+99410 310 93 33

WHATSAPPA YAZIN

BLOQ

Bel Etage Klinikası Haqqında


Clinic Bel Etage ortopediya, vertebrologiyaneyrocərrahiyyə üzrə müasir müalicələr təklif edən Almaniya klinikasıdır. Clinic Bel Etage Düsseldorfdakı Pradus Tibb Mərkəzində yerləşir.


Clinic Bel Etage mürəkkəb xəstəliklərin müalicəsində yeni müalicə üsulları təklif edən və təklif etdiyi alternativ müalicə üsulları ilə dünyada reputasiya qazanmış klinikadır. Siz Clinic Bel Etage-də müalicə almaqla tibbdə yüksək texnologiyanın və ən müasir müalicə üsullarının köməyi ilə heç bir xəstəliyin müalicəsiz olmadığını görə bilərsiniz.


Bu günə qədər klinikada göstərilən ən uyğun müalicələr:


  1. Neyrocərrahiyyə

  2. Ortopediya

  3. Vertebrologiya

  4. Plastik cərrahiyyə

  5. Alternativ tibb


Clinic Bel Etage hər pasiyent üçün xüsusiləşdirilmiş və bütöv müalicələr təklif edir. Bu o deməkdir ki, həkimlər pasiyentə özəl müalicə planı hazırlarkən eyni zamanda müalicənin sadəcə xəstəliyə yox, pasiyentin ümumi səhhətinə necə təsir edəcəyini də düşünürlər.


Clinic Bel Etage: Müalicələr və Xüsusi Sahələr


Clinic Bel Etage xüsusilə ortopediya və plastik cərrahiyyə sahəsində pasiyentlərə müxtəlif xidmətlər təklif edir. Klinikada təklif edilən müalicələr fiziki terapevtlərin, plastik cərrahların, estetiklərin və ortoped travmatoloqların fikirləri əsasında formalaşdırılır. Klinikada formalaşdırılan müalicələr pasiyentlərə özəldir və müalicə planı hazırlanarkən pasiyentin xüsusi istək və arzuları, narahatlıqları və problemləri diqqətə alınır.


bel etage clinic

Clinic Bel Etage-də göstərilən xüsusi müalicələr:


  1. Fəqərəarası Disk Protezləri

  2. Omba Cərrahiyyəsi və AMIS Hip Protezləri

  3. Tərs çiyin protezi

  4. Kompressiya sindromu

  5. Qığırdaq Hüceyrəsinin Transplantasiyası

  6. Minimal İnvaziv Ağrı Müalicəsi

  7. Süni diskin dəyişdirilməsi

  8. Hip Cərrahiyyəsi

  9. Skolioz

  10. Kompressiya sindromları

Clinic Bel Etage Klinikasında Göstərilən Xidmətlər


Ödənişsiz tərcüməçi dəstəyi


Almaniyada müalicə almaq çox vaxt beynəlxalq pasiyentlər üçün problemdir. Bunun əsas səbəbi isə ünsiyyətdir. Həkimin məsləhətləşməsinin bütün aspektlərini və nəticədə xəstə üçün nəzərdə tutulmuş ən uyğun müalicəni başa düşmək və özünüzü müalicəyə hazırlamaq üçün düzgün ünsiyyət vacibdir. Klinikada müalicəniz zamanı heç bir ünsiyyət problemi yaşamamağınız üçün Clinic Bel Etage sizi pulsuz tərcüməçi ilə təmin edir. Beləliklə, klinikada mümkün olan ən yaxşı dəstəyi alırsınız və hər hansı bir qeyri-müəyyənlik vəziyyətində düzgün qərarlar verə bilərsiniz.


Sağlam və xüsusi yeməklər


Klinikada pasiyentlərin müalicə prosesi boyunca sağlam qidalanmalarını təmin etmək və sağalma proseslərini sürətləndirmək üçün klinikanın öz restoranı olan Chez la Belle restoranından sağlam və dadlı yeməklər pasiyentlərə təqdim olunur. Klinika və restoran pasiyentin müalicə prosesi müddəti boyunca balanslaşdırılmış pəhrizi təmin etmək üçün birlikdə çalışır.


Tibbi SPA


Klinika pasiyentlərin müalicə prosesində özlərini rahat hiss etmələri, alternativ təbabətdən yararlanmaları və dəri sağlamlığını qorumaq üçün müalicə planlarına fərdi terapiya konsepsiyasını da yerləşdirir.


Pasiyentlər Niyə Clinic Bel Etage Klinikasına Üstünlük Verirlər?


orthopedic

Alman mütəxəssisləri tərəfindən göstərilən yüksək keyfiyyətli ortopedik müalicə


Clinic Bel Etage dünyanın ən qabaqcıl ortopediya mərkəzlərindən biridir, Klinika Düsseldorfun ən mənzərəli yerində, dövlət parlamentinin binası ilə birbaşa üzbəüz olan zərif və müasir binada yerləşir. Almaniyanın kiçik, lakin ortopedik nəhənginə çevrilən bu klinika mürəkkəb xəstəliklərin müalicəsində yüksək uğura malikdir.


Süni diskin dəyişdirilməsi, omba cərrahiyyəsi, AMIS omba və tərs çiyin protezi kimi ortopedik müalicələr klinikanın ən uğurlu müalicələri arasındadır.


Rahat və problemsiz müalicə imkanı


Clinic Bel Etage PASİYENT məmnuniyyətinə görə beynəlxalq nüfuza malikdir. Beynəlxalq pasiyentlərin bu klinikanı seçməsinin əsas səbəbləri arasında fərdi müalicə, kompleks müalicə, pasiyent yönümlü yanaşma, xüsusi pəhrizlər, sağlam qidalar təqdim edən restoran, gözəl və rahat otaqlar və həkimlərin yanaşmaları daxildir.


Stiegelmeyer çarpayıları


stiegelmeyer

Clinic Bel Etage klinikası pasiyentlərin klinikada qonaqlaması üçün üç növ otaq təklif edir. Hər bir otaq əməliyyatdan sonra sürətli sağalmanı təmin etmək üçün xüsusi olaraq dizayn edilmişdir.


Otaqlarda tapa biləcəyiniz üstünlüklər:


  1. WLAN/LAN

  2. Düz ekran TV və qonaq otağı

  3. Kabel tv

  4. Kondisioner

  5. Geyinmə otağı

  6. Qəhvə maşını

  7. Duş


Klinikanın əsas ixtisasının ortopedik müalicələr olduğunu nəzərə alsaq, müalicə alan pasiyentlərin ən rahat çarpayılarda dincəlmələri çox vacibdir. Buna görə də klinika hər otaqda uğurlu çarpayı markası olan Stiegelmeyer çarpayılarını yerləşdirib. Bu çarpayılar sayəsində ortopedik müalicə alan pasiyentlər öz otaqlarında rahat dincələ bilir və tez sağalırlar.


A-Medical vasitəsilə Clinic Bel Etage-də Müalicə Alın


A-Medical sağlamlıq turizmi şirkəti olaraq biz Almaniyada müalicə almaq istəyən hər kəsə Clinic Bel Etage-nin yüksək keyfiyyətli xidmətlərini tövsiyə edirik. Almaniyanın ən keyfiyyətli klinikalarından biri olan Clinic Bel Etage-də endirimli qiymətlərlə asan və komfortlu müalicə almaq istəyirsinizsə, sizə ən uyğun olan əlaqə kanalları ilə bizimlə əlaqə saxlaya bilərsiniz.


Əlaqə Səhifəmiz
Ünvan: Neftçilər pr. 151, AZ 1010, Bakı, Azərbaycan
Əlaqə nömrəsi: (+994 10) 310 93 33

Whatsapp ilə əlaqə
E-Mail: [email protected]

Turkiyede Mualice, Türkiyədə Müalicə, Xaricdə Müalicə

Xüsusi güzəştli şərtlərlə xaricde mualice almaq istəyirsinizsə, A-Medical tibbi turizm şirkəti ilə əlaqəyə
keçərək ətraflı məlumat əldə edə bilərsiniz. A-Medical şirkəti Azərbaycanda tibbi turizm sahəsində 7 ildən artıq təcrübəsi ilə Türkiyədə müalicə və digər ölkələrdə
hər növ tibbi prosedurun yerinə yetirilməsini sizin üçün təşkil edir.

Xaricde mualice ilə bağlı hərhansı bir sualınız yarandığı halda sizə uyğun olan vasitə ilə bizimlə əlaqə saxlaya bilərsiniz.
A-Medical şirkəti Türkiyede müalice və digər ölkələrdə müayinə, müalicə və əməliyyat prosedurlarının yerinə yetirilməsi və xaricdə
müalicə təşkil olunması ilə bağlı 7 ildən artıq təcrübəsi ilə sağlamlığınızı geri qaytarmaq üçün xidmətinizdədir.


Pulsuz konsultasiyadan yararlan

Qısa formu dolduraraq pulsuz konsultasiyaya yazıl və sağlamlığın üçün ən doğru seçimi birgə təyin edək

Bir kliklə Whatsapp-a yazın