Turkiyede Mualice, Türkiyədə Müalicə, Xaricdə Müalicə
Qeyd etmək istəyirik ki, bu kampaniyadan eyni zamanda yaxınlarının Türkiyədə müalicəsini A-Medical şirkəti vasitəçiliyi ilə həyata keçirən şəxslər də faydalana bilərlər.
Türkiyə beynəlxalq turistlərin müalicə məqsədilə səfər etməyi seçdikləri və dünyada ən yüksək pasiyent məmnuniyyəti qazanan ölkələrdən biridir. Türkiyə səhiyyəsi beynəlxalq turistlərin ölkədə asan, rahat və sərfəli müalicə almağı üçün bir çox üstünlüklər təqdim edir.
Siz əldə etmək istədiyiniz prosedurdan asılı olmayaraq Türkiyənin aparıcı klinikalarında müalicə ala bilərsiniz. Bu zaman siz aşağıdakı üstünlükləri qazanacaqsınız:
Sərfəli qiymətlərlə müalicə olunma imkanı: A-Medical pasiyentlərin Türkiyədə müalicəsini endirimli qiymətlərlə həyata keçirən ölkənin ən köklü tibbi turizm şirkətidir. Siz A-Medical xidmətlərindən istifadə etməklə normal şərtlərdə ödəyəcəyiniz miqdarın 50%-dən daha azını ödəməklə arzuladığınız tibbi proseduru əldə edə bilərsiniz.
İnkişaf etmiş klinikalarda müalicə: Türkiyədə fəaliyyət göstərən klinikaların keyfiyyəti həm yerli həm də beynəlxalq qürumlar tərəfindən təsdiqlənmişdir. Müalicənizin dünya standartlarında fəaliyyət göstərən klinikalarda aparılması və yüksək pasiyent məmnuniyyəti üçün Türkiyə klinikalarını seçə bilərsiniz.
Sağlamlığınızı peşekar həkimlərə əmanət edin: Türkiyə klinikalarında fəaliyyət göstərən yerli və xarici həkimlər öz sahəsində peşekar və təcrübəli həkimlərdir. Bu səbəbdən hansı tibbi proseduru əldə etdiyinizdən asılı olmayaraq Türkiyədə müalicə zamanı yüksək uğur nisbəti ilə sağlamlığınızı geri qaytarmaq mümkündür.
Türkiyədə müalicənin üstünlükləri haqqında daha bir çox şey saya bilərik. Lakin əsas məqam odur ki, A-Medical vasitəçiliyi ilə Türkiyədə müalicə almaqla siz müalicə üçün planlaşdırdığınız səfərinizi tətilə çevirə bilərsiniz. Uğurlu müalicənizdən sonra Türkiyənin zəngin mədəniyyəti və inkişaf etmiş şəhərlərində vaxt keçirə, bu müddət ərzində sağalma prosesinizi sürətləndirə bilərsiniz. Onu da qeyd etmək istəyirik ki, prosesin başından sonuna qədər A-Medical olaraq yanınızda olur, yarana biləcək bütün ehtiyacların ən qısa müddətdə qarşılanması üçün çalışırıq.
Türkiyədə müalicə almaq istəyirsinizsə əlaqə səhifəmiz vəya Whatsapp nömrəmiz ilə bizimlə əlaqə saxlaya bilərsiniz. Biz ən qısa zamanda sizə geri dönüş edərək mövcud problemləriniz və xəstəliyinizə ən uyğun tibbi müalicəni təqdim edən Türkiyə xəstəxanaları haqqında məlumat verəcəyik.
Türkiyədə müalicə haqqında bütün məlumatlara yiyələndikdən sonra bizim vasitəçiliyimiz ilə Türkiyədə müalicə olunmağa qərar versəniz biz o zaman klinika əlaqə saxlayaraq uyğun randevuları alır, səfərinizi planlaşdırır və ən qısa zamanda Türkiyədə müalicə almağınızı təmin edirik.
A-Medical tibbi turizm şirktətini seçməklə siz müxtəlif tibbi turizm xidmətlərindən faydalana bilərsiniz. Bu xidmətlər vasitəsilə biz sizin Türkiyədə müalicə prosesinizi mümkün olan ən yüksək səviyyədə rahatlaşdırır və xidmət keyfiyyətini daim yüksəklərdə tuturuq. Eyni zamanda onu xatırlatmalıyıq ki, siz tək başına Türkiyədə müalicənizi planlaşdırdığınız zaman qarşılaşa biləcəyiniz vəziyyətlərdən, əlavə xərclərdən və gözlənilməz hallardan məhz bu xidmətlərimiz vasitəsilə azad ola bilərsiniz.
A-Medical olaraq Türkiyədə müalicə almaq istəyənlər üçün göstərdiyimiz xidmətlər:
Konsultasiya
Həkimdən görüş alınması
Klinikadan rəy alınması
Tibbi səfərin planlaşdırılması
Ödənişsiz tərcüməçi xidməti
Ödənişsiz xəstəxanaya transfer xidməti
Müalicə prosesinin başından sonuna qədər pasiyentin yaxından izlənilməsi
Türkiyədə dərmanların endirimli qiymətə alınması
Türkiyədə endirimli qiymətə müalicənin alınması
Azərbaycana qayıtdıqdan sonra Avis Apteklər Şəbəkəsindən 50 və 100 AZN-lik hədiyyə kuponları
A-Medical vasitəçiliyi ilə Türkiyədə müalicə alan pasiyentlərimizin vətənə qayıtdıqdan sonra ehtiyac duyduqları tibbi dərmanları almasını asanlaşdırmaq üçün partnyorumuz Avis Apteklər Şəbəkəsindən 50 AZN-dən başlayan dərmanların ödənişsiz əldə olunması üçün kuponlar təqdim edirik. Siz bu hədiyyə kuponları vasitəsilə hərhansı bir Avis Aptekinə gedərək istədiyiniz dərman vasitəsini əldə edə bilərsiniz.
Turkiyede Mualice, Türkiyədə Müalicə, Xaricdə Müalicə
Xüsusi güzəştli şərtlərlə xaricde mualice almaq istəyirsinizsə, A-Medical tibbi turizm şirkəti ilə əlaqəyə Xaricde mualice ilə bağlı hərhansı bir sualınız yarandığı halda sizə uyğun olan vasitə ilə bizimlə əlaqə saxlaya bilərsiniz.
keçərək ətraflı məlumat əldə edə bilərsiniz.
A-Medical şirkəti Azərbaycanda tibbi turizm sahəsində 7 ildən artıq təcrübəsi ilə Türkiyədə müalicə və digər ölkələrdə
hər növ tibbi prosedurun yerinə yetirilməsini sizin üçün təşkil edir.
A-Medical şirkəti Türkiyede müalice və digər ölkələrdə müayinə, müalicə və əməliyyat prosedurlarının yerinə yetirilməsi və xaricdə
müalicə təşkil olunması ilə bağlı 7 ildən artıq təcrübəsi ilə sağlamlığınızı geri qaytarmaq üçün xidmətinizdədir.
Qısa formu dolduraraq pulsuz konsultasiyaya yazıl və sağlamlığın üçün ən doğru seçimi birgə təyin edək
Bir kliklə Whatsapp-a yazın