+99410 310 93 33

WHATSAPPA YAZIN

BLOQ

Türkiyədə müalicə almaq istəyənlər üçün doğru otel seçimi hər zaman vacib yer tutur. Otel seçərkən otelin yerləşdiyi yer, xidmətləri, təmizliyi və oteli ziyarət edən insanlar tərəfindən necə qarşılandığını bilmək önəmlidir. Otelin müalicə alacağınız xəstəxananın yaxınlığında yerləşməsi, sağalma müddətinizə müsbət təsir göstərməsi, idman zalı və SPA kimi xidmətlər göstərməsi Türkiyədə müalicə təcrübənizə müsbət təsir bağışlayacaq amillərdir. Otelin təmizlik və müştəri xidməti baxımından yaxşı reputasiyaya malik olmasını təmin etmək üçün rəyləri oxumaq və otel haqqında araşdırma aparmaq da vacibdir.





A-Medical tibbi turizm şirkəti olaraq biz sizi uzun vaxt və enerji tələb edən otel tapmaq prosesindən edir və Türkiyədə keyfiyyətli müalicə təcrübəsi yaşamağınıza imkan  yaradırıq.


Türkiyədə müalicə olunmmaq istəyən pasiyentlərimizin müalicə prosesləri zamanı Türkiyənin ən yaxşı otellərindən birində qonaqlaması və mümkün olan ən yüksək səviyyə xidmət keyfiyyəti ilə qarşılaşması bizim üçün çox vacibdir. Bu səbəbdən uzun illərdir müştərilərimizə tövsiyə etdiyimiz və müştərilərimizdən yaxşı rəylər aldığımız My Residence otel və otelin yüksək səviyyəli xidmətlərini müştərilərimizə tövsiyə etməkdən qürur duyuruq.


My Residence Otel : Ümumi Baxış




İstanbulda yerləşən və müştərilərinə yüksək səviyyəli rahatlıq və xidmət təklif edən My Residence Hotel Türkiyədə müalicə almaq istəyən müştərilərimiz üçün hər zaman əsas seçimdir. My Residence standart otaqları və suitləri də daxil olmaqla hər növ müştəriyə xitab edəcək otaqlara sahibdir. Otaqların hamısı ödənişsiz Wi-Fi, düz ekran televizorlar və şəxsi vanna otağı kimi üstünlüklərlə təchiz olunub. Oteldə həmçinin qonaqların qaldıqları müddətdə istifadə edə biləcəyi fitness mərkəzi və spa otaqları var. My Residence otel İstanbulun tarixi bölgəsində, Sultanahmet Məscidi və Ayasofya kimi məşhur turizm destinasiyalarının yaxınlığında yerləşir. Otel həmçinin ictimai nəqliyyatdan asanlıqla istifadə edə biləcəyiniz bir bölgədə yerləşir ki, bu da qonaqların şəhəri kəşf etmələrini asanlaşdırır.


Otelin Türkiyəyə müalicə turizmi üçün səyahət edən şəxslər üçün çox əlverişli otel olmasının digər səbəbi şəxsi mətbəxlərin olmasıdır. Xüsusilə onkoloji və hematoloji xəstələr üçün xaricdən qida əldə etməyin sağlamlıq risklərini nəzərə alsaq, özəl mətbəxin olması xəstələr üçün mühüm üstünlükdür.



Xidmətlər
Ödənişsiz & Sürətli Wi-Fi
Oyun otağı
Havalimanından transfer
Görüş otaqları
Restoran
Səhər yeməyi
Şərab & şampan
Paltar yuma xidməti
Biznes otaqları
Otaqda səhər yeməyi
Quru təmizləmə
Ütü
Otaqlar
Gigiyenik otaqlar
Masa
Düz ekran TV
Otaq xidməti
Su
Səs keçirməyən otaqlar
Otaq təmizləmə xidmətləri
Şəxsi mətbəx
Hamam
Ütü
Otaq Növləri
Siqaret çəkilməyən otaqlar
Suitlər
Ailə otaqları

My Residence Hotel: Ünvan


My Residence Hotel İstanbulun mərkəzində yerləşir və qonaqlar ictimai nəqliyyatdan istifadə edərək şəhərin ən çox tanınan turizm bölgələrinə rahatlıqla gedə bilirlər.


Otelin yerləşdiyi ünvanın bir digər müsbət cəhəti isə ölkənin ən böyük və ən qədim qapalı bazarlarından biri olan Kapalı Çarşı ilə yaxın olmasıdır. Otelin qonaqları istədikləri zaman Kapalı Çarşı-nı ziyarət edərək saatlarla dükan və satıcıları ziyarət edə bilər, suvenirlər, tekstil və ənənəvi türk məhsullarına baxış keçirə bilərlər. Otel həm də canlı atmosferi və canlı gecə həyatı ilə tanınan məşhur Taksim meydanının yaxınlığında yerləşir.


My Residence otel qonaqlarına İstanbulu kəşf etmək üçün hər növ imkanı yaradır. Belə ki, İstanbulun tanınan kafe və restoranlarının yerləşdiyi Beyoğlunun tarixi məhəllələri oteldən bir qədər aralıda yerləşir. Otelin qonaqları istədikləri vaxt rahatlıqla bu kafe və restoranları gəzə bilərlər. 


Ümumiyyətlə, My Residence Hotel İstanbul şəhəri və onun bir çox görməli yerlərini kəşf etmək istəyənlər üçün ideal ünvanda yerləşir. Otelin məşhur görməli yerlərə, alış-veriş sahələrinə və nəqliyyat əlaqələrinə yaxınlığı onu şəhəri kəşf etmək üçün ideal otelə çevirir.


My Residence Hotel: Xidmətlər





My Residence Hotel qonaqlarının rahat və xoş istirahətini təmin etmək üçün geniş imkanlar təklif edən lüks oteldir. Masaj, üz və bədən baxımı kimi müxtəlif xidmətlərin təklif olunduğu lüks və standart otaqlar, suitlər, idman zalları, sauna və buxar otaqları, qapalı hovuzlar, SPA və istirahət otaqları Türkiyəyə gələn müştərilərimiz üçün təklif olunan xidmətlər sırasındadır.


Otel həmçinin müxtəlif yemək seçimləri təklif edir. Əsas restoranda səhər yeməyi və nahar və şam yeməyi verilir. Otelin terras restoranı da var ki, burada qonaqlar yemək yeyərkən şəhərin mənzərəsindən həzz ala bilərlər. Qonaqların içki və ya qəlyanaltıdan həzz alması üçün lobbi salonu və hovuz barı da var. Onkoloji və ya hematoloji xəstəliklər səbəbiylə Türkiyəyə gələn müştərilərimizə yemək almaq bəzi hallarda risk yarada bildiyi üçün oteldə fərdi mətbəxlər də təklif olunur.


Otel həmçinin biznes mərkəzi, iclas otaqları və tədbir otaqları da daxil olmaqla bir sıra biznes imkanları təklif edir. Biznes mərkəzi kompüterlər, printerlər və internetə çıxışla təchiz olunub ki, bu da onu qonaqlar üçün işləmək üçün mükəmməl yerə çevirir. İclas otaqları və tədbir otaqları da ən son texnologiya ilə təchiz olunub və 300-ə qədər qonaq qəbul edə bilir.


Nəhayət, otel qonaqlar üçün konsyerj xidməti, otaq xidməti, camaşırxana xidməti və valet parkinqi də daxil olmaqla bir sıra xidmətlər təklif edir. Konsyerj xidməti qonaqlara nəqliyyatın təşkilində, tın və furlarəaliyyətlərin sifarişində, restoran rezervasiyalarında köməklik göstərə bilir. Otaq xidməti günün 24 saatı mövcuddur və camaşırxana xidməti qonaqlara qaldıqları müddətdə paltarlarını təmiz saxlamağa kömək edir. Avtomobillə gələn qonaqlar üçün valet parkinqi də mövcuddur.


My Residence Hotel: Təmizlik


My Residence Hotel təmizliyə və gigiyenaya xüsusi əhəmiyyət verir. Otelin təmizlik komandası qonaq otaqlarını, ümumi yerləri və xüsusi bölgələri ləkəsiz saxlayır. Təmizlik işçiləri hər bir səthin hərtərəfli sterilizasiya və dezinfeksiya edilməsini təmin etmək üçün ən müasir təmizlik avadanlıqlarından və yüksək keyfiyyətli təmizləyici vasitələrdən istifadə edirlər.





Qonaq otaqları ilə yanaşı, otelin ümumi yerləri gün ərzində dəfələrlə təmizlənir. Lobbi, restoran, fitness mərkəzi və şəxsi mətbəxlər mütəmadi olaraq təmizlənir və qonaqların təmiz yerlərə çıxışı təmin oluinur.


Əminliklə deyə bilərik ki, Türkiyəyə müalicə üçün gələn müştərilərimiz My Residence Hotelin təcrübəli təmizlik heyəti sayəsində heç bir gigiyena problemi yaşamayacaqlar.


My Residence Otel Otaqlar & Qiymətlər






Balkonlu studiyaKing StudioLuxury Studio
Ailə otağı
Sng : 50 € RO (55 € BB)Sng : 60 € RO (70 € BB) ; Dbl :  68 € RO ( 88 € BB)(1+0) : SNG 63€ RO ( 70 € BB)Sng : 80 RO € ( 87 € BB)
Dbl : 55 € RO ( 60€ BB)Trp :   76 € RO ( 100 € BB)DBL 70 € RO ( 90 € BB)Dbl 87 € RO ( 100€ BB)


Trp : 80 € RO ( 105 € BB)Trp : 105  € RO ( 126 € BB )



4 People :  112 € RO (140 € BB)



My Residence Otel Müştərilərimizə Nə Təklif Edir?


Müştərilərimizin uzun illərdir Türkiyədə müalicə almasını asanlaşdıran sağlamlıq turizmi şirkəti olaraq, My Residence otelin müştərilərimizə göstərdiyi qayğıdan məmnunluq duyur, pasiyentlərə ən yüksək müalicə təcrübəsini yaşatmaq üçün My Residence oteli tövsiyyə etməkdən xoşbəxtlik duyuruq. Türkiyənin ən yaxşı xidmət göstərən otellərindən bir olan My Residence oteli ilə olan əməkdaşlığımız sayəsində Türkiyədə müalicə alan müştərilərimiz endirimli qiymətlərlə oteldə qonaqlaya və xidmətlərdən faydalan bilər.


Türkiyədə müalicə almaq istəyən A-Medical müştərilərinin My Residence Hoteldən əldə edə biləcəyi üstünlüklər aşağıdakı kimidir.


Endirimli Qiymətlər


My Residence otelində yalnız A-Medical müştəriləri üçün xüsusi endirimlər sizi gözləyir. Müştərilərimiz otelin dəbdəbəli otaqlarından və xidmətlərindən faydalanmaq istədiyiniz zaman biz asanlıqla sizə büdcənizə qənaət edəcək endirimlər və fürsətlər təqdim edəcəyik!


Asan & Qısa Müddətdə Rezervasiya


My Residence otel ilin hər günü yüksək doluluq ilə fəaliyyət göstərən məşhur bir oteldir. Otel həm tibbi, həm də gündəlik ziyarətçilər tərəfindən tez-tez seçilir. Türkiyədə müalicənizi planlaşdırarkən My Residence otelində qalmaq istəyirsinizsə, çox güman ki, yüksək doluluq ilə qarşılaşacaqsınız. Bizim vasitəmizlə Türkiyədə müalicə alan müştərilərimiz isə oteldən asanlıqla rezervasiya əldə edə bilirlər. 


Şəxsi mətbəx


Onkoloji və hematoloji xəstəliklər kimi xüsusi gigiyena və qorunma tələb edən xəstəliklərdən əziyyət çəkən xəstələr üçün kənardan qida almaq riskli ola bilər. Buna görə də My Residence Hotel tibbi ziyarətçilər üçün xüsusi mətbəx xidməti təklif edir. Şəxsi mətbəxin olması xüsusi gigiyena tələb edən xəstəliklərdə heç bir risk olmadan qida əldə etmək imkanı yaradır.


Gigiyenik otaqlar


My Residence otelinin otaqları immunitet sisteminin yüksək prioritet olduğu vəziyyətlər üçün allergiyadan azaddır. Müştərilər heç bir allergik reaksiya yaşamadan öz otaqlarında və ya istirahət otaqlarında vaxt keçirə bilərlər.


Müalicə Müddətinizi My Residence Oteldə Dəyərləndirin


Nəticə olaraq, Türkiyədə müalicə turizmi üçün səyahət edərkən yaxşı bir oteldə qalmaq rahat və uğurlu təcrübə üçün çox vacibdir. Doğru otel, təkcə müalicə sonrasında sağalma üçün təmiz və təhlükəsiz mühit təmin etmir, həm də Türkiyədə müalicə təcrübəsini artıra biləcək əlavə şərait və xidmətlər təklif edir. 


Müalicə prosesinizi asanlaşdırmaq, müalicənizi tətilə çevirmək və gözəl bir Türkiyə təcrübəsi yaşamaq üçün sizi My Residence otelinin imkanlarından yararlanmağa dəvət edirik. Türkiyədə A-Medical vasitəsilə müalicə alan müştərilərimiz My Residence Hotel-də endirimli qiymətə lüks otaqlarda qalıb maksimum rahatlıqdan həzz ala bilərlər!

Turkiyede Mualice, Türkiyədə Müalicə, Xaricdə Müalicə

Xüsusi güzəştli şərtlərlə xaricde mualice almaq istəyirsinizsə, A-Medical tibbi turizm şirkəti ilə əlaqəyə
keçərək ətraflı məlumat əldə edə bilərsiniz. A-Medical şirkəti Azərbaycanda tibbi turizm sahəsində 7 ildən artıq təcrübəsi ilə Türkiyədə müalicə və digər ölkələrdə
hər növ tibbi prosedurun yerinə yetirilməsini sizin üçün təşkil edir.

Xaricde mualice ilə bağlı hərhansı bir sualınız yarandığı halda sizə uyğun olan vasitə ilə bizimlə əlaqə saxlaya bilərsiniz.
A-Medical şirkəti Türkiyede müalice və digər ölkələrdə müayinə, müalicə və əməliyyat prosedurlarının yerinə yetirilməsi və xaricdə
müalicə təşkil olunması ilə bağlı 7 ildən artıq təcrübəsi ilə sağlamlığınızı geri qaytarmaq üçün xidmətinizdədir.


Pulsuz konsultasiyadan yararlan

Qısa formu dolduraraq pulsuz konsultasiyaya yazıl və sağlamlığın üçün ən doğru seçimi birgə təyin edək

Bir kliklə Whatsapp-a yazın