facebook Konsultasiya lazımdır? İndi bizimlə əlaqə saxlayın – sürətli və pulsuz!
Anadolu Sağlamlıq Klinikasında Cəmi 700$-a Pet/KT Müayinəsi,A-Medical - Türkiyədə Müalicə, xaricdə müalicə və tibbi turizm sahəsində 7 ildən artıq təcrübə ilə Turkiyede və xaricde mualice xidməti göstəririk!

Anadolu Sağlamlıq Mərkəzində Xərçəng Diaqnozu Üçün PET/KT və Medikal Onkoloq Müayinəsi 


A-Medical müştəriləri öncədən qeydiyyatdan keçərək yalnız 700$ ödəməklə Türkiyənin onkologiya üzrə aparıcı xəstəxanası Anadolu Sağlamlıq Mərkəzindən aşağıdakı xidmətləri əldə edə bilər:


- PET/KT Müayinəsi

- Medikal onkoloq (Prof. Dr. Bülent Karagöz) tərəfindən müayinə


Qeyd: Təklif yalnız 1 ay ərzində keçərlidir.


Anadolu Sağlamlıq Mərkəzi


Anadolu Sağlamlıq Mərkəzi Türkiyədə Onkologiya sahəsində beynəlxalq sertifikatlara sahib olan və ən müasir onkologiya müalicəsi metodlarının tətbiqini təmin edən JCI akredit xəstəxadır. Anadolu Sağlamlıq Mərkəzi tibb sahəsinə ən böyük elmi töhfələri verən ABŞ-ın Johns Hopkins Universiteti ilə təhsil və xidmətin yaxşılaşdırılmasına yönəlik strateji əməkdaşlıq edir.


Xərçəng diaqnozu və digər diaqnozlar üçün Anadolu Sağlamlıq Mərkəzində PET/KT müayinəsi sizə aşağıdakı üstünlükləri qazandıracaq:


  • Maddələr mübadiləsi və qan dövranı kimi funksional proseslər haqqında ətraflı məlumat əldə etmək imkanı

  • KT və ya MRT kimi digər görüntüləmə metodları ilə müqayisədə gözə görünməyən xərçəngin müəyyən olunmasında daha uğurlu nəticələr

  • Xərçəngin müalicəyə necə reaksiya verdiyini müəyyən etmək

  • Xərçəngin mərhələlərini təyin etmək və müayinə əsasında ən doğru müalicə planının hazırlanması

  • Ağrısız və təhlükəsiz müayinə


Prof. Dr. Bülent Karagöz


Prof. Dr. Bülent Karagöz 1968-ci ildə anadan olub və 1992-ci ildə Gülhane Hərbi Tibb Akademiyası Tibb Fakültəsindən məzun olub. Məzun olduqdan sonra uzun illər müxtəlif hərbi komandanlıqlarda xidmət edib. Prof. Dr. Bülent Kagöz 2012-ci ildən bugünə qədər onkologiya sahəsində fəaliyyət göstərir. Fəaliyyəti dövründə, 2017-ci ildə professorluq ünvanı alıb və Okan Universitetində Daxili Xəstəliklər və Tibbi Onkologiya kafedrasının müdiri və Tibbi Etika Komitəsinin rəhbəri vəzifələrini icra edib. Prof. Dr. Bülent Karagöz hal-hazırda Türkiyə Tibbi Onkologiya Cəmiyyətinin və Avropa Baş və Boyun Xərçəngi Cəmiyyətinin üzvüdür.


PET/KT Müalicəsi Nədir?


PET/KT (Pozitron Emissiya Tomoqrafiyası/Kompüter Tomoqrafiya) iki müxtəlif görüntüləmə texnologiyasının imkanlarını birləşdirən tibbi müayinə üsuludur. PET/KT müayinəsi bədəndəki maddələr mübadiləsini, qan axımını, orqanizmin funksional prosesinin təfərrüatlı 3D təsvirini hazırlamaq üçün istifadə olunur. 


PET/KT müayinəsi xərçəng diaqnozu üçün istifadə olunan effektiv müayinə üsuludur. PET/KT müayinəsi zamanı pasiyentin bədəninə az miqdarda radioaktiv izləyici maddə yeridilir və bədənin müxtəlif nahiyələrində toplanan izləyicilər vasitəsilə pasiyentin metabolik aktivliyi görüntülənir. Proses zamanı pasiyent bədənin təfərrüatlı 3D təsvirlərinin yaradılması üçün rentgen şüalarından və detektorlardan istifadə edilən böyük, dairəvi PET/KT skanerinə köçürülür. PET/KT müayinəsi nəticəsində əldə olunan görüntülər rentgenoloq və medikal onkoloq tərəfindən analiz edilir.


A-Medical olaraq sizə təqdim etdiyimiz endirim və üstünlüklərlə Anadolu Sağlamlıq Mərkəzində sadəcə 700$-a PET/KT və Medikal Onkoloq müayinəsi əldə etmək istəyirsinizsə, bizimlə əlaqə səhifəmiz və ya əlaqə nömrəmiz (+994 10 310 93 33 - Whatsapp) vasitəsilə əlaqə saxlaya bilərsiniz.

A-Medical: High Quality & Affordable Medical Treatment Abroad

Xüsusi güzəştli şərtlərlə xaricde mualice almaq istəyirsinizsə, A-Medical tibbi turizm şirkəti ilə əlaqəyə
keçərək ətraflı məlumat əldə edə bilərsiniz. A-Medical şirkəti Azərbaycanda tibbi turizm sahəsində 7 ildən artıq təcrübəsi ilə Türkiyədə müalicə və digər ölkələrdə
hər növ tibbi prosedurun yerinə yetirilməsini sizin üçün təşkil edir.

Xaricde mualice ilə bağlı hərhansı bir sualınız yarandığı halda sizə uyğun olan vasitə ilə bizimlə əlaqə saxlaya bilərsiniz.
A-Medical şirkəti Türkiyede müalice və digər ölkələrdə müayinə, müalicə və əməliyyat prosedurlarının yerinə yetirilməsi və xaricdə
müalicə təşkil olunması ilə bağlı 7 ildən artıq təcrübəsi ilə sağlamlığınızı geri qaytarmaq üçün xidmətinizdədir.


Pulsuz konsultasiyadan yararlan

Qısa formu dolduraraq pulsuz konsultasiyaya yazıl və sağlamlığın üçün ən doğru seçimi birgə təyin edək

Bir kliklə Whatsapp-a yazın