Reabilitasiya mərkəzləri asılılıq müalicələri başda olmaqla bir çox psixi narahatlığın həlli üçün ən uğurlu ünvan hesab olunur. Reabilitasiya mərkəzləri fərdlərə asılılıqlarından qurtulmaq üçün hər növ müalicəni təklif edir. İsveçrə dünyada ən lüks və ən uğurlu reabilitasiya mərkəzlərinə ev sahibliyi edir. İsveçrədə yerləşən reabilitasiya mərkəzləri dünyanın ən dəbdəbəli və uğur nisbəti ən yüksək olan reabilitasiya mərkəzləridir.


İsveçrə fərdi müalicə planları, qabaqcıl asılılıq müalicəsi, lüks imkanlar və güclü sağlamlıq sistemi ilə dünyanın ən qabaqcıl tibbi turizm yerlərindən biridir.


İsveçrənin reabilitasiya mərkəzləri bütün dünyada tanınır və təklif etdikləri keyfiyyətli imkanlar və sübuta əsaslanan müalicə planları sayəsində içki asılılığı, narkotik maddə asılılığı və digər davranış asılılığından əziyyət çəkən minlərlə insanın uğurlu şəkildə müalicəsini təin edir. 


Bu yazımızda İsveçrədə reabilitasiya müalicələri başda olmaq üzrə, xarici pasiyentlərin əldə edə biləcəkləri bir çox müalicələrə və mərkəzlərə diqqət çəkəcəyik.


İsveçrədə lüks müalicə və reabilitasiya haqqında nə bilməlisiniz?


  • İsveçrə asılılığın müalicəsi, xərçəng müalicəsi, psixoloji müalicə və ortopedik müalicə üçün ən yaxşı ölkələrdən biridir.

  • İsveçrədə narkomaniyanın müalicəsi təbiət qoynunda tikilmiş dəbdəbəli reabilitasiya mərkəzlərində aparılır.

  • İsveçrədə müalicə proqramları fərdi şəkildə hazırlanır, standart prosedur yoxdur.


İsveçrədə lüks reabilitasiya mərkəzinin seçilməsi


İsveçrədəki reabilitasiya mərkəzlərini dünyanın qalan yerlərindəki analoqlarından fərqləndirən ən böyük detal onların son dərəcə unikal olması və məxfiliyə önəm verməsidir. Bundan əlavə, bu mərkəzləri əhatə edən təbii gözəlliklər İsveçrənin beynəlxalq aləmdə yüksək reputasiya qazanmasına səbəb olmuşdur.


2015-ci ildə Amerika Birləşmiş Ştatları tərəfindən dərc edilən Dünya Xoşbəxtlik Hesabatına görə, İsveçrə dünyada həyatdan məmnunluq səviyyəsinin ən yüksək olduğu ölkələr sırasındadır ki, bu da onu sağlam ruhi və fiziki sağlamlığın bərpasına etibar etmək üçün əlverişli bir seçim edir.


İsveçrədə fəaliyyət göstərən dəbdəbəli reabilitasiya mərkəzləri xəstələrə tərifəlayiq və nümunəvi xidmətlər göstərir və onların normal həyata qayıtmasına dəstək olur. Bu müəssisələrdə asılılığın çətinliklərini anlayan və sübuta əsaslanan həll yolları təklif edən, emosional dəstək və sağalma prosesini asanlaşdırmaq üçün ideal mühit təmin edən yüksək ixtisaslı həkim heyəti fəaliyyət göstərir.


Psixi sağlamlığınızın qayğısına qalmaq üçün niyə İsveçrəni seçməlisiniz?


İsveçrə dünyada narkomaniya müalicəsinin paytaxtına çevrilib. Siz İsveçrədə əziyyət çəkdiyiniz bütün psixi narahatlıqların aradan qaldırılmasına nail ola bilərsiniz. İsveçrədə fəaliyyət göstərən klinika və reabilitasiya mərkəzləri zehni sağlamlığın maksimum səviyyədə sağalmasına töhfə vermək üçün təbiət qoynunda yerləşir. Bu sayədə siz ən yüksək rahatlıq ilə sağalma prosesinizi sürətləndirən təbiətdə gəzintiyə çıxa bilər və müxtəlif fəaliyyətlərlə məşğul ola bilərsiniz.


İsveçrəni seçənlər üçün digər mühüm amil yüksək təhlükəsizlik və məxfilik səviyyəsidir. Klinikalar xəstə qeydlərini heç kimlə paylaşmır.


Asılılığın müalicəsi üçün İsveçrənin ən populyar ölkə olması da reabilitasiya müəssisələrinin təqdim etdiyi müalicələrin keyfiyyəti ilə bağlıdır. Dünyanın müxtəlif yerlərində yüksək inkişaf etmiş klinikalarda təcrübə qazanmış həkimlər İsveçrəyə gələrək bu reabilitasiya mərkəzlərində çalışırlar. Klinikaların və reabilitasiya mərkəzlərinin bütün həkim və tibb bacıları öz sahələrində mütəxəssislərdir və xəstələrə ən peşəkar şəkildə qulluq edirlər.


İsveçrənin ən yaxşı lüks müalicə və reabilitasiya mərkəzləri


A-Medical sağlamlıq turizmi şirkəti olaraq korporativ səfərlərimiz zamanı keyfiyyətə nəzarət meyarlarımıza cavab verən klinika və reabilitasiya mərkəzlərini bu yazıda toplamışıq. Siyahımız vasitəsilə İsveçrədə ən yaxşı müalicəni əldə etmək istəyənlər ölkənin ən uğurlu reabilitasiya mərkəzləri ilə tanış ola bilərlər.


Sizə təqdim etdiyimiz siyahıdakı hər bir obyekt A-Medical tərəfindən diqqətlə seçilmişdir. Əgər təklif etdiyimiz mərkəzlərdən birində müalicə almağı düşünürsünüzsə, bizimlə əlaqə saxlayaraq səyahətinizi və müalicənizi daha asan və ucuz edə bilərsiniz.



Klinika

Ünvan

Praktika

Neoviva Clinic

Lake Lucerne, Switzerland

Reabilitasiya və aludəçilik müalicəsi

Merian Iselin Clinic

Föhrenstrasse 2, 4009 Basel, Switzerland

Ortopedika müalicələri

Klinik Hirslanden

Witellikerstrasse 40

8032 Zürich

Kardiologiya, Visseral Cərrahiyyə, Neyrologiya, Ortopediya, Ginekologiya və Mamalıq

Hirslanden Clinique des Grangettes

Chem. des Grangettes, 1224 Chêne-Bougeries, Switzerland

Doğum şöbəsi, İxtisaslaşdırılmış Cərrahiyyə, Kardiologiya, Onkologiya, Pediatriya, Radiologiya

Hôpital de La Tour

Av. J.-D.-Maillard 3, 1217 Meyrin, Switzerland

İdman Təbabəti, Ortopediya, Onkologiya və Bariatrik Cərrahiyyə

Clinique de Genolier

Rte du Muids 3, 1272 Genolier, Switzerland

Ümumi müalicə və oteldə qonaqlama üçün ən yaxşısı.

Clinique Nescens

Rte du Muids 5, 1272 Genolier, Switzerland

Estetik müalicə və IVF müalicələri üçün ən yaxşısı.

The Kusnacht Practice

Zollikerstrasse 60, 8702 Zollikon, Switzerland

Müalicə müddətində dəbdəbəli villada qonaqlamaq istəyənlər üçün ən yaxşısı.


NEOVIVA, Lucerne gölü, İsveçrə




İsveçrənin dünyaca məşhur Lucerne gölü ətrafında yerləşən ultra-eksklüziv butik reabilitasiya mərkəzi peşekar həkimlərilə yüksək profilli müştərilərə xidmət göstərir. NEOVIVA narkomaniyanın müalicəsi üçün dünyanın ən məşhur və ən uğurlu müəssisələrindən biridir. Bu reabilitasiya mərkəzi yüksək müvəffəqiyyət göstəricisinə malikdir və işçi heyəti pasiyentlərə ən yüksək səviyyədə tibbi xidmət göstərməyi hədəfləyir.


Gölün kənarında yerləşən klinika maksimum 5 xəstə qəbul edir və xəstələrin məxfiliyinə əlavə diqqət yetirir. NEOVIVA ətrafındakı təbii gözəllik və geniş dağ mənzərəsi sizin müalicənizə əlavə sürət qatacaq. İsveçrənin qeyri-adi sağlamlıq mərkəzlərindən biri olan bu klinikada müalicə almaq üçün bizimlə əlaqə saxlaya bilərsiniz.


Bürgenstock Resort, Lüks Otel və Alp SPA




Müasir memarlığı və möhtəşəm dizaynı ilə “Bürgenstock Resort Hotel & Alpine SPA”, Luzern gölünün yanında yerləşir. Audrey Hepburn və Charlie Chaplin kimi bir çox məşhurları qəbul edən bu məkan pasiyentlərə komforlu bir bölgədə dincəlmək imkanı verir. Burada qolf, at sürmə, curling, su idmanları kimi bir çox fəaliyyətdə iştirak edə bilərsiniz.


Bürgenstock Hotel & Alpine SPA müalicə prosesini daha yaxşı keçirmək, tez sağalmaq və dincəlmək istəyənlər üçün geniş seçimlər təklif edir.


Merian Iselin Klinik Basel




Merian Iselin Klinik Basel 100 ildən artıqdır ki, İsveçrənin səhiyyə sisteminin əsasını təşkil edir. Klinika tibbin hər sahəsindən bir çox xidmətlər təklif edir. Merian Iselin Klinik Baseldə siz ortopediya, cərrahiyyə və urologiya kimi bir çox tibbi xidməti əldə edə bilərsiniz. Klinikanın uğur nisbəti və sahib olduğu tibbi xidmətin keyfiyyəti olduqca yüksəkdir.


Kusnacht




Kusnacht xüsusi yanaşma ilə fərdi müalicə proqramları yaratmaqla ağıl və ruh arasındakı tarazlığı bərpa etməyə çalışan bir reabilitasiya mərkəzidir. Bu müəssisədə hər bir pasiyent onlar üçün hazırlanan fərdi müalicə planı ilə müalicə olunur.


Psixoloji problemlərin və asılılıqların müalicəsinə yönəlmiş bu xüsusi müalicə mərkəzi çox müasir üsullardan istifadə etməklə yüksək müvəffəqiyyət göstəriciləri əldə edir. Kusnacht beynəlxalq miqyasda tanınmış həkimlər, psixiatrlar və mütəxəssislərdən ibarət komanda ilə insanlara indiyə qədər əldə edə biləcəkləri ən dəbdəbəli və yüksək keyfiyyətli fərdi müalicələri təklif edir.


Müalicəniz üçün niyə İsveçrəni seçməlisiniz?


Xərçəngin müalicəsi, narkomaniyanın müalicəsi və reabilitasiya üçün dünyanın ən yaxşı ölkəsi olan İsveçrə həm də dünyanın ən inkişaf etmiş səhiyyə sisteminə malikdir. Bir çox beynəlxalq pasiyent müalicə üçün İsveçrəni seçirlər, çünki ölkənin qabaqcıl səhiyyə sistemi hər kəsə xüsusi müalicələr almağa imkan verir.


Təbii ki, insanların İsveçrəni seçməsində başqa səbəblər də mövcuddur.


Fərdi müalicə proqramları


İsveçrədə müalicə almağı planlaşdırırsınızsa, bilməlisiniz ki, klinikalar və ya sağlamlıq mərkəzləri sizə standart proqram təklif etmir. İsveçrədə müalicə almaq istəyən hər kəs əvvəlcə İsveçrədə müayinədən keçmdəlidir. Sonra həkiminiz sizin üçün xüsusi müalicə proqramı hazırlayacaq.


Vahid yanaşmanın vətəni


İsveçrə tibbdə vahid yanaşmanı ən yaxşı tətbiq edən ölkədir. Əgər siz İsveçrədə müalicə alacaqsınızsa, bilməlisiniz ki, müalicəniz təkcə tibbi şikayətinizin aradan qaldırılmasına yönəlməyəcək. Müalicənizin ümumi sağlamlığınıza uzunmüddətli və ömür boyu təsiri həkiminiz tərəfindən nəzərə alınacaqdır.


Ən yüksək müvəffəqiyyət dərəcələri


İsveçrə xərçəng müalicəsi, narkomaniya müalicəsi və reabilitasiya sahəsində ən yüksək müvəffəqiyyət nisbətinə malik ölkədir. Əgər siz İsveçrədə müalicə olunmaq istəyirsinizsə, bilməlisiniz ki, klinikalar və sağlamlıq mərkəzləri sizin bütün tibbi şikayətlərinizi aradan qaldırmaq üçün ən qabaqcıl proqramı hazırlayacaqlar.


İsveçrədə ən yaxşı reabilitasiya mərkəzlərində müalicə almaq


Əgər siz İsveçrədə müalicə almağı düşünürsünüzsə, o zaman sizin üçün büdcənizə və arzularınıza uyğun ən yaxşı klinikanı tapmaq bir qədər vaxt apara bilər. İsveçrədə ən yaxşı klinikanı tapmaq üçün araşdırma aparmalısınız. Ancaq bu tək başına kifayət deyil. Klinikadakı həkimləri və klinikanın müvəffəqiyyət dərəcəsini bilmək, klinika seçiminizdə müəyyən edən amillərdən yalnız bəziləri olacaqdır.


Əgər İsveçrədə müalicəniz təcilidirsə və gecikmədən müalicə almalısınızsa və ya sadəcə olaraq uzun araşdırmalarla vaxt itirmək istəmirsinizsə, A-Medical sizə kömək edəcək.


A-Medical sağlamlıq turizmi şirkəti olaraq İsveçrədə müalicə almaq istəyən pasientlərimizə öz keyfiyyətə nəzarət meyarlarımıza uyğun klinika və reabilitasiya mərkəzlərini tövsiyyə edirik. Bununla yanaşı, tövsiyyə etdiyimiz klinika və reabilitasiya mərkəzlərində asanlıqla müalicə almağınızı təmin edirik.


Klinikalarla əlaqənizi qurmaq, görüş təyin etmək, səyahət planlaşdırmaq - bir sözlə, tibbi turizm səyahətinizin bütün mərhələlərini sizin üçün idarə edirik.


Odur ki, İsveçrədə müalicə almağı düşünürsünüzsə, bizimlə əlaqə saxlamağınız kifayətdir. 


İsveçrəyə hansı prosedurlar üçün müraciət etməlisiniz?


İsveçrə dünyanın ən böyük narkomaniya və psixoloji müalicə mərkəzidir. Dünyanın ən yaxşı təlim keçmiş və təcrübəli həkimlərinin böyük əksəriyyəti İsveçrə klinikalarında fəaliyyət göstərir. Buna görə də İsveçrə reabilitasiya, psixi sağlamlıq müalicəsi və narkomaniya ilə mübarizədə ən yüksək müvəffəqiyyət nisbətinə malikdir.


İsveçrədə həmçinin xərçəng, urologiya, cərrahiyyə, IVF, ortopedik və travmatoloji müalicələr üzrə ən yüksək müvəffəqiyyət nisbətlərinə malik klinikalar var.


İsveçrədə necə müalicə almaq olar?


A-Medical sağlamlıq turizm şirkəti İsveçrədə müalicə almaq istəyən xəstələrə geniş imkanlar təklif edir.


Əgər siz də İsveçrədə müalicə almaq istəyirsinizsə, bizimlə əlaqə saxlamağınız kifayətdir. Biz sizin üçün bütün lazımi hazırlıqları görəcəyik və bütün addımları atacağıq.


Niyə A-Medical İsveçrədə müalicəniz üçün ən yaxşı provayderdir?


  • Biz sizin mövcud vəziyyətinizlə bağlı ən yaxşı müalicəni təklif edən klinikanı tapırıq

  • Sizin üçün ən yüksək müvəffəqiyyət dərəcəsi olan həkimi tapırıq

  • Biz klinikalarla əlaqə saxlayırıq və bütün müsahibələri edirik

  • Lazımi sənədlərin tərcümə olunaraq klinikaya göndərilməsini təmin edirik

  • Səyahət planınızı xüsusi olaraq hazırlayırıq

  • Viza dəstəyi təklif edirik

  • Klinikaya pulsuz transfer və tərcüməçi dəstəyi təqdim edirik

  • Yerində endirimlərdən yararlanmağınıza kömək edirik


Müalicələriniz və cərrahiyyə əməliyyatlarınız üçün İsveçrəni seçməyin bir çox üstünlüyü var, lakin A-Medical tibbi turizm şirkətinə üstünlük vermək, İsveçrədə müalicənizin unudulmaz bir xatirəyə çevrilməsinə imkan yaradır. Müalicəniz üçün A-Medical tibbi turizm şirkətini seçdiyiniz zaman siz bir sıra eksklüziv kampaniyalardan yararlanma fürsətini əldə edə bilərsiniz.


Mobil: (+994 10) 310 93 33

Whatsapp: +90 533 423 35 48

Email: [email protected]

Ünvan: Neftchiler 151, AZ 1010, Bakı, Azərbaycan


A-Medical: High Quality & Affordable Medical Treatment Abroad

Xüsusi güzəştli şərtlərlə xaricde mualice almaq istəyirsinizsə, A-Medical tibbi turizm şirkəti ilə əlaqəyə
keçərək ətraflı məlumat əldə edə bilərsiniz. A-Medical şirkəti Azərbaycanda tibbi turizm sahəsində 7 ildən artıq təcrübəsi ilə Türkiyədə müalicə və digər ölkələrdə
hər növ tibbi prosedurun yerinə yetirilməsini sizin üçün təşkil edir.

Xaricde mualice ilə bağlı hərhansı bir sualınız yarandığı halda sizə uyğun olan vasitə ilə bizimlə əlaqə saxlaya bilərsiniz.
A-Medical şirkəti Türkiyede müalice və digər ölkələrdə müayinə, müalicə və əməliyyat prosedurlarının yerinə yetirilməsi və xaricdə
müalicə təşkil olunması ilə bağlı 7 ildən artıq təcrübəsi ilə sağlamlığınızı geri qaytarmaq üçün xidmətinizdədir.


Pulsuz konsultasiyadan yararlan

Qısa formu dolduraraq pulsuz konsultasiyaya yazıl və sağlamlığın üçün ən doğru seçimi birgə təyin edək

Bir kliklə Whatsapp-a yazın