+99410 310 93 33

WHATSAPPA YAZIN

BLOQ

Sana Xəstəxanalar Şəbəkəsi Almaniyanın ən böyük tibbi şəbəkəsidir. Almaniyanın bütün bölgələrində 50-dən artıq xəstəxanaya və 25-dən çox tibbi yardım mərkəzinə sahib olan Sana Xəstəxanalar Şəbəkəsi hər il 2 milyondan artıq pasiyentin müalicəsini təmin edir.


Multidisiplinar xəstəxanalar olan Sana Xəstəxanalarında bütün tibb sahələrinə uyğun müalicə xidmətləri göstərilir. Xəstəxanalar istər qısamüddətli, istərsə də xroniki və uzunmüddətli xəstəliklərin müalicəsi üçün ən effektiv müalicə xidmətlərini təqdim edir.


Almaniya səhiyyə sistemində çox mühüm yerə sahib olan Sana Xəstəxanaları geniş tibbi portfolio, qabaqcıl texnoloji cihazlar, innovativ müalicə üsulları və ciddi tibbi standartlara malikdir. Əgər Sana Xəstəxanalarında müalicə almağı düşünürsünüzsə, xəstəxananın xidmət keyfiyyətinə və pasiyent məmnunluğundan əmin ola bilərsiniz.




Sana Xəstəxanaları Haqqında Nələri Bilməlisiniz?


Sana Xəstəxanaları Almaniya səhiyyə sistemində ən böyük səhiyyə təminatçılarıdır. Bu, onları həm insan resursları, həm də texnoloji inkişaf baxımından digər xəstəxanalarla müqayisədə daha yüksək səviyyəyə gətirir.


Gəlin Sana Xəstəxanası ilə bağlı bəzi vacib faktlara nəzər salaq:


  1. Sana Xəstəxanalarında 600-dən çox baş həkim fəaliyyət göstərir.

  2. Sana Xəstəxanalarında 4500 tibb işçisi fəaliyyət göstərir

  3. Sana Xəstəxanalarında 11.000 xüsusi təlim keçmiş tibb bacısı heyəti var

  4. Xəstəxanalar hər il 2 milyondan çox xarici vətəndaşı uğurla müalicə edir

  5. Sana Xəstəxanalar Şəbəkəsi Almaniyada 50-dən çox xəstəxanaya və 25-dən çox tibbi xidmət mərkəzinə sahibdir.


Sana Xəstəxanaları Müalicə Sahələri


Sana Xəstəxanaları çoxşaxəli xəstəxanalardır və bir dam altında 50-yə yaxın müxtəlif tibb sahəsinin müalicəsini təmin edir. Xarici pasiyentlər tərəfindən xəstəxananın ən çox üstünlük verilən tibbi xidmətlər arasında pediatriya, estetik cərrahiyyə, xərçəng müalicəsi, bariatrik cərrahiyyə, ağız cərrahiyyəsi, onurğa cərrahiyyəsi və digər müalicələr yer alır.


Sana Xəstəxanalar Şəbəkəsinin sahib olduğu beynəlxalq sertifikatlar və akreditsiyalar: ChestPainUnit for Sana Hospitals Lübeck, DGK for Visceral Oncology Center (Sana Hospital Lichtenberg), EndoCert for Sana Dreifaltigkeits Hospital Cologne, Competence Center Minimally Invasive Surgery for Sana Hospitals Leipziger Land, Cardiac Arrest Center for Heart Center Cottbus, TÜV Quality Management Acute Pain Therapy for Sana Hospital Munich.


Sana Xəstəxanalarında İstifadə Edilən Texnologiyalar


Sana xəstəxanaları yüksək Alman texnologiyaları və robotik cərrahiyyə alətləri ilə təchiz olunmuşdur. Sana Xəstəxanalarında istifadə olunan texnologiyalar:


  1. Maqnit Rezonans Tomoqrafiya (1,5-3 Tesla gücü)

  2. İki çox bölməli kompüter tomoqrafiyası

  3. Mammoqrafiya

  4. Rentgen

  5. Histeroskop

  6. Cyberknife Radio -Cərrahiyyə Sistemi

  7. Laparoskop

  8. Endoskop

  9. Yüksək rezolyusiyaya malik ultrasəs avadanlığı

  10. Sonoqramma

  11. Cərrahi mikroskoplar


Niyə Sana Xəstəxanalarında Müalicə Almalısınız?


Sana Hospital Group daxilindəki xəstəxanaların xaricdən müalicə məqsədilə gələn vətəndaşlara təqdim etdiyi imkanlar müalicənin sizin və ailəniz üçün keyfiyyətli və xoş keçməsinə imkan verir. Hər il yüz minlərlə beynəlxalq pasiyent müalicələrini problemsiz almaq üçün Sana Xəstəxanalarına gəlir.


Sana Hospital tərəfindən beynəlxalq pasiyentlərə göstərilən xidmətlər:


  1. Xüsusi rahatlıq və xidmətlərə malik yataq dəstləri

  2. Hər xəstəxanada çoxdilli pasiyent köməkçiləri (rus dili daxil olmaqla)

  3. Mədəni cəhətdən uyğunlaşdırılmış yemək planları (Halal, Kosher və s.)

  4. Beynəlxalq media (TV, WLAN)

  5. Kredit kartları ilə ödəniş sistemi

  6. Tibbi prosedurlar üçün şəffaf xərc hesabatları

  7. Xidmətlərin davamlılığı: ambulator və reabilitasiya xidmətləri mövcuddur və ya inteqrasiya edilmişdir

  8. Beynəlxalq hava limanlarına transfer / hava limanından xəstəxanaya transfer


Beynəlxalq pasiyentlərin asanlıqla müalicə ala bilmələri və heç bir çətinliklə üzləşməmələri üçün Sana Hospitals hər bir xəstə və ya ailə üçün xüsusi iş menecerləri təyin edir.


Sizə təyin olunmuş iş menecerləri sizi aşağıdakı xidmətlərlə təmin edir:


  1. 150-dən çox tibbi mütəxəssisdən müalicə almaq imkanı

  2. Ən uyğun mütəxəssisin seçilməsi

  3. 48 saat ərzində müalicə təkliflərinin və xərc smetalarının çatdırılması


Sana xəstəxanaları tərəfindən pasiyentlərə göstərilən xidmətlər, pasiyent məmnuniyyəti və xəstəxanaların keyfiyyəti Almaniyada müalicə almaq istəyən pasiyentlərimizə Sana xəstəxanalarını tövsiyyə etməyə sövq edir. Dünyanın müxtəlif ölkələrindən minlərlə vətəndaşın Almaniyada müalicəsini təmin etmiş tibbi turizm şirkəti olaraq təklif etdiyimiz tibbi turizm xidmətləri Almaniyaya tibbi müalicə məqsədli səfərinizi tətilə çevirir.


A-Medical Vasitəçiliyi ilə Almaniyanın Sana Xəstəxanalarında Müalicə Alın




A-Medical şirkəti olaraq dünyanın bütün bölgələrindən pasiyentlərin xaricdə müalicəsini təşkil edirik. Sağlamlıq turizmi sahəsində lider şirkət olaraq Almaniyanın aparıcı xəstəxanalar qrupu olan Sana Hospital Group xəstəxanalarında müalicə almaq istəyən hər kəsin müalicəsini asanlaşdırır və müalicə səfərinizi tətilə çeviririk!


Mobile: (+994 10) 310 93 33

Whatsapp: +90 533 423 35 48

Email: [email protected]

Address: Neftchiler Ave. 151, AZ 1010, Baku, Azerbaijan


Turkiyede Mualice, Türkiyədə Müalicə, Xaricdə Müalicə

Xüsusi güzəştli şərtlərlə xaricde mualice almaq istəyirsinizsə, A-Medical tibbi turizm şirkəti ilə əlaqəyə
keçərək ətraflı məlumat əldə edə bilərsiniz. A-Medical şirkəti Azərbaycanda tibbi turizm sahəsində 7 ildən artıq təcrübəsi ilə Türkiyədə müalicə və digər ölkələrdə
hər növ tibbi prosedurun yerinə yetirilməsini sizin üçün təşkil edir.

Xaricde mualice ilə bağlı hərhansı bir sualınız yarandığı halda sizə uyğun olan vasitə ilə bizimlə əlaqə saxlaya bilərsiniz.
A-Medical şirkəti Türkiyede müalice və digər ölkələrdə müayinə, müalicə və əməliyyat prosedurlarının yerinə yetirilməsi və xaricdə
müalicə təşkil olunması ilə bağlı 7 ildən artıq təcrübəsi ilə sağlamlığınızı geri qaytarmaq üçün xidmətinizdədir.


Pulsuz konsultasiyadan yararlan

Qısa formu dolduraraq pulsuz konsultasiyaya yazıl və sağlamlığın üçün ən doğru seçimi birgə təyin edək

Bir kliklə Whatsapp-a yazın