facebook
Türkiyədə Əməliyyat Olanlar Üçün Ödənişsiz Check Up Müayinəsi

Türkiyədə ödənişsiz check-up müayinəsini necə əldə edə bilərəm?


Türkiyənin səhiyyə sisteminə daxil olan və ən çox tələb olunan tibbi xidmətlərdən birisi də check-up müayinələridir. Başda Avropa və Orta Şərq vətəndaşları olmaqla, hər il yüz minlərlə xarici vətəndaş keyfiyyətli check-up müayinəsi üçün Türkiyə klinikalarına müraciət edir.


Check-up vəya tibbi müayinə nədir?


Tibbi müayinələr həkim tərəfindən insanların ümumi sağlamlığına nəzarət etmək məqsədi daşıyan müxtəlif tibbi testlərdən ibarət səhiyyə xidmətləridir.


Qan analizi, vitamin testləri, orqan funksiyalarının qiymətləndirilməsi, xolesterin və lipid səviyyələrinin ölçülməsi, tiroid testi, hepatit testi, sidik testləri, xərçəng və böyrək analizləri, qarın boşluğunun ultrasəs müayinəsi, MRT, USM, ağciyər qrafiyası, elektrokardioqrafiya və s tibbi müayinəyə daxil olan xidmətlər arasındadır.


Baş vermə riski olan və ya artıq mövcud olan xəstəliklərin erkən diaqnostikasında müntəzəm tibbi müayinələr çox uğurludur. Xüsusilə 40 yaşdan yuxarı insanlarda göz müayinələri, kardioloji müayinələr, böyrək və qaraciyər analizləri çox önəmlidir.


Türkiyədə check-up müayinəsi


Türkiyə klinikaları keyfiyyətli və hərtərəfli check-up paketləri təklif edir. Bu paketlərə sağlamlıq vəziyyətinizin hərtərəfli müayinəsi üçün tələb olunan bütün tibbi testlər daxildir.


Türkiyədə check up müayinələri təcrübəli və təcrübəli həkim və tibb bacılarının köməyi ilə həyata keçirilən və 1 gün ərzində tamamlanan bir prosesdir.


Check-up müayinə prosesi həkiminizin xəstəlik tarixçənizi öyrənməsi ilə başlayır. Proses zamanı siz müxtəlif tibbi analizlər verir və fiziki analizlərdən keçirsiniz. Proses ən qabaqcıl müayinə və görüntüləmə testləri ilə başa çatır.


Türkiyədə standart check-up paketinə aşağıdakılar daxildir:


  1. Qan testləri

  2. Vitamin analizləri

  3. Fiziki müayinə

  4. Sidik analizi

  5. Xəstəliklər üçün skrininq

  6. Eşitmə və görmə testləri

  7. Ağız-diş müayinəsi

  8. Xəstə daha yaşlıdırsa, yaddaş testləri

  9. X-ray görüntüləmə testləri (sinə)

  10. Pasiyent qadındırsa, ginekologiya, mammoqrafiya və digər testlər

  11. Pasiyentin onkoloji tarixçəsi varsa onkoloji testlər


Tibbi check-up paketinin bütün komponentləri tamamlandıqdan sonra bütün nəticələr sizin üçün xüsusi olaraq təyin edilən həkimə çatdırılır və yekun nəticəni almaq üçün həkimə müraciət edilir.


Siz Türkiyədə tibbi müayinədən keçdikdən sonra həkiminiz analizlərin nəticələrinə əsasən sizə müxtəlif tibbi məsləhətlər verəcəkdir. Eyni zamanda mövcud və ya yaranma riski olan xəstəliklər barədə məlumatları da həkiminiz sizə bildirəcək və lazım gələrsə, müalicə üçün başqa həkimə yönləndirəcəkdir.


Türkiyə check up qiymətləri, Türkiyədə Check-up qiymetleri


Türkiyədə check up qiyməti klinikaya, həkimin təcrübəsinə, istifadə olunan texnologiyalara və check-up paketinə daxil olan xidmətlərə görə dəyişir.


Bilməlisiniz ki, Türkiyədə check up paketlərinin qiyməti Avropa ölkələri ilə müqayisədə 55-65% daha ucuzdur.Buna səbəb Türkiyənin səhiyyə sistemi tərəfindən xarici vətəndaşlara və müalicə turizmi məqsədilə ölkəyə gələnlərə əlavə endirimlərin tətbiq edilməsidir.


Aşağıdakı cədvəldə Türkiyədə check-up qiymətləri ilə bağlı məlumatları görə bilərsiniz. Ətraflı qiymət məlumatı üçün "Türkiyədə Check-Up Müayinəsi" səhifəmizə keçid edə bilərsiniz.



Klinika

Qiymət

Acibadem

$580-dan başlayaraq

American Hospital

$635-dan başlayaraq

Koç Universitet Xəstəxanası

$305-dan başlayaraq

Florence Nightingale

$400-dan başlayaraq


Qeyd: Bu qiymətlər yalnız A-Medical pasiyentləri üçün təyin edilmiş xüsusi qiymətlərdir. Klinikalara birbaşa müraciət edənlər üçün qiymətlər dəyişə bilər.



A-Medical müştəriləri və yaxınları üçün Türkiyədə ödənişsiz check-up müayinəsi


A-Medical tibbi turizm şirkəti olaraq xidmətlərimizdən faydalanaraq Türkiyədə əməliyyat olan pasiyentlərimizə Türkiyədə ödənişsiz check-up müayinəsi olmaq şansı veririk.


Əgər siz xidmətlərimizdən istifadə edərək Türkiyədə əməliyyat olmusunuzsa, siz və ya yaxınlarınız Türkiyənin ən inkişaf etmiş klinikalarında ödənişsiz bir şəkildə check up müayinəsi əldə edə bilərsiniz.


Kampaniyamız Acibadem Xəstəxanası, Koç Universitet Xəstəxanası və Florence Nightingale xəstəxanasında 10.000$-a qədər, American Hospital-da isə $15.000 və daha yuxarı qiymətlərlə əməliyyat olan pasiyentlərimiz və onların yaxınları üçün keçərlidir.


Türkiyədə pulsuz check-up müayinəsi oluna biləcəyiniz klinikalar


Acıbadem xəstəxanası




Türkiyədə fəaliyyət göstərən Acıbadem Klinikası, ölkədə 30-dan çox klinikası olan Acıbadem şəbəkəsinin bir hissəsidir. Acıbadem klinikası Türkiyə səhiyyə sisteminin onurğa sütunudur və ölkənin ən böyük tibb mərkəzlərinə sahibdir. Acıbadem klinikaları ən qabaqcıl diaqnostika texnologiyaları və müayinə üsulları ilə pasiyentlərə hərtərəfli tibbi analizlər təklif edir. Pasiyentlərin müayinəsi beynəlxalq protokollar, standartlar və qaydalar əsasında həyata keçirilir.


Acıbadem Hospital check-up paketlərində ümumilikdə 20-dən çox müayinə yer alır.


Amerikan Xəstəxanası




American Hospital Clinic İstanbulda yerləşən JCI akkreditasiyalı qabaqcıl xəstəxanadır. Klinika pasiyent məmnuniyyəti, xidmət keyfiyyəti və təhlükəsizliyi baxımından beynəlxalq nüfuza malikdir. American Hospital müxtəlif xəstəliklərin, xüsusən də mürəkkəb xəstəliklərin müayinəsi, diaqnostikası və müalicəsində ən yüksək müvəffəqiyyət göstəricisi olan xəstəxanalardan biridir.


American Hospital klinikasının check-up paketlərinə tam tibbi müayinəniz üçün lazım olan bütün tibbi analizlər və testlər daxildir.


Koç Universitet Xəstəxanası




Koç Universitet Xəstəxanası İstanbulda fəaliyyət göstərən özəl klinikadır. Klinika Türkiyənin ən böyük holdinqlərindən biri olan Koç Qrupunun törəmə şirkəti olan Koç Sağlamlıq Qürumlarının bir parçasıdır.


Koç Universitet Xəstəxanası fərdi ehtiyaclara və tibbi tarixçəyə əsasən yaradılmış müxtəlif check up paketlərinə sahibdir. Koç Universitet Xəstəxanasının check-up müayinə paketlərinə ümumi laboratoriya testləri, diaqnostikalar, həkim konsultasiyası və əlavə tibbi analizlər daxildir.


Florence Nightingale Klinikası




Florence Nightingale klinikası Türkiyənin ən qabaqcıl və ən mürəkkəb tibbi müalicələrini təqdim edən klinikalardan biridir. Klinika pasiyent məmnuniyyəti, xidmət keyfiyyəti və tibbi inkişafın təsdiqlənməsi məqsədilə JCI akredit olunmuşdur.


A-Medical tibbi turizm şirkətinin xidmətlərindən faydalanaraq Türkiyədə əməliyyat olunmusunuzsa, sizə təqdim etdiyimiz ödənişsiz check-up müayinəsi paketini Türkiyənin ən inkişaf etmiş klinikalarından biri olan Florence Nightingale klinikasında istifadə edə bilərsiniz. Klinika tərəfindən təqdim edilən check up paketləri 20-dən artıq tibbi analizi ehtiva edir.


A-Medical ilə Türkiyədə Ödənişsiz Check-Up Müayinəsi


Xidmətlərimizdən faydalanaraq Türkiyədə əməliyyat olan pasiyentlərimizə təqdim etdiyimiz pulsuz checkup müayinə xidməti sayəsində pasiyentlərimiz ən keyfiyyətli tibbi müayinələrdən keçə bilərlər.


Qeyd etmək istəyirik ki, ödənişsiz check-up müayinə paketimizdən pasiyentlərimizin yaxınları da faydalana bilər.


A-Medical xidmətlərindən faydalanmaq, Türkiyədə endirimli qiymətlərlə müalicə olunmaq, müalicə məqsədli səfərinizi tətilə çevirmək və ölkənin ən qabaqcıl klinikalarında ödənişsiz check-up müayinəsi əldə etmək üçün bizə Whatsapp vasitəsilə müraciət edə bilərsiniz.

A-Medical: High Quality & Affordable Medical Treatment Abroad

Xüsusi güzəştli şərtlərlə xaricde mualice almaq istəyirsinizsə, A-Medical tibbi turizm şirkəti ilə əlaqəyə
keçərək ətraflı məlumat əldə edə bilərsiniz. A-Medical şirkəti Azərbaycanda tibbi turizm sahəsində 7 ildən artıq təcrübəsi ilə Türkiyədə müalicə və digər ölkələrdə
hər növ tibbi prosedurun yerinə yetirilməsini sizin üçün təşkil edir.

Xaricde mualice ilə bağlı hərhansı bir sualınız yarandığı halda sizə uyğun olan vasitə ilə bizimlə əlaqə saxlaya bilərsiniz.
A-Medical şirkəti Türkiyede müalice və digər ölkələrdə müayinə, müalicə və əməliyyat prosedurlarının yerinə yetirilməsi və xaricdə
müalicə təşkil olunması ilə bağlı 7 ildən artıq təcrübəsi ilə sağlamlığınızı geri qaytarmaq üçün xidmətinizdədir.


Pulsuz konsultasiyadan yararlan

Qısa formu dolduraraq pulsuz konsultasiyaya yazıl və sağlamlığın üçün ən doğru seçimi birgə təyin edək

Bir kliklə Whatsapp-a yazın