Turkiyede Mualice, Türkiyədə Müalicə, Xaricdə Müalicə
Bariatrik cərrahiyyə vəya arıqlama əməliyyatı çəki itirmək və ümumi sağlamlığı yaxşılaşdırmaq məqsədi ilə həyata keçirilən cərrahi əməliyyatdır. Artıq çəkidən və piylənmədən əziyyət çəkən pasiyentlər üçün tətbiq edilən arıqlama əməliyyatı eyni zamanda artıq çəki səbəbilə yaranan diabet, yüksək qan təzyiqi və ürək xəstəlikləri kimi vəziyyətlərin aradan qaldırılmasında da kömək edir.
A-Medical uzun illərdir ki, Azərbaycanda xəstəxanalar və klinikalar ilə sıx əlaqədə olan tibbi turizm şirkətidir. Biz A-Medical olaraq Azərbaycanda yüksək keyfiyyətli bariatrik cərrahiyyə və ya arıqlama əməliyyatı təklif edən bütün klinika və xəstəxanalarda xəstələrimizin müalicəsini asanlaşdırır və onlara müxtəlif tibbi turizm xidmətləri təklif edirik. Müştərilərimizin ehtiyaclarını ən yaxşı və keyfiyyətli şəkildə qarşılayan bütün xəstəxana və klinikalarla əlaqələrimiz sayəsində müştərilərimizin lazımi xəstəxananı axtararaq vaxt itirmədən Azərbaycanda müalicə almasını təmin edirik.
A-Medical şirkəti olaraq arıqlama əməliyyatı olmağı düşünən pasiyentlərimizə ölkənin ən yaxşı və yeganə JCI akredit xəstəxanası olan Liv Bona Dea xəstəxanasını tövsiyə edirik. Liv Bona Dea xəstəxanası Azərbaycanda mədə kiçiltmə əməliyyatı etmək istəyən müştərilərimiz üçün ən yaxşı müalicə variantlarını təklif edir. A-Medical olaraq biz, Azərbaycanda bariatrik əməliyyat olmaq istəyən müştərilərimizin ölkədə rahat bir şəkildə tibbi prosedurlardan keçməsini asanlaşdırır, eyni zamanda tibbi turizm xidmətlərimizlə müştərimizin əməliyyat prosesi zamanı heç bir çətinlik yaşamamasını təmin edirik.
A-Medical olaraq biz Liv Bona Dea xəstəxanasında bariatrik əməliyyat olmaq istəyən müştərilərimizə müxtəlif üstünlüklər təqdim edirik. Aşağıda Liv Bona Dea Xəstəxanasında aparılan bariatrik əməliyyatların siyahısı və qiymətləri ilə tanış ola bilərsiniz.
Əməliyyatlar | Qiymətlər |
Gastrik Bypass | 3000$-dan başlayaraq (xəstəxanaya transfer, analiz, həkim qəbulu qiymətə daxildir) |
Mini Gastrik Bypass | 3000$-dan başlayaraq (xəstəxanaya transfer, analiz, həkim qəbulu qiymətə daxildir) |
Mədənin Boruvari Rezeksiyası (Sleeve Gastrectomy) | 3000$-dan başlayaraq (xəstəxanaya transfer, analiz, həkim qəbulu qiymətə daxildir) |
Mədə Balonu | 3000$-dan başlayaraq (xəstəxanaya transfer, analiz, həkim qəbulu qiymətə daxildir) |
SASI | 3000$-dan başlayaraq (xəstəxanaya transfer, analiz, həkim qəbulu qiymətə daxildir) |
Duedonal Switch | 3000$-dan başlayaraq (xəstəxanaya transfer, analiz, həkim qəbulu qiymətə daxildir) |
A-Medical olaraq biz Azərbaycanda bariatrik cərrahiyyə üzrə JCI akredit olunmuş yeganə xəstəxana olan Liv Bona Dea Xəstəxanasına güvənirik. Liv Bona Dea Xəstəxanası dünya standartlarında mədə kiçiltmə əməliyyatı, mədə bandı, gastrik bypass, mini gastrik bypass və digər arıqlama əməliyyatlarını həyata keçirir. Liv Bona Dea Xəstəxanası ilə əməkdaşlığımız nəticəsində Azərbaycanda arıqlama əməliyyatı etmək istəyənlər üçün aşağıdakı üstünlükləri təqdim edirik:
JCI akkreditasiyası səhiyyə müəssisəsində müştəri məmnuniyyətini, xidmətlərin keyfiyyətini və etibarlılığını artırmaq üçün nəzərdə tutulub. Bu sertifikatlaşdırma səhiyyə müəssisələrinin işçilərinin təhsil və bilik səviyyəsini yüksəltmək məqsədi daşımaqla yanaşı, həmçinin bu müəssisələrin iş prinsiplərini və proseslərini müəyyən edir.
Azərbaycanda ilk JCI akkreditasiyalı xəstəxana olan Liv Bona Dea Hospitalda təcrübəli həkimlərin və qabaqcıl texnologiyanın köməyi ilə arıqlama əməliyyatı olmaq mümkündür. A-Medical olaraq müştərilərimizə təqdim etdiyimiz rahatlıq və üstünlüklə Azərbaycanda arıqlama əməliyyatı olmaq üçün xidmətlərimizlə tanış olub bizimlə əlaqə saxlaya bilərsiniz.
A-Medical şirkəti olaraq arıqlama əməliyyatını digər ölkələrlə müqayisədə daha ucuz həyata keçirilməsinə fürsət yaradırıq. Xüsusilə bariatrik cərrahiyyə sahəsində xaricdəki qiymətlərdən 2 dəfə azını ödəməklə sizə uyğun olan arıqlama əməliyyatını təmin edə bilərsiniz.
Azərbaycanda arıqlama əməliyyatı olmaq istəyən müştərilərimiz üçün ən qısa zamanda xəstəxanadan müalicə qiymətini öyrənib sizə məlumat veririk. Bu sayədə xəstəxanadan qiymət məlumatlarını öyrənmək üçün uzun müddət gözləmək məcburiyyətində qalmayacaq və vaxtınıza qənaət etmiş olarsınız.
Həmişə olduğu kimi, bizim əsas prioritetimiz şəffaflıq və müştərilərimizin sağlamlığıdır. Müştərilərimizdən komissiya xərci və gizli ödənişlər tələb etməyi və əlavə xərclər yaratmağı düzgün hesab etmirik. Bu səbəbdən müştərilərimizin müalicə haqqını bizə deyil, birbaşa xəstəxanaya ödəməsini təmin edirik.
Azərbaycanda arıqlama əməliyyatı üçün etibar etdiyimiz Liv Bona Dea xəstəxanasının təcrübəli həkimləri, qabaqcıl texnologiyası və müalicələri hər zaman sizi istədiyiniz görünüşə qovuşdurmağa hazırdır. A-Medical olaraq biz sizi Azərbaycanda arıqlama əməliyyatı ilə təmin etməklə yanaşı, sizin üçün müalicə prosesinizin bütün komponentlərini asanlıqla və tez bir zamanda tamamlayırıq.
A-Medical olaraq sizə təqdim etdiyimiz endirimlər və üstünlüklərlə Azərbaycanda arıqlama əməliyyatı olmaq istəyirsinizsə, bizimlə əlaqə səhifəmiz və ya əlaqə nömrəmiz (+90 533 423 35 48 Whatsapp) vasitəsilə əlaqə saxlaya bilərsiniz.
Arıqlama əməliyyatı vəya bariatrik cərrahiyyə piylənmənin və ya artıq çəkinin aradan qaldırılması üçün həyata keçirilən cərrahi əməliyyatdır. Bu əməliyyat arıqlamaqda uğursuz olan və ya ciddi sağlamlıq problemləri olan insanlar üçün nəzərdə tutulur. Diiabet, hipertoniya və ya apne kimi sağlamlıq problemi olan insanlar, arıqlamağa çalışsalar da, arıqlamağa çalışdıqları zaman uğursuzluqla üzləşə bilərlər. Bu vəziyyətdə bariatrik əməliyyat bu sağlamlıq problemlərini müalicə etməyə kömək edə bilər.
Arıqlama əməliyyatı adətən artıq çəkili və obez insanlar üçün nəzərdə tutulur. Bariatrik cərrahiyyə üsulu yalnız idman, pəhriz və digər üsullardan nəticə görülmədiyi vaxtlarda tətbiq edilə bilən bir müalicə üsuludur. Artıq çəkidən əziyyət çəkən və bədən kütlə indeksi (BKİ) 40-dan artıq olan pasiyentlər, habelə BKİ 35 və eyni zamanda ciddi sağlamlıq problemləri ilə üz-üzə qalan pasiyentlər bariatrik cərrahiyyə üsulu ilə müalicə oluna bilərlər.
Bariatrik cərrahiyyə əməliyyatı bir çox fərqli üsul ilə həyata keçirilə bilən bir cərrahiyyə növüdür. Bariatrik cərrahiyyə əməliyyatları arasında mədə kiçiltmə əməliyyatı, mədə bandı vəya mədə bandajı əməliyyatı, duodenal switch əməliyyatı, gastrik bypass və mini gastrik bypass əməliyyatı yer alır. Hansı arıqlama əməliyyatı üsulunun sizin üçün ən yaxşısı olduğuna isə bariatrik cərrah həkiminiz apardığı müayinələrin nəticəsində qərar verir.
Bariatrik cərrahiyyə artıq çəkidən əziyyət çəkən pasiyentlərin arıqlamağına kömək etmək üçün bir çox fərqli cərrahi prosdurun yer aldığı müalicə metodudur. Bariatrik cərrahiyyə artıq çəki və artıq çəki səbəbilə meydana gələn yüksək qan təzyiqi, apne və ürək problemlərinin müalicə olunmasında ən effektiv cərrahiyyə üsuludur. Bariatrik cərrahiyyə əməliyyatını həyata keçirən həkimə bariatrik cərrah deyilir.
Bariatrik cərrahiyyə ilə arıqlama əməliyyatı üçün bir neçə cərrahi metoddan istifadə edilir. Bariatrik cərrahiyyə növləri aşağıdakılardır:
Gastrik Bypass: Gastrik bypass əməliyyatı mədə kiçitmə əməliyyatarı arasında ən çox istifadə edilən üsulardan biridir. Bu əməliyyatda əsas hədəf mədə həcminin kiçildilməsi və qəbul edilən qidaların həzm olunmasını azaltmaqdır. Gastrik bypass əməliyyatı zamanı mədənin bir hissəsi digər hissədən ayrılır və yeni bir mədə bölməsi yaradlır. Daha sonra incə bağırsaq ilə yeni yaradılan mədə biribirinə bypass edilir. Bu zaman mədə həcmi kiçilmiş olur və pasiyent daha az qida ilə daha uzun müddət toxluq hissi yaşayır.
Mədənin Boruvari Rezeksiyası: Mədənin boruvari rezeksiyası (mədə kiçiltmə) əməliyyat ilə mədənin bir hissəsinin boru formasına salınması ilə həyata keçirilir. Boru halına salınan və bir hissəsi atılan mədə əməliyyatdan sonra daha az qida qəbul edir və pasiyentin uzun müddətli şəkildə tox hiss etməsi təmin edilir. Mədənin boruvari rezeksiyası əməliyyatının aclıq hormonu üzərində ciddi təsiri var. Belə ki, bu əməliyyat sonrasında pasiyentdə yeməyə qarşı istək azalır və pasiyent daha az aclıq hiss edir.
Mədə bandı: Mədə bandı vəya mədə bandajı olaraq bilinən bu metod mədənin ətrafına silikon bir band yerləşdirilməsi ilə həyata keçirdilir. Mədə bandı əməliyyatı daha sürətli doyma hissi yaşamaq istəyən pasiyentlər üçün tövsiyyə olunur. Bu metod qida qəbulunu azaldır və arıqlamağa kömək edir.
Duodenal switch: Duodenal Switch əməliyyatı həm mədə kiçiltmə həm də gastrik bypass əməliyyatının xüsusiyyətlərini özündə birləşdirən bir əməliyyat növüdür. Belə ki, Duodenal Switch əməliyyatı zamanı mədənin 80%-lik hissəsi kəsilərək çıxardılır. Daha sonrasında bypass etmək üçün öncəki mədəyə bağlı olan incə bağırsaq çıxarılır və bağırsaq üçün kanal yaradılır. Bu əməliyyatdan sonra pasiyentin mədə həcmi kiçilir.
Gastrik balon: Gastrik balon vəya mədə balonu əməliyyatı zamanı pasiyentin mədəsinə ağız yolu ilə balon yerləşdirilir. Bu proses zamanı balon xəstənin mədəsində endoskopiya üsulu ilə şişirdilir və mədədə saxlanılır. Mədə balonu üsulu pasiyentin mədə həcminin azaldılmasından daha çox, pasiyentin az qida ilə doymasını hədəfləmək üçün istifadə olunur.
SASI: SASI mədə və nazik bağırsaq arasında çoxsaylı əlaqə yaratmağı nəzərdə tutan ənənəvi bypass cərrahiyyəsinə daha az invaziv alternativ hesab olunur. Adətən laparoskopik üsulla həyata keçirilir.
Bütün arıqlama əməliyyatları, pasiyentlərin arıqlamasına kömək etmək üçün həzm sistemində dəyişikliklər edilməsini nəzərdə tutur. Bu prosedurlar ümumiyyətlə təhlükəsiz və effektiv hesab olunur və onlar pasiyentlərə əhəmiyyətli dərəcədə kilo verməyə kömək edə bilər. Bununla belə, başa düşmək lazımdır ki, arıqlama əməliyyatı piylənmə üçün qısa müddətli həll yolu deyil və bu əməliyyatlar, sağlam pəhrizə riayət etmək və müntəzəm olaraq idman etmək də daxil olmaqla, sağlam həyat tərzinə keçid etmək kimi ömürlük öhdəliklər tələb edir.
Bariatrik cərrahiyyə və ya arıqlama əməliyyatı artıq çəkisi olan hər kəsə tövsiyə edilmir. Bariatrik cərrahiyyə olunmaq üçün əsas şərtlər aşağıdakılardır:
Bədən kütləsi indeksi (BMI) 40 və ya daha yüksək olan həddindən artıq piylənmə problemi yaşayan insanlar.
35 ilə 39,9 arasında BKİ olan və həmçinin 2-ci tip diabet, yüksək qan təzyiqi və ya yuxu apnesi kimi piylənmə ilə əlaqəli sağlamlıq problemləri yaşayan insanlar.
Nadir hallarda isə BKİ 30-35 arası olan və şiddətli sağlamlıq problemləri yaşayan pasiyentlər üçün arıqlama əməliyyatı tətbiq olunur.
Əgər bu meyarlara cavab vermirsinizsə, cərrahlar sizə bu əməliyyatı tövsiyə etməyə bilər. Kriteriyalara cavab versəniz belə, cərrahiyyə əməliyyatına uyğun olmaq üçün əlavə qiymətləndirmədən keçməli və əməliyyatdan sonra həyat tərzinizdə müəyyən dəyişikliklər etməyi qəbul etməlisiniz.
Bariatrik cərrahiyyə əməliyyatı sonrasında artıq çəkilərinizin böyük bir hissəsini zaman içində itirəcəksiniz. Adətən əməliyyatdan dərhal sonra çəki itkisi başlayır və ilk 6 ay ərzində artıq çəkinizin çox böyük bir hissəsindən azad olmuş olursunuz. Bununla belə həyat tərziniz və vərdişləriniz arıqlama prosesinizə təsir edə bilər.
Arıqlama əməliyyatından sonra sağlam həyat tərzinə və yemək vərdişlərinə keçid etməli, müntəzəm olaraq həkim nəzarəti altında olmalı və sağlam yaşamalısınız.
Bariatrik cərrahiyyə sonrasında əməliyyatın bəzi əlavə təsirləri ilə qarşılaşa bilərsiniz. Bu əlavə təsirlər arasında mədə ağrısı, qusma, diareya, qəbizlik və saç tökülməsi yer alır. Bariatrik həkiminiz əməliyyatdan sonra meydana gələ biləcək yan təsirləri aradan qaldırmaq üçün müəyyən dərman vasitələri və qida əlavələri tövsiyyə edəcək.
Arıqlama əməliyyatından sonra həkimlər həzm sisteminizdə meydana gələn dəyişikliklərlə uyğunlaşmağınız və çəki itirmə məqsədlərinizi həyata keçirmək üçün sizin üçün xüsusi pəhriz planı hazırlayacaq. Bu zaman həkiminizin tövsiyyələrini diqqətli şəkildə izləməli və yeni qidalanma planınıza əməl etməlisiniz. Əməliyyatdan sonra qidalanma vərdişləriniz arasında yavaş yemək, yeməyi çoxlu çeynəmək və toxluq hiss etdikdən sonra qida qəbul etməmək ən böyük əhəmiyyətə sahib faktorlar arasında yer alır.
Bariatrik cərrahiyyə əməliyyatı sonrasında aktiv həyat tərzinə keçmək üçün idman etmək əməliyyatın uğurunda böyük rol oynayır. Adətən əməliyyatdan dərhal sonra yüksək intensiv idman fəaliyyətlərinə başlamaq mümkün olmadığı üçün gündəlik gəzintilər və yürüyüşlər tövsiyyə olunur. Sağalma prosesiniz bitdikdən sonra isə yüksək intensiv idman fəaliyyətlərinə başlamaq tövsiyyə olunur.
Bariatrik cərrahiyyə əməliyyatı (arıqlama əməliyyatı) sonrasında orqanizm ehtiyac duyduğu bəzi mikroelementləri (xüsusilə dəmir, D vitamini və B12 vitamini) kifayət qədər almaya bilər. Odur ki, bariatrik əməliyyatdan sonra vitamin və mineral əlavələri qəbul etmək tövsiyə oluna bilər.
Bununla belə, bariatrik əməliyyatdan sonra hansı vitamin və mineral əlavələrinin qəbul edilməsi barədə dəqiq bir resept yoxdur. Buna görə də, bariatrik əməliyyatdan sonra orqanizmin ehtiyac duyduğu mikroelementləri müəyyən etmək üçün mütəmadi olaraq həkim nəzarətində olmaq vacibdir.
Hər il aparılan araşdırmalar göstərir ki, piylənmə problemi olan insanlar üçün bariatrik cərrahiyyə ən qəti həll yoludur. Bariatrik cərrahiyyə arıqlamaq üçün ən yaxşı həll olsa da, əməliyyatdan sonra həkim göstərişlərinə əməl etməyən, sağlam olmayan vərdişlərlə həyat tərzi keçirən insanlar üçün bu əməliyyat gözlənilən nəticəni verməyə bilər.
Bu səbəbdən arıqlamaq istəyənlər üçün ən vacib detal əməliyyatdan sonrakı hissədir. Arıqlama əməliyyatından sonrakı proses düzgün idarə olunarsa və həkimin bütün göstərişlərinə əməl edilərsə, ilk 2 ildə artıq çəkidən 70-80% xilas olmaq mümkündür.
Əgər siz A-Medical olaraq sizə təklif etdiyimiz güzəştlər və üstünlüklərlə Azərbaycanda arıqlama əməliyyatı olmaq istəyirsinizsə, əlaqə səhifəmiz vəya əlaqə nömrəmiz (+90 533 423 35 48 ) vasitəsilə bizə müraciət edə bilərsiniz.
A-Medical şirkəti olaraq Azərbaycanda arıqlama əməliyyatı etmək istəyən müştərilərimizə çoxlu sayıda endirimlər və imkanlar təklif edirik. Dünyanın digər ölkələrində aparılan arıqlama əməliyyatlarına nisbətən iki dəfə ucuz qiymət və keyfiyyətlə həyata keçirilən Azərbaycanda arıqlama əməliyyatı üçün A-Medical şirkətinə üstünlük verməyiniz üçün səbəblər aşağıdakılardır:
Endirimli müalicə
Pulsuz konsultasiya
Xəstəxana ilə sürətli əlaqə qurulması
Lazımi sənədlərin tərcümələri ilə birlikdə xəstəxanaya göndərilməsi
Müalicə və səyahət planının hazırlanması
Viza dəstəyi
Pulsuz tərcüməçi
İkinci tibbi rəyin alınması
Şəhər turları (istəyə özəl)
A-Medical olaraq sizə təqdim etdiyimiz endirim və üstünlüklərlə Azərbaycanda bariatrik cərrahiyyə əməliyyatı etmək istəyirsinizsə, bizimlə əlaqə səhifəmiz və ya əlaqə nömrəmiz (+90 533 423 35 48 - Whatsapp) vasitəsilə əlaqə saxlaya bilərsiniz.
Turkiyede Mualice, Türkiyədə Müalicə, Xaricdə Müalicə
Xüsusi güzəştli şərtlərlə xaricde mualice almaq istəyirsinizsə, A-Medical tibbi turizm şirkəti ilə əlaqəyə Xaricde mualice ilə bağlı hərhansı bir sualınız yarandığı halda sizə uyğun olan vasitə ilə bizimlə əlaqə saxlaya bilərsiniz.
keçərək ətraflı məlumat əldə edə bilərsiniz.
A-Medical şirkəti Azərbaycanda tibbi turizm sahəsində 7 ildən artıq təcrübəsi ilə Türkiyədə müalicə və digər ölkələrdə
hər növ tibbi prosedurun yerinə yetirilməsini sizin üçün təşkil edir.
A-Medical şirkəti Türkiyede müalice və digər ölkələrdə müayinə, müalicə və əməliyyat prosedurlarının yerinə yetirilməsi və xaricdə
müalicə təşkil olunması ilə bağlı 7 ildən artıq təcrübəsi ilə sağlamlığınızı geri qaytarmaq üçün xidmətinizdədir.
Qısa formu dolduraraq pulsuz konsultasiyaya yazıl və sağlamlığın üçün ən doğru seçimi birgə təyin edək
Bir kliklə Whatsapp-a yazın