+99410 310 93 33

WHATSAPPA YAZIN

BLOQ

Türkiyədə müalicənizə Mercedes Benz Vito Maybach ilə getdiyinizi düşünmək sizə inanılmaz gələ bilər. Lakin A-Medical bunu sizin üçün reallaşdırır.


Xüsusi təklifimizin şərtlərinə əsasən, Türkiyədə müalicə almağı düşünən yaxınlarınıza A-Medical şirkətini tövsiyyə etdiyiniz zaman, onların sadəcə Türkiyədə endirimli qiymətlərlə yüksək səviyyəli tibbi müalicə almağına kömək etməklə qalmır, eyni zamanda klinikalarına Mercedes Benz Vito Maybach ilə dəbdəbəli şəkildə transfer olunmalarını təmin edirsiniz.




Yaxınlarınızın bu unudulmaz təcrübəni yaşamalarını istəyirsinizsə, elə indi A-Medical şirkətini onlara tövsiyyə edərək kampaniyamızdan faydalanmalarını təmin edə bilərsiniz.


Whatsapp: +90 533 423 35 48


Təklifimizin Detalları Nələrdir?


Türkiyədə müalicə almağı düşünən yaxınınıza A-Medical tibbi turizm şirkətini tövsiyyə edərək təklifimizdən faydalana bilərsiniz. Yaxınınız Türkiyədə müalicəsi üçün A-Medical tibbi turizm şirkətini seçərək müxtəlif tibbi turizm xidmətlərindən faydalana, eləcə də lüks transfer kampaniyamızdan istifadə edə bilər.


Türkiyədə Ən Çox Tələb Olunan Cərrahi Əməliyyatlar


Bariatrik Cərrahiyyə


Türkiyədə bariatrik cərrahiyyə əməliyyatları dünyanın ən qabaqcıl texnologiyalarının köməyi ilə yüksək səviyyəli klinikalarda həyata keçirdilir. Türkiyə bariatrik cərrahiyyə üçün ən çox xarici vətəndaş qəbul edən ölkələrdən biridir. Əgər siz də bariatrik cərrahiyyə əməliyyatı olmağı düşünürsünüzsə Türkiyə sizin üçün ən uğurlu destinasiyalardan biri olacaq.


Türkiyədə həm keyfiyyətli, həm də uyğun qiymətli bariatrik cərrahiyyə əməliyyatı oluna bilərsiniz. Türkiyədə bariatrik cərrahiyyə haqqında daha çox məlumat almaq və qiymətləri öyrənmək üçün səhifəmizə keçid edə bilərsiniz.


Orqan Nəqli


Türkiyə orqan nəqli üzrə uğur nisbəti ən yüksək olan ölkələrdən biridir. Türkiyədə qaraciyər və böyrək nəqli əməliyyatlarının uğur şansı 95%-in üzərindədir. Ölkənin orqan nəqli üzrə tanınmış müasir klinikaları pasiyentlərin bütün tibbi ehtiyaclarını qarşılayır.


Əgər Türkiyədə qaraciyər və böyrək transplantasiyası əməliyyatları ilə bağlı xüsusi xərclər, eləcə də ümumi prosedurlar haqqında daha çox məlumat əldə etmək istəyirsinizsə, sizi səhifəmizə keçid etməyə dəvət edirik. 


Plastik Cərrahiyyə


Türkiyə plastik cərrahiyyə üzrə dünyada ən çox xarici pasiyent qəbul edən ölkədir. Hər il dünyanın dörd bir yanından pasiyentlər müxtəlif plastik cərrahiyyə əməliyyatları üçün Türkiyəyə gəlir. Türkiyədə ən çox tələb olunan plastik cərrahiyyə əməliyyatları arasında sinə böyütmə, liposaksiyarinoplastika yer alır. 


Türkiyə plastik cərrahiyyə üzrə ixtisaslaşmış bir neçə qabaqcıl klinikaya ev sahibliyi edir. Bu klinikalar arasında, Turkeyana, Acibadem və Tanfer klinikaları yer alır. 


Türkiyədə plastik cərrahiyyə əməliyyatlarının detalları və qiymətləri ilə maraqlanırsınızsa, səhifəmizə keçid edə bilərsiniz. Səhifəmizdə, axtardığınız plastik əməliyyatlar haqqında bütün məlumatları tapa bilərsiniz.


Hematologiya


Türkiyə müxtəlif növ hematoloji əməliyyatların icrasında ən uğurlu ölkələrdən biridir. Sümük iliyi nəqli, sümük iliyi biopsiyası, aspirasiya, limfa düyünlərinin biopsiyası və daha bir çox fərqli cərrahiyyə əməliyyatı üzrə Türkiyə klinikalarına güvənə bilərsiniz.


Onkologiya


Türkiyədə onkoloji əməliyyatlar dünyadaki bir çox ölkə ilə müqayisədə çox daha ucuz və keyfiyyətlidir. Türkiyənin qabaqcıl klinikaları və dünya üzrə mütəxəssis olan onkoloq cərrahları ümumi cərrahiyyə, sinə cərrahiyyəsi, baş boyun cərrahiyyəsi, ortopedik onkologiya və daha bir çox fərqli növdə cərrahi onkoloji əməliyyatlarını icra edirlər.


Neyrocərrahiyyə


Türkiyədə neyrocərrahiyyə əməliyyatlarına beyin, onurğa və onurğa beyni şişləri, hidrosefali, kavernoma, beyin qanaxmaları, parkinson, beyin səthində meydana gələn problemlər və daha bir çox neyrocərrahi prosedurlar daxildir. Türkiyə qlobal səviyyədə tanınan neyrocərrahiyyə müətəxəssisləri və inkişaf etmiş klinikaları ilə ən yüksək səviyyədə neyrocərrahiyyə xidmətləri göstərir.


Ortoped-Travmatoloji Əməliyyatlar


Əgər fizioterapiya, artroskopiya, onurğa cərrahiyyəsi, travmaların müalicəsi, ayaq cərrahiyyəsi, uşaq ortopediyası kimi prosedurların axtarışındasınızsa, sizə bu prosedurları ən yüksək tibbi xidmət keyfiyyəti ilə təqdim edən Türkiyə klinikalarını məsləhət görürük.


Niyə Əməliyyatınız Üçün Türkiyəni Seçməlisiniz?


Əvvəlki bloq yazımızda Türkiyədə müalicə olunmağın çoxsaylı faydalarından bəhs etmişdik. Ətraflı məlumat axtarırsınızsa, məqaləmizə nəzər yetirməyinizi məsləhət görürük.


Cərrahiyyə əməliyyatınız üçün Türkiyəyə getmək sizə xərc, vaxt və rahatlıq baxımından bir sıra üstünlüklər təqdim edir. A-Medical tibbi turizm şirkəti olaraq Türkiyədə müalicə almaq istəyən pasiyentlərimizə müxtəlif endirimlər, kampaniyalar və üstünlüklər təqdim edirik.


Gəlin cərrahiyyə əməliyyatınız üçün niyə Türkiyəni seçməli olduğunuza qısaca nəzər salaq.


  1. Yüksək keyfiyyətli klinikalar: Türkiyə dünya miqyasında ən çox JCI akkredit olunmuş klinikaya malik ölkədir. Ölkə, həm də son illərdə tibbi turizm sənayesində ən sürətlə inkişaf edən ölkələrdən birinə çevrilib. Müalicəniz üçün Türkiyəyə səfər edərək ölkənin uğurlu klinikalarında yüksək tibbi xidmət keyfiyyətindən faydalana bilərsiniz.

  2. Əlverişli qiymətlər: Türkiyə əlverişli məzənnə, sərfəli işçi qüvvəsi və dövlət dəstəyi sayəsində beynəlxalq pasiyentlərə münasib qiymətlərlə tibbi xidmətlər təklif edir.

  3. Təcrübəli mütəxəssislər: Türkiyədə bir çox tibb işçisi öz təhsil və təlimlərini həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə tanınmış universitet və tibb müəssisələrində almışdır.


A-Medical vasitəçiliyi ilə cərrahiyyə əməliyyatını Türkiyədən əldə edən pasiyentlərə təklif etdiyimiz üstünlüklərdən bəziləri isə aşağıdakı kimidir:


  1. Endirimlər: Dünyanın hər yerindən klinikalarla qurduğumuz əlaqələr və bu sahədəki təcrübəmiz, Türkiyədə müalicə almaq istəyən pasiyentlərə müxtəlif endirimlər təklif etməyimizə imkan verir. Türkiyədə müalicənizi A-Medical vasitəçiliyi ilə əldə etməklə 40%-ə qədər pula qənaət edə bilərsiniz.

  2. Tibbi turizm xidmətləri: Türkiyəyə müalicə üçün gələn pasiyentlərimizə bir sıra tibbi turizm xidmətləri təklif edirik. Bu xidmətlərə səyahətin planlaşdırılması, viza dəstəyi, pulsuz transfer, klinikalarla əlaqə, və qonaqlama dəstəyi kimi xidmətlər daxildir.

  3. Pasiyentlərin yaxından izlənilməsi: A-Medical vasitəçiliyi ilə Türkiyədə müalicə alan pasiyentlər müalicə prosesi bitənə qədər yaxından izlənilirlər. Bu sayədə yarana biləcək bütün suallarınız cavablandırılır, ehtiyac duyduğunuz hər anda köməyinizə çatırıq.


Müalicəniz Üçün Türkiyəni Seçin, Dəbdəbəli Transfer Xidmətindən Zövq Alın




Cərrahiyyə əməliyyatınız üçün Türkiyəni seçməyin bir çox üstünlüyü var, lakin A-Medical tibbi turizm şirkətinə üstünlük vermək, Türkiyədə müalicənizin unudulmaz bir xatirəyə çevrilməsinə imkan yaradır. Cərrahiyyə əməliyyatınız üçün A-Medical tibbi turizm şirkətini seçdiyiniz zaman siz bir sıra eksklüziv kampaniyalardan yararlanma fürsətini əldə edə bilərsiniz. Elə indi, bizimlə əlaqə saxlayaraq müalicənizi Türkiyədə almaq üçün proseslərə başlaya və lüks transfer xidmətindən faydalana bilərsiniz. 


Mobil: (+994 10) 310 93 33

Whatsapp: +90 533 423 35 48

Email: [email protected]

Ünvan: Neftchiler 151, AZ 1010, Bakı, Azərbaycan

Turkiyede Mualice, Türkiyədə Müalicə, Xaricdə Müalicə

Xüsusi güzəştli şərtlərlə xaricde mualice almaq istəyirsinizsə, A-Medical tibbi turizm şirkəti ilə əlaqəyə
keçərək ətraflı məlumat əldə edə bilərsiniz. A-Medical şirkəti Azərbaycanda tibbi turizm sahəsində 7 ildən artıq təcrübəsi ilə Türkiyədə müalicə və digər ölkələrdə
hər növ tibbi prosedurun yerinə yetirilməsini sizin üçün təşkil edir.

Xaricde mualice ilə bağlı hərhansı bir sualınız yarandığı halda sizə uyğun olan vasitə ilə bizimlə əlaqə saxlaya bilərsiniz.
A-Medical şirkəti Türkiyede müalice və digər ölkələrdə müayinə, müalicə və əməliyyat prosedurlarının yerinə yetirilməsi və xaricdə
müalicə təşkil olunması ilə bağlı 7 ildən artıq təcrübəsi ilə sağlamlığınızı geri qaytarmaq üçün xidmətinizdədir.


Pulsuz konsultasiyadan yararlan

Qısa formu dolduraraq pulsuz konsultasiyaya yazıl və sağlamlığın üçün ən doğru seçimi birgə təyin edək

Bir kliklə Whatsapp-a yazın