Turkiyede Mualice, Türkiyədə Müalicə, Xaricdə Müalicə
Tibbi turizm, daha az pul ödəyərək, xaricdə axtardığınız müalicəni almaq üçün səyahət etmək prosesidir. Ancaq bu yalnız müalicə ilə məhdudlaşmır. A-Medical sağlamlıq turizm şirkəti olaraq xaricdə müalicə etdiyimiz pasiyentlərimizin istəklərinə uyğun istirahət və turlar təşkil edir, xəstələrimizin müalicə səyahətlərini tətillə birləşdirə bilirik.
Türkiyə bizə müraciət insanların ən çox maraqlandığı ölkələrdən biridir. Xüsusilə də Böyük Britaniya vətəndaşları üçün. Böyük Britaniya vətəndaşları üçün Türkiyədə müalicə almaq istənilən tibbi proseduru həm daha ucuz, həm də keyfiyyətli əldə etməyin bir yoludur.
Bu yazıda İngiltərə vətəndaşlarının Türkiyədə müalicəsindən bəhs edəcəyik. Eyni zamanda yazımızda Böyük Britaniya vətəndaşları üçün xüsusi olaraq hazırladığımız kampaniyamızın detalları ilə də tanış ola bilərsiniz.
Türkiyədə müalicə almaq istəyən Böyük Britaniya vətəndaşısınız? A-Medical vasitəsilə Türkiyədə axtardığınız müalicəni əldə etməklə bizdən pul mükafatı qazana bilərsiniz.
Pul mükafatımız minimum 50 dollardan başlayır və məbləğ alınan müalicədən asılı olaraq dəyişir.
Bəs niyə A-Medical-ı seçməlisiniz?
> 7 illik tibbi turizm təcrübəsi
> Beynəlxalq tanınma və geniş müştəri portfeli
> Dünyanın bir çox ölkələrinin klinikaları və sağlamlıq mərkəzləri ilə əlaqələr
> Müxtəlif tibbi turizm xidmətləri
Əgər Türkiyədə müalicə almaq istəyən Böyük Britaniya vətəndaşısınızsa, müalicənizi bizim vasitəmizlə almaqla pulunuza və vaxtınıza qənaət edə və pul mükafatınızı qazana bilərsiniz!
Böyük Britaniya vətəndaşlarının öz ölkələrində istədikləri tibbi xidmətlərə çıxışı hər zaman asan olmaya bilər. Adətən Böyük Britaniyada tibbi xidmətlərin qiymətləri yüksək və gözləmə müddətləri çox olduğu üçün vətəndaşlar axtardıqları müalicələri xaricdə, xüsusilə də Türkiyədə tapa biləcəklərinə inanırlar.
Hər il müalicə turizmi məqsədi ilə Türkiyəyə daxil olan vətəndaşların böyük bir hissəsini Avropa və Böyük Britaniya vətəndaşları təşkil edir. Bu o deməkdir ki, Türkiyədə mövcud səhiyyə sistemi xarici vətəndaşların diqqətini çəkir.
Türkiyədə tibbi xidmətlərin qiymətini Avropa və İngiltərə ilə müqayisə etsək, Türkiyənin bir çox məşhur müalicə prosedurlarında 70%-ə qədər ucuz olduğunu görərik. Türkiyədə mövcud səhiyyə sisteminin keyfiyyətinə nəzər saldıqda Türkiyənin qiymət və keyfiyyət arasında düzgün tarazlıq qurduğunu görmək mümkündür.
Böyük Britaniya vətəndaşlarının Türkiyədə müalicə alması asandır. Türkiyə hökuməti Böyük Britaniya vətəndaşlarının ölkəyə tibbi səbəblərə girişində viza istəmir. Bundan əlavə, cari məzənnə fərqi Böyük Britaniya vətəndaşlarına ölkədə daha az pul müqabilində daha çox tibbi xidmətə çıxış imkanı verir.
A-Medical olaraq Böyük Britaniya vətəndaşlarının Türkiyədə müalicəsini həyata keçirmək, onların lazımi klinikalarda müalicəsini təmin etmək və bütün tibbi prosedurları sürətləndirmək üçün müxtəlif tibbi turizm xidmətləri təklif edirik.
Pasientlərimiz bizim vasitəmizlə Türkiyədə müalicə almaqla 40%-60% maliyyə qənaət edə bilərlər. Bununla yanaşı, pasiyentlərimizə aşağıdakı tibbi turizm xidmətlərini təklif edirik:
1) Səyahət planlaşdırması
2) Klinikalarla əlaqə saxlamaq, həkim görüşünün əldə olunması
3) Sənədlərin tərcüməsi və klinikaya göndərilməsi
4) Pulsuz transfer və tərcüməçi dəstəyi
5) Dərman və tibbi ehtiyacların güzəştli qiymətlə əldə edilməsi
6) Endirimli qiymətə tibbi müayinələrin alınması
7) Qonaqlama dəstəyi
Xidmətlərimiz pasiyentlərimizin əlavə vaxt və pul itirmədən xaricdə müalicə alması üçün nəzərdə tutulub. Əgər Türkiyədə müalicə almağı düşünürsünüzsə, prosesi sizin üçün daha sürətli və endirimlə edə biləcəyimizə inanırıq.
İndiki gündə Türkiyə səhiyyə sistemi pasiyentləri bir çox tibbi prosedurla təmin edəcək qədər inkişaf edib. Türkiyədə sümük iliyi nəqlindən plastik cərrahiyyəyə, tip 2 diabet cərrahiyyəsindən onkoloji müalicəyə qədər geniş çeşiddə tibbi xidmətlər mövcuddur.
Böyük Britaniya vətəndaşlarının ən çox üstünlük verdiyi tibbi müalicə prosedurlarına nəzər salaq.
Türkiyə plastik cərrahiyyədə beynəlxalq pasiyentlər üçün ən əhəmiyyətli destinasiyalardan biridir. Türkiyənin qabaqcıl klinikaları olan Turkeyana Klinikası, Acıbadem və Tanfer Klinikası plastik cərrahiyyədə pasiyent məmnuniyyətinin ən yüksək olduğu klinikalar sırasındadır.
Bu gün liposaksiya və rinoplastika Türkiyədə ən çox seçilən plastik cərrahiyyə əməliyyatları arasındadır.
Beynəlxalq pasiyentlərin plastik əməliyyat üçün Türkiyəyə üstünlük verməsinin ən mühüm səbəbi beynəlxalq səviyyədə tanınan həkimlər, keyfiyyətli klinikalar və ucuz qiymətlərdir.
Türkiyədə bəzi plastik cərrahiyyə əməliyyatları və onların qiymətləri aşağıdakı kimidir:
Sinə implantı 2300 €
Sinə qaldırma 2,300 €
Rinoplastika € 2,750
Botoks (bütün üz) 200 €
Dental müalicə üçün ideal yer axtarırsınızsa, başqa ölkələrə baxmaqla vaxt itirməyə gərək yoxdur. Türkiyədəki klinikalar diş müalicəsində axtardığınız bütün prosedurları sizə yüksək keyfiyyətlə təqdim edir.
Dünyada ən sərfəli qiymətə və ən keyfiyyətli diş implantları əldə edə biləcəyiniz yerlərdən biri də məhz Türkiyədir.
Türkiyədə diş müalicəsində ən son nəsil texnologiyalardan və innovativ müalicə üsullarından istifadə edilir. Bu, Türkiyədə diş müalicəsinin müvəffəqiyyət nisbətini artırır və ən yüksək pasiyent məmnuniyyətini təmin edir.
Biz Türkiyədə diş müalicəsi üçün Tanfer Klinikası və Turkeyana Klinikasını tövsiyə edirik.
Türkiyədə sərfəli qiymətə əldə edə biləcəyiniz bəzi diş müalicəsi prosedurları aşağıdakı kimidir:
İmplant 350-450-595€
Lamina kuron 500 €
Flap cərrahiyyəsi (1/4çənə) 600 €
All-on-4 implant - 2700€
Türkiyə son illərdə saç əkimi üzrə lider ölkələrdən birinə çevrilib. Türkiyədə hər il 1 milyondan çox insana saç əkimi tətbiq olunur.
Türkiyədə saç əkimi üçün bir çox mərkəz və klinika mövcuddur. Biz sizə, Türkiyədə saç əkimi üçün Turkeyana Klinikasını tövsiyə edirik. Turkeyana Klinikasında DHI və FUE üsulları ilə yüksək keyfiyyətli və uyğun qiymətli saç əkimi edə bilərsiniz. Klinika həmçinin beynəlxalq pasiyentlərə xüsusi təklif paketləri təklif edir.
Əgər siz saç əkimi əməliyyatınızı A-Medical vasitəçiliyi ilə əldə etmək istəyirsinizsə, o zaman sizi daha çox endirimlər gözləyir.
Türkiyədə saç əkimi qiymətləri aşağıdakı kimidir:
DHI Saç Transplantasiyası Cərrahiyyəsi - 2000 dollardan
FUE Saç Ekimi Əməliyyatı - 1800$-dan
Digər bütün tibbi prosedurlar kimi, bariatrik cərrahiyyə də Türkiyədə ən çox tələb olunan müalicələrdən birisidir. Türkiyədə bariatrik cərrahiyyə üzrə ixtisaslaşmış bir çox həkim və klinika mövcuddur. Türkiyənin bariatrik cərrahiyyədə müasir texnologiyalardan və müalicə metodlarından istifadə etməsi, Türkiyədə bariatrik cərrahiyyənin uğur nisbətini yüksəldən amillər araısndadır.
Türkiyədə bariatrik cərrahiyyə qiyməti Avropa ölkələri ilə müqayisədə 40%-60% daha ucuzdur.
Türkiyədə arıqlama əməliyyatı üçün Turkeyana Klinikası, Acıbadem Klinikası, Florence Nightingale Hospital, Medipol Hospital, Anadolu Medical Center, Liv Hospital və Bolge Hospital əsas seçimləriniz arasında olmalıdır.
A-medical vasitəsi ilə Türkiyədə arıqlama əməliyyatı olunaraq prosesi daha da sürətləndirə və eyni zamanda endirimlərimizdən yararlana bilərsiniz.
Türkiyədə arıqlama əməliyyatı qiymətləri bunlardır:
- Mədə Balonu ($3400)
- Mədə Bypass ($3400)
- Sleeve Gastrectomy ($3400)
A-Medical tibbi turizm şirkəti olaraq Türkiyədə müalicə almaq istəyən Böyük Britaniya vətəndaşlarına pul mükafatları təqdim edirik.
Böyük Britaniya vətəndaşısınızsa və Türkiyədə müalicə almağı düşünürsünüzsə, bizimlə əlaqə saxlayın. Biz sizə axtardığınız müalicəni ən yüksək keyfiyyət və ən sərfəli qiymətlərlə təklif edən klinikaları tapacaq və bütün proseslərinizi asanlaşdıracağıq. Bizim sayəmizdə axtardığınız müalicəni daha endirimli qiymətlərlə tapa biləcək və tibbi turizm səyahətinizdə heç bir problem yaşamayacaqsınız. Nəhayət, Türkiyədə müalicə alaraq bizdən pul mükafatları qazanacaqsınız.
Nağd pul mükafatımız seçilmiş müalicəyə görə dəyişir və minimum mükafat məbləği $50-dir.
Mobil: (+994 10) 310 93 33
Email: [email protected]
Ünvan: Neftchiler Ave. 151, AZ 1010, Bakı, Azərbaycan
Turkiyede Mualice, Türkiyədə Müalicə, Xaricdə Müalicə
Xüsusi güzəştli şərtlərlə xaricde mualice almaq istəyirsinizsə, A-Medical tibbi turizm şirkəti ilə əlaqəyə Xaricde mualice ilə bağlı hərhansı bir sualınız yarandığı halda sizə uyğun olan vasitə ilə bizimlə əlaqə saxlaya bilərsiniz.
keçərək ətraflı məlumat əldə edə bilərsiniz.
A-Medical şirkəti Azərbaycanda tibbi turizm sahəsində 7 ildən artıq təcrübəsi ilə Türkiyədə müalicə və digər ölkələrdə
hər növ tibbi prosedurun yerinə yetirilməsini sizin üçün təşkil edir.
A-Medical şirkəti Türkiyede müalice və digər ölkələrdə müayinə, müalicə və əməliyyat prosedurlarının yerinə yetirilməsi və xaricdə
müalicə təşkil olunması ilə bağlı 7 ildən artıq təcrübəsi ilə sağlamlığınızı geri qaytarmaq üçün xidmətinizdədir.
Qısa formu dolduraraq pulsuz konsultasiyaya yazıl və sağlamlığın üçün ən doğru seçimi birgə təyin edək
Bir kliklə Whatsapp-a yazın