facebook Konsultasiya lazımdır? İndi bizimlə əlaqə saxlayın – sürətli və pulsuz!
Diş Müalicəsi, Stomatoloji Müalicə və Müayinə,A-Medical - Türkiyədə Müalicə, xaricdə müalicə və tibbi turizm sahəsində 7 ildən artıq təcrübə ilə Turkiyede və xaricde mualice xidməti göstəririk!

Stamatologiya insanların ağız və diş sağlamlığının qorunmasına xidmət edən tibbi sahədir. Stamatoloqlar dişlər, diş ətləri, çənə və ağızın digər nahiyələri ilə bağlı problemlərin diaqnozu və müalicəsi ilə məşğul olurlar. Diş həkimləri dişlərin təmizlənməsi, boşluqların doldurulması, qırıq və ya zədələnmiş dişlərin təmiri də daxil olmaqla bir sıra xidmətlər göstərirlər. Diş həkimləri eyni zamanda gələcəkdə meydana gələ biləcək diş və ağız problemlərinin qarşısını almaq üçün profilaktik tədbirlər görürlər.


Azərbaycan səhiyyəsində stamatologiya yüksək keyfiyyətli bir şəkildə həyata keçirilir. Hər il minlərlə xarici vətəndaş Azərbaycanda diş müalicəsi üzrə Azərbaycan xəstəxanalarına müraciət edir. Azərbaycanda fəaliyyət göstərən xəstəxana və klinikalar həm müalicə metodları, həm də istifadə etdikləri texnologiyalar ilə dünyanın diş müalicəsi üzrə irəli gələn ölkələri ilə rəqabət edirlər. Biz A-Medical olaraq Azərbaycanda diş müalicəsi üçün Liv Bona Dea Xəstəxanasına güvənirik.


Diş müalicəsi üzrə Azərbaycanda yüksək keyfiyyətlə xidmət göstərən Liv Bona Dea xəstəxanasında diş müalicəsi olmaq istəyirsinizsə bizimlə əlaqə saxlaya bilərsiniz.


A-Medical Vasitəçiliyi ilə Azərbaycanda Diş Müalicəsi Üstünlükləri


dental mualice

A-Medical tibbi turizm şirkəti olaraq biz Azərbaycanda diş müalicəsi və ümumilikdə stamatoloji müalicədə ən yüksək məmnuniyyət göstəricisinə və ən yüksək xidmət keyfiyyətinə sahib olan Liv Bona Dea Hospital xəstəxanasına etibar edirik. Liv Bona Dea xəstəxanasının stamatologiya şöbəsi diş implantı, ağız diaqnostikası, ağız, diş və çənə cərrahiyyəsi, protez diş müalicəsi, profilaktik müalicə, periodontologiya, endodontiya və pedodontiya kimi stamatoloji xidmətlər göstərir. Bizə müraciət etməklə siz Liv Bona Dea Hospitalda arzu etdiyiniz stamatoloji xidməti endirimli qiymətə əldə edə bilərsiniz.


Liv Bona Dea Xəstəxanasında diş müalicəsi qiymətləri:

  1. Parlaq ağ vinirlər (hər diş üçün) - 420$-dan başlayaraq

  2. Elit mono vinirlər (hər diş üçün) - 400$-dan başlayaraq

  3. Pearly White Parlaq ağ vinirlər (hər diş üçün) - 550$-dan başlayaraq

  4. Emax Vinir Qapaqlar (hər diş üçün) - 225$-dan başlayaraq

  5. Emax lamina vinirlər (hər diş üçün) - 225$-dan başlayaraq

  6. Lazer vasitəsilə dişlərin ağardılması 

  7. Evdə diş ağartma dəsti (hər dəst üçün) - 200$-dan başlayaraq

  8. Gum Shield Soft & SX (hər çənə üçün) - 150$-dan başlayaraq

  9. Diş implantı -  1100$-dan başlayaraq

  10. Dental körpü (hər hissə üçün) - 305$-dan başlayaraq

  11. Diş ətinin lazer vasitəsilə formaya salınması (hər diş üçün) - 150$-dan başlayaraq

  12. Diş çəkilməsi - 70$-dan başlayaraq

  13. Sümüklərin peyvəndlənməsi - 300$-dan başlayaraq

  14. Masseter botoks - 220$-dan başlayaraq

  15. Kanal müalicəsi (hər sinir üzrə) - 300$-dan başlayaraq

  16. Ağ plomb - 100$-dan başlayaraq

  17. Dental gigiyena (hər sessiya üzrə) - 80$-dan başlayaraq

  18. Protezlər - 1200$dan başlayaraq


A-Medical olaraq sizə təqdim etdiyimiz endirimlər və üstünlüklərlə Azərbaycanda diş müalicəsi olmaq istəyirsinizsə, bizimlə əlaqə səhifəmiz və ya əlaqə nömrəmiz (+994 10 310 93 33 Whatsapp) vasitəsilə əlaqə saxlaya bilərsiniz.


Liv Bona Dea Hospitalda Peşekar Stamatoloqlar Tərəfindən Diş Müalicəsi Əldə Edin


dis mualiceleri

Liv Bona Dea xəstəxanasının Stamatologiya şöbəsinin peşekar və yüksək ixtisaslı həkimləri tərəfindən stamatoloji müalicə almaq mümkündür. Mütəxəssis həkim heyəti tərəfindən həyata keçirilən profilaktik müayinə, diaqnostika və müalicə ilə dişlərinizin və ağız sağlamlığınızın qeydinə qalın.


Fərdi diş müalicəsi planlaması ilə diş və ağız sağlamlığınızın qeydinə qalın


Liv Bona Dea Hospitalın peşekar həkim heyəti Azərbaycanda diş müalicəsi zamanı hər bir pasiyentin unikallığı prinsipi ilə fəaliyyət göstərir və hər bir pasiyent üçün xüsusi stomatoloji müalicə planı hazırlayır. Xəstənin istək və məqsədləri, narahatlıqları, diş sağlamlığı tarixi, ümumi sağlamlıq vəziyyəti və özünəməxsus xüsusiyyətləri nəzərə alınaraq hazırlanan fərdi diş müalicəsi planlaması hər bir fərd üçün ən uyğun və effektiv müalicə və baxımı təmin etmək üçün vacibdir. Fərdi diş planlaması uzun müddətdə diş və ağız sağlamlığını qorumağa və saxlamağa kömək edir.


Erkən diaqnoz ilə profilaktik müalicələr və diş sağlamlığının qorunması


Liv Bona Dea Xəstəxanası kariyes, diş əti xəstəliyi, diş itkisi kimi diş problemlərinin inkişafının qarşısını almaq üçün profilaktik müalicələrdən istifadə edir. Bu müalicələrə peşəkar diş təmizləməsi, flor terapiyası, mastiklər, fırçalama, diş ipi, ağız gigiyenası daxildir. Erkən diaqnozla diş sağlamlığını qorumaq və gələcəkdə yarana biləcək ağız və diş problemlərinin qarşısını almaq mümkündür.


Bütövlükçü diş müalicəsi yanaşması ilə uzunmüddətli diş və ağız sağlamlığının qorunması


Liv Bona Dea xəstəxanası diş müalicəsi zamanı sadəcə pasiyentin diş və ağız sağlığını deyil, eyni zamanda ümumi sağlamlığını diqqətə alan bütövlükçü yanaşmadan istifadə edir. Bütövlükçü yanaşma tətbiq ediləcək diş müalicəsi planının xəstənin ümumi səhhəti üzərindəki təsirləri ilə maraqlanan bir yanaşmadır. Liv Bona Dea xəstəxanasında diş müalicəsi alacağınız zaman həkiminiz tətbiq ediləcək diş müalicəsinin sağlamlığınız üzərində heç bir mənfi təsir yaratmamasına xüsusi diqqət göstərəcək.


Rəqəmsal stomatologiya ilə ən son texnologiyalardan faydalanmaq imkanı


Rəqəmsal stomatologiya diş müalicəsində ən son texnologiyaların istifadəsini ifadə edir. Diş protezlərinin yaradılması üçün kompüter dəstəkli dizayn (CAD) və kompüter dəstəkli istehsal (CAM) sistemlərinin istifadəsi, elektron diş qeydlərinin saxlanması və digər diş texnologiyaları Liv Bona Dea Xəstəxanasının müştərilərə təklif etdiyi xidmətlər sırasındadır.


Bu texnologiyalardan istifadə etməklə xəstələr daha dəqiq, səmərəli və uyğun diş müalicəsindən faydalanmaq imkanı əldə edirlər. Stomatologiyada istifadə olunan rəqəmsal texnologiyalara nümunə olaraq 3D çap, virtual reallıq simulyasiyaları və xəstələrə uzaqdan qayğı göstərməyə imkan verən telegenik platformalar göstərilə bilər. 


A-Medical olaraq sizə təqdim etdiyimiz endirimlər və üstünlüklərlə Azərbaycanda diş müalicəsi olmaq istəyirsinizsə, bizimlə əlaqə səhifəmiz və ya əlaqə nömrəmiz (+90 533 423 35 48 Whatsapp) vasitəsilə əlaqə saxlaya bilərsiniz.


Diş müalicəsi nədir?


Diş müalicəsi diş həkimi tərəfindən diş və ya ağız sağlamlığı üçün həyata keçirilən hər hansı bir prosedura verilən addır. Diş müalicəsi üçün nümunə olaraq dişlərin çıxardılması, boşluqların doldurulması, zədə görmüş dişlərin təmiri vəya dişlərin dəyişdirilməsi kimi stamotoloji proseslər nümunə göstərilə bilər. Əlavə olaraq diş vəya ağız sağlamlığının gələcəkdə hərhansı bir problem ilə qarşılaşmaması üçün profilaktiki müalicələr də diş müalicəsi olaraq görülə bilər. Diş müalicəsi stamatoloq həkimlər tərəfindən həyata keçirdilir.


Azərbaycanda Diş Müalicəsi


dis mualicesi

Diş müalicəsi dişlərin və ağızın sağlamlığını və görünüşünü qorumaq və ya yaxşılaşdırmaq üçün stomatoloqlar tərəfindən təmin edilən müxtəlif prosedurları və xidmətləri əhatə edən geniş bir termindir. Diş müalicəsinin bəzi növləri aşağıdakılardır:


  1. Dişlərin təmizlənməsi: Dişlərin təmizlənməsi müalicəsi ağızda yer alan diş daşlarının təmizlənməsi və diş ətinin zərərli maddələrdən təmizlənməsini ifadə edir. Dişlərin təmizlənməsi dişin çürüməsini və diş əti xəstəliklərinin inkişafını dayandırdığı üçün vacib bir prosesdir.

  2. Boşluqların doldurulması: Diş zədələndikdə və ya çürüyəndə boşluq yarana bilər. Boşluqların yaranmasına gigiyena qaydalarına riayət edilməməsi, şəkərlə zəngin qidalanma və dişlərin doğru fırçalanmaması da daxil olmaqla müxtəlif amillər səbəb ola bilər. Boşluqların doldurulması zamanı plomb vəya digər üsullardan istifadə edilə bilər. Diş boşluqlarının doldurulması dişdə meydana gələn zədələnmənin aradan qaldırılması üçün vacibdir.

  3. Dişlərin çıxarılması: Dişdə meydana gələn çürüklər, infeksiyalar vəya zədələr bəzi hallarda dişin çıxardılmasına səbəb ola bilər. Dişlərin çıxardılması diş həkimi tərəfindən həyata keçirdilir. Dişlər bir çox halda sadə çəkilmə üsulu ilə bir neçə dəqiqə ərzində çıxardılsa da, bəzi hallarda stamotoloq cərrahi çəkilmə adı verilən diş çıxardılması üsulundan istifadə etmək məcburiyyətində qala bilər. 

  4. Zədələnmiş dişlərin bərpası və ya dəyişdirilməsi: Əgər diş travma və ya çürük nəticəsində zədələnirsə, onu müxtəlif üsullardan istifadə etməklə təmir etmək mümkündür. Diş implantları və ya dişlərin dəyişdirilməsi dişlərin bərpası üçün atılan addımlardan bəziləridir.


Bu prosedurlara əlavə olaraq, diş müalicəsi dişləri düzəltmək və dişləməni yaxşılaşdırmaq üçün ortodontik müalicəni (breketlər və ya tutucular kimi) və dişlərin görünüşünü yaxşılaşdırmaq üçün kosmetik prosedurları (dişlərin ağardılması və ya diş qapaqları kimi) əhatə edə bilər.


Diş implantları


Diş implantı itirilən vəya zədələnən dişin yeni diş ilə əvəz edilməsi və dişin əvvəlki funksiya və estetikasının qaytarılması prosesidir. İndiki dövrdə diş implantları çeynəmə və tələffüz etmə funksiyalarının təmin edilməsində olduqca uğurlu olmaqla birlikdə sahibinə estetik görünüm qazandırır. 


Liv Bona Dea Xəstəxanası Azərbaycanda diş implantları və implant cərrahiyyəsi üzrə xüsusi təlim keçmiş stomatoloqlardan ibarət həkim heyəti ilə pasiyentlərə xidmət edir. Xəstəxanada diş implantı prosesi lokal anesteziya altında həyata keçirdilir. 


Liv Bona Dea Xəstəxanasında həyata keçirilən diş implantı müalicələri cəmi bir neçə saat çəkir. Müalicədən sonra pasiyentin implantlara uyğunlaşması və profilaktiki müalicə üçün pasiyentə müəyyən göstərişlər və tapşırıqlar verilir. 


Vinir Dişlər


Vinir dişlər dişin ön səthini örtmək üçün nəzərdə tutulan nazik və xüsusi olaraq hazırlanmış qapaqlardır. Diş vinirləri adətən çini və ya kompozitdən hazırlanır. Diş vinir müalicəsi dişdə meydana gələn rəng dəyişikliklərinin, çatların, qırıqların və boşluqların müalicə edilməsi üçün istifadə edilir. Diş vinirləri adətən ön dişlər üçün tətbiq edilən bir müalicədir.


Vinir dişlər kompozit vinirlər, əvvəlcədən hazırlanmış (prefabrik) vinirlər, farfor vinirlər, press-keramika vinirlər və zirkon vinirlər olmaqla müxtəlif çeşidlərə sahibdirlər.


Liv Bona Dea Hospital pasiyentlərin gülüşünü yaxşılaşdırmaq üçün ən yüksək keyfiyyətlə vinir diş müalicəsini həyata keçirdir. Vinir diş müalicəsi üçün pasiyentin xəstəxanaya cəmi 3 vəya 4 dəfə gəlməsi kifayət edir. Bu müddət ərzində peşekar həkim heyəti pasiyentə arzu etdiyi gülüşü və estetik görünümü qazandırır.


Dişlərin ağardılması


Dişlərin ağardılması dişlərin rəngini yaxşılaşdırmaq və ümumi görünüşünü yaxşılaşdırmaq üçün nəzərdə tutulmuş kosmetik prosedurdur. Adətən yaşlanma, tütün istifadəsi və müəyyən qida və içkilərin istehlakı da daxil olmaqla müxtəlif amillərin səbəb ola biləcəyi ləkələri və rəngsizləşməni aradan qaldırmaq üçün istifadə olunur.


Liv Bona Dea Xəstəxanası dişlərinizi ağartmaq üçün ən müasir diş ağardıcı üsullardan istifadə edir. Liv Bona Dea Hospital tərəfindən istifadə edilən ofisdaxili müalicələr, evdə istifadə üçün diş ağardıcı dəstlər və xüsusi ağardıcı məhlullar dişlərinizə parlaqlıq gətirmək üçün axtardığınız həllər arasındadır.


Azərbaycanda Diş Müalicəsi Qiymətləri


Liv Bona Dea Xəstəxanasında diş müalicəsinin qiyməti müəyyən faktorlara bağlı olaraq, o cümlədən həyata keçirilən proseda, prosedurun hansı dişlər üzərində həyata keçirildiyinə, istifadə olunacaq tibbi ləvazimatların və texnologiyaların çeşidliliyinə bağlı olaraq dəyişə bilər.


Azərbaycanda diş müalicəsi üçün qəti bir qiymət təklifi vermək çətin olsa da, biz sizə Liv Bona Dea xəstəxanasında həyata keçirilən stamotoloji müalicələrin qiymət cədvəlini aşağıda təqdim etmişik. Unutmayın ki, dişlərin təmizlənməsi vəya boşluqların doldurulması kimi ümumi prosedurlar diş implantlarının hazırlanması və ortodontik müalicə kimi daha mürəkkəb prosedurlardan daha ucuz ola bilər.


A-Medical olaraq müştərilərimizə təqdim etdiyimiz endirimlər və üstünlüklər sayəsində Azərbaycanda diş müalicəsini endirimli qiymətə əldə etməyinizə imkan yaradırıq. Azərbaycanda diş müalicəsi almaq istəyən müştərilərimiz tibbi turizm xidmətlərimizdən istifadə edərək Liv Bona Hospitalda rahatlıqla istədikləri diş müalicəsini ala bilərlər.


Liv Bona Dea Xəstəxanasında diş müalicəsi qiymətləri:


  1. Parlaq ağ vinirlər (hər diş üçün) - 420$-dan başlayaraq

  2. Elit mono vinirlər (hər diş üçün) - 400$-dan başlayaraq

  3. Pearly White Parlaq ağ vinirlər (hər diş üçün) - 550$-dan başlayaraq

  4. Emax Vinir Qapaqlar (hər diş üçün) - 225$-dan başlayaraq

  5. Emax lamina vinirlər (hər diş üçün) - 225$-dan başlayaraq

  6. Lazer vasitəsilə dişlərin ağardılması 

  7. Evdə diş ağartma dəsti (hər dəst üçün) - 200$-dan başlayaraq

  8. Gum Shield Soft & SX (hər çənə üçün) - 150$-dan başlayaraq

  9. Diş implantı -  1100$-dan başlayaraq

  10. Dental körpü (hər hissə üçün) - 305$-dan başlayaraq

  11. Diş ətinin lazer vasitəsilə formaya salınması (hər diş üçün) - 150$-dan başlayaraq

  12. Diş çəkilməsi - 70$-dan başlayaraq

  13. Sümüklərin peyvəndlənməsi - 300$-dan başlayaraq

  14. Masseter botoks - 220$-dan başlayaraq

  15. Kanal müalicəsi (hər sinir üzrə) - 300$-dan başlayaraq

  16. Ağ plomb - 100$-dan başlayaraq

  17. Dental gigiyena (hər sessiya üzrə) - 80$-dan başlayaraq

  18. Protezlər - 1200$dan başlayaraq


A-Medical olaraq sizə təqdim etdiyimiz endirimlər və üstünlüklərlə Azərbaycanda diş müalicəsi olmaq istəyirsinizsə, bizimlə əlaqə səhifəmiz və ya əlaqə nömrəmiz (+994 10 310 93 33 Whatsapp) vasitəsilə əlaqə saxlaya bilərsiniz.


A-Medical: High Quality & Affordable Medical Treatment Abroad

Xüsusi güzəştli şərtlərlə xaricde mualice almaq istəyirsinizsə, A-Medical tibbi turizm şirkəti ilə əlaqəyə
keçərək ətraflı məlumat əldə edə bilərsiniz. A-Medical şirkəti Azərbaycanda tibbi turizm sahəsində 7 ildən artıq təcrübəsi ilə Türkiyədə müalicə və digər ölkələrdə
hər növ tibbi prosedurun yerinə yetirilməsini sizin üçün təşkil edir.

Xaricde mualice ilə bağlı hərhansı bir sualınız yarandığı halda sizə uyğun olan vasitə ilə bizimlə əlaqə saxlaya bilərsiniz.
A-Medical şirkəti Türkiyede müalice və digər ölkələrdə müayinə, müalicə və əməliyyat prosedurlarının yerinə yetirilməsi və xaricdə
müalicə təşkil olunması ilə bağlı 7 ildən artıq təcrübəsi ilə sağlamlığınızı geri qaytarmaq üçün xidmətinizdədir.


Pulsuz konsultasiyadan yararlan

Qısa formu dolduraraq pulsuz konsultasiyaya yazıl və sağlamlığın üçün ən doğru seçimi birgə təyin edək

Bir kliklə Whatsapp-a yazın