+99410 310 93 33

WHATSAPPA YAZIN

BLOQ

Türkiyədə Saç Əkdirmə Qiyməti Nə Qədərdir?


Xülasə:


  1. DHI saç əkimi saç tökülməsindən əziyyət çəkənlər üçün daimi bir həll yoludur.

  2. Bir çox insan genetik səbəblərdən saç tökülməsi yaşayır və bunun yeganə həlli saç əkilməsi əməliyyatıdır.

  3. Türkiyə saç əkdirmə əməliyyatında dünyanın ən sərfəli və keyfiyyətli ölkələri arasında liderdir.

  4. Cəlbedici kampaniyamızdan yararlanaraq Türkiyədə 1360$-a DHI saç əkimi prosedurunu əldə edə bilərsiniz. Qiymətə oteldə 3 günlük ödənişsiz qonaqlama daxildir (ətraflı məlumat məqalənin sonundadır.

  5. Türkiyədə DHI saç əkdirmə qiyməti (sadəcə prosedur) 850€ təşkil edir.

Saç tökülməsi ilə mübarizə yorucu bir problem kimi hiss edilə bilər. Dərmanların mövcudluğuna və genetik saç tökülməsini yavaşlatmaq üçün alına biləcək müxtəlif tədbirlərə baxmayaraq, onu tamamilə dayandırmaq əfsus ki, mümkün deyil. Fərqli müalicə üsullarını sınamaq və onlardan heç birinin istənilən nəticəni vermədiyini görmək sizin üçün məyus edici ola bilər.


Saç tökülməsi problemini aradan qaldırmaq üçün, DHI saç əkimi proseduru ən effektiv yollardan biridir. DHI saç əkimi müalicəsi saç tökülməsi nəticəsində baş dərisinin saç olmayan bölgələrinə yeni saçların köçürülməsinə imkan verir. Nəticədə isə siz, əvvəlki saçlarınıza yenidən qovuşa bilirsiniz.


Qeyd etmək lazımdır ki, DHI saç əkilməsi hər nə qədər effektiv yol olsa da, bir çox ölkədə bu prosedur yüksək qiymətlərlə həyata keçirdilir. DHI saç əkimi üçün doğru ölkəni tapmaq üçün dərin araşdırmalar etməlisiniz.


Biz bu yazımızda Türkiyədə DHI saç əkdirmə metodundan danışacağıq. Yazımızda Türkiyədə saç əkdirmə qiymətləri, ümumi prosedur Türkiyənin niyə saç əkdirmə prosedurunda dünyanın ən yaxşı destinasiyası olduğunu açıqlayacağıq.


Sadəcə $1360 ödəməklə Türkiyədə saç əkdirmə əməliyyatını əldə etmək istəyirsinizsə, hazır olun. Sizin üçün xüsusi təklifimiz də var. Məqaləmizin sonunda ən ucuz qiymətlərlə Türkiyədə yüksək keyfiyyətli saç əkimi əməliyyatı təklifimizlə qarşılaşacaqsınız. 


DHI Saç Nəqli Nədir?


DHI (Direct Hair Transplantation) saç tökülməsi yaşayan insanlar üçün istifadə edilən saç əkimi metodudur. Bu prosedur, bədənin hərhansı bir donor bölgəsindən saç köklərinin götürülməsini və heç bir əməliyyat olmadan saçsız nahiyəyə köçürülməsini əhatə edir.


DHI saç əkimi proseduru zamanı donor nahiyədəki saç kökləri Choi implantator adlı alətlə diqqətlə baş dərisinin üzərinə yerləşdirilir. Prosedur zamanı pasiyentin hərəkətsiz və rahat uzanması vacibdir, çünki bu prosedur böyük dəqiqlik tələb edir. Ən yaxşı nəticəni əldə etmək üçün saç əkilməsi əməliyyatını mütəxəssis həkimə həvalə etmək çox vacibdir.


DHI saç əkimi məşhur bir üsul olsa da, saç əkimi üçün yeganə seçim bu deyil. FUT (Follicular Unit Transplantation) və robotik saç əkimi kimi alternativ üsullar da var.


Prosedur


Mərhələ 1: İlkin Yoxlanış


Birinci mərhələdə həkiminiz saçın əkiləcəyi yerləri, həmçinin saç dərinizi və donor bölgələrini diqqətlə yoxlayacaq.


İlkin müayinənin bir hissəsi olaraq, həkiminiz sizdən qan və dəri testlərindən keçməyinizi tələb edəcək. Bu testlər saç transplantasiyasının müvəffəqiyyətinə təsir edə biləcək problemlərin olmadığından əmin olmaq üçün vacibdir.


Mərhələ 2: Hazırlıq


Prosedur günü siz klinikaya gedəcək və transplantasiya üçün hazırlaşacaqsınız. Həkimlər saçların alınacağı donor sahəsini tüklərdən azad edəcəklər. Daha sonra anestezioloq saçın əkiləcəyi nahiyəyə lokal anesteziya tətbiq edəcək və prosedur zamanı heç bir ağrı hiss etməyəcəksiniz.


Mərhələ 3: Follikulların çıxarılması


Daha sonra həkim donor sahəsindən saç follikullarını diqqətlə çıxaracaq. Çıxarılan follikullar duzlu suda saxlanılaraq mühafizə ediləcək


Mərhələ 4: Saç transplantasiyası


Nəhayət, həkim donor nahiyədən əldə etdiyi saç köklərini böyük dəqiqlik və bacarıqla saç dərinizə nəql edəcək. Proses boyunca köməkçi həkimlər steril bir mühit saxlamaq üçün baş dərinizi duzlu su ilə təmizləyəcəklər.


Xülasə, DHI saç əkimi prosesi ilkin yoxlama, hazırlıq, follikulların çıxarılması və saç əkilməsi daxil olmaqla bir neçə mərhələdən ibarətdir. Mümkün olan ən yaxşı nəticələrə nail olmaq üçün hər bir addım diqqətlə həyata keçirilməlidir.


Prosedurdan Sonra


Prosedur başa çatdıqdan sonra həkim sizinlə prosedurdan sonra qulluq qaydaları ilə bağlı danışacaq. Sizə evdə əməl etməli olduğunuz qaydalar haqqında ətraflı məlumat veriləcək. Bundan əlavə, siz saçlarınız üçün xüsusi şampunlar və digər zəruri avadanlıqlardan istifadə ilə bağlı təlimatlar alacaqsınız.


DHI prosedurundan sonra saçlarınızın yenidən böyüməyə başlaması təxminən 5-6 ay çəkir.


Türkiyədə DHI Saç Əkdirmə Nə Qədər Çəkir?


Türkiyədə DHI saç əkdirmə prosedurunun müddəti əkiləcək saç köklərinin sayına bağlıdır. Prosedur orta hesabla 7-8 saat davam edir.


DHI Saç Əkilməsi Nəticələri


DHI saç əkilməsinin son nəticələrini prosedurdan bir neçə ay sonra görə bilərsiniz. Bu müddət ərzində saç tökülməsinin yaşandığı bölgələrdə yeni və güclü saçlar çıxacaqdır.


DHI Saç Əkimi Qiyməti


Saç əkimi qiyməti bir neçə faktora bağlıdır. Bu faktorlara klinikanın yeri, həkimin təcrübəsi və əkiləcək saç köklərinin sayı daxildir.


DHI prosedurları baxımından İngiltərə Türkiyədən sonra dünyada ikinci yerdədir. İngiltərədə saç transplantasiyasının orta qiyməti 17.000 funt-sterlinqdən başlayır. ABŞ-da isə saç əkimi qiyməti 14.000 ilə 15.000 dollar arasında dəyişir.


Avropa ölkələrində saç əkilməsinin qiyməti əkilən follikulların sayına görə dəyişir. Avropa ölkələrində saç əkimi qiyməti orta hesabla 4,000-5,000 dollar arasında dəyişir.


Türkiyədə saç əkilməsinin qiyməti 1360 dollardan başlayır.


A-Medical tibbi turizm şirkəti olaraq Türkiyədə saç əkimi əldə etmək istəyən hər kəsə $1360-dan başlayan qiymətlərlə endirimli paketlər təklif edirik. Türkiyədə endirimli qiymətlərlə və müxtəlif tibbi turizm xidmətləri ilə saç əkimi əldə etmək istəyirsinizsə, bizə müraciət edin.


Türkiyədə DHI Saç Əkdirmə Qiyməti


Türkiyə, xüsusilə də İstanbul, Antalya və İzmir şəhərləri inkişaf etmiş klinikalar, təcrübəli həkimlər və sərfəli saç əkimi paketləri ilə turistlər tərəfindən ən çox tövsiyyə olunan yerlər arasındadır. Türkiyədə saç əkimi ölkənin ən inkişaf etmiş klinikalarında, uğurlu bir şəkildə həyata keçirdilir. A-Medical xidmətlərindən istifadə edərək Türkiyədə saç əkimi əldə etmək istəyənlər bizdən müxtəlif endirimlər və xidmətlər əldə edə bilərlər.


Türkiyədə saç əkdirmə qiyməti $1360-dan başlayır. Bu qiymət yalnız A-Medical müştərilərinə təqdim olunan ekskluziv paket qiymətidir.


Türkiyə DHI saç əkimi üçün təhlükəsizdir?


Türkiyədə saç əkimi təhlükəsizdir. Əgər saç əkimi prosedurunuzu saç əkim mərkəzləri yerinə, inkişaf etmiş klinikalarda, təcrübəli həkimlərdən əldə edirsinizsə, o zaman təhlükəsizliklə bağlı narahat olmağınıza ehtiyac yoxdur.


A-Medical sağlamlıq turizmi şirkəti olaraq Türkiyədə DHI saç əkimi etmək istəyən pasientlərimizə saç əkimi mərkəzləri deyil, klinikaları və mütəxəssis həkimləri tövsiyə edirik. Bu yolla namizədlərin təhlükəsizliklə bağlı narahatlıqlarını aradan qaldırmış oluruq.


Türkiyədə DHI Saç Əkimi Nəticələri




Türkiyədə DHI Saç Əkdirmə Paketi ($1360)


A-Medical tibbi turizm şirkəti vasitəçiliyi ilə Türkiyədə DHI saç əkimi əldə etmək istəyən hər kəs üçün cəlbedici təklifimiz var!


Sadəcə $1360 qarşılığında Türkiyədə DHI saç əkimi paketimizdən faydalana bilərsiniz. Əmin ola bilərsiniz ki, DHI saç əkimi saçlarınızı əvvəlki canlılığına və görkəminə qovuşdurmaq üçün ən uğurlu alternativinizdir!


Saç əkimi paketimizə aşağıdakılar daxildir:


  1. Türkiyədə ən yüksək xidmət keyfiyyəti ilə DHI saç əkdirmə proseduru.

  2. Klinikaya yaxın oteldə 3 gün ödənişsiz qalma imkanı.

  3. A-Medical tibbi turizm şirkəti tərəfindən sizə təqdim olunan tibbi turizm xidmətləri (ödənişsiz tərcüməçi, transfer xidməti vs.)


Kampaniyamızdan faydalanaraq sadəcə $1360 qarşılığında Türkiyədə saç əkdirmə prosedurunu əldə edə bilərsiniz. Kampaniyamızla bağlı əlavə suallarınız varsa, bizimlə əlaqə səhifəmiz və ya Whatsapp vasitəsilə əlaqə saxlaya bilərsiniz.






Müalicələriniz və cərrahiyyə əməliyyatlarınız üçün Türkiyəni seçməyin bir çox üstünlüyü var, lakin A-Medical tibbi turizm şirkətinə üstünlük vermək, Türkiyədə müalicənizin unudulmaz bir xatirəyə çevrilməsinə imkan yaradır. Cərrahiyyə əməliyyatınız üçün A-Medical tibbi turizm şirkətini seçdiyiniz zaman siz bir sıra eksklüziv kampaniyalardan yararlanma fürsətini əldə edə bilərsiniz.


Mobil: (+994 10) 310 93 33

Whatsapp: +90 533 423 35 48

Email: [email protected]

Ünvan: Neftchiler 151, AZ 1010, Bakı, Azərbaycan



Turkiyede Mualice, Türkiyədə Müalicə, Xaricdə Müalicə

Xüsusi güzəştli şərtlərlə xaricde mualice almaq istəyirsinizsə, A-Medical tibbi turizm şirkəti ilə əlaqəyə
keçərək ətraflı məlumat əldə edə bilərsiniz. A-Medical şirkəti Azərbaycanda tibbi turizm sahəsində 7 ildən artıq təcrübəsi ilə Türkiyədə müalicə və digər ölkələrdə
hər növ tibbi prosedurun yerinə yetirilməsini sizin üçün təşkil edir.

Xaricde mualice ilə bağlı hərhansı bir sualınız yarandığı halda sizə uyğun olan vasitə ilə bizimlə əlaqə saxlaya bilərsiniz.
A-Medical şirkəti Türkiyede müalice və digər ölkələrdə müayinə, müalicə və əməliyyat prosedurlarının yerinə yetirilməsi və xaricdə
müalicə təşkil olunması ilə bağlı 7 ildən artıq təcrübəsi ilə sağlamlığınızı geri qaytarmaq üçün xidmətinizdədir.


Pulsuz konsultasiyadan yararlan

Qısa formu dolduraraq pulsuz konsultasiyaya yazıl və sağlamlığın üçün ən doğru seçimi birgə təyin edək

Bir kliklə Whatsapp-a yazın