Turkiyede Mualice, Türkiyədə Müalicə, Xaricdə Müalicə
Türkiyədə tip 2 diabet cərrahiyyəsi şəkərli diabetdən əziyyət çəkən pasiyentlərin müalicəsində ən mühüm irəliləyişlərdən biridir. Bu gün bütün dünyada 462.000.000 tip 2 diabet xəstəliyindən əziyyət çəkdiyini nəzərə alsaq, bu əməliyyatın bir çox insanın müalicəsində effektiv olduğunu anlaya bilərik.
Şəkərin müalicəsi olaraq bilinən və 2-ci tip diabet üçün daimi bir həll olaraq görülən bu əməliyyat, bütün tip 2 diabet xəstələri üçün ən uğurlu həll yoludur.
Uzunmüddətli perspektivdə tip 2 diabet cərrahiyyəsi diabet və yüksək çəki (piylənmə və ya morbid piylənmə) ilə bağlı problemlərin həllində effektivdir.
Türkiyə uzun illərdir ki, 2-ci tip diabet cərrahiyyəsində dünyanın ən uğurlu ölkəsi kimi tanınır. Türkiyədə tip 2 diabet cərrahiyyəsi insanların həyat keyfiyyətini yaxşılaşdırmaq və diabetin təsirlərini azaltmaq üçün çox uğurlu bir əməliyyatdır.
Bu yazıda Türkiyədə 2-ci tip diabet əməliyyatı haqqında sizə lazım olan bütün məlumatları tapa bilərsiniz.
Tip 2 diabet əməliyyatı dərhal təsir göstərən bir müalicə növüdür.
Pasiyentlər əməliyyatdan bir neçə gün sonra şəkər xəstəliyində yaxşılaşma müşahidə edirlər.
Tip 2 diabet əməliyyatı qan şəkərinin səviyyəsini yaxşılaşdırır, dərman tələblərini azaldır və yüksək çəki itkisinə səbəb olur.
2-ci tip şəkərli diabet əməliyyatından sonra pasiyentlər şəkər dərmanından istifadəni dayandıra bilərlər.
Diabet tamamilə aradan qaldırıla bilərmi?
Bəli – metabolik və bariatrik cərrahiyyə 2-ci tip diabetin daimi müalicəsidir. Son vaxtlara qədər 2-ci tip diabeti müalicə etmək mümkün deyildi. Lakin metabolik və bariatrik cərrahiyyə sahəsində çoxlu sayda yeni tədqiqatlar və 2-ci tip diabet əməliyyatlarından əldə edilən nəticələr sübut etdi ki, metabolik və bariatrik cərrahiyyə 2-ci tip diabet üçün sübut edilmiş daimi həll yoludur.
Tip 2 diabet cərrahiyyəsi eynilə piylənmə müalicəsinə, yəni bariatrik cərrahiyə bənzəyir. Bunun səbəbi hər iki xəstəliyin bir-biri ilə sıx əlaqəli olmasıdır.
Həm şəkərli diabet, həm də piylənmə orqanizmdə maddələr mübadiləsinin pozulmasının nəticəsində meydana gəlir. Buna görə də, hər iki xəstəliyin müalicəsindən sonra pasiyentlərdə sürətli arıqlama və 2-ci tip şəkərli diabet geriləmə müşahidə olunur.
Hər iki xəstəliyin müalicəsindən sonra orqanizmin şəkərdən sağlam şəkildə istifadə etmək və balanslaşdırmaq qabiliyyəti bərpa olunur.
Tip 2 diabetin cərrahi müalicəsi qan şəkərinin səviyyəsini idarə etmək, insulin müqavimətini yaxşılaşdırmaq və çəki qazanma riskini azaltmaq məqsədi daşıyan müxtəlif prosedurları əhatə edir.
Bu prosedurlara metabolik cərrahiyyə, tranzit bölünmə, qeyri-interpozisiya əməliyyatı, mədə bypass əməliyyatı, sleeve gastrectomy və duodenal keçid ilə biliopankreatik diversifikasiya daxildir.
Türkiyədə 2-ci tip şəkərli diabet əməliyyatı üçün hansı metodun istifadə ediləcəyi həkim müayinəsi və xəstənin vəziyyətinə əsasən təyin edilir.
2-ci tip diabetin müalicəsi üçün təklif olunan bütün əməliyyatların məqsədi pasiyentlərin orqanizmlərinin insulindən daha effektiv istifadə etmək və qan şəkərini idarə etmək qabiliyyətlərini bərpa etməkdir.
Türkiyədə tip 2 diabetin cərrahi müalicəsi pasiyentin mövcud sağlamlıq vəziyyətinə görə dəyişən müxtəlif cərrahi üsullarla tətbiq edilir. Əksər hallarda, morbid obez səviyyəsinə çatmış xəstələrdə metabolik cərrahiyyə yerinə bariatrik cərrahiyyə edilir.
Əgər pasiyentin hazırkı metabolik vəziyyəti, simptomları və xəstəliklərinin səbəbi diabetdirsə, o zaman həkim 2-ci tip diabet əməliyyatlarına (bağırsaq interpozisiya əməliyyatı və ya tranzit ikitərəfli cərrahiyyə əməliyyatı) yönələ bilər.
Hər iki əməliyyatda məqsəd pasiyentin insulin ifrazını artıran bağırsaq hissəsini qida ilə təmasda ön plana çıxarmaqdır.
Bağırsaq interpozisiya əməliyyatında mədəaltı vəzi və bağırsağın öd mayelərinin qida ilə təması gecikir və bağırsaq qida ilə daha tez təmasda olur.
Tranzit ikitərəfli cərrahiyyə isə bağırsaqda qidanın daha sürətli həzm edilməsi və beləliklə də insulin ifrazının artırılması məqsədi daşıyır.
Hər iki əməliyyat növünün uğurlu olması üçün pasiyentin mədəaltı vəzi insulin istehsal etməlidir.
İstər bariatrik əməliyyatlar olsun, istərsə də metabolik əməliyyatlar laparoskopik üsullarla həyata keçirilir. Laparoskopik cərrahiyyə xəstənin qarnında 1 sm-lik 5-6 kəsiyin açılması və cərrahi alətlərin bu kəsiklərdən xəstənin bədəninə yerləşdirilərək əməliyyatın həyata keçirilməsini ifadə edir. Həm bariatrik əməliyyatlar, həm də metabolik əməliyyatlar orta hesabla 1,5 - 3 saat çəkir.
Metabolik cərrahiyyə əməliyyatlarının əsas məqsədi həzm sisteminə daxil olan qida maddələrinin nazik bağırsağa daha tez çatmasıdır. Bu yolla qida tez həzm olunur və həzm zamanı ifraz olunan GLP-1 və PPY hormonları mədəaltı vəzin daha çox insulin ifraz etməsinə şərait yaradır.
Türkiyədə tip 2 diabet əməliyyatının qiyməti 4000€-dan başlayır. Qiymət əməliyyatın növündən, istifadə olunacaq avadanlıqdan və həkimin təcrübəsindən asılı olaraq dəyişə bilər.
Türkiyədə 2-ci tip diabet əməliyyatı və digər metabolik əməliyyatların qiymətləri aşağıdakı cədvəldə göstərilib:
Prosedur | Qiymət | Xəstəxanada qalma müddəti | Ümumi səyahət müddəti |
Metabolik cərrahiyyə (bypass, mini-bypass) | 3500 € | 3 gecə | 6 gün |
Tip 2 diabet cərrahiyyəsi | 4000 € | 3 gecə | 6 gün |
Türkiyə 2-ci tip diabet cərrahiyyəsi sahəsində ən mühüm irəliləyişlərə imza atan və dünyada ən yüksək uğur faizinə malik ölkələrdən biridir.
Türkiyədə 2-ci tip şəkərli diabet cərrahiyyəsi bu sahədə ən çox tanınan təcrübəli həkimlərin iştirakı və ən müasir cərrahiyyə texnologiyalarının köməyi ilə həyata keçirilir.
Türkiyədə 2-ci tip şəkərli diabet əməliyyatının qiyməti bütün dünya ölkələri, xüsusilə Avropa ölkələri ilə müqayisədə daha ucuzdur. Bunun səbəbi Türkiyə səhiyyə sisteminin beynəlxalq pasiyentlərə təqdim etdiyi unikal imkanlar və A-Medical olaraq pasiyentlərimizə təklif etdiyimiz endirimlərdir.
Bölge Xəstəxanası (Bölge Hastanesi & Bolge Hospital) 2001-ci ildə Istanbulda fəaliyyətinə başlayıb. Xəstəxana fəaliyyətinə başladığı gündən bugünə qədər tibbin bütün sahələrində pasiyentlərə tibbi xidmətlər təklif edir. Metabolik və bariatrik cərrahiyyə üzrə Türkiyənin ən yaxşı xəstəxanaları arasında olan Bölge Hastanesi 2-ci tip şəkərli diabetin daimi müalicəsində böyük uğur qazanmışdır.
Xəstəxana beynəlxalq xəstələr üçün transfer xidməti, tərcüməçi dəstəyi və sərfəli qiymətlərlə dəbdəbəli 5 ulduzlu otellərdə qonaqlama imkanı təklif edir.
Əgər siz A-Medical vasitəsilə Bölge Xəstəxanasında 2-ci tip diabet əməliyyatı etdirməyə qərar veribsinizsə, səyahətinizi planlaşdıraraq xəstəxana ilə əlaqələrinizin qurulması, həkim təyinatlarınızın alınması və başdan sona bütün prosesin idarəedilməsi üçün bizə etibar edə bilərsiniz.
A-Medical tibbi turizm şirkəti olaraq biz sizin Bölge Xəstəxanasında endirimli qiymətlərlə 2-ci tip diabet əməliyyatı olunmağınızı və bütün tibbi proseslərinizin asanlaşdırılmasını təmin edəcəyik.
Türkiyənin Bölgə Xəstəxanasında bariatrik cərrahiyyə və tip 2 diabet cərrahiyyəsini Dr. Ahmet Şirinocak və komandası həyata keçirdir. Dr. Ahmet Şirinocak bariatrik cərrahiyyə, mədə botoksu, tiroid xəstəlikləri, mədə-bağırsaq cərrahiyyəsi, endoskopiya, kolonoskopiya, piylənmə və metabolik cərrahiyyə sahələrində yüksək müvəffəqiyyətlərə malikdir.
A-Medical vasitəçiliyi ilə Türkiyədə 2-ci tip diabet əməliyyatı almaq və müxtəlif sağlamlıq turizmi xidmətlərindən istifadə edərək müalicənizi daha sərfəli və rahat etmək istəyirsinizsə, aşağıdakı əlaqə ünvanları vasitəsilə bizimlə əlaqə saxlaya bilərsiniz.
Mobil: (+994 10) 310 93 33
Email: [email protected]
Address: Neftchiler Ave. 151, AZ 1010, Baku, Azerbaijan
Turkiyede Mualice, Türkiyədə Müalicə, Xaricdə Müalicə
Xüsusi güzəştli şərtlərlə xaricde mualice almaq istəyirsinizsə, A-Medical tibbi turizm şirkəti ilə əlaqəyə Xaricde mualice ilə bağlı hərhansı bir sualınız yarandığı halda sizə uyğun olan vasitə ilə bizimlə əlaqə saxlaya bilərsiniz.
keçərək ətraflı məlumat əldə edə bilərsiniz.
A-Medical şirkəti Azərbaycanda tibbi turizm sahəsində 7 ildən artıq təcrübəsi ilə Türkiyədə müalicə və digər ölkələrdə
hər növ tibbi prosedurun yerinə yetirilməsini sizin üçün təşkil edir.
A-Medical şirkəti Türkiyede müalice və digər ölkələrdə müayinə, müalicə və əməliyyat prosedurlarının yerinə yetirilməsi və xaricdə
müalicə təşkil olunması ilə bağlı 7 ildən artıq təcrübəsi ilə sağlamlığınızı geri qaytarmaq üçün xidmətinizdədir.
Qısa formu dolduraraq pulsuz konsultasiyaya yazıl və sağlamlığın üçün ən doğru seçimi birgə təyin edək
Bir kliklə Whatsapp-a yazın