+99410 310 93 33

WHATSAPPA YAZIN

BLOQ

Diqqət: bu məqalədə orqan satışı və ya orqanların ticarət məqsədilə istifadəsindən bəhs edilmir.


“Qanunvericilikdə orqanın satışı qadağandır. Hər hansı bir vətəndaş öz orqanını bağışlaya bilər. Burada hər hansı bir əvəzləşdirilmə ola bilməz. İnsan könüllü şəkildə öz orqanını ya sağlığında, ya da ölümündən sonra bağışlaya bilər. Bir şəxs orqanını pul qarşılığında digər şəxsə satırsa, burada cinayət faktı var.

Cinayət Məcəlləsinin 137.1-ci maddəsinə görə, insan orqanlarının və ya toxumalarının qanunsuz alqı-satqısı zamanı iki min manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.



Türkiyədə Böyrək və Qaraciyər Nəqli (Transplantasiya) Əməliyyatı


Böyrək nəqli nədir?


Böyrək nəqli və ya böyrək transplantasiyası insan bədənində yer alan xəstə böyrəyin sağlam bir böyrək ilə əvəz edilməsi üçün həyata keçirilən böyrək əməliyyatıdır. İnsan bədənindəki böyrəklərdən biri vəyaxud hər ikisi də sağlam fəaliyyətini dayandırarsa və böyrəklərin sağalma şansı təmamilə ortadan qalxarsa, o zaman böyrək köçürülməsi əməliyyatı həyata keçirilə bilər.


Böyrək Nəqli Əməliyyatı Necə Edilir?


Böyrək nəqli əməliyyatı zamanı cərrah donordan əldə edilən yeni böyrəyi qarnınızın alt hissəsinə yerləşdirərək yeni böyrəyin damarlarını bədəninizdəki damarlara birləşdirir. Böyrək əməliyyatından dərhal sonra yeni böyrəyiniz fəaliyyətə başlayır. Bəzi nadir hallarda böyrəyin sağlam bir şəkildə fəaliyyətə başlaması bir neçə həftə çəkə bilir.


Böyrək nəqli köçürülməsi kimlər üçün edilir?


kidney transplantation

Böyrək köçürülməsi, böyrək nəqli vəyaxud böyrək transplantasıyası uşaqlardan böyüklərə qədər hər yaşdan böyrək xəstəsi üçün istifadə oluna bilən bir cərrahi əməliyyat növüdür. 


Böyrək nəqli əməliyyatı üçün donor növləri


Böyrək nəqli əməliyyatı üçün istifadə olunan donorlar canlı və kadavra (ölmüş insan donoru) olaraq iki hissəyə ayrılır.


Canlı böyrək donorluğu


Canlı böyrək donorluğu canlı bir donorun sağlam böyrəyinin çıxardılaraq böyrəyi doğru bir şəkildə fəaliyyət göstərməyən xəstəyə yerləşdirilməsi prosesidir. Canlı donorların xəstə üçün uyğun böyrəyə sahib olduqlarını təsdiqlətmək üçün əməliyyat öncəsində bir çox fərqli test və analizdən keçirlər. Əgər canlı donorun böyrəyi xəstə üçün uyğundursa, cərrah böyrək transplantasiyası əməliyyatını həyata keçirdir.


Kadavra böyrək donorluğu


Qısa zaman öncə həyatını dəyişən şəxslərin donor olaraq istifadə edildiyi prosedura kadavra böyrək donorluğu deyilir. Böyrək transplantasiyası əməliyyatlarının bir çoxunda kadavra böyrək donorluğundan istifadə olunur.


Hər nə qədər canlı donora nisbətən daha az tövsiyyə edilən bir əməliyyat növü olsa da, donor tapmaqdakı çətinliklər və xəstəliklərin təcili şəkildə müalicəsinə yönəlik yaranan vəziyyətlər cərrahları kadavra böyrək transplantasiyası üsulundan istifadəyə yönəldir.


Böyrək nəqli proseduru


Əməliyyat zamanı nəql edilən böyrək qasıqdan bir az yuxarı, sağ və ya sol tərəfə yerləşdirilir. Nəql edilən böyrəyin arteriyası qarının aşağı hissəsindəki böyük arteriyaya, vena isə qarının digər hissəsində yerləşən böyük venaya tikilir. Əlverişli şəraitdə həyata keçirilən böyrək transplantasiyası və ya böyrək nəqli əməliyyat 2-4 saat ərzində tamamlanır.


Uşaq böyrək transplantasiyası


Çox sıx qarşılaşmasaq belə uşaq böyrək transplantasiyası halları da dövrümüzdə görülə bilən hallardır. Körpələrin və yuxarı yaşlı uşaqların böyrək çatışmazlığı yaşaması hallarında uşaqlarda böyrək köçürülməsi və ya böyrək nəqli əməliyyatı həyata keçirilə bilər. 


Böyrək transplantasiyasının bərpa müddəti


Böyrək nəqli əməliyyatı olan xəstələr adətən 7-10 gün müşahidə altında saxlandıqdan sonra evlərinə buraxılırlar. Həkim bu müddətdə xəstəyə əlavə dərman və vitamin vasitələrinin istifadəsinə yönəlik göstərişlər verə bilər. Böyrək nəqli əməliyyatı olan pasiyentlər davamlı şəkildə yoxlanışlara çağırılaraq analizlər verməlidirlər. Evlərinə qayıdan böyrək transplantasiyası əməliyyatı keçirmiş xəstələrin infeksiyalardan qorunması, sağlam qidalanması və dincəlməsi vacibdir.


Türkiyədə böyrək transplantasiyası

kidney transplantation


Türkiyədə böyrək transplantasiyası vəyaxud böyrək nəqli Türkiyə səhiyyəsinin uzun illərdir ki, uğurlu bir şəkildə həyata keçirdiyi əməliyyat növüdür. İldə 4000-dən artıq xəstə böyrək nəqli üçün Türkiyə xəstəxanalarında əməliyyat olunur. Türkiyədə böyrək nəqli əməliyyatlarının 90%-dən artıq bir hissəsi uğurlu şəkildə həyata keçir.


Qaraciyər nəqli nədir?


Qaraciyər nəqli xəstə vəyaxud yaralı qaraciyərin çıxardılaraq yerinə donor adı verilən başqa bir insandan alınan qaraciyərin qoyulması proseduruna verilən addır. Qaraciyər nəqli qaraciyər transplantasiyası olaraq da bilinməkdədir. Qaraciyər transplantasiyası zamanı donordan alınan qaraciyərin hamısı vəyaxud sadəcə bir qismi istifadə oluna bilər. 


Qaraciyər nəqli əməliyyatı niyə həyata keçirilir?


Qaraciyər transplantasiyası əməliyyatı xəstəlikli vəyaxud yaralı qaraciyər sahibləri üçün həyati dərəcədə önəm daşıyan bir əməliyyatdır. Uğurlu bir şəkildə həyata keçirilən qaraciyər nəqli əməliyyatı qaraciyər yetməzliyi olan xəstələrin sağlamlığının geri qaytarılması üçün vacibdir. 


Qaraciyər köçürülməsi növləri


Qaraciyər transplantasiyası əməliyyatı zamanı canlı və kadavra donorlardan istifadə oluna bilər. Canlı donorların seçilməsi halında həm xəstəyə həm də donor olacaq şəxsə bir neçə fərqli analiz və test tətbiq olunur. Əməliyyat zamanı meydana gələ biləcək risklərin ən aşağı səviyyəyə düşürdülməsi üçün bu test və analizlərin tətbiq olunması vacibdir.


Qaraciyər Nəqli, Qaraciyər Transplantasiyası Əməliyyatı


Qaraciyər nəqli əməliyyatı adətən 6-12 saat çəkir. Cərrahlar mövcud qaraciyərinizlə donordan alınan qaraciyəri dəyişdirərək lazım olan prosedurları yerinə gətirəcəklər. 


Uşaq qaraciyər transplantasiyası


Hər nə qədər çox qarşılaşmasaq belə uşaq yaşlarda qaraciyər yetməzliyi və digər qaraciyər xəstəlikləri uşaqların qaraciyər transplantasiyası əməliyyatı almasına şərait yarada bilər. Bu zaman cərrahlar uyğun olan ən ideal müalicə üsulunun qaraciyər nəqli olduğuna qərar verərək doğru donorların tapılması üçün axtarışa başlayırlar. Uşaq yaşda həyata keçirilən qaraciyər nəqli əməliyyatları doğru bir şəkildə həyata keçirildiyi zaman uğurlu nəticələrin əldə olunması mümkündür.


Qaraciyər nəqli üçün kimlər donor ola bilər?


Qaraciyər donorları 18-60 yaş aralığında olan insanlar üçün uyğundur. Bu yaş aralığında olan insanların heç bir xəstəliyinin olmaması və əqli sağlığının yerində olması əsas şərtlər arasındadır. Qeyd etmək lazımdır ki, hər donor hər xəstə üçün uyğun olmaya bilər. Donor uyğunluğunun müəyyən olunmasındakı əsas şərt qan uyğunluğunun mövcud olmasıdır.


Xəstələr üçün donor orqanlar necə əldə edilir?


Xəstələr üçün donor orqanlar xəstənin qohumlarından əldə olunur.


Xəstə üçün uyğun donor tapıldığı zaman donora lazım olan bütün analiz və testlər edilir. Daha sonrasında qaraciyər nəqli haqqında əsas qərarı həkimlər verir. Əgər həkimlər qaraciyər transplantasiyası üçün donorun uyğun olduğuna qərar versələr, o zaman qaraciyər nəqli əməliyyatı həyata keçir.



Böyrək və Qaraciyər Nəqli Üçün Yer Seçimi - Türkiyə

kidney transplantation

Böyrək və qaraciyər nəqli üçün doğru yer seçimi olduqca əhəmiyyətlidir. A-Medical olaraq uzun illərdir ki, Türkiyədə qaraciyər və böyrək nəqli əməliyyatı olmaq istəyənlər üçün vasitəçilik edirik. Türkiyə canlı donorlardan böyrək və qaraciyər köçürülməsi əməliyyatlarında illik 90%-dən artıq uğur nisbətinə sahibdir. Bu səbəbdən Türkiyədə böyrək və qaraciyər transplantasiyası əməliyyatları bu əməliyyatlara ehtiyac duyan xəstələr tərəfindən daha çox tövsiyyə edilir.


Türkiyədə Böyrək Nəqli


Türkiyədə böyrək nəqli əməliyyatı olmaq istəyənlərin böyük əksəriyyəti bu növ əməliyyatların Türkiyədə daha uğurlu bir şəkildə həyata keçirildiyini öyrənərək bu qərarı verir. Həqiqətən də böyrək çatışmazlığı problemi yaşayan və canlı donor tapmaqda çətinlik çəkənlər üçün Türkiyədə böyrək köçürülməsi ən yaxşı seçimlərdən biridir. Türkiyə böyrək nəqli əməliyyatlarını 1975-ci ildən bugünə qədər həyata keçirir.


Türkiyədə Qaraciyər Nəqli


Türkiyədə qaraciyər nəqli və ya qaraciyər köçürülməsi əməliyyatı digər ölkələrə nisbətən daha sərfəli və daha peşekar səviyyədə həyata keçirilir. Türkiyədə qaraciyər əməliyyatı olmaq istəyənlər ortalama 1-6 ay arasında canlı donor taparaq qaraciyər nəqli əməliyyatını uğurlu bir şəkildə olurlar.

Türkiyədə qaraciyər nəqli əməliyyatı olan xəstələr həm əməliyyatdan əvvəl, həm də əməliyyatdan sonra bir sıra müayinə və analizlərdən keçirilirlər. Xüsusilə Türkiyə qaraciyər nəqli əməliyyatı sonrasında xəstə orqanlarının doğru bir şəkildə fəaliyyət göstərdiyindən əmin olmaq üçün ICU (reanimasiya bölməsi) nəzarətində qalır. Bu müddətdə Türk həkimlər xəstəyə xüsusi bir şəkildə nəzarət edirlər.


Türkiyədə Uşaq Qaraciyər Nəqli


Türkiyədə uşaq qaraciyər nəqli əməliyyatı sayısı genişmiqyaslı bir şəkildə artmağa davam edir. Qaraciyər nəqli əməliyyatının uşaqlar üzərində həyata keçirilməsində Türkiyə səhiyyəsi və Türk həkimlər geniş təcrübəyə və texnologiyaya sahibdirlər. Bu səbəbdən deyə bilərik ki, Türkiyədə uşaq qaraciyər nəqli əməliyyatı uğurlu bir şəkildə həyata keçirilən əməliyyatlar arasındadır.


A-Medical ilə Türkiyədə Böyrək və Qaraciyər Nəqli Əməliyyatı


organ transplantation

A-Medical şirkəti olaraq 7 ildən artıqdır ki, Türkiyədə böyrək və qaraciyər nəqli əməliyyatı prosedurlarını həyata keçiririk. Bizimlə illərdir əməkdaşlıq edən Türkiyə xəstəxanaları və Türk həkimlər, Azərbaycandan Türkiyəyə müalicə və əməliyyat üçün göndərdiyimiz xəstələrin sağlamlıqlarının geri qaytarılması üçün hər növ imkanı yaradırlar.


A-Medical vasitəçiliyi ilə Türkiyədə böyrək və qaraciyər köçürülməsi əməliyyatı olunan müştərilərimiz şirkətimiz tərəfindən xüsusi qayğı ilə izlənilir. Müştərilərimizin Türkiyədə yalnız hiss etməməsi və şirkətimiz tərəfindən hər növ yardımın göstərilməsi ilk öncəliyimizdir.

A-Medical olaraq Türkiyədə böyrək nəqli vəyaxud qaraciyər nəqli əməliyyatı olunmaq istəyən müştərilərimizə xüsusi güzəştli şərtlər, endirimlər və əlavə köməkliklər göstərilir.


Nə üçün A-Medical Şirkətini Seçməlisiniz?


A-Medical şirkəti Azərbaycanda tibbi turizm sektorunda fəaliyyət göstərən ilk və ən təcrübəli şirkətlərdən biridir. Şirkətimiz dünyanın bir çox ölkəsindən 200-dən artıq xəstəxana ilə birbaşa olaraq əməkdaşlıq içərisindədir. Bu əməkdaşlıqlar sayəsində şirkətimiz vasitəçiliyi ilə Türkiyədə böyrək və qaraciyər əməliyyatı olmaq istəyən müştərilərimizin müalicə və əməliyyat prosesini asanlaşdırmaq və yaxşılaşdırmaq üçün xüsusi şərtlər və üstünlüklər təqdim edirik.


A-Medical olaraq müştərilərimizə qazandırdığımız üstünlüklər aşağıdakılardır.


Ödənişsiz Tibbi İkinci Rəy


İkinci rəy tibb sahəsində dəyərli bir vasitədir, çünki ikinci rəy, xəstənin diaqnozu və müalicə planı ilə bağlı çoxsaylı perspektivlərə imkan verir. Çox vaxt ikinci rəy ilkin diaqnoz və müalicə planının təsdiqini təmin edə bilər, lakin ikinci rəy eyni zamanda, xəstənin əziyyət çəkdiyi xəstəliklə bağlı yeni anlayışlar və seçimlər gətirə bilər. İkinci tibbi rəy diaqnozun mürəkkəb olduğu və ya müalicənin əhəmiyyətli risklər və ya xərclər daşıdığı hallarda xüsusilə vacib ola bilər.

A-Medical vasitəsilə xəstəliyiniz üçün ən uyğun müalicəni təklif edən Türkiyə xəstəxana və klinikalarından pulsuz ikinci rəy ala bilərsiniz.

Qısa Vaxt Ərzində Müalicə Xərclərini Öyrənin


Xaricdə müalicə xərcləri haqqında dəqiq və aktual məlumat əldə etmək çətin ola bilər. Bəzi xəstəxanalar və klinikalar bu məlumatı öz veb-saytlarında yerləşdirir lakin bir çox hallarda, ehtiyac olunan xərclərin təfərrüatlı bölgüsünü almaq üçün birbaşa xəstəxana ilə əlaqə saxlamağınız lazım ola bilər. A-Medical olaraq biz xəstəliyinizin müalicəsini ən uyğun şəkildə həyata keçirən klinika və xəstəxanalar ilə əlaqəyə keçərək müalicənizin qiymətini öyrənməyinizə imkan yaradırıq.

Əməliyyatdan Sonra Xəstəxanada Pulsuz Qalmaq İmkanı


A-Medical şirkəti olaraq uzun illərdir ki, Türkiyənin Florence Nightingale xəstəxanası ilə əməkdaşlıq edirik. Bu əməkdaşlığımızın nəticəsi olaraq Türkiyədə böyrək və qaraciyər nəqli olmaq istəyən müştərilərimizin əməliyyat sonrasında xəstəxanada ödənişsiz bir şəkildə qalmasını təmin edirik.


Dərman Vasitələrinin Endirimlə Alınması İmkanı


Türkiyədə böyrək və qaraciyər nəqli əməliyyatı sonrasında müştərimizin ehtiyac duyduğu və həkim göstərişi əsasında tapşırılan dərman vasitələrini endirimlə almaq üçün müştərilərimizə birbaşa olaraq dəstək oluruq.


Yerində Endirimlər


A-Medical vasitəçiliyi ilə Türkiyədə böyrək və qaraciyər nəqli əməliyyatı olacaq olan müştərilərimiz meydana gələ biləcək xərclər haqqında biz tərəfdən əvvəlcədən məlumatlandırılır. Lakin Türkiyədə olarkən əlavə xərclər yaranarsa bu zaman müştərimiz bizimlə əlaqəyə keçərək bu əlavə xərclərin azaldılması üçün dəstək ala bilir. Yerində endirimlər tətbiq edərək müştərilərimizin əlavə xərclərinin azaldılmasına kömək edirik.


Ödənişin Xəstəxanaya Edilməsi


A-Medical olaraq şəffaflığın və etibarlılığın təmin olunması məqsədilə müştərilərimizdən müalicə və əməliyyat ödənişlərini birbaşa olaraq almırıq. Müştərimiz müalicə və əməliyyat ödənişlərini birbaşa olaraq əməliyyatın olunacağı xəstəxanaya şəxsən özü təqdim edir.


Qısa Müddətdə Randevu


A-Medical şirkəti vasitəçiliyi ilə Türkiyədə böyrək və qaraciyər nəqli əməliyyatı olmaq istəyən müştərilər əməkdaşlıq olunan xəstəxanalardan sürətli bir şəkildə randevu almaq imkanı qazanırlar.

A-Medical Türkiyədə Böyrək və Qaraciyər Nəqli Əməliyyatı Üçün Tanınmış Xəstəxanalarla Əməkdaşlıq Edir

Türkiyədə böyrək və qaraciyər nəqli əməliyyatı üçün əməkdaşlıq etdiyimiz xəstəxanalar aşağıdakılardır:


- Florens Nightingale 

- Acıbadem  hospital

- Medicalpark  hospital

- Medipol hospital Antalya

- Yeni Yüzyıl Gaziosmanpaşa Universitet xəstəxanası

- Liv Hospital Vadi İstanbul (Robotik böyrək əməliyyatı mövcuddur)

- Anadolu Medical Center

- Medicalpark hospital Antalya


Türkiyədə Böyrək Nəqli Qiyməti, Türkiyədə Böyrək Köçürülməsi Əməliyyatı Qiyməti


Türkiyədə böyrək nəqli vəyaxud böyrək transplantasiyası əməliyyatının qiyməti orta hesabla 14,000 dollardır. 


Türkiyədə Qaraciyər Nəqli Əməliyyatı Qiyməti


Türkiyədə qaraciyər nəqli (qaraciyər transplantasiyası) əməliyyatının qiyməti orta hesabla 65,000 dollardır.


A-Medical Şirkəti Olaraq Sağlamlığınızı Geri Gətirmək Üçün Yanınızdayıq

A-Medical şirkəti olaraq müştərilərimizin Türkiyədə böyrək nəqli vəya Türkiyədə qaraciyər nəqli əməliyyatı olmasını asanlaşdırmaq, müştərilərimizi əlavə xərclərdən azad etmək və müştərilərimizin istər əməliyyatdan öncə, istərsə də əməliyyatdan sonra qayğısına qalmaq üçün hər növ dəstəyi veririk!


Diqqətinizi çəkə bilər: Türkiyədə Plastik və Estetik Cərrahiyyə, Türkiyədə Plastik Əməliyyat

Turkiyede Mualice, Türkiyədə Müalicə, Xaricdə Müalicə

Xüsusi güzəştli şərtlərlə xaricde mualice almaq istəyirsinizsə, A-Medical tibbi turizm şirkəti ilə əlaqəyə
keçərək ətraflı məlumat əldə edə bilərsiniz. A-Medical şirkəti Azərbaycanda tibbi turizm sahəsində 7 ildən artıq təcrübəsi ilə Türkiyədə müalicə və digər ölkələrdə
hər növ tibbi prosedurun yerinə yetirilməsini sizin üçün təşkil edir.

Xaricde mualice ilə bağlı hərhansı bir sualınız yarandığı halda sizə uyğun olan vasitə ilə bizimlə əlaqə saxlaya bilərsiniz.
A-Medical şirkəti Türkiyede müalice və digər ölkələrdə müayinə, müalicə və əməliyyat prosedurlarının yerinə yetirilməsi və xaricdə
müalicə təşkil olunması ilə bağlı 7 ildən artıq təcrübəsi ilə sağlamlığınızı geri qaytarmaq üçün xidmətinizdədir.


Pulsuz konsultasiyadan yararlan

Qısa formu dolduraraq pulsuz konsultasiyaya yazıl və sağlamlığın üçün ən doğru seçimi birgə təyin edək

Bir kliklə Whatsapp-a yazın