Turkiyede Mualice, Türkiyədə Müalicə, Xaricdə Müalicə
Əgər ABŞ vətəndaşısınızsa, Türkiyədə müalicə almağın əsl vaxtıdır. Sizin üçün başlatdığımız təklifdən yararlanaraq, Türkiyədə müalicə ala və ölkənin ən dəbdəbəli otellərindən biri olan My Residence Hoteldə pulsuz qonaqlama fürsətini əldə edə bilərsiniz.
Türkiyə həmişə beynəlxalq xəstələr üçün ən vacib tibbi turizm destinasiyalarından biri olub. İnkişaf etmiş səhiyyə sistemi, müasir klinikaları, təcrübəli həkimləri və sərfəli qiymətləri ilə axtardığınız bütün tibbi xidmətləri Türkiyədə tapa bilərsiniz.
> A-Medical Türkiyədə müalicə almaq istəyən ABŞ vətəndaşlarına Türkiyənin My Residence Hotelində pulsuz qonaqlama təklif edir.
> Təklifdən yararlanmaq üçün ABŞ vətəndaşları A-Medical vasitəsilə Türkiyədə müalicə almalıdırlar.
> Oteldə qalma müddəti müalicə üçün xərclənən məbləğə görə dəyişir.
Türkiyənin əsas tibbi turizm destinasiyalarından biri olmasının bir neçə səbəbi var. Öncəliklə, ölkədə müasir avadanlıqlara və yüksək ixtisaslı tibbi mütəxəssislərə sahib müxtəlif klinikalar mövcuddur. Türkiyə höküməti ölkədə tibb sisteminin inkişafı və xarici turistlərin diqqətini çəkmək üçün tibbi turizmə xüsusi diqqət yetirir.
Türkiyə digərləri arasında estetik cərrahiyyə, diş müalicəsi və IVF müalicəsi də daxil olmaqla qabaqcıl tibbi müalicələri ilə tanınır. Türkiyədə müalicə xərcləri də digər ölkələrlə müqayisədə nisbətən aşağıdır, bu da ölkəni tibbi turistlər üçün cəlbedici istiqamətə çevirir.
Türkiyə həm də möhtəşəm turizm məkanıdır. Müalicədən sonra bir çox beynəlxalq pasiyentlər ölkənin məşhur turistik yerlərini araşdırır, Türkiyənin mətbəxi ilə tanış olur və tətilə çıxırlar. Türkiyəyə müalicə üçün getmək və əlavə vaxtınızla nə edə biləcəyinizi öyrənmək istəyirsinizsə, yazımıza nəzər salın.
> Türkiyədə ixtisaslı tibb mütəxəssisləri ilə tibbi müayinələr
> Tibbi məqsədli səfərin A-dan Z-yə təşkili
> Endirimli qiymətə dərmanlar, tibbi testlər və analizlər əldə etmək
> Qonaqlama dəstəyi
> Viza müraciətləri ilə bağlı yardım
> Tibbi müalicənin və müalicədən sonrakı prosesin koordinasiyası
> Türkiyədə sərfəli qiymətlərlə yüksək keyfiyyətli tibbi xidmətə çıxış
> Səyahətlərin təşkili və qonaqlama yerlərinin bron edilməsində köməklik
> Tibbi səfəriniz boyunca yaxından qayğı və kömək
> A-Medical-ın unikal təklifi ilə pulsuz qonaqlama imkanı
Əməkdaşlıq etdiyimiz otellərdən biri olan İstanbuldakı My Residence Hotel qonaqlarına yüksək rahatlıq və xidmət təqdim etməklə Türkiyədə müalicə almaq istəyənlərin bir nömrəli seçiminə çevrilib. Otel pulsuz Wi-Fi, düz ekran televizorlar və şəxsi vanna otağı kimi üstünlüklərlə təchiz olunub. Oteldə sadə otaqlardan lüks suitlərə qədər bir çox çeşiddə otaq seçimi mövcuddur.
İstanbulun tarixi bölgəsində yerləşən otel Sultanahmet məscidi və Ayasofya kimi məşhur görməli yerlərin yaxınlığında yerləşir.
Otel eyni zamanda onkoloji xəstəliklərdən əziyyət çəkənlərin infeksiya və ya bakteriya risklərini ən aza endirmək üçün xüsusi mətbəxə də sahibdir.
My Residence Hotel-in sizə təqdim etdiyi imkanlara aşağıdakı cədvəl vasitəsilə nəzər sala bilərsiniz:
Xidmətlər |
Ödənişsiz & Sürətli Wi-Fi |
Oyun otağı |
Havalimanından transfer |
Görüş otaqları |
Restoran |
Səhər yeməyi |
Şərab & şampan |
Paltar yuma xidməti |
Biznes otaqları |
Otaqda səhər yeməyi |
Quru təmizləmə |
Ütü |
Otaqlar |
Gigiyenik otaqlar |
Masa |
Düz ekran TV |
Otaq xidməti |
Su |
Səs keçirməyən otaqlar |
Otaq təmizləmə xidmətləri |
Şəxsi mətbəx |
Hamam |
Ütü |
Otaq Növləri |
Siqaret çəkilməyən otaqlar |
Suitlər |
Ailə otaqları |
My Residence Hotel haqqında ətraflı məlumat üçün səhifəmizə keçid edin.
A-Medical sayəsində Türkiyədə müalicə almaq çox asandır. Sadəcə bizimlə əlaqə saxlamaqla qısa bir konsultasiya prosesindən sonra axtardığınız müalicəni hansı ölkədə və klinikada alacağınıza qərar verə bilərsiniz.
A-Medical vasitəsilə Türkiyədə müalicə alaraq həm pulunuza qənaət edəcək, həm də Türkiyədə müalicənizi unudulmaz təcrübəyə çevirəcəksiniz.
Əgər Türkiyədə müalicə almağı düşünən ABŞ vətəndaşısınızsa:
1) Sizin üçün ən əlverişli əlaqə kanalı vasitəsilə bizimlə əlaqə saxlayın
2) Ehtiyaclarınızı anlamaq üçün sizinlə qısa konsultasiya təşkil edəcəyik
3) İstəyinizə və büdcənizə ən uyğun tibbi seçimləri sizə təqdim edəcəyik
4) Biz sizə müalicəyə başlamaq üçün lazım olan bütün proseslər haqqında məlumat verəcəyik
Türkiyə dünyada qlobal pasiyentlər tərəfindən plastik cərrahiyyə üçün ən çox tövsiyyə edilən destinasiyalardan biridir. Türkiyədə plastik cərrahiyyə əməliyyatlarını ən yüksək pasiyent məmnuniyyətinə və xidmət səviyyəsinə malik olan Turkeyana Klinikası, Acıbadem Klinikası və Tanfer Klinikasından əldə etmək mümkündür.
Türkiyədə ən çox üstünlük verilən plastik cərrahiyyə əməliyyatları arasında rinoplastika və liposaksiya gəlir.
Beynəlxalq pasiyentlərin plastik cərrahiyyə üçün Türkiyəni seçmələrinin əsas səbəbləri beynəlxalq səviyyədə tanınan həkimlərin mövcudluğu, yüksək keyfiyyətli klinikalar və münasib qiymətlərlə bağlıdır.
Türkiyədə bəzi plastik cərrahiyyə əməliyyatları və qiymətləri bunlardır:
Sinə implantı 2300 €
Sinə qaldırma 2,300 €
Rinoplastika € 2,750
Botoks üz (bütün üz) 200 €
Diş müalicənizi xarici ölkələrdən birindən təmin etməyi düşünürsünüzsə, Türkiyə bütün ehtiyaclarınıza cavab verəcək yeganə ölkədir. Türkiyədə münasib qiymətə yüksək keyfiyyətli dental müalicə əldə etmək mümkündür.
Aşağıda bir sıra dental müalicə növlərini və qiymətlərini görə bilərsiniz:
Kompozit dolğular 120 €
İmplant 350-450-595€
Lamina Kuron 500 €
Flap Cərrahiyyəsi (1/4çənə) 600 €
All-on-4 implant $2700-dan başlayaraq
Türkiyə saç əkimi üzrə hər il bir milyondan artıq xarici vətəndaşın müalicəsini təmin edir. Dünyada ən uğurlu saç əkim destinasiyası olan Türkiyədə saç əkiminin qiyməti ucuz, keyfiyyəti isə yüksəkdir.
Türkiyədə bir sıra keyfiyyətli və yüksək pasiyent məmnuniyyətinə sahib saç əkimi mərkəzləri və klinikaları var. Əgər Türkiyədə saç əkdirmə ilə maraqlanırsınızsa, sizə beynəlxalq pasiyentlərə xüsusi saç əkdirmə paketləri təklif edən Turkeyana Klinikasını tövsiyyə edirik.
Qeyd edək ki, Türkiyədə saç əkdirmə üçün A-Medical tibbi turizm şirkətini seçdiyiniz təqdirdə əlavə endirimlərdən və üstünlüklərdən faydalana bilərsiniz.
Türkiyədə saç əkilməsinin qiyməti aşağıdakı kimidir:
DHI üsulu ilə saç əkimi: 2000$-dan başlayan qiymətlərlə
FUE üsulu ilə saç əkimi: 1800$-dan başlayan qiymətlərlə
Türkiyədə bariatrik cərrahiyyə əməliyyatı inkişaf etmiş klinikalarda yüksək ixtisaslı həkimlərin iştirakı ilə həyata keçirilir. Bariatrik cərrahiyyə və ya mədə kiçiltmə əməliyyatı beynəlxalq pasiyentlər tərəfindən ən çox axtarılan prosedurlardan biridir. Türkiyə, bariatrik cərrahiyyə əməliyyatını Avropadakı ölkələrdən 40-60% daha aşağı qiymətlərlə təqdim edir.
Əgər Türkiyədə arıqlama əməliyyatı olunmağı düşünürsünüzsə, nəzərə alınmalı olan ən yaxşı klinikalar arasında Turkeyana Clinic, Acıbadem Clinic, Florence Nightingale Hospital, Medipol Hospital, Anadolu Medical Center, Liv Hospital və Bolge Hospital yer alır.
Prosesi sürətləndirmək və Türkiyədə arıqlama əməliyyatında endirimlər əldə etmək üçün bizə müraciət edə bilərsiniz.
Türkiyədə mədə balonu, mədə bypass və sleeve gastrektomiya əməliyyatlarının qiyməti 3400 dollardır və bu əməliyyatlar arıqlamaq istəyənlər üçün sərfəli seçimdir.
Türkiyədə müalicə almağı düşünən ABŞ vətəndaşları, müalicələrini bizim vasitəçiliyimiz ilə əldə edərək ölkənin ən lüks otellərindən olan My Residence Hotel-də pulsuz qonaqlama imkanı əldə edə bilərlər.
Əgər ABŞ vətəndaşısınızsa və Türkiyədə müalicəniz zamanı pula və vaxta qənaət etmək istəyirsinizsə, aşağıdakı əlaqə vasitələri ilə bizə müraciət edə bilərsiniz.
Mobil: (+994 10) 310 93 33
Email: [email protected]
Ünvan: Neftchiler Ave. 151, AZ 1010, Bakı, Azərbaycan
Turkiyede Mualice, Türkiyədə Müalicə, Xaricdə Müalicə
Xüsusi güzəştli şərtlərlə xaricde mualice almaq istəyirsinizsə, A-Medical tibbi turizm şirkəti ilə əlaqəyə Xaricde mualice ilə bağlı hərhansı bir sualınız yarandığı halda sizə uyğun olan vasitə ilə bizimlə əlaqə saxlaya bilərsiniz.
keçərək ətraflı məlumat əldə edə bilərsiniz.
A-Medical şirkəti Azərbaycanda tibbi turizm sahəsində 7 ildən artıq təcrübəsi ilə Türkiyədə müalicə və digər ölkələrdə
hər növ tibbi prosedurun yerinə yetirilməsini sizin üçün təşkil edir.
A-Medical şirkəti Türkiyede müalice və digər ölkələrdə müayinə, müalicə və əməliyyat prosedurlarının yerinə yetirilməsi və xaricdə
müalicə təşkil olunması ilə bağlı 7 ildən artıq təcrübəsi ilə sağlamlığınızı geri qaytarmaq üçün xidmətinizdədir.
Qısa formu dolduraraq pulsuz konsultasiyaya yazıl və sağlamlığın üçün ən doğru seçimi birgə təyin edək
Bir kliklə Whatsapp-a yazın