Medical şirkəti Azərbaycanda tibbi turizm sahəsində 7 ildən artıq təcrübəsi ilə Türkiyədə müalicə və digər ölkələrdə
hər növ tibbi prosedurun yerinə yetirilməsini sizin üçün təşkil edir.

Xaricde mualice ilə bağlı hərhansı bir sualınız yarandığı halda sizə uyğun olan vasitə ilə bizimlə əlaqə saxlaya bilərsiniz.
A-Medical şirkəti Türkiyede müalice və digər ölkələrdə müayinə, müalicə və əməliyyat prosedurlarının yerinə yetirilməsi və xaricdə
müalicə təşkil olunması ilə bağlı 7 ildən artıq təcrübəsi ilə sağlamlığınızı geri qaytarmaq üçün xidmətinizdədir.


Pulsuz konsultasiyadan yararlan

Qısa formu dolduraraq pulsuz konsultasiyaya yazıl və sağlamlığın üçün ən doğru seçimi birgə təyin edək

Bir kliklə Whatsapp-a yazın