+99410 310 93 33

WHATSAPPA YAZIN

BLOQ

Türkiyədə BBL cərrahiyyəsi əməliyyatı qadın turistlər arasında ən populyar olan plastik əməliyyat növüdür. BBL cərrahiyyəsi omba ölçüsünün, sıxlığının və görünümünün yaxşılaşdırılması üçün həyata keçirilən cərrahi prosedurdur. BBL əməliyyatı dünyanın əksər ölkələrində həddindən artıq yüksək qiymətə təklif edilsə də, Türkiyədə BBL cərrahiyyəsi əməliyyatının qiyməti olduqca uyğundur.


Bu məqaləmizdə biz Türkiyədə BBL əməliyyatının təfərrüatları haqqında danışacağıq. Məqaləmiz sayəsində siz Türkiyədə BBL qiyməti, İngiltərə və Avropa ölkələri ilə müqayisədə Türkiyədə BBL cərrahiyyəsinin üstünlükləri və ümumi prosedur haqqında məlumat sahibi ola biləcəksiniz. 


A-Medical tibbi turizm şirkəti olaraq biz Türkiyədə BBL cərrahiyyəsi əldə etmək istəyən qadınlar üçün müxtəlif üstünlüklər təqdim edirik. Belə ki, A-Medical vasitəçiliyi ilə Türkiyədə BBL cərrahiyyəsi əldə etdiyiniz zaman bizdən müxtəlif endirim və üstünlüklər əldə edə biləcəksiniz. Bu sayədə həm pulunuza qənaət edəcəksiniz, həm də Türkiyədə yüksək keyfiyyətli BBL əməliyyatı əldə edəcəksiniz.


BBL Əməliyyatı Nədir?



BBL cərrahiyyəsi omba bölgəsinin ölçüsünün yaxşılaşdırılması üçün bədənin müxtəlif nahiyyələrindən liposaksiya üsulu ilə yağların alınmasını və omba hisssəsinə transfer edilməsini əhatə edir. BBL cərrahiyyəsinin məqsədi, ombanın ölçü və formasını yaxşılaşdırmaqdır. BBL digər plastik cərrahiyyə növləri ilə müqayisədə sadə və təhlükəsiz bir prosedurdur. Əməliyyat ümumi anesteziya altında həyata keçirilir və əməliyyatın tamamlanması 2-3 saat çəkir. Əməliyyatdan sonra xəstələr bir neçə gün xəstəxanada qaldıqdan sonra gündəlik həyatlarına qayıdırlar.


BBL cərrahiyyəsi digər süni plastik cərrahiyyə əməliyyatlarına nisbətən təbii bir əməliyyatdır. Bunun səbəbi, əməliyyat zamanı hərhansı bir plastik maddədən istifadə olunması, əməliyyatın təmamilə pasiyentin öz bədənində mövcud olan artıq yağların istifadəsi ilə həyata keçirilməsidir.


BBL proseduru zamanı qarın, omba və ya bel kimi nahiyələrdən liposaksiya vasitəsilə artıq piylər alınır. Sonra bu yağ ehtiyatla ombanın xüsusi nöqtələrinə yeridilir. Nəticədə, bədəninizin müəyyən bölgələrindəki arzuolunmaz yağları aradan qaldırmaqla yanaşı, istədiyiniz omba ölçüsünə də nail olursunuz.


BBL Cərrahiyyəsi Haqqında Nələri Bilməlisiniz?


BBL cərrahiyyəsi haqqında bilməli olduğunuz bir neçə əsas fakt var.


  1. BBL əməliyyatı ümumi anesteziya şəraitində həyata keçirdilir.

  2. BBL cərrahiyyəsinin ilkin mərhələsində bədənin müxtəlif bölgələrindən liposaksiya üsulu ilə yağlar toplanır.

  3. BBL cərrahiyyəsi zamanı pasiyentin öz bədənindən əldə olunan yağlar filtrdən keçirdilərək omba bölgəsinə yerləşdirilir.

  4. Əməliyyatın tamamlanması 2-3 saat çəkir.

  5. Türkiyədə BBL cərrahiyyəsinin qiyməti Avropa ölkələri ilə müqayisədə 50%-60% daha aşağıdır.

  6. Türkiyədə BBL əməliyyatının qiyməti 2300 avrodur.


Türkiyədə BBL üçün Uyğun Namizədlər Kimlərdir?


BBL cərrahiyyəsi dünyada ən məşhur omba böyütmə prosedurudur. Bu cərrahiyyə əməliyyatı sadə və rahat bir əməliyyat olaraq görülsə də, hər tibbi prosedurda olduğu kimi, BBL əməliyyatında da bəzi uyğunluq faktorları mövcuddur.


  1. Namizədlər sağlam olmalıdırlar.

  2. Namizədlərdə anesteziyaya qarşı allergik reaksiyalar olmamalıdır.

  3. Liposaksiya üçün bədəninizdə əlavə yağ olmalıdır.


BBL Əməliyyatının Tamamlanma Müddəti Nə Qədərdir?


Türkiyədə BBL əməliyyatını adətən 2-3 saat çəkir. Bununla belə, qeyd etmək lazımdır ki, daha böyük həcmdə yağ transferi planlaşdırılırsa, əməliyyatın tamamlanması daha uzun çəkə bilər.


Əməliyyatdan sonra xəstələr ümumiyyətlə təxminən bir gün xəstəxanada qalır və bu müddət ərzində həkimlərindən lazımi rəyləri və qiymətləndirmələri alırlar.


Türkiyədə BBL Əməliyyatı - Ümumi Prosedur


Türkiyədə BBL cərrahiyyəsi olunmaq istəyən namizədlər ilk növbədə A-Medical tibbi turizm şirkətinə müraciət etməlidirlər. A-Medical vasitəçiliyi ilə Türkiyədə BBL cərrahiyyəsi əldə etmək istəyən namizədlərə klinikaların tapılması, klinika ilə əlaqələrin qurulması, səyahət planının təşkili, ödənişsiz tərcüməçi və transfer dəstəyi və daha bir çox fərqli xidmət təqdim edirik.


  1. Türkiyəyə gəliş: BBL əməliyyatı üçün Türkiyəyə çatdığınız zaman ödənişsiz olaraq havalimanından klinikaya transferinizi həyata keçirəcəyik.

  2. İlkin konsultasiya: Klinikaya gəldiyiniz zaman cərrah və tibbi komanda ilə tanış olursunuz. Eyni zamanda, həkim uyğunluğunuzu təsdiqləmək üçün qiymətləndirmələr və testlər həyata keçirir. Anesteziya planı, əməliyyat planı və əməliyyatdan sonrakı proseslər haqqında sizə məlumat veriləcək.

  3. Cərrahiyyə: Hazırlanmış cərrahiyyə proqramından asılı olaraq əməliyyatınız konsultasiyadan bir gün sonra və ya eyni gün həyata keçirilir.

  4. Qayıdış: Əməliyyatdan sonra bir neçə gün klinikada qaldıqdan sonra ölkənizə qayıtmaq üçün klinikadan hava limanına transfer olunacaqsınız.


Türkiyədə BBL Əməliyyatının Qiyməti


Türkiyədə BBL əməliyyatının qiyməti 2300 avrodur. Bu qiymət sadəcə A-Medical müştəriləri üçün təklif olunan endirimli qiymətdir.


Türkiyə BBL Əməliyyatı Təhlükəsizdir?


Brazilian Butt Lift kimi də tanınan BBL əməliyyatı plastik cərrahiyyə sahəsində nisbətən təhlükəsiz və sadə prosedur hesab olunur. Bununla belə, bu əməliyyatın nəticəsinin klinika və həkim seçimindən çox asılı olduğunu vurğulamaq vacibdir. A-Medical tibbi turizm şirkəti olaraq biz ciddi kriteriyalarımıza cavab verən və sübut olunmuş müvəffəqiyyət təcrübəsinə malik həkim və klinikaları tövsiyə etməyə böyük diqqət göstəririk. Buna görə də, A-Medical vasitəsilə Türkiyədə BBL əməliyyatını risksiz və təhlükəsiz bir şəkildə əldə edə bilərsiniz.


Türkiyədə BBL Əməliyyatı Üçün Niyə Bizi Seçməlisiniz?


A-Medical 7 tibbi turizm sahəsində 7 ildən artıq təcrübəyə malikdir. Bugünə qədər yüzlərlə pasiyentimizin Türkiyədə uğurlu bir şəkildə müalicə almasını təmin etmişik. Təcrübəmiz və əlaqələrimiz Türkiyədə BBL əməliyyatı olunmaq istəyən namizədlərə müxtəlif endirimlər və kampaniyalar təklif etməyimizə imkan verir. Bu sayədə bizi seçənlər, həm pula, həm də vaxta qənaət edərək Türkiyədə BBL əməliyyatını ən yüksək xidmət səviyyəsi ilə əldə edə bilirlər.


Türkiyədə BBL əməliyyatı üçün bizi seçməklə:


  1. Tibbi səfərinizi daha sərfəli hala gətirəcək müxtəlif endirimlərdən və kampaniyalardan yararlanacaqsınız.

  2. Əməliyyat ödənişinizi bizə yox, birbaşa olaraq klinikaya ödəyəcəksiniz.

  3. Türkiyədə BBL əməliyyatınızı ən yaxşı klinikadan əldə edəcəksiniz.

  4. Ödənişsiz tərcüməçi və transfer xidmətimizdən faydalanacaqsınız.

  5. Səfərin təşkili, rezervasiyaların alınması, həkimlə əlaqələrin qurulması və daha bir çox prosesi sizin yerinizə təşkil edəcəyik.


Türkiyədə BBL Əməliyyatı Üçün Ən Yaxşı Klinikalar


BBL cərrahiyyəsinə gəldikdə, mükəmməl klinika mərkəzini tapmaq mümkün olan ən yaxşı nəticələrə nail olmaq üçün çox vacibdir. Əgər Türkiyədə BBL əməliyyatı əldə etməyi düşünürsünüzsə, özünüz üçün doğru klinikanı seçmək çətin ola bilər.


A-Medical sizə təkcə ideal klinikanı seçməkdə deyil, həm də həmin klinikadan BBL əməliyyatınız üçün endirimli qiymətlər əldə etməkdə sizə yardım edir. Hərtərəfli araşdırmalarımıza və dəyərli müştərilərimizdən gələn rəylərə əsaslanaraq, Türkiyədə BBL cərrahiyyəsi üçün ən uyğun klinikalar arasından Tanfer KlinikasıTurkeyana Klinikasını əminliklə tövsiyə edə bilərik.






Cərrahiyyə əməliyyatınız üçün Türkiyəni seçməyin bir çox üstünlüyü var, lakin A-Medical tibbi turizm şirkətinə üstünlük vermək, Türkiyədə müalicənizin unudulmaz bir xatirəyə çevrilməsinə imkan yaradır. Cərrahiyyə əməliyyatınız üçün A-Medical tibbi turizm şirkətini seçdiyiniz zaman siz bir sıra eksklüziv kampaniyalardan yararlanma fürsətini əldə edə bilərsiniz. 


Mobil: (+994 10) 310 93 33

Whatsapp: +90 533 423 35 48

Email: [email protected]

Ünvan: Neftchiler 151, AZ 1010, Bakı, Azərbaycan

Turkiyede Mualice, Türkiyədə Müalicə, Xaricdə Müalicə

Xüsusi güzəştli şərtlərlə xaricde mualice almaq istəyirsinizsə, A-Medical tibbi turizm şirkəti ilə əlaqəyə
keçərək ətraflı məlumat əldə edə bilərsiniz. A-Medical şirkəti Azərbaycanda tibbi turizm sahəsində 7 ildən artıq təcrübəsi ilə Türkiyədə müalicə və digər ölkələrdə
hər növ tibbi prosedurun yerinə yetirilməsini sizin üçün təşkil edir.

Xaricde mualice ilə bağlı hərhansı bir sualınız yarandığı halda sizə uyğun olan vasitə ilə bizimlə əlaqə saxlaya bilərsiniz.
A-Medical şirkəti Türkiyede müalice və digər ölkələrdə müayinə, müalicə və əməliyyat prosedurlarının yerinə yetirilməsi və xaricdə
müalicə təşkil olunması ilə bağlı 7 ildən artıq təcrübəsi ilə sağlamlığınızı geri qaytarmaq üçün xidmətinizdədir.


Pulsuz konsultasiyadan yararlan

Qısa formu dolduraraq pulsuz konsultasiyaya yazıl və sağlamlığın üçün ən doğru seçimi birgə təyin edək

Bir kliklə Whatsapp-a yazın