+99410 310 93 33

WHATSAPPA YAZIN

BLOQ

Türkiyə son illərdə plastik və estetik cərrahiyyə sahəsində dünyanın bir çox ölkəsindən insan qəbul edən bir ölkəyə çevrilib. Türkiyədə plastik əməliyyat etdirmək istəyən insanlar burun estetikası, türkiyədə saç əkdirmək və daha bir çox məqsədlə ölkəni ziyarət edir. Türkiyədə plastik və estetik cərrahiyyə ilə maraqlanırsınızsa, Türkiyənin ən yaxşı plastik əməliyyat mərkəzləri və xəstəxanaları haqqında məlumatı yazımızdan əldə edə bilərsiniz. 

A-Medical olaraq müştərilərimizin yazımızda qeyd etdiyimiz xəstəxanalar və həkimlərlə əlaqə qurmaqlarını asanlaşdırır, onların Türkiyədə plastik əməliyyat olma arzularını reallaşdırırıq.


Plastik Cərrahiyyə Nədir?


plastik cərrahiyyə

Plastik cərrahiyyə doğum ilə birlikdə gələn vəyaxud sonradan əmələ gələn estetik problemlərin həlli üçün istifadə olunan cərrahiyyə üsuludur. Tibb sahəsində plastik cərrahiyyənin tətbiqi uzun illərdir ki, inkişaf edərək artır. Plastik cərrahiyyə bədəndə mövcud olan funksional və estetik problemləri həll etmək üçün istifadə olunur.

Plastik cərrahiyyə əməliyyatı zamanı pasiyentin bədənində yer alan bütün problemlərin azaldılması və ya ümumiyyətlə aradan qaldırılması mümkündür.


Plastik Əməliyyat Nə Üçün Lazımdır?


Plastik əməliyyat insanların xarici görünüşlərinin yaxşılaşdırılması və düzəldilməsi üçün olduqca vacib bir tibbi üsuldur. Xarici görünüşlə bağlı problemlərin düzəldilməsi insanın daha xoşbəxt, özgüvənli və həm özü, həm də öz ətrafı ilə barışıq olmasına şərait yaradır.


Plastik Əməliyyat Müalicəsi Nə Zaman Mümkündür?


Plastik əməliyyat vasitəsilə pasiyentin xarici görünüşünə və bədənin müəyyən hissələrinin funksionallığının geri qazandırılmasına yönəlik müdaxilə aşağıdakı hallarda mümkündür:


- Yarıq damağ, dodaq

- Üzdəki problemlər

- Qarın divarı vəya sinə quruluşu problemləri

- Çənənin qapanması problemləri

- Jinekomastiya

- Sümük travmaları

- Genital problemlər

- Travmalar, defektlər və bəzi sinir problemləri

- Xroniki yaralar

- Yanıqlar və yanıq izləri

- Dəri üzərində yaranan problemlər


Estetik Əməliyyat Müalicəsi Nə Zaman Mümkündür?


türkiyədə estetik

Estetik əməliyyat vəya estetik cərrahiyyə bir çox halda insanların xarici görünüşlərinin yaxşılaşdırılmasında istifadə olunur. Bu hallardan bəziləri aşağıdakılardır:


- Dəri baxımı

- Göz qapağı estetikası

- Çənə sentyabrma vəya böyütmə

- Qarın gərmə

- Saç əktirmə

- Üz və alın gərmə

- Qaşların tikintisi

- Qulaq estetikası

- Dəridəki yara izlərini müalicə edin

- Yağlı dərilərin müalicəsi


Türkiyədə Plastik Əməliyyat Üstünlükləri


plastik əməliyyat

Türkiyə xüsusilə də İstanbul şəhəri plastik və estetik cərrahiyyə sahəsində təcrübəli həkimlərə texnoloji olaraq inkişaf etmiş xəstəxanalara sahib olan bir ölkədir. Xüsusilə qiymət və xidmət keyfiyyəti baxımından Türkiyə plastik və estetik cərrahiyyə, eləcə də plastik əməliyyat üçün birçox ölkələrin sakinləri tərəfindən tövsiyyə edilir.

Türkiyənin səhiyyə sistemində son illərdə meydana gələn yeniliklər və Türkiyənin xarici bazarda kosmetika və estetik əməliyyatlar üzrə əldə etdiyi uğurlar ölkənin bu sahə üzrə tanınmasına səbəb olmuşdur. Xüsusilə Türkiyədə saç əkdirmə üzrə həyata keçən əməliyyatlar Türkiyəni saç əkimi üzrə Avrupa-nın ən çox tanınan ölkəsi halına gətirmişdir.

Türkiyə qiymət olaraq sərfəli plastik əməliyyat və estetik cərrahiyyə təklifləri ilə müştərilərin qismən ucuz müalicə almasına şərait yaradır. 


Pulsuz Konsultasiya & Qiymət Təklifi


A-Medical Tibbi Turizm şirkəti olaraq Türkiyədə Plastik Əməliyyat ilə maraqlanan müştərilərimizə pulsuz konsultasiya və qiymət təklifi təqdim edirik. Əgər siz də Türkiyənin plastik əməliyyat və estetik cərrahiyyə üzrə ən yaxşı xəstəxanaları haqqında məlumat almaq, bu sahədə hansı həkimlərdən dəstək ala biləcəyinizi öyrənmək istəyirsinizsə sizə ən uyğun əlaqə vasitəsi ilə A-Medical şirkətinə müraciət edə bilərsiniz.


A-Medical Tərəfindən Təqdim Olunan Üstünlüklər


A-Medical tibbi turizm şirkəti Türkiyədə plastik əməliyyatestetik cərrahiyyə ilə maraqlanan müştərilər üçün detallı xidmət paketi təqdim edir. A-Medical şirkəti olaraq xidmət paketimizə daxildir:

  1. Müalicənizin detallı bir şəkildə planlaşdırılması

  2. Xərclər və ödənişlər barədə ətraflı məlumatın verilməsi

  3. Türkiyədə plastik əməliyyat öncəsi və sonrası qonaqlama proseslərinin həyata keçirilməsi

  4. Türkiyədə müalicə sonrası müştərinin qayğısına qalınması

  5. Birbaşa xəstəxana ilə əlaqə saxlayıb qiymət təklifi almaqla müqayisədə daha ucuz qiymətə və müxtəlif güzəştlərlə Türkiyədə müalicə almaq imkanı.


Əgər siz A-Medical olaraq sizə təklif etdiyimiz güzəştlər və üstünlüklərlə Türkiyədə plastik cərrahiyyə əməliyyatı olmaq istəyirsinizsə, əlaqə səhifəmiz vəya əlaqə nömrəmiz (+90 533 423 35 48 ) vasitəsilə bizə müraciət edə bilərsiniz.


A-Medical İlə Türkiyədə Plastik Əməliyyat




Ödənişsiz Tibbi İkinci Rəy


İkinci rəy tibb sahəsində dəyərli bir vasitədir, çünki ikinci rəy, xəstənin diaqnozu və müalicə planı ilə bağlı çoxsaylı perspektivlərə imkan verir. Çox vaxt ikinci rəy ilkin diaqnoz və müalicə planının təsdiqini təmin edə bilər, lakin ikinci rəy eyni zamanda, xəstənin əziyyət çəkdiyi xəstəliklə bağlı yeni anlayışlar və seçimlər gətirə bilər. İkinci tibbi rəy diaqnozun mürəkkəb olduğu və ya müalicənin əhəmiyyətli risklər və ya xərclər daşıdığı hallarda xüsusilə vacib ola bilər.

A-Medical vasitəsilə xəstəliyiniz üçün ən uyğun müalicəni təklif edən Türkiyə xəstəxana və klinikalarından pulsuz ikinci rəy ala bilərsiniz.

Qısa Vaxt Ərzində Müalicə Xərclərini Öyrənin


Xaricdə müalicə xərcləri haqqında dəqiq və aktual məlumat əldə etmək çətin ola bilər. Bəzi xəstəxanalar və klinikalar bu məlumatı öz veb-saytlarında yerləşdirir lakin bir çox hallarda, ehtiyac olunan xərclərin təfərrüatlı bölgüsünü almaq üçün birbaşa xəstəxana ilə əlaqə saxlamağınız lazım ola bilər. A-Medical olaraq biz xəstəliyinizin müalicəsini ən uyğun şəkildə həyata keçirən klinika və xəstəxanalar ilə əlaqəyə keçərək müalicənizin qiymətini öyrənməyinizə imkan yaradırıq.

Müalicənizin Detallı Bir Şəkildə Planlaşdırılması


Siz Türkiyədə plastik əməliyyat almaq üçün A-Medical tibbi turizm şirkəti ilə əlaqə saxladığınız zaman biz sizə müalicə öncəsi, müalicə zamanı və müalicə sonrası bütün detallar haqqında sizə məlumat veririk.


Türkiyəyə Gediş və Vətənə Qayıdış


Müalicə haqqında bütün məlumatlarla tanış olduqdan sonra siz Türkiyəyə gediş və əməliyyat sonrasında vətənə qayıdış proseslərinin necə olacağı haqqında məlumatlandırılacaqsınız.


Türkiyədə Qonaqlama


Türkiyədə qonaqlamaq ehtiyyacı olan müştərilərimiz üçün klinikaların əməkdaşlıq etdiyi otellər sərfəli və endirimli xidmət paketləri təqdim edəcək. Əgər Türkiyədə plastik əməliyyat zamanı oteldə qonaqlamaq istəsəniz, bu zaman əməkdaşlıq etdiyimiz klinikalar vasitəsilə pulunuzun qarşılığını ən yaxşı şəkildə verən oteli sizin üçün təmin edəcəyik.

Qeyd: Türkiyədə saç əkdirmək üçün müraciət edən A-Medical müştəriləri saç əkimi proseduru müddəti nə qədərdirsə, həmin müddət ərzində oteldə qalmaq şansına sahibdir.


Transfer Xidməti


Türkiyədə plastik əməliyyat üçün müraciət edən müştərilərimiz Türkiyəyə çatdıqları zaman klinikanın nəqliyyat vasitələri və şoferləri tərəfindən qarşılanaraq xəstəxanaya pulsuz bir şəkildə transfer edilir.


Ödənişsiz Tərcüməçi Xidməti


Türkiyədə plastik əməliyyat üçün müraciət edən müştərilərimiz Türkiyədə bütün ehtiyacların qarşılanması, əlaqələrin qurulması və heç bir çətinlik çəkilməməsi üçün ödənişsiz tərcüməçi ilə təmin olunur.


Razılaşma


Türkiyədə plastik əməliyyat üçün razılaşdıqdan sonra biz müəyyən etmiş olduğumuz və razılaşdığımız klinika ilə əlaqəyə keçərək bütün məlumatları qarşı tərəfə ötürürük. Daha sonrasında klinika sizə randevunuz, səyahət haqqında məlumatlarınız və ölkədə qonaqlama haqqında məlumat göndərir.


Türkiyədə Plastik Əməliyyat


Siz bütün bu proseslərdən sonra rahat bir şəkildə Türkiyəyə, əməliyyat olacağınız xəstəxananın olduğu şəhərə çatacaqsınız. Bu zaman biz A-Medical şirkəti olaraq sizi yalnız buraxmayaraq bütün proseslərdə və lazım olan bütün anlarda ən yaxınınızda olacağıq.


Əməliyyatdan Sonra - Vətənə Qayıdış


Türkiyədə plastik və estetik cərrahiyyə əməliyyatından sonra siz vətənə qayıdış üçün müəyyən olunmuş tarixdə klinikadan ayrılacaqsınız. A-Medical şirkəti olaraq sizin sağlam bir şəkildə vətənə qayıdışınız üçün yenə sizin ən yaxınınızda olacaq.


Türkiyədə Plastik və Estetik Cərrahiyyə Klinikaları


türkiyədə plastik cərrahiyyə


Türkiyənin ən yaxşı plastik və estetik cərrahiyyə klinikaları ilə əməkdaşlıq edən A-Medical tibbi turizm şirkəti kosmetik ehtiyaclarınızı ən yaxşı şəkildə qarşılamaq üçün müraciətinizi gözləyir.


Həm yerli, həm də xarici müştərilər tərəfindən bəyənilən, xüsusi sertifikatlara sahib olan, beynəlxalq tanınırlığa sahib olan, işində təcrübəli və peşekar həkim heyətinə sahib olan klinikalar ilə əməkdaşlıq edirik.


Əməkdaşlıq içində olduğumuz Türkiyədə plastik və estetik cərrahiyyə xəstəxanaları qiyməti hər zaman sərfəli və müştərilərimizin ehtiyaclarına uyğun şəkildədir. Avropada və Amerikada qarşılaşacağınız qiymətlərin çox daha altında olan qiymətlərlə Türkiyədə plastik əməliyyat olmaq istəyən müştərilərimizin arzularını reallaşdırırıq.


Türkiyənin Ən Yaxşı Plastik və Estetik Xəstəxanaları


Turkeyana Klinikası





Turkeyana klinikası dünyanın ən çox tanınan tibb və tibbi turizm təşkilatları tərəfindən müəyyən sertifikatlarla mükafatlandırılmış dünyanın ən inkişaf etmiş klinikaları arasındadır. İstanbulda A+ keyfiyyətinə malik olan özəl Turkeyana klinikası plastik və estetik cərrahiyyə sahəsində aparıcı rol oynayır. Klinikada müalicə almaq istədiyiniz zaman ödənişsiz tərcüməçi ilə yanaşı hava limanından xəstəxanaya transfer, həkim tərəfindən birbaşa konsultasiya, 4 və 5 ulduzlu otellərdə qonaqlama, check-up və müalicə xidmətləri ilə təmin olunacaqsınız.


Acıbadem Bakırköy


Acıbadem Bakırköy xəstəxanası 2017-ci ildə yenilənmiş strukturu ilə Türkiyənin ən yeni və ən inkişaf etmiş xəstəxanaları arasındadır. Acıbadem Bakırköy xəstəxanasında plastik əməliyyatlar və estetik cərrahiyyə uzun illərdir həyata keçirilir. Türkiyədə plastik əməliyyat üçün müraciət edən müştərilərin ən çox seçim etdiyi klinikalardan olan Acıbadem Bakırköy klinikası saç əkdirmə, estetika və daha bir sıra estetik cərrahiyyə və plastik əməliyyat xidmətinə sahibdir.


Acıbadem Taksim


Acıbadem Taksim klinikası “Acıbadem Sağlık Grubu”-nun 18-ci xəstəxanasıdır. Acıbadem Taksim klinikasında ümumilikdə 93 yataq sayı və 7 əməliyyatxana mövcuddur. Türkiyədə Plastik və Estetik Cərrahiyyə üçün müraciət edən pasiyentlərin bir çoxu tərəfindən bəyənilən bu klinikada bir çox fərqli növdə plastik və estetik əməliyyat keçirilməkdədir.


Prof. Dr. Zeynep Sevim


Prof. Dr. Zeynep Sevim (1975) 1999-cu ildə İzmir Dokuz Eylül Universitetinin Tibb Fakultəsini bitirib. 2001-ci ildə “İzmir Atatürk Eğitim ve Araştırma Hastanesi Plastik, Rekonstrüktif ve Estetik Cerrahi” ixtisasına başlayan Zeynep Sevim 2006-cı ildə tibbdə mütəxəssislik ünvanını qazanıb. 2015-ci ildə Dosent ünvanını qazanan Zeynep Sevim bu illər ərzində estetik və rekonstruktiv cərrahiyyə, süd vəzi cərrahiyyəsi, analıq estetikası, jinekomastiya düzəldilməsi və liposuction kimi bir çox əməliyyat həyata keçirdi. Professorluq dərəcəsini 2021-ci ildə alan Prof. Dr. Zeynep Sevim yerli və xarici jurnallarda yayımlanan 70-dən artıq məqalənin müəllifidir.


Prof Dr. Zeynep Sevim Türkiyədə plastik əməliyyat üzrə 21 illik təcrübəyə sahibdir. Türkiyədə plastik və estetik cərrahiyyə üzrə müraciət edən müştərilərimizə Prof. Dr. Zeynep Sevim və onun kimi təcrübəli həkimlərlə əlaqə qurmaq və onlar tərəfindən əməliyyat olmaq fürsəti qazandırırıq.


Əgər siz A-Medical olaraq sizə təklif etdiyimiz güzəştlər və üstünlüklərlə Türkiyədə plastik cərrahiyyə əməliyyatı olmaq istəyirsinizsə, əlaqə səhifəmiz vəya əlaqə nömrəmiz vasitəsilə bizə müraciət edə bilərsiniz.

Diqqətinizi çəkə bilər: Türkiyədə Diş Müalicəsi, Türkiyədə Dental Müalicə

Turkiyede Mualice, Türkiyədə Müalicə, Xaricdə Müalicə

Xüsusi güzəştli şərtlərlə xaricde mualice almaq istəyirsinizsə, A-Medical tibbi turizm şirkəti ilə əlaqəyə
keçərək ətraflı məlumat əldə edə bilərsiniz. A-Medical şirkəti Azərbaycanda tibbi turizm sahəsində 7 ildən artıq təcrübəsi ilə Türkiyədə müalicə və digər ölkələrdə
hər növ tibbi prosedurun yerinə yetirilməsini sizin üçün təşkil edir.

Xaricde mualice ilə bağlı hərhansı bir sualınız yarandığı halda sizə uyğun olan vasitə ilə bizimlə əlaqə saxlaya bilərsiniz.
A-Medical şirkəti Türkiyede müalice və digər ölkələrdə müayinə, müalicə və əməliyyat prosedurlarının yerinə yetirilməsi və xaricdə
müalicə təşkil olunması ilə bağlı 7 ildən artıq təcrübəsi ilə sağlamlığınızı geri qaytarmaq üçün xidmətinizdədir.


Pulsuz konsultasiyadan yararlan

Qısa formu dolduraraq pulsuz konsultasiyaya yazıl və sağlamlığın üçün ən doğru seçimi birgə təyin edək

Bir kliklə Whatsapp-a yazın