+99410 310 93 33

WHATSAPPA YAZIN

BLOQ

Diqqət: bu məqalədə orqan satışı və ya orqanların ticarət məqsədilə istifadəsindən bəhs edilmir.


“Qanunvericilikdə orqanın satışı qadağandır. Hər hansı bir vətəndaş öz orqanını bağışlaya bilər. Burada hər hansı bir əvəzləşdirilmə ola bilməz. İnsan könüllü şəkildə öz orqanını ya sağlığında, ya da ölümündən sonra bağışlaya bilər. Bir şəxs orqanını pul qarşılığında digər şəxsə satırsa, burada cinayət faktı var.

Cinayət Məcəlləsinin 137.1-ci maddəsinə görə, insan orqanlarının və ya toxumalarının qanunsuz alqı-satqısı zamanı iki min manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.


Böyrək nəqli (böyrək transplantasiyası) zədələnmiş və ya xəstə böyrəyin sağlam donorun sağlam böyrəyi ilə əvəz edilməsi prosesidir. Ağır böyrək çatışmazlığı və ya digər böyrək xəstəlikləri üçün tövsiyə olunan cərrahi əməliyyat olan böyrək transplantasiyası həyat qurtaran müalicədir. Bu cərrahi prosedur xəstələrin həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırır və onların sağlamlıqlarını bərpa etməyə kömək edir. 


Türkiyə xəstələrə sərfəli və keyfiyyətli tibb xidmətləri təklif edən ölkədir. Bu yazıda Türkiyədə böyrək transplantasiyası əməliyyatı keçirmək istəyənlər üçün lazımlı məlumatları paylaşacağıq. Yazımızda ağır böyrək problemlərindən əziyyət çəkən pasiyentlər Türkiyədə necə böyrək köçürmə əməliyyatı ola biləcəklərini, Türkiyədə böyrək transplantasiyası üçün nələrə ehtiyac duyacaqlarını və prosesin gedişatını detallı şəkildə öyrənəcəklər.


Başlamadan öncə, nələri bilməlisiniz?


> Böyrək nəqli əməliyyatı ciddi böyrək problemlərindən və xəstəliklərindən əziyyət çəkən pasiyentlər üçün ən uğurlu müalicə üsuludur.
> Türkiyədə böyrək nəqli əməliyyatının qiyməti Avropa ölkələri ilə müqayisədə 40-60% daha ucuzdur.
> Türkiyədə həyata keçirilən böyrək nəqli əməliyyatlarının 95%-dən çoxu uğurlu nəticə verir.
> Türkiyədə böyrək nəqli əməliyyatı üçün mütləq şəkildə ailə üzvlərinizdən birindən könüllülük əsasında donor müəyyən etməlisiniz. Türkiyə klinikaları əlavə xərclərə və leqal problemlərə mahal verməmək üçün beynəlxalq pasiyentlərə donor təqdim etmirlər.
> Türkiyədə böyrək nəqli əməliyyatının qiyməti uşaqlar üçün 20,000$, böyüklər üçün isə 17,000$ təşkil edir.


Digər detalları öyrənmək üçün yazımızı oxumağa davam edin.

Böyrək transplantasiyası nədir?


Böyrək transplantasiyası ağır böyrək çatışmazlığı və böyrək pozğunluqları zamanı cərrahlar tərəfindən tövsiyə edilən həyat qurtaran cərrahi əməliyyatdır. Bu prosedur zamanı xəstə və zədələnmiş böyrək sağlam donorun sağlam böyrəyi ilə əvəz olunur. Transplantasiyada məqsəd xəstənin yenidən sağlam bir böyrəyə sahib olmasını və orqanizmin yenidən normal işləməsini təmin etməkdir. Daha sonra yeni böyrək qandan çirkləri süzmək və tullantıları xaric etmək rolunu alır. Nadir hallarda xəstə hər iki uğursuz böyrəyi əvəz etmək üçün iki böyrək transplantasiyası etmək məcburiyyətində qala bilər.


Böyrək transplantasiyasının uğur nisbəti çox yüksəkdir. Xəstələrin əksəriyyətində qısa zamanda həyat keyfiyyəti yaxşılaşır və böyrək çatışmazlığı ilə əlaqəli simptomlar azalır.


Türkiyədə Böyrək Nəqli Prosesi


Türkiyədə böyrək nəqli prosesinə başlanılması üçün pasiyent sadəcə ailə üzvlərindən və ya birinci dərəcəli qohumlarından donor əldə etməlidir. Daha sonrasında pasiyent, donor ilə birlikdə klinikaya yaxınlaşaraq prosesin ilkin mərhələsinə, yəni uyğunluğun müəyyən edilməsi mərhələsinə keçid edə bilər. Qeyd edək ki, Türkiyədə böyrək köçürülməsi əməliyyatı zamanı donoru Türkiyədəki klinikalar tərəfindən verilmir. Pasiyent öz ailə üzvləri və ya birinci dərəcəli qohumlarını donor kimi təyin etməlidir.

Türkiyədə böyrək köçürülməsi prosesi bir sıra addımları ehtiva edir. İlk olaraq, pasiyent və donor transplantasiya üçün uyğunluğunu müəyyən etmək üçün bir qiymətləndirmədən keçməlidir. Buraya çəki, qan təzyiqi və istifadə olunan dərmanlar kimi sağlamlıq və həyat tərzinin qiymətləndirilməsi daxildir. Pasiyentlər həmçinin bədənlərinin donor orqanı qəbul edə bildiyinə və donorla uyğunluğuna əmin olmaq üçün testlərdən keçməlidirlər.


Daha sonrasında donor olacaq şəxsin fiziki və psixoloji sağlamlığının müəyyən olunması üçün analizlər aparılır və lazım olan hüquqi sənədlər donor şəxsə təqdim olunur. Bu sayədə donor şəxsin pasiyentə heç bir məcburiyyət qarşılığında donor olmadığı, prosesin təmamilə könüllü şəkildə həyata keçirildiyi təsdiq olunur. Bu proseslərdən sonra isə əməliyyat prosesinə keçid edilir.

Əməliyyat zamanı xəstə anesteziya edilir və ağrıları azaltmaq üçün venadaxili dərmanlar verilir. Donor böyrəyi daha sonra açıq qarın və ya laparoskopik üsulla xəstənin bədəninə yerləşdirilir. Transplantasiya başa çatdıqdan sonra iltihabı və şişkinliyi azaltmaq üçün əlavə dərmanlar təyin edilə bilər. Donor orqanının rədd edilməsinin qarşısını almaq üçün xəstəyə immunosupressantlar da təyin edilə bilər.


Böyrək nəqlindən sonra pasiyentin izlənilməsi və sağalma prosesi üçün 1 həftəyə yaxın xəstəxanada qalması zəruridir. Bu müddət ərzində pasiyentin orqanizminin yeni böyrəyə necə reaksiya verdiyi izləniləcək. Əlavə olaraq nəqlin uğurlu olduğundan əmin olmaq üçün həkim heyyəti pasiyenti davamlı olaraq müəyyən tibbi analizlər verməyə və müayinələrə dəvət edəcəkdir. 


Kimlər böyrək nəqli əməliyyatı ola bilər?




Türkiyədə böyrək nəqli olmaq üçün pasiyentlərin bəzi kriteriyalara uyğun olması zəruridir. Bu kriteriyalar:


> Pasiyent 18-65 yaş aralığında olmalıdır

> Pasiyent ciddi böyrək xəstəliyindən əziyyət çəkməlidir
> Pasiyentin qaraciyər funksiyasının normal olması tələb olunur
> Pasiyent ailə üzvlərindən və ya birinci dərəcəli qohumlarından razılıq əsasında donor almalıdır. Donor klinika tərəfindən təqdim olunmur.


Diqqətinizi çəkə bilər:Türkiyədə Tibbi Analizlərinizi Laboratoriyadan Əldə Edin

Böyrək nəqli üçün donor necə seçilir?


Böyrək nəqli üçün uyğun donorun seçilməsində tibbi analizlərin və testlərin rolu böyükdür. Canlı donordan böyrək seçərkən aşağıdaki faktorlar diqqətə alınır:


  1. Qan qrupunun uyğunluğu: Nəqlin uğurlu olması üçün həm donorun həm də pasiyentin qan qruplarının uyğunluq təşkil etməsi zəruridir.

  2. Tibbi keçmiş: Həm nəql prosesi zamanı həm də nəql prosesindən sonra pasiyentin heç bir problem yaşamaması üçün donorun tibbi keçmişi yoxlanılır. Donorun mövcud və keçmiş xəstəliklərinin pasiyent üçün hərhansı bir təhlükə yaratmaması üçün tibbi keçmiş analizi məcburidir.

  3. Ölçü uyğunluğu: Donorun böyrəyinin ölçüsü pasiyentin bədəni üçün uyğun olmalıdır. Donorun həddindən artıq böyük vəya kiçik olması böyrək nəqli əməliyyatına maneə törədə bilər.

  4. HLA uyğunluğu: HLA (leykosit antigeni) bədəndəki hüceyrələrin səthində yer alan bir proteindir. Həm pasiyentin həm də donorun HLA uyğunlaşmasının olması donorun pasiyentin orqanizmi tərəfindən qəbul edilməsini asanlaşdırır və əlavə komplikasiyaların meydana gəlmə riskini azaldır.


Siz Türkiyədə böyrək nəqli üçün ailə üzvlərinizdən və ya birinci dərəcəli qohumlarınızdan donor seçərkən, yuxarıda qeyd etdiyimiz tibbi uyğunluqların qarşılandığından əmin olmalısınız.

Böyrək transplantasiyası üçün niyə Türkiyəni seçməlisiniz?


Türkiyə klinikaları uzun illərdir həm yerli xalqa həm də beynəlxalq pasiyentlərə böyrək transplantasiyası xidməti göstərir. Türkiyədə böyrək transplantasiyası əməliyyatı Avropa standartlarına uyğun bir şəkildə həyata keçirilməklə yanaşı, prosedurun qiyməti digər ölkələrlə müqayisədə çox daha ucuzdur.


Gəlin böyrək nəqli üçün Türkiyəni seçərək əldə edə biləcəyiniz üstünlüklərə nəzər yetirək:


> Uyğun qiymətlər: Türkiyədə böyrək nəqlinin qiyməti Avropa və Amerika ölkələri ilə müqayisədə çox daha uyğundur. 

> Qısa gözləmə müddəti: Türkiyə klinikaları xarici vətəndaşların ölkədə axtardıqları tibbi proseduru ən qısa zamanda və ən keyfiyyətli şəkildə əldə etmələrini təmin edir.
> Rahat donor proseduru: Türkiyədə böyrək nəqli əməliyyatı zamanı donoru siz özünüz tapmalısınız. Bunun səbəbi, Türkiyə klinikalarında donor tapılması üçün əlavə xərclərin və leqal problemlərin meydana gəlməsinə mahal verməməkdir. Siz öz ailə üzvlərinizdən və ya birinci dərəcəli qohumlarınızdan əldə etdiyiniz donorla Türkiyə klinikalarında rahat bir şəkildə transplantasiya əməliyyatı ola bilərsiniz.

Qeyd: A-Medical tibbi turizm şirkəti olaraq Türkiyədə böyrək nəqli əməliyyatı olmaq istəyən pasiyentlərə müxtəlif endirimlər və xidmətlər təklif edirik. Siz Türkiyədə böyrək köçürülməsi əməliyyatı prosedurunu bizim vasitəçiliyimizlə daha endirimli qiymətə və keyfiyyətli şəkildə əldə edə bilərsiniz.


> Yüksək xidmət keyfiyyəti: Türkiyədə fəaliyyət göstərən klinikaların bir çoxu JCI tərəfindən akredit olunmaqla birlikdə, Avropadakı tibbi standartlara uyğun bir şəkildə xidmət göstərir. Pasiyent məmnuniyyətinin son dərəcədə diqqətə alınması və Türkiyə səhiyyəsinin beynəlxalq turistlər üçün təmin etdiyi fürsətlər Türkiyəni böyrək nəqli əməliyyatı üçün ideal destinasiyaya çevirir.

> İnkişaf etmiş tibbi texnologiyalardan istifadə: Türkiyədə böyrək nəqli əməliyyatları müasir texnologiyaların köməyi ilə həyata keçirilir.

> Qısa gözləmə müddəti: A-Medical olaraq Türkiyədə böyrək nəqli olmaq istəyən pasiyentlərin uzun gözləmə müddətlərində vaxt itirməsini və sağlamlıqlarını təhlükəyə atmalarının qarşısını alırıq. Türkiyədə böyrək nəqli olmaq istəyən pasiyentlər əməkdaşlıq etdiyimiz klinika və xəstəxanalar sayəsində ən qısa müddətdə əməliyyat olub sağlamlıqlarını geri qazana bilərlər.


Türkiyədə böyrək nəqli əməliyyatının müddəti nə qədərdir?


Beynəlxalq pasiyentlər üçün Türkiyədə böyrək nəqli əməliyyatının müddəti 1 aya qədər uzana bilər. Əməliyyatdan sonra pasiyent həkim müşahidəsi altında 1 həftə xəstəxanada qalmalıdır. Pasiyentin əvvəlki sağlamlığına qayıtması və tam sağalması bir neçə həftə vəya bir neçə ay çəkə bilər. Bu müddət ərzində pasiyentin böyrəyinin tam funksiyası ilə fəaliyyət göstərdiyini təsdiqləmək üçün davamlı həkim müayinələrinə getmək və həkim tərəfindən istənilən tibbi testləri vermək lazımdır.


Əməliyyatdan sonra


Böyrək nəqli sonrasında pasiyentin orqanizmi yeni böyrəyə çox qısa müddətdə uyğunlaşacaq. Bu müddət ərzində pasiyent həkim tərəfindən təyin olunmuş ağrıkəsicilər və digər dərman preparatlarından istifadə edəcək.


Həkim pasiyentin orqanizminin yeni böyrəyə necə reaksiya verdiyini müşahidə etmək üçün bir neçə həftə boyunca pasiyenti yaxından izləyir. Yeni böyrəyin davamlı olaraq izlənilməsi və doğru işlədiyindən əmin olunması həkimin öhdəliyidir. Bu müddət ərzində pasiyentin sağlam həyat tərzinə keçid etməsi, sağlamlıq üçün vacib olan vərdişlərə yiyələnməsi, duz qəbulunu azaltması və böyrəyə zərər verə biləcək dərman və maddələrdən yayınması önəmlidir.


Böyrək nəqli sonrasında sağalma


Bir çox pasiyent böyrək nəqli əməliyyatından sonra biraz ağrı və narahatlıq yaşaya bilər. Bu ağrılar dərmanlar vasitəsilə azaldıla bilər. Pasiyentlərin həkim tərəfindən tapşırılan dərman və əlavə vasitələri almaları önəmlidir. Ümumi olaraq böyrək nəqli əməliyyatından bir neçə həftə vəya bir neçə ay sonra tam sağalma müşahidə oluna bilər. Pasiyentlərin bir çoxu əməliyyatdan 6 həftə sonra əvvəlki həyatlarına qayıda bilirlər.


Türkiyədə böyrək nəqli əməliyyatının uğur şansı


Türkiyədə böyrək nəqli əməliyyatı yüksək uğur ilə həyata keçirdilir. Türkiyədə həyata keçirdilən böyrək nəqli prosedurlarının 95%-i pasiyentlərin əvvəlki sağlamlıqlarına qovuşması ilə nəticələnir.


Ölkələr üzrə böyrək nəqli əməliyyatı qiymətləri:



Ölkə

Qiymət

Hindistan

USD 13500

İsrail

USD 160000

Sinqapur

USD 75000

Cənubi Afrika

USD 7000

Cənubi Koreya

USD 81000

Birləşmiş Ərəb Əmirlikləri

USD 54240

Türkiyə

USD 20.000 (uşaqlar), USD 17.000 (böyüklər)



Böyrək nəqlində ilkin müayinə üçün Türkiyəyə analizlərin göndərilməsi:


Əgər Türkiyədə böyrək nəqli əməliyyatı olunmağı düşünürsünüzsə və vaxtından əvvəl həkim rəyi almaq istəyirsinizsə, A-Medical olaraq tibbi analizlərinizin Türkiyədəki xəstəxanaya göndərilməsini və tibbi rəyin alınmasını təmin edə bilərik. Bunun üçün aşağıdakı tibbi testləri bizə çatdırmalısınız:


  • Ümumi protein

  • Karbamid

  • Kreatinin

  • Qlükoza

  • Kalsium

  • Maqnezium

  • ALT

  • AST

  • Ümumi bilirubin

  • Bilirubin birbaşa

  • Bilirubin dolayı

  • C-reaktiv protein

  • HDL xolesterol

  • Trigliseridlər

  • Natrium


Türkiyədə Böyrək Nəqli Əməliyyatı Üçün Ən Yaxşı Xəstəxanalar


Liv Hospital


liv hospital

Liv Hospital Türkiyədə böyrək nəqli əməliyyatını keyfiyyətli bir şəkildə həyata keçirən klinikalardan biridir. Klinika böyrək nəqli əməliyyatını həyata keçirmək üçün ən son texnologiyalardan və müalicə metodlarından faydalanır. Liv Hospital klinikasında böyrək nəqli əməliyyatını Zuhal Atan UçarProf. Dr. Süleyman Tevfik Ecder həyata keçirdir.


Florence Nightingale

florence nightingale hospital

Florence Nightingale Türkiyədə böyrək nəqli əməliyyatı daxil olmaqla bir çox transplantasiya əməliyyatını uğurla həyata keçirdir. Klinika yüksək keyfiyyətli və uğur nisbəti yüksək böyrək nəqli əməliyyatını həyata keçirmək üçün təcrübəli transplantasiya cərrahları, nefroloqlar və köməkçi həkimlərlə fəaliyyət göstərir. Klinikada böyrək nəqli əməliyyatını Prof. Dr. Barış Akın həyata keçirdir. Barış Akın 2004 ilində Amerika Orqan Nəqli Konqressi tərəfindən Gənc Tədqiqatçı Mükafatına layiq görülüb.


Medicalpark Antalya



Medicalpark Antalya Türkiyədə böyrək transplantasiyası üzrə aparıcı klinikaların başında gəlir. Klinika hər il minlərlə insanın uğurlu şəkildə böyrək nəqli əməliyyatı olmasını təmin edir. Klinikada böyrək nəqli əməliyyatlarını Prof. Dr. Havva Asuman Yavuz həyata keçirdir. Prof. Dr.Havva Asuman Yavuz transplantasiya, kök hüceyrə nəqli, nefrologiya, hipertoniya, böyrək çatışmazlığı və reabilitasiya üzrə mütəxəssisləşmiş təcrübəli cərrahdır. Prof. Dr. Havva Yavuz Asuman böyrək nəqli üzrə həm yerli həm də beynəlxalq işlərə imza atıb. Bundan əlavə olaraq o həm də Beynəlxalq Nefrologiya Cəmiyyətinin üzvüdür. Prof. Dr. Havva Asuman Yavuz hal-hazırda Medicalpark (Antalya) klinikasında hər il minlərlə insanın uğurlu formada böyrək nəqli əməliyyatı olması üçün xidmət göstərir.

A-Medical Vasitəçiliyi ilə Türkiyədə Böyrək Transplantasiyası Əməliyyatı (Proses, Qiymətlər, Müddət)


A-Medical tibbi turizm şirkəti sizə Türkiyədə böyrək nəqli əməliyyatını keyfiyyətli bir şəkildə və uyğun qiymətə əldə etmə imkanı yaradır.


Türkiyədə böyrək nəqli qiyməti uşaqlar üçün 20.000$, böyüklər üçün isə 17.000$-dan başlayır. Bu qiymətlər sadəcə A-Medical vasitəçiliyi ilə Türkiyədə böyrək nəqli əməliyyatı olunmaq istəyənlər üçün nəzərdə tutulub və bərabərində müxtəlif tibbi turizm xidmətlərini də ehtiva etməkdədir. Bu xidmətlərimiz arasında viza dəstəyi, səyahətin planlaşdırılması, xəstəxana ilə əlaqələrin qurulması, həkimdən tibbi rəylərin alınması, dərmanların endirimli qiymətə təmin olunması və Türkiyədə qonaqlama kimi xidmətlər yer alır.


Türkiyədə böyrək transplantasiyası əməliyyatı prosesi mövcud tibbi vəziyyətiniz və həkiminizin rəyləri ilə əlaqəlidir. Lakin qeyd etməliyik ki, Türkiyə dünyada böyrək transplantasiyası əməliyyatlarının ən uğurlu şəkildə həyata keçirildiyi bir ölkədir və pasiyentlər əməliyyatdan ortalama 1 ay sonra gündəlik həyata qayıda bilirlər.


Siz bizim vasitəmizlə Türkiyədə böyrək transplantasiyası əməliyyatı olmağa qərar verdiyiniz zaman biz xəstəxana ilə əlaqə saxlayıb bütün lazımi prosedurları (sənədlərin hazırlanması və tərcüməsi, klinikaya göndərilməsi və təsdiqinin alınması və s.) həyata keçirir və çox qısa müddətdə xəstəxanaya yerləşdirilməyinizi təmin edirik.


Türkiyədə böyrək nəqli prosesi zamanı davamlı xəstə təqibi ilə hər an yarana biləcək bütün problemləri həll edir, istəklərinizi qarşılayırıq. Bu sayədə özünüzü tək hiss etməməklə yanaşı, həm də asan və uğurlu bir müalicə prosesindən keçirsiniz.


Əgər sizdə bizim vasitəmizlə Türkiyədə böyrək transplantasiyası əməliyyatı olunmaq istəyirsinizsə və ya bu barədə məlumat almaq istəyirsinizsə əlaqə səhifəmiz və ya +90 533 423 35 48 Whatsapp nömrəmiz vasitəsilə bizimlə əlaqə saxlaya bilərsiniz.


Diqqətinizi çəkə bilər: Türkiyədə Qaraciyər Nəqli 

Turkiyede Mualice, Türkiyədə Müalicə, Xaricdə Müalicə

Xüsusi güzəştli şərtlərlə xaricde mualice almaq istəyirsinizsə, A-Medical tibbi turizm şirkəti ilə əlaqəyə
keçərək ətraflı məlumat əldə edə bilərsiniz. A-Medical şirkəti Azərbaycanda tibbi turizm sahəsində 7 ildən artıq təcrübəsi ilə Türkiyədə müalicə və digər ölkələrdə
hər növ tibbi prosedurun yerinə yetirilməsini sizin üçün təşkil edir.

Xaricde mualice ilə bağlı hərhansı bir sualınız yarandığı halda sizə uyğun olan vasitə ilə bizimlə əlaqə saxlaya bilərsiniz.
A-Medical şirkəti Türkiyede müalice və digər ölkələrdə müayinə, müalicə və əməliyyat prosedurlarının yerinə yetirilməsi və xaricdə
müalicə təşkil olunması ilə bağlı 7 ildən artıq təcrübəsi ilə sağlamlığınızı geri qaytarmaq üçün xidmətinizdədir.


Pulsuz konsultasiyadan yararlan

Qısa formu dolduraraq pulsuz konsultasiyaya yazıl və sağlamlığın üçün ən doğru seçimi birgə təyin edək

Bir kliklə Whatsapp-a yazın