Plastik cərrahiyyə nədir?


Plastik cərrahiyyə insan bədənində mövcud olan fiziki və funksional problemlərin həlli, bədəndə yer alan nahiyələrin müalicəsi vəya dəyişdirilməsini ifadə edən tibbi ixtisasdır. Plastik cərrahiyyə rekonstruktiv cərrahiyyə və estetik cərrahiyyə olaraq iki yerə ayrılır. Rekonstruktiv cərrahiyyə, anadangəlmə qüsurlar, inkişaf anomaliyaları, travma, infeksiya, şiş və ya xəstəlik nəticəsində yaranan bədənin anormal strukturlarında aparılır. Rekonstruktiv cərrahiyyə hər nə qədər bədəndə yer alan nahiyələrin funksionallığını təmin etmək üçün edilsə də, bəzi hallarda fiziki görünüşü yaxşılaşdırmaq üçün də edilə bilər.


Estetik cərrahiyyə isə pasiyentlərin fiziki görünüşünün yaxşılaşdırılması və bədənin normal strukturlarını yenidən formalaşdırmaq üçün edilir. 


Azərbaycanda plastik, estetik və rekonstruktiv cərrahiyyə ümumilikdə yüksək keyfiyyətli və xəstələrin razı qaldığı sahələr sırasındadır. Azərbaycanda plastik cərrahiyyə sahəsində keyfiyyətli xidmət göstərən və müştəriləri arzu etdikləri fiziki görünüşə qovuşduran qabaqcıl klinikalar və xəstəxanalar var.


Biz A-Medical olaraq Azərbaycanda plastik, estetik və rekonstruktiv cərrahiyyə sahəsində Azərbaycanda JCI akkreditasiya olunmuş ilk xəstəxana olan və ən yüksək müştəri məmnuniyyətinə malik Liv Bona Dea Xəstəxanasına etibar edirik.


Azərbaycanda premium standartlarda və endirimli qiymətə plastik əməliyyat olunmaq istəyirsinizsə bizə müraciət edə bilərsiniz. Biz Azərbaycanda plastik cərrahiyyə prosesinizi sürətləndirməklə yanaşı müxtəlif tibbi turizm xidmətlərimizlə müalicə prosesində sizə ən yüksək rahatlığı təmin edirik


Liv Bona Dea Xəstəxanası


Liv Bona Dea Xəstəxanası Türkiyənin ən qabaqcıl tibb müəssisələrindən biri olan "Liv Hospital" şəbəkəsinin Azərbaycanda fəaliyyət göstərən xəstəxanalarından biridir. Azərbaycandakı Liv Bona Dea Xəstəxanasının strukturu Avropa və Amerika səhiyyə sistemlərinin standartlarına cavab verir. Xəstəxana hazırda qaraciyər transplantasiyası, ürək-damar xəstəlikləri, qabaqcıl onkoloji əməliyyatlar, qabaqcıl ortopedik cərrahiyyə, onurğa cərrahiyyəsi, doğuşdan etibarən bütün rutin və genetik skrining testləri, hərtərəfli sağlamlıq xidmətləri ilə tanınır.


Liv Bona Dea Xəstəxanasında hazırda təcrübəli həkimlər tərəfindən həyata keçirilən bir çox plastik cərrahiyyə əməliyyatı növü var. Azərbaycanda plastik cərrahiyyə əməliyyatı olunmaq istəyənlər bizə müraciət etməklə Liv Bona Dea Xəstəxanasında premium standartlarda sinə estetikası, liposaksiya, jinekomastiya, pilinq, üz və boyun qaldırma, üzün orta hissəsinin cavanlaşdırılması, alın və qaş qaldırma, arıqladıqdan sonra bədən quruluşunun yaxşılaşdırılması kimi plastik cərrahiyyə xidmətlərindən faydalana bilər. 


Azərbaycanda Plastik Cərrahiyyə Qiymətləri 2023


Liv Bona Dea Xəstəxanasının təklif etdiyi plastik, estetik və rekonstruktiv cərrahiyyə əməliyyatları və qiymətləri aşağıdakı kimidir:



ProsedurQiymət
Rinoplastika
2700$
Sinə böyütmə
3000$-dan başlayaraq
Sinə kiçildilməsi
3000$-dan başlayaraq
Sinə qaldırma
3000$-dan başlayaraq
BBL
3500$-dan başlayaraq
Blefaroplastika - Göz Qapağı Cərrahiyyəsi
2000$-dan başlayara
Ginekomastiya
2200$-dan başlayaraq
Üz Gərmə
5000$-dan başlayaraq
Orta Üz Gərmə
4000$-dan başlayaraq
Üz və Boyun Gərmə
6000$-dan başlayaraq
Liposaksiya (hər nahiyə üçün)
2000$-dan başlayaraq
Qarın gərmə
4500$-dan başlayaraq
Smart Lipo
2000$-dan başlayaraq


Niyə Liv Bona Dea Xəstəxanasını Seçməlisiniz?


Liv Bona Dea Xəstəxanası Azərbaycanda ən yüksək keyfiyyətli plastik cərrahiyyə xidmətləri göstərən və ölkənin ilk JCI akkreditə olunmuş xəstəxanasıdır. Azərbaycanda plastik, estetik və rekonstruktiv cərrahiyyə üçün Liv Bona Dea xəstəxanasına etibar etməyiniz üçün bir çox səbəb var. 


Plastik cərrahiyyə əməliyyatınızı təcrübəli həkimlərə əmanət edin


Liv Bona Dea xəstəxanasında plastik cərrahiyyə şöbəsi peşekar və təcrübəli həkim heyəti ilə fəaliyyət göstərir. Xəstəxananın təcrübəli cərrah və həkim heyəti sinə böyütmə, üz gərmə, rinoplastika və liposaksiya kimi müxtəlif plastik cərrahiyyə prosedurları üzrə yüksək səviyyədə təcrübəyə sahibdir. Plastik cərrahiyyə sahəsində xüsusi təlimlərdən keçmiş cərrahlar bu sahədə istifadə olunan ən son texnologiyalar və müalicə üsullarından istifadə edərək sizi arzu etdiyiniz görünüşə qovuşdurur.


Fərdi plastik cərrahiyyə planlaması ilə fiziki görünüşünüzü və funksionallığınızı qoruyun


Liv Bona Dea Xəstəxanasında hər bir pasiyentin ehtiyaclarına cavab vermək və istəklərini qarşılamaq üçün həkim heyəti xüsusiləşdirilmiş müalicə planları hazırlayır. Xəstəxanada həyata keçirilən plastik cərrahiyyə əməliyyatlarında pasiyentlərin fiziki görünüşünün və funksionallığının qorunması hədəflənir. 


Ən son texnologiyaların istifadəsi ilə müasir plastik və estetik cərrahiyyə


Liv Bona Dea Hospital ən son texnologiyalardan istifadə edərək müasir plastik və estetik cərrahiyyə əməliyyatlarını yüksək keyfiyyət və uğurla həyata keçirdir. Xəstəxanada plastik cərrahiyyə əməliyyatlarının daha dəqiq və yerində həyata keçirilməsini asanlaşdıran müasir texnologiyalar və avadanlıqlar həkim heyəti tərəfindən istifadə olunur. Bu texnologiyalar arasında müasir görüntüləmə sistemləri, lazerlər və minimal invaziv cərrahiyyə alətləri daxildir. Liv Bona Dea Xəstəxanasının cərrahları bu texnologiyalardan istifadə etməklə xəstələrinə daha dəqiq və təbii görünüş bəxş edə bilirlər.


Liv Bona Dea Hospital eyni zamanda plastik cərrahiyyə əməliyyatlarının təhlükəsiz və effektiv şəkildə icra edilməsini təmin etmək üçün öz sahəsində peşekar olan tibb bacıları, anestezioloqlar və köçəkçi heyətdən ibarət komandaya sahibdir. 


Azərbaycanda Plastik Cərrahiyyə Üçün Niyə Bizi Seçməlisiniz?


A-Medical həm ölkə daxilində, həm də xaricdə müalicə almaq istəyən müştərilərin xaricdə müalicəsini sərfəli və keyfiyyətli şəkildə həyata keçirdir. A-Medical vasitəçiliyi ilə xaricdə müalicə alan müştərilər müəyyən tibbi turizm xidmətlərindən faydalanaraq həm vaxta, həm də qiymətə qənaət edərək yüksək keyfiyyətli müalicə almaq imkanı əldə edirlər. A-Medical uzun illərdir ki, Azərbaycanda plastik cərrahiyyə olunmaq istəyən müştərilər üçün geniş imkanlar təqdim edir. Azərbaycanda plastik cərrahiyyə üçün A-Medical şirkətini seçməklə siz bir çox üstünlük əldə edə bilərsiniz. A-Medical şirkətinin Azərbaycanda plastik əməliyyat olunmaq istəyən pasiyentlər üçün təqdim etdiyi imkanlardan bəziləri aşağıdakı kimidir


Azərbaycanda plastik cərrahiyyə əməliyyatını endirimli qiymətə əldə etmə imkanı


A-Medical Azərbaycanda plastik cərrahiyyə əməliyyatı olunmaq istəyən pasiyentlər üçün xüsusi endirimlər və tibbi turizm xidmətləri təklif edir. Azərbaycanda fəaliyyət göstərən xəstəxana və klinikalarla qurduğumuz əlaqələr sayəsində təqdim etdiyimiz endirimlər, müştərilərimizin başqa ölkələrlə müqayisədə daha az maliyyə ilə Azərbaycanda plastik cərrahiyyə əməliyyatı olmasına fürsət yaradır.


Pulsuz konsultasiya


Plastik cərrahiyyə əməliyyatı ilə maraqlanan müştərilərimizə müalicə seçimləri ilə bağlı doğru qərarlar qəbul etmələrinə kömək etmək üçün pulsuz konsultasiya xidməti göstəririk. Konsultasiya zamanı müştərilərimiz müxtəlif müalicə variantları, işlədiyimiz klinikalar və həkimlər haqqında məlumat əldə edir və axtardıqları suallara cavab tapırlar.


Həkimdən ikinci tibbi rəyin alınması


Hər bir müalicə prosedurunda ən çox vaxt alan proseslərdən biri də həkimdən ikinci tibbi rəyin alınmasıdır. Xüsusilə xaricdə müalicə alanlar üçün xəstəxana və həkimlə əlaqə qurmaq gözlədiyinizdən daha çox vaxt tələb edə bilər. A-Medical olaraq biz sizə ən uyğun plastik cərrahiyyə müalicəsini təqdim edən klinikanı tapmaqla yanaşı eyni zamanda həkimdən tibbi rəy əldə etməyinizi də asanlaşdırırıq. 


Müalicə üçün səyahət planının hazırlanması


A-Medical son 7 il ərzində xəstələrə xaricdə müalicə almağa kömək edir. Komandamız bir çox müxtəlif ölkələrdən olan xəstələrə qayğılarını əlaqələndirməkdə uğurla kömək etmişdir. Əgər siz Azərbaycanda plastik cərrahiyyə əməliyyatı ilə maraqlısınızsa ən qısa zamanda bizə müraciət etməklə bütün səyahət planınızın bizim tərəfimizdən hazırlanmasını təmin edə bilərsiniz.


Xəstəxanaya transfer


Azərbaycanda plastik cərrahiyyə ilə maraqlanan müştərilərimiz bizdən ödənişsiz bir şəkildə xəstəxanaya transfer xidməti əldə edirlər. Müştərilərimizin havalimanından birbaşa olaraq xəstəxanaya çatdırılması həm vaxt itkisinin qarşısını alır, həm də müştərimizin rahatlığının təmin olunmasına imkan yaradır. 


Endirimlər


A-Medical olaraq müştərilərimizə təqdim etdiyimiz fürsətlərdən biri də dərman vasitələrinin və müalicə üçün lazım olan tibbi vasitələrin endirimli qiymətə alınmasıdır. Biz başa düşürük ki, xaricdə müalicə almaq istəyən müştərilər bəzən həkim tərəfindən tapşırılan dərman vasitələrini alarkən əlavə ödənişlərlə qarşı-qarşıya qala bilirlər. Bu zaman müştərilərimizin gözləniləndən daha çox ödəniş etməsinin qarşısını almaq üçün yerində endirimlərlə puldan qənaət edirik.


Tərcüməçi xidməti


Liv Bona Dea Hospital Xəstəxanasının həkim heyəti İngilis dilli müştərilərlə əlaqə qurmaqda heç bir çətinlik yaşamasa belə, biz bütün müştərilərimiz üçün ödənişsiz tərcüməçi xidmətimizi təqdim edirik. Ödənişsiz tərcüməçi xidməti ilə müştərilərimiz xəstəxana və həkimlərlə heç bir problem yaşamadan əlaqə qurmaqla yanaşı, müalicə prosesinə birbaşa olaraq daxil ola biləcəklər.


Davamlı qayğı


A-Medical olaraq biz müştərilərimizə Azərbaycanda plastik cərrahiyyə əməliyyatı zamanı ən yüksək səviyyədə qayğı və dəstək göstərir, onları müalicə prosesi zamanı tək buraxmırıq. Müştərilərimizin müalicə prosesini rahat və uğurlu bir şəkildə tamamlamaları üçün lazım olan hər bir imkanı təmin edir, müştərilərimizin ehtiyaclarına cavab veririk.


Yüksək Xidmət Keyfiyyəti ilə Azərbaycanda Plastik Əməliyyat


Ən keyfiyyətli plastik cərrahiyyə xidmətini təmin edən klinika axtarırsınızsa, Azərbaycanda fəaliyyət göstərən ölkənin ilk JCI akredit klinikası olan Liv Bona Dea Xəstəxanasından başqa yerə baxmağa ehtiyac yoxdur. Liv Bona Dea Xəstəxanasının təcrübəli plastik cərrahyyə şöbəs və tibbi heyəti müştərilərimizə ən yaxşı xidmət və nəticələri təqdim edirlər. Siz istədiyiniz növ plastik cərrahiyyə əməliyyatını endirimli qiymətə və yüksək keyfiyyətlə Liv Bona Dea Hospital Xəstəxanasından əldə edə bilərsiniz. Bundan əlavə, A-Medical tibbi turizm şirkəti olaraq təqdim etdiyimiz xidmətlər vasitəsilə siz çox rahatlıqla Azərbaycanda plastik cərrahiyyə əməliyyatı üçün lazım olan bütün proseslərdən keçə bilərsiniz.


A-Medical olaraq sizə təqdim etdiyimiz endirim və üstünlüklərlə Azərbaycanda plastik əməliyyat olmaq istəyirsinizsə, bizimlə əlaqə səhifəmiz və ya əlaqə nömrəmiz (+90 533 423 35 48 - Whatsapp) vasitəsilə əlaqə saxlaya bilərsiniz.


Diqqətinizi çəkə bilər: Diş Müalicəsi, Stomatoloji Müalicə və Müayinə

A-Medical: High Quality & Affordable Medical Treatment Abroad

Xüsusi güzəştli şərtlərlə xaricde mualice almaq istəyirsinizsə, A-Medical tibbi turizm şirkəti ilə əlaqəyə
keçərək ətraflı məlumat əldə edə bilərsiniz. A-Medical şirkəti Azərbaycanda tibbi turizm sahəsində 7 ildən artıq təcrübəsi ilə Türkiyədə müalicə və digər ölkələrdə
hər növ tibbi prosedurun yerinə yetirilməsini sizin üçün təşkil edir.

Xaricde mualice ilə bağlı hərhansı bir sualınız yarandığı halda sizə uyğun olan vasitə ilə bizimlə əlaqə saxlaya bilərsiniz.
A-Medical şirkəti Türkiyede müalice və digər ölkələrdə müayinə, müalicə və əməliyyat prosedurlarının yerinə yetirilməsi və xaricdə
müalicə təşkil olunması ilə bağlı 7 ildən artıq təcrübəsi ilə sağlamlığınızı geri qaytarmaq üçün xidmətinizdədir.


Pulsuz konsultasiyadan yararlan

Qısa formu dolduraraq pulsuz konsultasiyaya yazıl və sağlamlığın üçün ən doğru seçimi birgə təyin edək

Bir kliklə Whatsapp-a yazın