Turkiyede Mualice, Türkiyədə Müalicə, Xaricdə Müalicə
Türkiyədə arıqlama əməliyyatı (bariatrik cərrahiyyə) artıq çəkidən əziyyət çəkən və qalıcı həll yolu axtaran beynəlxalq turistlər üçün ən ideal variantlardan biridir. Türkiyədə arıqlama əməliyyatının qiyməti aşağı olmaqla yanaşı eyni zamanda tibbi xidmətin keyfiyyəti də çox yüksəkdir.
Türkiyədə 2500$-dan başlayan qiymətlərlə arıqlama əməliyyatı edə bilərsiniz. Türkiyədə arıqlama cərrahiyyəsi zamanı 3 gün klinikada qalmaqla birlikdə toplamda 6 günlük səyahət proqramı ilə artıq çəkilərinizdən azad olacaqsınız.
Bu yazı arıqlama əməliyyatı üçün Türkiyəni seçməkdə qərarsız olanlar üçündür. Xaricdə arıqlama əməliyyatı etmək istəyirsinizsə, lakin hansı ölkəni seçəcəyinizə qərar verə bilmirsinizsə, bu yazıda sizə niyə Türkiyəni seçməli olduğunuzu izah edəcəyik.
Arıqlama əməliyyatı üçün Türkiyəyə üstünlük vermək sizə həm pula, həm də vaxtınıza qənaət etmək şansı verəcək.
Məqaləmizin sonunda Türkiyədə necə arıqlama əməliyyatı edə biləcəyinizi, prosedurun qiymətini və ölkələr üzrə arıqlama əməliyyatı qiymətlərinin müqayisəsini öyrənəcəksiniz. Eyni zamanda Türkiyədə arıqlama əməliyyatı üçün A-Medical sağlamlıq turizmi şirkətini seçərək nələr qazana biləcəyinizi məqalənin sonunda tapa bilərsiniz.
Arıqlama əməliyyatı (həmçinin bariatrik cərrahiyyə və ya metabolik cərrahiyyə kimi tanınır) həddindən artıq piylənmədən əziyyət çəkən insanlar üçün tətbiq edilən cərrahi müalicədir.
Bariatrik cərrahiyyə qısa müddətdə böyük miqdarda çəki itirməyə kömək edərkən, piylənmə ilə əlaqəli 2-ci tip diabet və yüksək təzyiqin də müalicəsini təmin edir.
Kilo vermə əməliyyatı piylənmənin ən yaxşı həlli olsa da, xəstələr əməliyyatdan sonra pəhriz və idmanı həyatlarına daxil etməlidirlər.
Xüsusi məqsəd və ya vəziyyətdən asılı olaraq arıqlama əməliyyatı üçün müxtəlif üsullar mövcuddur.
mədə bandı - mədənin ətrafına yerləşdirilən bantla uzun müddət toxluq hiss edəcək və yüksək qida tələbatınızın qarşısı alınacaq.
mədə balonu -mədə balonu, xüsusi bir balonun bir boru vasitəsilə mədəyə yerləşdirildiyi arıqlama prosedurudur. Mədənizdə yer tutan bu balon daha artıq qida qəbul etməyinizin qarşısını alacaq.
mədə bypass - mədə bypassı və ya gastrik bypass əməliyyatı üst mədə ilə nazik bağırsağı bir-birinə birləşdirmək üçün tətbiq edilən əməliyyatdır. Bu sayədə mədənizin həcmi kiçildilir və artıq qida qəbulunuzun qarşısı alınır.
mədə kiçiltmə - mədə kiçiltmə mədənin böyük bir hissəsinin çıxarıldığı və geriyə sadəcə kiçik, boruyabənzər mədənin buraxıldığı bir cərrahiyyə üsuludur.
Bütün bu prosedurlara müxtəlif vəziyyətlər üçün üstünlük verilə bilər və hər prosedurun öz riskləri və üstünlükləri var. Arıqlama əməliyyatından sonra idman, pəhriz və bəzi həyat tərzi dəyişiklikləri arıqlama əməliyyatının müvəffəqiyyət nisbətini artırır.
Kilo vermə əməliyyatı üçün uyğun namizədlər aşağıdakı meyarlara cavab verməlidirlər:
BMI 40+ və ya BMI 35-40, tip 2 diabet və ya yüksək qan təzyiqi kimi piylənmə ilə əlaqəli şərtlərdən əziyyət çəkənlər
Arıqlamaq üçün idman və pəhriz kimi üsullardan istifadə edib uğursuz olanlar
Əməliyyatdan sonra həyatlarına idman və pəhrizi daxil etməyə niyyəti olanlar
Əgər arıqlamaq üçün əməliyyat keçirməyi düşünürsünüzsə, həkiminizlə məsləhətləşmək və lazımi fiziki müayinələrdən keçmək vacibdir.
Prosedur | Bariatrik cərrahihyə |
Vaxt | 2 saat |
Anesteziya | Ümumi |
Ünvan | Bariatrik cərrahiyyə üzrə ən yüksək uğur şansına sahib klinikalar |
Əlavə təsirlər | İnfeksiya, qanaxma, bağırsaqda sızıntı, bağırsağın tutulması və s. |
Sağalma müddəti | 4 Həftəyə qədər |
Nəticə | Artıq çəkidən azad olma, uzun müddət toxluq hissi və artıq çəki ilə əlaqəli problemlərin azalması. |
Türkiyə tibbi turizm üçün ən çox üstünlük verilən destinasiyadır və beynəlxalq xəstələr ucuz qiymətlərə görə Türkiyəyə üstünlük verirlər. Siz arıqlama cərrahiyyəniz üçün Türkiyəni seçməklə sadəcə proseduru ucuz əldə etməklə qalmır, eyni zamanda nəqliyyat, oteldə qonaqlama, alış-veriş və yemək kimi xərclərinizə də qənaət edə bilərsiniz.
Ancaq Türkiyənin arıqlama əməliyyatı üçün ən yaxşı yer olmasının başqa səbəbləri də var:
Türkiyədə arıqlama əməliyyatının qiyməti Avropa ölkələri ilə müqayisədə 70% ucuzdur.
Əgər Avropada təhsil almış yüksək keyfiyyətli və təcrübəyə sahib həkimlər tərəfindən müalicə olunmaq istəyirsinizsə, Türkiyə bunun üçün ən ideal destinasiyadır.
Türkiyədə tibbi xidmət Avropa standartlarındadır. ISO və JCI akredit olunmuş klinikalar Türkiyənin tibbi xidmətinin keyfiyyətinin əsas göstəriciləridir.
Türkiyədə 5 ulduzlu otellərdə çox ucuz qiymətə qala bilərsiniz.
Türkiyədə tibbi turizm imkanları çoxdur.
Türkiyənin üstünlükləri bununla da bitmir. A-Medical sağlamlıq turizm şirkəti ilə Türkiyədə arıqlama əməliyyatı əldə edən pasientlərimiz bizdən endirimlər, pulsuz transfer və tərcüməçi xidmətləri kimi xidmətlər əldə edə bilərlər.
Əgər arıqlama əməliyyatı üçün Türkiyəyə səyahət etməyi düşünürsünüzsə, cədvəliniz aşağıdakı kimi olacaq.
1-ci gün: Türkiyəyə gəldiyiniz zaman klinikanıza transfer olunacaqsınız. Burada ilk həkim müayinəniz olacaq və cərrahi əməliyyat sizə tam şəkildə izah ediləcək. Əməliyyata hazırlıq üçün məlumat veriləcək və mədəniz əməliyyata hazırlanacaq.
2-ci gün: Siz klinikaya gedəcəksiniz və prosedurdan əvvəl cərrahınızla son danışıqları aparacaqsınız. Lazımi qiymətləndirmələr edildikdən sonra əməliyyata hazırlanacaqsınız. Cərrahi əməliyyatdan sonra otağınıza göndəriləcəksiniz. Ümumilikdə 3 gecə xəstəxanada qalacaqsınız.
3-4-5-ci gün: Xəstəxanada qaldığınız müddətdə bütün yoxlamalarınız aparılacaq və sağlamlığınız qiymətləndiriləcək. Əməliyyatdan sonra gündəlik həyata qayıtmağınız üçün cərrahınızdan lazımi təlimatları alacaqsınız. Cərrah sizə daha sağlam bir müalicə prosesi üçün məsləhətlər verəcəkdir.
6-7-ci gün: Evə qayıtmağınız üçün klinikadan hava limanına transfer olunacaqsınız.
Nəzərə alın ki, bu proqram yalnız A-Medical vasitəsilə Türkiyədə arıqlama əməliyyatı əldə etmək istəyən şəxslər üçün keçərlidir. Pasiyentin istəyinə uyğun olaraq proqramda dəyişikliklər edilə bilər.
Türkiyədə bariatrik əməliyyatın qiyməti 2500 ABŞ dollarından başlayır. Arıqlama əməliyyatının orta hesabla 15.000 ABŞ dollarına başa gəldiyi Böyük Britaniya və ABŞ kimi ölkələrlə müqayisədə bu xərc xeyli aşağıdır. Bundan əlavə, Türkiyədə arıqlama əməliyyatının keyfiyyəti və tibbi xidmətin səviyyəsi kifayət qədər yüksəkdir.
Nəzərə alın ki, sizə təklif etdiyimiz qiymətlər yalnız A-Medical sağlamlıq turizm şirkəti vasitəsilə edilən müraciətlər üçün keçərlidir. Klinikalar sizə fərdi müraciətlər üçün daha yüksək qiymətlər deyəcəklər.
Təcrübəli sağlamlıq turizmi şirkəti olaraq Türkiyədə arıqlama əməliyyatı olmaq istəyən pasientlərimizin həm tibbi, həm də turizm ehtiyaclarını qarşılayan xidmətlər təklif edirik.
A-Medical vasitəsilə Türkiyədə bariatrik cərrahiyyə əldə etmək pasiyentlər aşağıdakı üstünlüklərdən yararlana bilir:
Endirimlər (70%-ə qədər)
Klinikaya pulsuz köçürmə
Pulsuz tərcüməçi dəstəyi
Sizin üçün xüsusi qiymətlər
Klinikaları və həkimləri tapmaq, təşkil etmək və rezervasiyaları almaq
Tələb üzrə postoperativ turizm turlarının yaradılması
Oteldə endirimli qiymətlərlə qonaqlamaq
Müalicələriniz və cərrahiyyə əməliyyatlarınız üçün A-Medical tibbi turizm şirkətini seçməyin bir çox üstünlüyü var, lakin A-Medical tibbi turizm şirkətinə üstünlük vermək, müalicənizin unudulmaz bir xatirəyə çevrilməsinə imkan yaradır. Müalicəniz üçün A-Medical tibbi turizm şirkətini seçdiyiniz zaman siz bir sıra eksklüziv kampaniyalardan yararlanma fürsətini əldə edə bilərsiniz.
Mobil: (+994 10) 310 93 33
Email: [email protected]
Ünvan: Neftchiler 151, AZ 1010, Bakı, Azərbaycan
Turkiyede Mualice, Türkiyədə Müalicə, Xaricdə Müalicə
Xüsusi güzəştli şərtlərlə xaricde mualice almaq istəyirsinizsə, A-Medical tibbi turizm şirkəti ilə əlaqəyə Xaricde mualice ilə bağlı hərhansı bir sualınız yarandığı halda sizə uyğun olan vasitə ilə bizimlə əlaqə saxlaya bilərsiniz.
keçərək ətraflı məlumat əldə edə bilərsiniz.
A-Medical şirkəti Azərbaycanda tibbi turizm sahəsində 7 ildən artıq təcrübəsi ilə Türkiyədə müalicə və digər ölkələrdə
hər növ tibbi prosedurun yerinə yetirilməsini sizin üçün təşkil edir.
A-Medical şirkəti Türkiyede müalice və digər ölkələrdə müayinə, müalicə və əməliyyat prosedurlarının yerinə yetirilməsi və xaricdə
müalicə təşkil olunması ilə bağlı 7 ildən artıq təcrübəsi ilə sağlamlığınızı geri qaytarmaq üçün xidmətinizdədir.
Qısa formu dolduraraq pulsuz konsultasiyaya yazıl və sağlamlığın üçün ən doğru seçimi birgə təyin edək
Bir kliklə Whatsapp-a yazın