Turkiyede Mualice, Türkiyədə Müalicə, Xaricdə Müalicə
A-Medical tibbi turizm şirkəti olaraq Türkiyədə müalicə almaq istəyən pasientlərimizin arzularını reallaşdırmağa, onlara daha az xərclə yüksək keyfiyyətli və asan müalicə olunma imkanları təqdim etməyə davam edirik.
Centermed Laboratoriyası 21 ildən çoxdur radiodiaqnostik görüntüləmə və radiologiya sahəsində fəaliyyət göstərən laboratoriyadır. Centermed Laboratoriyası Türkiyənin ən çox tanınan və müştərilərimiz tərəfindən bəyənilən xəstəxanası olan Amerikan Xəstəxanası ilə eyni bölgədə fəaliyyət göstərir.
Centermed Laboratoriyası qan testləri, USM, MRT, KT və rentgen daxil olmaqla bir çox çeşiddə test və analiz xidmətlərini müştərilərinə təqdim edir. Laboratoriyanın məqsədi xəstələrə və tibbi xidmət göstərənlərə yüksək keyfiyyətli və təhlükəsiz tibbi diaqnostika xidmətləri təklif etməkdir.
Türkiyədə müalicə zamanı bir çox insan xəstəxananın istədiyi analizləri birbaşa olaraq xəstəxanadan təmin etməyin zərurət olduğunu düşünür. Lakin bizim vasitəmizlə Türkiyədə müalicə alan pasiyentlər bilməlidir ki, əməkdaşlıq etdiyimiz Centermed Laboratoriyası xəstəxanalar tərəfindən müəyyən olunan müayinə və analiz qiymətlərindən demək olar ki, 2 qat daha aşağı qiymətlərlə sizi lazım olan analizlərlə təmin edir. Laboratoriya xəstəxana tərəfindən pasiyentlərimizdən istənilən testlərin cavablarını 24 saat ərzində hazır edərək sizə çatdırır. Centermed Laboratoriyasından alınan analiz, müayinə və test cavablarının hamısı Türkiyə xəstəxanaları və klinikaları tərəfindən tanınır və qəbul olunur.
Centermed Laboratoriyası diaqnostika xidmətlərində keyfiyyət və etibarlılığa böyük önəm verir. Laboratoriya müasir diaqnostika cihazları və təcrübəli həkim heyyəti ilə pasiyentlərə yüksək xidmət keyfiyyəti ilə xidmət göstərir.
Centermed Laboratoriyası doğru və etibarlı tibbi nəticələr təqdim etmək üçün müasir texnoloji alətlərin istifadəsi üçün xüsusi yatırımlar edir. Belə ki, laboratoriya tərəfindən həyata keçirilən müayinə və analizlərin Türkiyədəki bütün xəstəxanalar tərəfindən tanınmasının bir səbəbi də, elə məhz laboratoriyanın müştərilərinə göstərdiyi dəqiq xidmətdir.
Pasiyentlərdən alınan analizlərin ən doğru nəticələri verməsi və göstərilən xidmət keyfiyyətinin ən yüksək səviyyədə tutulması üçün laboratoriyanın mütəxəssis heyyəti analiz nəticələrini əlavə təsdiq mərhələləri vasitəsilə doğrulayırlar. Bu sayədə pasiyentlərdən əldə olunan analizlərdən yüksək doğruluq payı ilə nəticə əldə olunur.
Laboratoriyada fəaliyyət göstərən tibbi heyyət davamlı olaraq həm lokal, həm də beynəlxalq kurslarda iştirak edir və özlərini inkişaf etdirirlər. Bu sayədə Centermed Laboratoriyası pasiyentlərə yenilikçi diaqnostika metodları ilə xidmət göstərməklə qalmır, eyni zamanda müasir tibb elminin gərəkliliklərini də yaxından izləyir.
Centermed Laboratoriyası pasiyentlərə yüksək keyfiyyətli diaqnostika xidmətləri göstərməklə birlikdə eyni zamanda əldə olunan nəticələrin pasiyent tərəfindən anlaşılmasına da kömək edir. Belə ki, Centermed Laboratoriyasından analiz əldə etdiyiniz zaman laboratoriyanın həkim heyyəti sizə əldə olunan analizlərin nəticələri və görülməsi gərəkən tədbirlər haqqında məlumat verir.
Centermed Laboratoriyası geniş çeşidli qan testlərindən USM, KT, rentgen kimi görüntüləmə testlərinə qədər müştərilərinə bir çox sahədə xidmət göstərir. Siz Türkiyədə müalicə zamanı Centermed Laboratoriyasına getməklə xəstəxana və klinikalar tərəfindən tələb olunan test və analizləri 24 saat ərzində əldə edə bilərsiniz.
Aşağıdakı cədvəl vasitəsilə Centermed Laboratoriyası tərəfindən pasiyentlərə təqdim olunan xidmətlərlə tanış ola bilərsiniz:
Prosedurlar |
MRT |
Bütün bədənin MRT |
Ürək MRT |
Multiparametrik Prostat MRT |
Maqnetik Rezonans Angioqrafiya (MRA) |
Prostat MRT |
Sinə MRT |
Funksional MRT |
Dinamik Pelvis MRT və MR Defekoqrafiya |
Kranial (Beyin, Baş, Boyun) MRT |
Qarın və Aşağı Qarın (Pelvis) MRT |
MRT Enteroqrafiyası |
Kompüter Tomoqrafiyası (KT) (64 Nahiyə) |
Multidetektor 640 Nahiyə |
Dinamik Kontrastlı CT Müayinələri |
Koronar və Ürək CT Angioqrafiyası |
Neyro görüntüləmə |
Kinematik KT |
Bütün Bədənin CT Angioqrafiyası |
Ultrasonoqrafiya |
Rəngli Doppler USG |
Rəqəmsal Rentgen |
Flüoroskopiya |
Panoramik rentgen |
Sefalometrik rentgen |
Sümük sıxlığının ölçülməsi (DEXA) |
Tam təchiz olunmuş laboratoriya |
3D tomosintez mamoqrafiyası |
Fusion Prostat Biopsiyası |
USM |
Qan analizləri |
Türkiyədə müalicə zamanı müalicə aldığınız klinika vəya xəstəxana sizdən müəyyən tibbi analizlər tələb edirsə, o zaman bu analizləri birbaşa olaraq xəstəxanadan yox, laboratoriyadan əldə etmək daha doğru bir seçim ola bilər. Xüsusilə Türkiyədə fəaliyyət göstərən və ən iləri texnologiyalardan istifadə edən Centermed Laboratoriyası ölkədəki demək olar ki, bütün tanınan klinika və xəstəxanalarla yaxın əlaqələr içərisindədir. Laboratoriyadan xəstəxana tərəfindən tələb olunan analizləri qısa müddətdə əldə edə bilər, eyni zamanda bu analizləri yenidən müalicə olunduğunuz tibb müəssisəsinə təqdim edə bilərsiniz.
Centermed Laboratoriyasını seçməklə əldə edəcəyiniz üstünlüklər aşağıdakı kimidir:
Centermed Laboratoriyası Türkiyənin aparıcı xəstəxanaları və klinikaları tərəfindən tanınır. Yüksək keyfiyyətli və etibarlı diaqnostika xidmətləri təqdim edən laboratoriyanın bütün klinika və xəstəxanalar tərəfindən tanınması, göstərilən xidmətin keyfiyyətini təsdiqləyir.
Cenetermed Laboratoriyası pasiyentlərin tibbi diaqnostika və analizlərini 24 saat içərisində hazırlayır. Xüsusilə fövqaladə vəziyyətlərdə pasiyentlərin yardımına çatan sürətli xidmət laboratoriya tərəfindən müştərilərə təqdim olunan üstünlüklərdən yalnızca biridir. Əgər siz də sürətli bir şəkildə test vəya analiz əldə etmək istəyirsinizsə, o zaman bizim vasitəçiliyimizlə Centermed Laboratoriyasına müraciət edə bilərsiniz.
Xəstəxanalarda vəya klinikalarda tibbi analiz əldə etmək bir çox halda pasiyentlər üçün bahalı ola bilər. Lakin Centermed Laboratoriyası xəstəxana və klinikalarda tələb olunan qiymətlərlə müqayisədə 50%-ə qədər endirim imkanı ilə yüksək keyfiyyətli diaqnostika xidmətləri təqdim edir.
A-Medical müştəriləri Türkiyədə müalicə müddətində xəstəxana tərəfindən tələb olunan analiz və testləri keyfiyyətli, ucuz və sürətli bir şəkildə əldə etmək imkanına sahibdirlər. Belə ki, Centermed Laboratoriyası pasiyentlərə genişmiqyaslı və keyfiyyətli diaqnostika xidmətlərini endirimli qiymətə və sürətli bir şəkildə təqdim edir. Türkiyədə müalicəniz müddətində bizimlə əlaqə saxlayaraq qısa müddətdə laboratoriyanın göstərdiyi xidmətlərdən faydalana bilərsiniz.
Türkiyədə müalicəniz zamanı xəstəxana tərəfindən tələb olunan analiz və testləri Centermed Laboratoriyası vasitəsilə daha ucuz, sürətli və keyfiyyətli bir şəkildə əldə etmək istəyirsinizsə istəyirsinizsə, əlaqə səhifəmiz, Whatsapp nömrəmiz vəya əlaqə nömrəmiz (+90 533 423 35 48 ) vasitəsilə bizə müraciət edə bilərsiniz.
Turkiyede Mualice, Türkiyədə Müalicə, Xaricdə Müalicə
Xüsusi güzəştli şərtlərlə xaricde mualice almaq istəyirsinizsə, A-Medical tibbi turizm şirkəti ilə əlaqəyə Xaricde mualice ilə bağlı hərhansı bir sualınız yarandığı halda sizə uyğun olan vasitə ilə bizimlə əlaqə saxlaya bilərsiniz.
keçərək ətraflı məlumat əldə edə bilərsiniz.
A-Medical şirkəti Azərbaycanda tibbi turizm sahəsində 7 ildən artıq təcrübəsi ilə Türkiyədə müalicə və digər ölkələrdə
hər növ tibbi prosedurun yerinə yetirilməsini sizin üçün təşkil edir.
A-Medical şirkəti Türkiyede müalice və digər ölkələrdə müayinə, müalicə və əməliyyat prosedurlarının yerinə yetirilməsi və xaricdə
müalicə təşkil olunması ilə bağlı 7 ildən artıq təcrübəsi ilə sağlamlığınızı geri qaytarmaq üçün xidmətinizdədir.
Qısa formu dolduraraq pulsuz konsultasiyaya yazıl və sağlamlığın üçün ən doğru seçimi birgə təyin edək
Bir kliklə Whatsapp-a yazın