Turkiyede Mualice, Türkiyədə Müalicə, Xaricdə Müalicə
Türkiyədə qarın gərmə əməliyyatı plastik əməliyyat üçün xaricə gedən beynəlxalq xəstələrin ən çox axtardığı plastik cərrahiyyə əməliyyatlarından biridir.
Türkiyədə abdominoplastika əməliyyatı qarın görünüşünü yaxşılaşdırmaq üçün icra edilən estetik cərrahi əməliyyatdır. Bu əməliyyat orta və aşağı qarın hissəsində toplanan artıq dərinin və piylərin çıxarılmasını və əzələlərin sıxlaşdırılmasını əhatə edir.
Qarın gərmə əməliyyatı bir çox ölkədə kifayət qədər bahalı olsa da, Türkiyə Avropa ölkələri ilə müqayisədə 50-60% aşağı qiymətlərlə pasiyentlərə abdominoplastika əməliyyatı təklif edir. Türkiyədə qarın gərmə əməliyyatının qiyməti 2300 avrodur.
Bu yazımızda Türkiyədə qarın gərmə əməliyyatının təfərrüatları haqqında sizi məlumatlandıracağıq. Bu məqalənin sonunda siz Türkiyədə qarın gərmə əməliyyatının qiyməti, prosedurun özü və qarın gərmə əməliyyatı üçün Türkiyənin ən yaxşı klinikaları haqqında dəqiq məlumat əldə edəcəksiniz.
Müalicə turizmi üzrə ixtisaslaşmış və pasiyentlərə axtardıqları tibbi xidməti xaricdə tapmaq imkanı verən A-Medical sağlamlıq turizmi şirkəti, Türkiyədə qarın gərmə əməliyyatı olunmaq istəyənlərə müxtəlif endirimlər və fürsətlər təqdim edir. Türkiyədə müalicə üçün bizə müraciət etməklə axtardığınız tibbi proseduru həm daha ucuz qiymətə əldə edə bilər, həm də müalicə məqsədli səfərinizdən məmnun qala bilərsiniz.
Qarın gərmə əməliyyatı ümumiyyətlə qarın dərisi həddindən artıq olan və pəhriz və idmana reaksiya verməyən piyləri olan insanlar tərəfindən axtarılır. Abdominoplastika pasiyentl’rd’ daha hamar, düz və daha tonlanmış qarın profili yaratmağa kömək edir.
Qarın gərmə əməliyyatı gözəl bir qarın istəyən hər kəs üçün əla seçimdir. İdman, pəhriz və liposaksiya kimi əlavə tədbirlərlə əldə edilə bilməyən bir görüntü əldə etmək üçün qarın gərmə əməliyyatını seçə bilərsiniz.
Türkiyədə qarın gərmə əməliyyatının diqqətəlayiq cəhətlərindən biri də prosedurun ucuzluğu və yüksək keyfiyyətidir. Türkiyədə qarın gərmə əməliyyatının qiyməti 2300 avrodur. Prosedur, plastik cərrahiyyədə müvəffəqiyyəti sübut edilmiş, təcrübəli həkimlərin rəhbərlik etdiyi klinikalarda həyata keçirilir.
Türkiyədə qarın gərmə əməliyyatı haqqında bilməli olduğunuz bir çox şey var. Məqaləmizdə ümumi prosedur, qiymətlər, Türkiyədəki abdominoplastika klinikaları haqqında geniş məlumat vermişik. Əgər məqaləmizi oxumağa vaxtınız yoxdursa və əsas məlumatları əldə etmək istəyirsinizsə, aşağıdakı məlumatlara nəzər yetirə bilərsiniz.
Türkiyə sərfəli plastik cərrahiyyə axtarışında olan şəxslər üçün digər ölkələrlə müqayisədə təxminən 50-60% aşağı qiymətlərlə olduqca cəlbedici bir seçimdir.
Qarın gərmə əməliyyatı artıq dərini və piyləri çıxararaq, əzələləri tonlayaraq və qarın formasını dəyişdirərək qarın görünüşünü yaxşılaşdırır.
Türkiyədə plastik cərrahiyyə qiymətləri digər ölkələrlə müqayisədə 50-60% aşağıdır. Türkiyədə qarın gərmə əməliyyatı 2300 avrodan başlayır.
Türkiyədə qarın gərmə əməliyyatı Amerika və Avropada təhsil almış təcrübəli və yüksək təhsilli həkimlər tərəfindən həyata keçirilir.
A-Medical olaraq biz Türkiyədə qarın gərmə əməliyyatı olmaq istəyən namizədlərin bütün proseslərini idarə edir, pasiyentlərimizə müxtəlif endirim və kampaniyalardan yararlanma fürsəti təqdim edir və bizi seçənlərə mümkün olan ən yaxşı tibbi turizm təcrübəsini təqdim edirik.
Mini qarın gərmə, 360 qarın gərmə və lazerlə qarın gərmə əməliyyatları da Türkiyədə tam qarın gərmə əməliyyatına alternativ olaraq həyata keçirilir.
Qarın gərmə əməliyyatınız üçün ən yaxşı ölkə Türkiyədir. Türkiyənin qarın gərmə əməliyyatı üçün ən yaxşı yer olmasının əsas səbəbləri (1) aşağı qiymət, (2) təcrübəli cərrahlar, (3) yüksək müvəffəqiyyət dərəcəsi və keyfiyyətə malik klinikalardır. Xüsusilə İstanbulda qarın gərmə əməliyyatı ən yüksək keyfiyyətlə həyata keçirilir.
Bütün əməliyyatlar kimi qarın gərmə əməliyyatını daha rahat etmək üçün müxtəlif texnologiyalardan istifadə edilir. Türk klinikalarında qarın gərmə əməliyyatınızı ən rahat edəcək texnologiyalar var. Robotik cərrahiyyə və ya lazerlə ediləcək qarın gərmə əməliyyatı ilə daha qısa sağalma müddəti, daha az çapıq və daha uğurlu nəticələr əldə etmək mümkündür.
Qarın gərmə əməliyyatınız üçün Türkiyəni seçməyin başqa bir səbəbi əlavə xidmətlərdir. A-Medical sayəsində Türkiyədə qarın gərmə əməliyyatı əldə etdiyiniz zaman, səyahət planlaması, yerləşdirmə dəstəyi, klinika tapmaq, rezervasiya etmək, xəstəxanaya pulsuz transfer, pulsuz tərcüməçi dəstəyi, viza dəstəyi, endirimlər və daha bir çox xidmətlərdən faydalanacaqsınız.
Qarın gərmə əməliyyatı qarın nahiyəsində artıq piylənmədən əziyyət çəkən bütün kişilər və qadınlar üçün ən yaxşı alternativdir. Qarın gərmə əməliyyatı, xüsusən pəhriz, idman və digər səylərə baxmayaraq qarın piylərindən xilas ola bilməyən pasiyentlər üçün son çarə ola bilər.
Qarın gərmə əməliyyatı ilə hamiləlikdən sonra artıq piylər alına bilir. Lakin ciddi piylənməniz varsa, qarın gərmə əməliyyatı sizin üçün ideal həll olmayacaq. Bunun əvəzinə arıqlamaq üçün bariatrik cərrahiyyə əməliyyatını düşünə bilərsiniz.
Türkiyədə abdominoplastika “mini abdominoplastika”, “360 abdominoplastika”, ‘lazer abdominoplastika” kimi alternativlərə ayrılır. Cərrah bədəninizdən nə qədər yağın çıxardılacağına baxaraq hansı üsulun sizin üçün ideal olacağına qərar verir.
Unutmamaq lazımdır ki, qarın gərmə əməliyyatı bariatrik cərrahiyyə əməliyyatı deyil. Əgər çox yüksək çəkidən əziyyət çəkirsinizsə və piylənmə morbid obezite səviyyəsinə çatıbsa, bu zaman qarın gərmə (abdominoplastika) sizin üçün ideal əməliyyat olmayacaqdır.
Qarın gərmə əməliyyatı üçün doğru namizədlər daha əvvəl pəhriz və idmanla qarın yağlarından xilas ola bilməyənlərdir. Həmçinin, abdominoplastika əməliyyatı olunmağı düşünürsünüzsə, cavab verməli olduğunuz uyğunluq meyarları var. Bunlar:
Əgər hamiləlik düşünürsünüzsə, hamiləlikdən sonra qarın gərmə əməliyyatı etdirməyiniz daha yaxşı olar.
Qarında və ya aşağı qarın nahiyəsində artıq piyləri olan insanlar abdominoplastika əməliyyatı üçün uyğundur.
Namizədlərin anesteziyaya qarşı allergiyası olmamalıdır
Əməliyyatdan müsbət nəticə əldə etmək üçün qidalanma probleminiz olmamalıdır.
Ümumi piylənmə nisbəti gözləniləndən yüksək olmamalıdır, morbid piylənmə səviyyəsinə çatmamalısınız.
Qarın gərmə əməliyyatı ümumiyyətlə uğurlu prosedur hesab edilsə də, bu əməliyyatın da digər əməliyyatlar kimi riskləri var. Bu risklər bir neçə gün davam edən ağrıdan tutmuş daha əhəmiyyətli risklərə qədər dəyişə bilər.
Qeyd etmək lazımdır ki, qarın gərmə əməliyyatının müvəffəqiyyəti və təhlükəsizliyi çox dərəcədə icra edən həkimlərin təcrübəsindən asılıdır. İxtisaslı həkimlər tərəfindən aparıldıqda, əməliyyat müsbət nəticələr verir.
Qarın gərmə əməliyyatı ilə bağlı bəzi risklər aşağıdakı kimidir:
Toxuma zədələnməsi və ya nekroz
Dərinin həssaslığında dəyişikliklər
Dərinin dərinliklərində maye ciblərinin əmələ gəlməsi (seroma)
Daha yavaş bərpa prosesi
Müalicə olunan ərazidə şişkinlik
Müalicə olunan ərazidə uyuşma
Daimi çapıqlar
Qeyri-qənaətbəxş nəticələr
Qanaxma
İnfeksiya
Əgər Türkiyədə qarın gərmə əməliyyatı olunmağı düşünürsünüzsə, potensial riskləri minimuma endirmək üçün aşağıdakı tövsiyələrə əməl etməyiniz məsləhətdir:
Tütün və spirtli içkilərin istifadəsini dayandırın
Sabit bir çəkidə qalın
Tam qarın gərmə standart abdominoplastika əməliyyatıdır. Prosedur həm yuxarı, həm də aşağı bölgəni eyni anda formalaşdırmaq istəyənlər üçün istifadə olunur. Tam qarın gərmə əməliyyatı ümumi anesteziya altında həyata keçirilən əməliyyatdır.
Mini qarın gərmə əməliyyatı yalnız qarının aşağı hissəsində toplanan yağların alınmasını və gərilməsini istəyənlər üçün nəzərdə tutulub. Tam qarın gərmə əməliyyatı ilə müqayisədə Mini qarın gərmə əməliyyatında daha az kəsik atılır. Bu üsul standart prosedurdan daha sürətli bərpa müddətinə malikdir. Mini qarın gərmə əməliyyatı ümumi anesteziya altında aparılır və əməliyyat orta hesabla 1-2 saat çəkir.
360 Qarın Gərmə standart qarın gərmə əməliyyatından daha mürəkkəb və daha invazivdir. Qarının yuxarı və aşağı nahiyəsində, bel və omba nahiyəsində, bəzi hallarda hətta qol nahiyəsində yığılan artıq çəkilərin çıxarılmasını əhatə edir. Cərrah iki kəsik edir, biri qarın altından və göbəkdən keçir və artıq dərini və piyi çıxarır. 360 qarın gərmə ümumi anesteziya altında edilən və orta hesabla 3-4 saatda tamamlanan əməliyyatdır.
Lazerlə qarın gərmə əməliyyatı bədəndən arzuolunmaz piyləri və boş dərini çıxarmaq üçün qeyri-cərrahi üsuldur. Ənənəvi cərrahiyyə ilə müqayisədə, bu prosedur zamanı lazerlərdən istifadə edir. Əməliyyat zamanı kiçik lazer lifləri dərinin altına diqqətlə daxil edilir. Bu liflər istilik yayaraq ətrafdakı toxumalara zərər vermədən yağ hüceyrələrini effektiv şəkildə parçalayır. Bu innovativ yanaşma xəstələrə artıq piyləri aradan qaldırmağa və daha konturlu görünüş əldə etməyə imkan verir.
Türkiyədə qarın gərmə əməliyyatınız bitdikdən sonra klinikada bir neçə gecə qalmalısınız.
Prosedurdan sonra bədəninizin müxtəlif yerlərində ağrı hiss etmək normaldır. Həkiminiz bu ağrıları azaltmaq üçün ağrıkəsicilər tövsiyə edəcək.
Qarın gərmə əməliyyatından sonra sağalmanı sürətləndirmək üçün:
Ağrı hiss etdiyiniz zaman ağrıkəsici qəbul etməkdən çəkinməyin.
Əməliyyatdan sonra 1,5 ay qarın sıxıcı korset geyin.
Əməliyyatdan sonra 1,5 ay ağırlıq qaldırmayın.
Siqaret və spirt istifadə etməyin.
Əməliyyatdan sonra 2 ay ərzində kəsik sahəsinə təsir edəcək bütün fəaliyyətlərdən çəkinin.
Pəhriz planınıza sadiq qalın.
Xaricdə qarın gərmə əməliyyatının qiyməti bir çox ölkədə yüksəkdir. Amerika Plastik Cərrahlar Cəmiyyətinin verdiyi məlumata əsasən, ABŞ-da abdominoplastika əməliyyatının qiyməti 7000-18000 dollar arasında dəyişə bilər. Digər tərəfdən, Birləşmiş Krallıqda xərclər adətən 4500 funt-6000 funt sterlinq aralığında olur.
Qiymətə həkimin təcrübəsi, klinikanın yeri və seçilmiş ölkə təsir edir. Türkiyədə qarın gərmə əməliyyatı Avropa ilə müqayisədə 50-60% ucuzdur.
Türkiyədə qarın gərmə (abdominoplastika) əməliyyatının qiyməti 2300 avrodur.
Nəzərə alın ki, bu qiymət Tanfer Klinikasının bizə bildirdiyi xüsusi qiymətdir və qiymət yalnız A-Medical xidmətlərindən yararlananlar üçün keçərlidir.
Türkiyədə və digər ölkələrdə qarın gərmə əməliyyatının qiymətləri haqqında aşağıdakı cədvəl vasitəsilə məlumat əldə edə bilərsiniz:
Abdominoplastika olaraq da bilinən qarın gərmə əməliyyatı plastik cərrahiyyə sahəsində nisbətən təhlükəsiz və sadə bir prosedur hesab olunur. Bununla belə, bu əməliyyatın nəticəsinin klinika və həkim seçimindən çox asılı olduğunu vurğulamaq vacibdir. A-Medical-da biz ciddi kriteriyalarımıza cavab verən və sübut olunmuş müvəffəqiyyət təcrübəsinə malik həkim və klinikaları tövsiyə etməyə böyük diqqət göstəririk.
A-Medical 7 tibbi turizm sahəsində 7 ildən artıq təcrübəyə malikdir. Bugünə qədər yüzlərlə pasiyentimizin Türkiyədə uğurlu bir şəkildə müalicə almasını təmin etmişik. Təcrübəmiz və əlaqələrimiz Türkiyədə abdominoplastika əməliyyatı olunmaq istəyən namizədlərə müxtəlif endirimlər və kampaniyalar təklif etməyimizə imkan verir. Bu sayədə bizi seçənlər, həm pula, həm də vaxta qənaət edərək Türkiyədə abdominoplastika əməliyyatını ən yüksək xidmət səviyyəsi ilə əldə edə bilirlər.
Türkiyədə Abdominoplastika əməliyyatı üçün bizi seçməklə:
Tibbi səfərinizi daha sərfəli hala gətirəcək müxtəlif endirimlərdən və kampaniyalardan yararlanacaqsınız.
Əməliyyat ödənişinizi bizə yox, birbaşa olaraq klinikaya ödəyəcəksiniz.
Türkiyədə BBL əməliyyatınızı ən yaxşı klinikadan əldə edəcəksiniz.
Ödənişsiz tərcüməçi və transfer xidmətimizdən faydalanacaqsınız.
Səfərin təşkili, rezervasiyaların alınması, həkimlə əlaqələrin qurulması və daha bir çox prosesi sizin yerinizə təşkil edəcəyik.
Türkiyədə qarın gərmə əməliyyatı olunmaq istədiyiniz zaman tövsiyə etdiyimiz iki klinikadan birini seçməyi düşünə bilərsiniz. Tanfer və Turkeyana klinikaları Türkiyənin ən yaxşı və ən yüksək müvəffəqiyyət nisbətinə malik plastik cərrahiyyə klinikalarıdır.
Turkeyana Klinikası Türkiyənin gözəllik klinikası kimi tanınır. Klinikada axtardığınız bütün plastik və estetik əməliyyat prosedurlarını əldə edə bilərsiniz. A-Medical olaraq biz uzun illərdir pasiyentlərimizə Turkeyana Klinikasını tövsiyə edirik və yaxşı rəylər alırıq.
Tanfer Klinikası uyğunluq meyarlarımıza cavab verən və ən yüksək xəstə məmnuniyyətinə malik klinikalardan biridir. Türkiyənin ən yaxşı Qarın Gərmə klinikası deyə biləcəyimiz bu klinikada Avropada təhsil almış və yüksək təcrübəyə malik cərrahlar fəaliyyət göstərir. Ona görə də Türkiyədə Qarın Gərmə əməliyyatınız üçün Tanfer Klinikasına etibar edə bilərsiniz.
Mobil: (+994 10) 310 93 33
Email: [email protected]
Ünvan: Neftchiler 151, AZ 1010, Bakı, Azərbaycan
Turkiyede Mualice, Türkiyədə Müalicə, Xaricdə Müalicə
Xüsusi güzəştli şərtlərlə xaricde mualice almaq istəyirsinizsə, A-Medical tibbi turizm şirkəti ilə əlaqəyə Xaricde mualice ilə bağlı hərhansı bir sualınız yarandığı halda sizə uyğun olan vasitə ilə bizimlə əlaqə saxlaya bilərsiniz.
keçərək ətraflı məlumat əldə edə bilərsiniz.
A-Medical şirkəti Azərbaycanda tibbi turizm sahəsində 7 ildən artıq təcrübəsi ilə Türkiyədə müalicə və digər ölkələrdə
hər növ tibbi prosedurun yerinə yetirilməsini sizin üçün təşkil edir.
A-Medical şirkəti Türkiyede müalice və digər ölkələrdə müayinə, müalicə və əməliyyat prosedurlarının yerinə yetirilməsi və xaricdə
müalicə təşkil olunması ilə bağlı 7 ildən artıq təcrübəsi ilə sağlamlığınızı geri qaytarmaq üçün xidmətinizdədir.
Qısa formu dolduraraq pulsuz konsultasiyaya yazıl və sağlamlığın üçün ən doğru seçimi birgə təyin edək
Bir kliklə Whatsapp-a yazın