+99410 310 93 33

WHATSAPPA YAZIN

BLOQ

Diş implantları müxtəlif səbəblərdən dişlərini itirən pasiyentlər üçün ən çox tanınan müalicələrdən biridir. Lakin əhəmiyyətli dərəcədə diş itkisi yaşayanlar, məsələn çənədəki bütün dişlərini itirənlər üçün daha mürəkkəb diş implantı prosedurlarına ehtiyac yaranır. Belə vəziyyətlər üçün ən yaxşı 2 prosedur All-on-4 və All-on-6 diş implantlarıdır.


All-on-6 diş implantları həm gülüşünüzün, həm də çənə funksionallığınızın geri qazanılması üçün ən uğurlu prosedurlardan biridir. All-on-6 diş implantları dişlərinizin güclü təməllər üzərinə yerləşdirilməsini və uzun ömürlü olmasını təmin edir. Bununla belə, dünyada All-on-6 diş implant müalicəsini keyfiyyətli şəkildə göstərən az sayıda ölkə var. Bu ölkələrdə isə, All-on-6 diş implant müalicəsinin qiyməti həddindən artıq yuxarıdır.


Dental implantlar, çeşitli nedenlerle dişlerini kaybetmiş hastalar için yaygın bir tedavi seçeneği haline gelmiştir. Ancak önemli ölçüde diş kaybı olan durumlarda hastalar tüm çeneyi implante etmeyi tercih edebilirler. Bu gibi durumlarda iki popüler seçenek All-on-4 ve All-on-6 dental implant tedavileridir.


Şanslısınız ki, A-Medical tibbi turizm şirkəti sizə axtardığınız diş implant müalicəsini Türkiyədən endirimli qiymətlərlə və yüksək keyfiyyətlə əldə etməyiniz üçün fürsət yaradır. Türkiyədə All-on-6 diş implant müalicəsinin qiymətlərini öyrənmək üçün məqaləmizi oxumağa davam edin.


All-on-6 diş implantı nədir?


All-on-6 dental implantlar pasiyent üçün yaradılan diş protezinin tək bir seansda altı implant üzərinə yerləşdirilməsini əhatə edən bir prosesdir. Bu proses adətən dişlərinin əhəmiyyətli dərəcədə böyük bir hissəsini itirən pasiyentlər üçün istifadə olunur.


All-on-6 diş implantı proseduru zamanı altı titan implantı cərrahi olaraq çənə sümüyünə yerləşdirilir. Daha sonra diş həkimi bu altı titan implantı üzərinə pasiyent üçün xüsusi olaraq dizayn olunmuş diş protezini yerləşdirir. Keramika və ya çini protezlərdən ibarət olan protez çənə sümüyünün içindəki implantlara etibarlı şəkildə bərkidilir və bununla da müalicə tamamlanır.


All-on-6 dental implant müalicəsinin ən böyük üstünlüyü, diş əti və çənə sümüyü xəstəlikləri zamanı belə tətbiq edilə bilməsidir. Dişlərinin çoxunu itirən pasiyentlərdə adətən diş əti və diş sümüyü itkisi meydana gəlir. All-on-6 diş implant müalicəsi bu vəziyyətin aradan qaldırılmasında böyük rol oynayır. 


All-on-6 diş implantı müalicəsinin əlavə faydalarından biri isə implantların çənə sümüyü ilə rahat inteqrasiya olunmasıdır. Çənə sümüyü implantlarla qüsursuz və heç bir mənfi reaksiya vermədən assimilyasiya olunur və implantlara yapışdırılan süni dişlərə möhkəm dəstək verir.


All-on-6 diş implantları çənə sümüyü və onun quruluşu ilə bağlı problemləri olan şəxslər üçün terapevtik həll yoludur. İmplant əməliyyatından sonra xəstələrin çənə sümükləri güclənir. Əgər xəstələr əvvəllər çənə sümüyünün zəifləməsindən əziyyət çəkirdilərsə, bu problem All-on-6 dental implant müalicəsi vasitəsilə effektiv şəkildə həll edilir.


Xəstənin xüsusi ehtiyaclarını qarşılamaq üçün bu prosedur həm alt, həm də üst çənə sümüklərində həyata keçirilə bilər.


All-On-4 diş implantlarının qiyməti nə qədərdir?


All-on-6 diş implantları ənənəvi diş implantları ilə müqayisədə daha bahalı seçim hesab olunur. Prosedurun ümumi qiymətin dəyişə bilər və diş həkiminin təcrübəsi, implantın keyfiyyəti və istifadə olunacaq materiallar qiymətə böyük təsir göstərə bilər ABŞ-da All-On-6 Dental implantların orta qiymət 24.000-31.000 dollar arasında olduğu təxmin edilir. Birləşmiş Krallıqda isə All-On-6 Dental Implantların hər çənə üçün təxmini dəyəri təxminən £16,000 ilə 27,000 funt sterlinq arasındadır.


Türkiyə All-on-6 diş implantı müalicəsi üçün nisbətən aşağı qiymət təklif edir. Türkiyədə All-on-6 dental implantların qiyməti 3330 avrodur. Bununla belə, qeyd etmək lazımdır ki, bu xüsusi qiymət yalnız A-Medical müştəriləri üçün mövcuddur və birbaşa klinikalarla əlaqə saxlamaqla əldə edilə bilməz.


Dünyada All-on-6 Diş İmplantların Qiyməti


All-on-6 diş implantı müalicəsi bahalı seçim olsa da, tam çənə implantı müalicələri arasında ən effektiv müalicə hesab olunur. Bununla belə, All-on-6 diş implantları üçün daha sərfəli qiymətlər təqdim edən ölkələr var.


Gəlin, məqaləmizin davamında Türkiyə, Böyük Britaniya, Çexiya və Polşada diş implantlarının qiymətinə nəzər salaq.


Türkiyə


Türkiyə diş implantları üçün məşhur bir yer kimi tanınır və bu prosedurlar dövlət tibbi sığortası ilə əhatə olunur. Nəticədə, Türkiyədə All-on-6 diş implantlarının qiyməti Avropa ölkələri ilə müqayisədə 70% ucuzdur.


All-on-6 diş implantlarının Türkiyədə qiyməti 3330 avrodur.




Straumann, Zimmer, Hiossen, Nobel Biocare, Biomet və Stryker kimi ən yaxşı implant markalarından istifadə olunan Türkiyədə All-on-6 diş implantlarının qiyməti orta hesabla 3330 avro təşkil edir. 


Bu sərfəli qiymətlə siz Türkiyədə All-on-6 diş implantı müalicəsini əldə edə bilərsiniz. Daha aşağı qiymətə baxmayaraq, Türkiyə tibbi xidmət keyfiyyətini yüksək səviyyədə saxlayır. Buna görə də, diş implantı müalicənizin təhlükəsizliyi və ya müvəffəqiyyət dərəcəsi ilə bağlı narahatlıqlarınız varsa, A-Medical sağlamlıq turizmi şirkətinə etibar edə bilərsiniz. Biz Türkiyənin ən yaxşı stomatoloji klinikalarından endirimli qiymətlərlə All-on-6 diş implantı müalicəsi almağınızı təmin edirik.


Birləşmiş Krallıq (Böyük Britaniya)


İngiltərə də diş implantları üçün məşhur bir yerdir. İngiltərədə tək bir diş implantının orta qiyməti  təxminən 2000 funt sterlinqdir. Böyük Britaniyada All-on-6 diş implantlarının orta qiyməti £14,000 təşkil edir.


Çexiya Respublikası


Çexiya diş müalicəsində aparıcı ölkələrdən biri kimi tanınır. Çexiyada tək bir diş implantının qiyməti 1705 dollar aralığındadır. All-on-6 diş implantının Çexiyada qiyməti 23,100 dollar təşkil edir.


Polşa


Polşa tibbi turizm sahəsində, xüsusən də diş müalicəsi sahəsində populyarlıq qazanmışdır. Ölkə beynəlxalq xəstələrə ucuz, lakin yüksək keyfiyyətli diş implantı müalicəsi təklif edir. All-on-6 diş implantının Çexiyada qiyməti 8000 dollar təşkil edir.


Qərar verməzdən əvvəl bu müxtəlif variantları nəzərdən keçirməyə və Türkiyə, Böyük Britaniya, Çexiya və Polşada All-on-6 diş implantlarının qiymətlərini müqayisə etməyə dəyər.


Türkiyədə All-on-6 Dental İmplantların Qiyməti


All-on-6 diş implant müalicəsində ölkələr arası qiymət fərqlərinə nəzər saldığımız zaman, Türkiyənin qiymətdə və keyfiyyətdə ən qabaqcıl ölkə olduğunu görməyimiz mümkündür. Türkiyədə sadəcə €3330 avro qarşılığında keyfiyyətli markaların materialları ilə hazırlanan All-on-6 dental implantları əldə etməyiniz mümkündür. Xüsusilə diqqətinizə çatdırmaq istəyirik ki, Türkiyədə All-on-6 dental implantların endirimli qiymətə əldə edilməsində A-Medical tibbi turizm şirkəti böyük rol oynayır. Pasiyentlər tək başına, birbaşa olaraq klinikalara müraciət edərək əldə edə bilməyəcəkləri endirimləri bizim vasitəçiliyimiz ilə əldə edə bilərlər. A-Medical tibbi turizm şirkəti Türkiyədə All-on-6 dental implant müalicəniz zamanı 70%-ə qədər pulunuza qənaət etməyinizə kömək edir.


Türkiyə All-on-6 diş implantları üçün təhlükəsizdirmi?


Türkiyə diş müalicəsində ən etibarlı ölkələrdən biri kimi tanınır.


Ölkə xəstə məmnuniyyətini və xəstə təhlükəsizliyini təmin etmək üçün xüsusiləşdirilmiş protokollara ciddi riayət edən klinikalara malikdir. Bu klinikaların bir çoxunda Avropada təhsil almış həkimlər fəaliyyət göstərir. Bu isə All-on-6 diş implant müalicəsinin uğur nisbətini artıran göstəricilər arasındadır.


A-Medical sağlamlıq turizmi şirkəti olaraq biz bir sıra meyarlar əsasında klinikaları diqqətlə seçir və tövsiyə edirik. Bu meyarlar xəstənin təhlükəsizliyi, prosedurun təhlükəsizliyi, klinikanın müvəffəqiyyəti və həkimlərin təcrübəsi kimi amilləri əhatə edir. Bu aspektləri diqqətlə qiymətləndirməklə, biz yalnız ciddi standartlarımıza cavab verən klinikaları inamla tövsiyyə edə bilərik.





Müalicələriniz və cərrahiyyə əməliyyatlarınız üçün Türkiyəni seçməyin bir çox üstünlüyü var, lakin A-Medical tibbi turizm şirkətinə üstünlük vermək, Türkiyədə müalicənizin unudulmaz bir xatirəyə çevrilməsinə imkan yaradır. Cərrahiyyə əməliyyatınız üçün A-Medical tibbi turizm şirkətini seçdiyiniz zaman siz bir sıra eksklüziv kampaniyalardan yararlanma fürsətini əldə edə bilərsiniz.


Mobil: (+994 10) 310 93 33

Whatsapp: +90 533 423 35 48

Email: [email protected]

Ünvan: Neftchiler 151, AZ 1010, Bakı, Azərbaycan

Turkiyede Mualice, Türkiyədə Müalicə, Xaricdə Müalicə

Xüsusi güzəştli şərtlərlə xaricde mualice almaq istəyirsinizsə, A-Medical tibbi turizm şirkəti ilə əlaqəyə
keçərək ətraflı məlumat əldə edə bilərsiniz. A-Medical şirkəti Azərbaycanda tibbi turizm sahəsində 7 ildən artıq təcrübəsi ilə Türkiyədə müalicə və digər ölkələrdə
hər növ tibbi prosedurun yerinə yetirilməsini sizin üçün təşkil edir.

Xaricde mualice ilə bağlı hərhansı bir sualınız yarandığı halda sizə uyğun olan vasitə ilə bizimlə əlaqə saxlaya bilərsiniz.
A-Medical şirkəti Türkiyede müalice və digər ölkələrdə müayinə, müalicə və əməliyyat prosedurlarının yerinə yetirilməsi və xaricdə
müalicə təşkil olunması ilə bağlı 7 ildən artıq təcrübəsi ilə sağlamlığınızı geri qaytarmaq üçün xidmətinizdədir.


Pulsuz konsultasiyadan yararlan

Qısa formu dolduraraq pulsuz konsultasiyaya yazıl və sağlamlığın üçün ən doğru seçimi birgə təyin edək

Bir kliklə Whatsapp-a yazın