Turkiyede Mualice, Türkiyədə Müalicə, Xaricdə Müalicə
Dubayda mini gastrik bypass əməliyyatı yüksək çəkidən əziyyət çəkən pasiyentlər arasında populyar olan bariatrik cərrahiyyə əməliyyatlarından biridir. Mini gastrik bypass əməliyyatı mini RNY gastrik bypass əməliyyatı olaraq da tanınır.
Dubayda mini gastrik bypass əməliyyatı mədənin 30-a 70% bölünməsi ilə həyata keçirilən 2 etaplı prosesdir.
Dubayda mədə kiçiltmə əməliyyatı yüksək çəki, habelə yüksək çəki səbəbilə yaranan tip 2 diyabet, hipertoniya və yuxu apnesi kimi xəstəliklərin həllində böyük rol oynayır.
A-Medical pasiyentlərinin böyük bir hissəsi artıq çəkidən qurtulmaq üçün Türkiyə və Dubay kimi ölkələrə güvənir. Pasiyentlərimizin böyük bir qisminin mədə kiçiltmə əməliyyatı üçün Dubaya üstünlük verməsindəki əsas səbəb isə bariatrik cərrahiyyə əməliyyatlarının Dubayda Almaniya, İngiltərə və Amerikadan xüsusi olaraq gətirilmiş bariatrik cərrahlar tərəfindən həyata keçirilməsidir.
Mini gastrik bypass əməliyyatı sürətli və təhlükəsiz şəkildə arıqlamağı hədəfləyən yüksək çəkili pasiyentlərə tətbiq edilən bariatrik cərrahiyyə əməliyyatıdır. Mini gastrik bypass əməliyyatı digər bariatrik cərrahiyyə növləri ilə müqayisədə daha qısa sağalma müddətinə sahib asan bir əməliyyatdır.
Mini gastrik bypass tip 2 diyabet və hipertoniya üçün effektiv müalicə üsuludur.
Mini gastrik bypass əməliyyatında bariatrik cərrah mədənizin kiçildilməsi ilə uzun müddət tox hiss etməyinizi hədəfləməkdədir. Bu sayədə siz daha az qida qəbul edərək uzun müddət tox hiss edə bilər və çəkinizi nəzarət altında saxlaya bilərsiniz.
Hər iki əməliyyat növündə mədə iki hissəyə ayrılır. Mini gastrik bypass ilə gastrik bypass arasındakı əsas fərq isə bağırsağın mədəyə bölünmədən bağlanmasıdır.
İki əməliyyat növü arasındakı fərqlərdən bir digəri isə əməliyyat zamanı yaradılan ikinci mədənin və bypass edilən bağırsağın ölçüsüdür.
Hər iki əməliyyat arasında ən sürətli sağalma müddətinə və ən az əlavə təsirə sahib olan əməliyyat isə mini gastrik bypass əməliyyatıdır.
Mini gastrik bypass əməliyyatı mədə həcminin kiçildilməsi və incə bağırsağın qida qəbulunun azaldılması üçün həyata keçirdilir. Bu əməliyyat üçün başlanğıcda mədənizdə 1 santimetr ölçüsünə sahib bir neçə kəsik atılır. Əməliyyat üçün lazım olan bütün tibbi alətlər həmin kəsiklər vasitəsilə mədənizə yerləşdirilir və sürətli bir şəkildə əməliyyat icra edilir.
Dubayda mədə kiçiltmə əməliyyatı (Dubayda arıqlama əməliyyatı) zamanı mədə girişinizdə kiçik ikinci bir mədə yaradılır və incə bağırsaq yaradılan bu mədəyə bypass edilir. Yaradılan mədə pasiyentin əməliyyatdan sonrakı həyatında istifadə edəcəyi əsas mədə olur.
Əməliyyat zamanı pasiyentin heç bir orqanı alınmır. İstifadə edilməyəcək olan əsas mədə isə bədəndə saxlanılır.
Əməliyyat ortalama olaraq 1,5 - 3 saat çəkir və pasiyent əməliyyat zamanı heç bir ağrı və ya hiss hissetmir.
Dubayda Mini Gastrik Bypass əməliyyatının faydaları:
Bütün bariatrik cərrahiyyə əməliyyatlarında olduğu kimi, mini gastrik bypass əməliyyatında da əsas məqsəd estetik görünüş deyil, pasiyentin sağlamlığıdır.
Dubayda bariatrik cərrahiyyə əməliyyatı olunaraq əldə edəcəyiniz üstünlüklər:
Digər cərrahiyyə prosedurları ilə müqayisədə daha az riskli arıqlama əməliyyatı
Əməliyyatdan sonra bədəninizdə heç bir əməliyyat izi qalmır
Qısa müddət ərzində gündəlik həyata qayıdırsınız
Mini gastrik bypass əməliyyatı yüksək çəki və obezite ilə bağlı yaranan xəstəliklərin həllində yüksək uğura sahibdir
Qısa müddətdə yüksək miqdarda və təhlükəsiz çəki itkisi
Dubayda mini gastrik bypass əməliyyatı olunaraq itirəcəyiniz çəkinin miqdarı mövcud çəkinizdən, yaşınızdan, cinsiyyətinizdən və ümumi sağlamlıq vəziyyətinizdən asılıdır. Lakin onu deyə bilərik ki, mini gastrik bypass əməliyyatı təməldə arıqlama əməliyyatıdır və bu əməliyyatı olan pasiyentlər qısa müddətdə sürətli bir şəkildə arıqlaya bilirlər.
Araşdırmalara görə, mini gastrik bypass əməliyyatından sonrakı iki il ərzində pasiyentlər artıq çəkilərinin 80%-ə qədər hissəsindən azad olublar.
Mini gastrik bypass əməliyyatından sonra pasiyentlərin diyabet, hipertoniya və yuxu apnesi kimi artıq çəki ilə bağlı sağlamlıq problemlərində də sağalmaların müşahidə olunduğunu qeyd etmək istəyirik.
Birləşmiş Ərəb Əmirliklərində mini gastric bypass əməliyyatı qiyməti təqribən 13.000 ABŞ dolları ilə 15.000 ABŞ dolları arasında dəyişir.
Əməliyyatın növündən, həkimin təcrübəsindən, lazım olan cərrahi ləvazimatlardan və s. Asılı olaraq qiymətlərdə dəyişiklik gözlənilə bilər.
Dubayda mədə kiçiltmə əməliyyatı olunmaqla əldə edəcəyiniz üstünlüklər:
1) Endirimlər
2) Xəstəxanaya köçürmə
3) Klinika ilə əlaqə yaratmaq və həkim qəbulunu təşkil etmək
4) Lazımi sənədlərin tərcüməsi və klinikaya göndərilməsi
5) Tərcüməçi dəstəyi
6) Proses boyu xəstənin təqibi
Dubayda mini gastrik bypass əməliyyatının qiymətini öyrənmək üçün Whatsapp vəya E-mail vasitəsilə bizimlə əlaqə saxlaya bilərsiniz.
Burjeel Xəstəxanası Birləşmiş Ərəb Əmirliklərinin Şarja şəhərində yerləşən çox ixtisaslı xəstəxanadır. Xəstəxana mini gastrik bypass əməliyyatı kimi bariatrik əməliyyatlar daxil olmaqla bir sıra tibbi xidmətlər təklif edir.
Burjeel Xəstəxanası 75 çarpayıya malikdir və 24 saat təcili yardım xidməti göstərir. Xəstəxananın 24 saat fəaliyyət göstərən laboratoriyası var.
Burjeel Xəstəxanasında ən son texnika və avadanlıqlardan istifadə edərək mini gastrik bypass əməliyyatı həyata keçirən yüksək ixtisaslı və təcrübəli bariatrik cərrah heyətinə sahibdir. Bariatrik cərrahlar pasiyentlərin mümkün olan ən yaxşı nəticələr əldə etmələrini təmin etmək üçün əməliyyatdan əvvəl və sonra hərtərəfli qayğı göstərirlər.
Burjeel Xəstəxanasında mini gastrik bypass əməliyyatları Prof. Dr. Basil Amori və Dr Toufic Ata tərəfindən həyata keçirilir.
A-Medical sağlamlıq turizm şirkəti sizə Dubayda arıqlama əməliyyatı əldə etməyi təklif edir. Dünyanın ən inkişaf etmiş səhiyyə sistemlərindən biri olan Dubayda mütəxəssis həkimlərin köməyi və ən son nəsil texnologiyalar ilə mini gastrik bypass əməliyyatı olunmaq üçün bizimlə əlaqə saxlayın.
Mobil: (+994 10) 310 93 33
Email: [email protected]
Ünvan: Neftçilər prospekti 151, AZ 1010, Bakı, Azərbaycan
Turkiyede Mualice, Türkiyədə Müalicə, Xaricdə Müalicə
Xüsusi güzəştli şərtlərlə xaricde mualice almaq istəyirsinizsə, A-Medical tibbi turizm şirkəti ilə əlaqəyə Xaricde mualice ilə bağlı hərhansı bir sualınız yarandığı halda sizə uyğun olan vasitə ilə bizimlə əlaqə saxlaya bilərsiniz.
keçərək ətraflı məlumat əldə edə bilərsiniz.
A-Medical şirkəti Azərbaycanda tibbi turizm sahəsində 7 ildən artıq təcrübəsi ilə Türkiyədə müalicə və digər ölkələrdə
hər növ tibbi prosedurun yerinə yetirilməsini sizin üçün təşkil edir.
A-Medical şirkəti Türkiyede müalice və digər ölkələrdə müayinə, müalicə və əməliyyat prosedurlarının yerinə yetirilməsi və xaricdə
müalicə təşkil olunması ilə bağlı 7 ildən artıq təcrübəsi ilə sağlamlığınızı geri qaytarmaq üçün xidmətinizdədir.
Qısa formu dolduraraq pulsuz konsultasiyaya yazıl və sağlamlığın üçün ən doğru seçimi birgə təyin edək
Bir kliklə Whatsapp-a yazın