A-Medical: High Quality & Affordable Medical Treatment Abroad
Bariatrik cərrahiyyə (mədə kiçiltmə əməliyyatı, arıqlama əməliyyatı) artıq çəki və piylənmədən, eləcə də hipertoniya və diyabetdən əziyyət çəkən pasiyentlər üçün tətbiq edilən cərrahiyyə prosedurudur. Azərbaycanda bariatrik cərrahiyyə metodları arasında uğur nisbəti ən çox olan və ən uğurlu təsiri bağışlayan metodların başında “Sleeve Gastrectomy” (mədənin boruvari rezeksiya əməliyyatı) və Gastrik Bypass əməliyyatları gəlir.
İndiki gündə Azərbaycanda fəaliyyət göstərən 500 klinika və xəstəxana arasında Mədənin Boruvari Rezeksiya əməliyyatını, eləcə də Gastrik Bypass əməliyyatını ən uğurlu şəkildə həyata keçirdən klinikalardan biri də elə məhz “Modern Hospital” klinikasıdır.
A-Medical tibbi turizm şirkəti olaraq Azərbaycanda bariatrik cərrahiyyə əməliyyatı olmaq istəyən pasiyentlərin “Modern Hospital” klinikasında endirimli qiymətlər və xüsusi xidmətlərlə əməliyyatını təmin edirik!
Modern Hospital 2008-ci ildə fəaliyyətə başlamışdır. Klinika qurulduğu ilk gündən yerli və xarici pasiyentlərə müxtəlif tibbi xidmətlər təklif edir. Klinikanın ümumi çarpayı sayısı 41-dir. Klinikada cərrahi əməliyyatlar həm laparoskopik, həm də endoskopik üsulla həyata keçirilir. Qeyd edək ki, xəstəxananın həkim heyətinin əksəriyyətini Türk həkimlər təşkil edir.
Modern Hospital ölkədə ən yüksək müvəffəqiyyət göstəricisi olan klinikalardan biridir. Klinikada pasiyentlər üzərində aparılan bariatrik cərrahiyyə əməliyyatlarının 99,5 faizində yüksək müvəffəqiyyət müşahidə olunub.
Modern Hospitalda həyata keçirilən bariatrik cərrahiyyə əməliyyatları və qiymətləri ilə aşağıdakı cədvəldə tanış ola bilərsiniz:
Bariatrik cərrahiyyə xərcləri cərrahi əməliyyatın növünə, cərrahın təcrübəsinə, əməliyyatda istifadə olunan materialların keyfiyyət və sayısına, müayinə qiymətinə və xəstəxananın xidmət haqqına görə fərqlənir. Modern Hospital sizə Avropa ölkələri və Amerika ilə müqayisədə çox daha sərfəli qiymətə və yüksək müvəffəqiyyət nisbəti ilə arıqlama əməliyyatı təklif edir.
Onu da əlavə edək ki, A-Medical vasitəçiliyi ilə Modern Hospital klinikasında arıqlama əməliyyatı etmək istəyənlər göstərdiyimiz tibbi turizm xidmətlərindən və təklif etdiyimiz endirimlərdən yararlanma imkanı əldə edəcəklər.
Arıqlama əməliyyatları ilk növbədə sağlamlığınızı geri qazanmaq üçün bir çox cəhətdən sizə fayda verir. Artıq çəkidən əziyyət çəkən pasiyentlər bariatrik əməliyyatdan sonra həyat tərzində köklü dəyişikliklər yaşayır və bəzi hallarda pasiyentlərin bu dəyişikliklərə uyğunlaşması üçün vaxt tələb olunur.
Bariatrik əməliyyatın sizə qazandıracağı bəzi üstünlüklər isə aşağıdakı kimidir:
- Qısa müddətdə sürətli arıqlama
- 2-ci tip diabet və hipertoniyadan xilas olmaq
- Xərçəng və ölüm riski azaltmaq
- Hormon balansının qorunmas;
- Həyat keyfiyyətinin, zehni gücün və sağlamlığın yaxşılaşdırılması
Başda Avropa ölkələri olmaqla dünyanın bir çox ölkəsində bariatrik cərrahiyyə əməliyyatlarının qiyməti həddindən artıq yuxarıdır. Bu səbəbdən xaricdə yaşayan insanlar tibbi turizm şirkətlərinin təqdim etdiklıəri üstünlüklərdən faydalanaraq bariatrik cərrahiyyə əməliyyatlarını başqa ölkələrdən təmin edirlər. Türkiyə və Azərbaycan bariatrik cərrahiyyə əməliyyatları üçün ən böyük iki tibbi turizm destinasiyasıdır. Hər iki ölkə də həm qiymət həm də keyfiyyət cəhətdən pasiyentlərə uğurlu bariatrik cərrahiyyə xidmətləri təqdim edən klinikalara sahibdir.
İnsanların bariatrik cərrahiyyə əməliyyatları üçün Azərbaycanı seçməsindəki başqa səbəblər isə aşağıdakı kimidir:
1 - İnkişaf etmiş səhiyyə sistemi və xarici pasiyentlərə təklif olunan üstünlüklər
2 - Sərfəli qiymətlər
3 - Azərbaycanda piylənmə və arıqlama əməliyyatları üçün yüksək səviyyəli mütəxəssislər və yüksək səviyyəli klinikaların olması
4- Əməliyyatı çox qısa müddətdə (ortalama 4-5 gün) tamamlayıb vətənə qayıtmaq imkanı
5 - Ölkənin turistik yerləri və zəngin mədəniyyəti
6 - Digər ölkələrlə müqayisədə münasib qiymətlərlə dərmanlar, qida vasitələri və tibbi analizlər əldə etmək imkanı
A-Medical olaraq sizə təqdim etdiyimiz endirim və üstünlüklərlə Azərbaycanda bariatrik cərrahiyyə əməliyyatı etmək istəyirsinizsə, bizimlə əlaqə səhifəmiz və ya əlaqə nömrəmiz (+90 533 423 35 48 - Whatsapp) vasitəsilə əlaqə saxlaya bilərsiniz.
Azərbaycanın Modern Hospital klinikasında pasiyentlərə təklif olunan bariatrik cərrahi əməliyyatlar Sleeve Gastrectomy (mədənin boruvari rezeksiyası) və Gastric Bypass əməliyyatıdır. Hər iki prosedur piylənmədən əziyyət çəkən pasiyentlər üçün arıqlamaq və qısa müddətdə sağlamlığını bərpa etmək baxımından effektiv prosedurlardır.
Mədənin boruvari rezeksiya əməliyyatı mədənin böyük bir hissəsinin çıxardılmasını və geridə kiçik həcmli mədənin buraxılmasını ifadə edən cərrahiyyə prosedurudur. Bu əməliyyat sayəsində mədənin böyük hissəsi çıxarıldığı üçün geridə qalan mədə təbii olaraq daha az qida qəbul etmə həcminə malik olur.
Bu əməliyyat zamanı cərrah pasiyentin qarnında bir neçə kiçik kəsik açır və əməliyyatı bu kəsiklərin köməyi ilə həyata keçirdir. Əməliyyat zamanı mədənin 80% hissəsi çıxardılır və geridə kiçik banana bənzər mədə qalır. Geridə qalan mədə tikilərək bağlanır və mədənin çıxarılan hissəsi isə bədəndən xaric olunur.
Bütün digər bariatrik cərrahi əməliyyatlarda olduğu kimi, Sleeve Gastrectomy əməliyyatı da pasiyentlərin sağlamlığını bərpa etmək üçün həyata keçirilir. Sleeve gastrectomy həm də pasiyentin arıqlaması və piylənmə ilə əlaqəli fəsadların qarşısını almaq üçün həyata keçirilən cərrahi əməliyyatdır.
Artıq çəkisi olan hər kəs bariatrik əməliyyat üçün uyğun olmaya bilər. Bariatrik cərrahlar pasiyentlərin sleeve gastrectomy əməliyyatı üçün uyğun olub olmadığını müəyyən etmək üçün aşağıdakı meyarları nəzərə alır:
Bədən Kütlə İndeksi (BKİ): Mədənin boruvari rezeksiyası əməliyyatı üçün pasiyentin Bədən Kütlə İndeksi 40 vəya daha yüksək olmalıdır. Əgər pasiyent artıq piylənmə ilə bağlı olaraq tip 2 diyabet, hipertoniya vəya yuxu apnesi kimi problemlərdən əziyyət çəkirsə o zaman həmin pasiyentin Bədən Kütlə İndeksi üçün minimum limiti 35-dən hesablanır.
Yaş: Bütün bariatrik cərrahiyyə əməliyyatlarında pasiyentlərin 18 yaşlarını tamamlamış olmaları gözlənilir. 18 yaşından kiçik pasiyentlərin bariatrik cərrahiyyə əməliyyatı olub olmamalarına isə bariatrik cərrah özü qərar verir.
Xəstəlik tarixçəsi: Pasiyent bariatrik cərrahiyyə əməliyyatı olmağa qərar verməmişdən əvvəl idman və pəhriz kimi metodları sınamış olmalıdır. Eyni zamanda pasiyentdə qan laxtalanma pozğunluqları, qaraciyər xəstəlikləri, ürək və ağciyə xəstəlikləri və əməliyyatı riskli hala gətirəcək ciddi xəstəliklər olmamalıdır.
Psixi sağlamlıq: Pasiyent sabit psixi sağlamlıq vəziyyətinə malik olmalı və müalicə olunmamış və ya qeyri-sabit psixiatrik pozğunluqlara malik olmamalıdır.
Əməliyyata inam: Arıqlamağa nail olmaq üçün pasiyent pəhriz planına riayət etmək və müntəzəm fiziki fəaliyyətlə məşğul olmaq da daxil olmaqla, lazımi həyat tərzi dəyişiklikləri etməyə sadiq olmalıdır.
Sleeve Gastrectomy əməliyyatı laparoskopik üsulla həyata keçirilən əməliyyatdır. Əməliyyatın əvvəlində pasiyentlərin qarnında 1-2 sm uzunluğunda bir neçə kəsik edilir və mədədə əməliyyat aparmaq üçün bu dəliklərdən cərrahi alətlər daxil edilir. Kamera görüntüsünün köməyi ilə pasiyentin mədəsinin böyük bir hissəsi çıxarılır və qalan mədəsi tikişlərlə bağlanır.
Laparoskopik cərrahiyyə pasiyentin daha tez sağalmasına imkan verir və heç bir cərrahi iz buraxmır. Əməliyyat təxminən 2 saat davam edir və əməliyyatdan sonra pasiyent müşahidə edilir. Pasiyent əməliyyatdan bir neçə gün sonra evə buraxılır.
Hər il Modern Hospital klinikasında həyata keçirdilən Sleeve Gastrectomy əməliyyatlarının 99.5%-i uğurlu olmuşdur.
Gastrik Bypass əməliyyatı bariatrik cərrahiyyədə mədənin böyük bir hissəsinin funksionallığının pozulması və alınan qidaları doğru həzm etməməsi hallarında həyata keçirilən bir əməliyyatdır.
Gastrik Bypass əməliyyatında mədənin üst hissəsi ilə qalan hissəsi ayrılır və kiçik bir mədə kisəsi yaradılır. Yaradılan mədə kisəsi bir dəfədə çox az miqdarda qida qəbul edəcək həcmə sahib olur. Əməliyyat mərhələsində incə bağırsaq hər iki mədə ilə birləşdirilir.
Gastrik Bypass əməliyyatı ilə Mədənin Boruvari Rezeksiya əməliyyatı arasındaki ən böyük fərq Gastrik Bypass əməliyyatı zamanı mədənin qalan hissəsinin bədəndən çıxardılmaması, qarın nahiyəsində saxlanılmasıdır.
Digər bütün bariatrik cərrahiyyə əməliyyatlarında olduğu kimi Gastrik Bypass əməliyyatında da bariatrik cərrahların uyğunliuq meyarları eynidir. Pasiyentlər mədə kiçiltmə əməliyyatı olmağa qərar verməmişdən əvvəl pəhriz və idman üsulları ilə arıqlamağı yoxlamış olmalıdırlar. Eyni zamanda pasiyentlərin Bədən Kütlə İndeksləri (BMI) 40 vəya daha yuxarı olmalıdır. Əgər pasiyentlər artıq piylənməyə bağlı olaraq meydana gələn tip 2 diyabet, yuxu apnesi vəya hipertoniyadan əziyyət çəkirsə o zaman pasiyentlərin Bədən Kütlə İndeksi minimum 35-dən hesablanır.
Həyata keçirilən tədqiqatlara əsasən Gastrik Bypass (mədə bypassı) əməliyyatı pasiyentlərin qısa müddətdə əhəmiyyətli dərəcədə çəki itirməsinə kömək edir. Pasiyentlər əməliyyatdan sonraki ilk ildə artıq çəkilərinin 60-80% hissəsini itirirlər.
Arıqlamağa əlavə olaraq, mədə bypass əməliyyatının bir çox pasiyentdə tip 2 diabet, yüksək qan təzyiqi və yuxu apnesi kimi piylənmə ilə əlaqəli sağlamlıq vəziyyətini yaxşılaşdırdığı göstərmişdir.
Modern Hospital klinikasında Gastrik Bypass əməliyyatlarının 99.5% faizi uğurlu bir şəkildə həyata keçirilmişdir.
Modern Hospital klinikasında bariatrik cərrahiyyə əməliyyatları klinikanın baş həkimi Tariyel Ömərov tərəfindən həyata keçirdilir. Tariyel Ömərov Rusiya, Türkiyə və Azərbaycanda müxtəlif akademik işlər həyata keçirmiş və mükafatlar qazanmışdır. Tariyel Ömərov Azərbaycan Cərrah və Qastroentroloqlar (ACQA), Azərbaycan Kardiovaskulyar Cərrahlar assosiasiyası (ACSA), Azərbaycan Cərrahlar cəmiyyəti (ACC), Türkiyə Qastroenteroloqlar Dərnəyi(TGD), Türkiyə Cərrahi Dərnəyi(TCD), Turk Endoskopik Laporoskopik Cərrahi Dərnəyi(TELCD), Society of American Gastrointestinal and Endoscopic Surgery (SAGES) və Türk Obezite Cərrahi Dərnəyi (TOSS) üzvüdür.
A-Medical tibbi turizm şirkəti sizin xaricdə müalicə bələdçinizdir. 7 ildən artıqdır ki, həm yerli həm də xarici vətəndaşların dünyanın 20-dən çox ölkəsində müalicə olunmasını həyata keçiririk. Biz pasiyentlərə dünyanın fərqli ölkələrindəki klinikalarda arzu etdikləri tibbi xidməti endirimli qiymətlər və müxtəlif tibbi turizm xidmətləri ilə birlikdə əldə etmələrinə fürsət yaradırıq.
Əgər siz də Azərbaycanın Modern Hospital klinikasında bariatrik cərrahiyyə əməliyyatını endirimli qiymətlər və müxtəlif fürsətlərlə əldə etmək istəyirsinizsə, o zaman bizimlə əlaqə saxlaya bilərsiniz.
Sizə təqdim etdiyimiz xidmətlər:
1 - Ödənişsiz tərcüməçi dəstəyi
2 - Ödənişsiz xəstəxana transfer dəstəyi
3 - Səyahət planlaşdırması
4 - Viza dəstəyi
5 - Klinika ilə əlaqənin qurulması, lazımi sənədlərin tərcümə edilərək göndərilməsi
6 - Əməliyyatın endirimli qiymətə alınması və həkim qəbulunun təşkili
7 - Əməliyyatdan sonra lazım olan tibbi dərman və əlavələrin endirimli qiymətlərlə əldə edilməsi
8 - Endirimli qiymətlərlə tibbi müayinələrin alınması və cavabların xəstəxanaya göndərilməsi
9 - Müalicə prosesi zamanı pasiyentlərin yaxından izlənilməsi, ehtiyacların aradan qaldırılması
A-Medical olaraq sizə təqdim etdiyimiz endirim və üstünlüklərlə Azərbaycanda bariatrik cərrahiyyə əməliyyatı etmək istəyirsinizsə, bizimlə əlaqə səhifəmiz və ya əlaqə nömrəmiz (+90 533 423 35 48 - Whatsapp) vasitəsilə əlaqə saxlaya bilərsiniz
A-Medical: High Quality & Affordable Medical Treatment Abroad
Xüsusi güzəştli şərtlərlə xaricde mualice almaq istəyirsinizsə, A-Medical tibbi turizm şirkəti ilə əlaqəyə Xaricde mualice ilə bağlı hərhansı bir sualınız yarandığı halda sizə uyğun olan vasitə ilə bizimlə əlaqə saxlaya bilərsiniz.
keçərək ətraflı məlumat əldə edə bilərsiniz.
A-Medical şirkəti Azərbaycanda tibbi turizm sahəsində 7 ildən artıq təcrübəsi ilə Türkiyədə müalicə və digər ölkələrdə
hər növ tibbi prosedurun yerinə yetirilməsini sizin üçün təşkil edir.
A-Medical şirkəti Türkiyede müalice və digər ölkələrdə müayinə, müalicə və əməliyyat prosedurlarının yerinə yetirilməsi və xaricdə
müalicə təşkil olunması ilə bağlı 7 ildən artıq təcrübəsi ilə sağlamlığınızı geri qaytarmaq üçün xidmətinizdədir.
Qısa formu dolduraraq pulsuz konsultasiyaya yazıl və sağlamlığın üçün ən doğru seçimi birgə təyin edək
Bir kliklə Whatsapp-a yazın