A-Medical: High Quality & Affordable Medical Treatment Abroad
Türkiyədə sümük iliyi transplantasiyası (sümük iliyi köçürülməsi) Türkiyənin səhiyyə xidmətləri arasında güclü mövqeyə malik müalicə xidmətidir. Türkiyənin texnoloji və elmi cəhətdən inkişafı bir çox pasiyentin sümük iliyi transplantasiyası və ya sümük iliyi köçürülməsi üçün Türkiyəni seçməsinin ən böyük səbəbidir.
Dünyada ən mürəkkəb müalicə prosedurlarından olan sümük iliyi transplantasiyası Türkiyədə hər keçən gün tətbiq edilən və uğurlu nəticə alınan müalicə üsuludur.
Sümük iliyi transplantasiyası dünyada kök hüceyrə nəqli, kemik iliği nəqli və sümük iliyi köçürülməsi adları ilə tanınır. Sümük iliyi köçürülməsi başda xərçəng xəstəliyi olmaqla müəyyən xəstəliklərin müalicəsi üçün tətbiq edilən xüsusi bir müalicə üsuludur. Sümük iliyi transplantasiyası normalda sümük iliyində olması gözlənilən hüceyrələrin alınması və başqa birinə verilməsi prosesidir. Sümük iliyi transplantasiyasındakı əsas məqsəd xəstənin anormal və xəstəlikli hüceyrələrinin bədəndən çıxarılması üçün başqa bir sağlam insanın sümük iliyi ilə xəstənin sümük iliyini dəyişdirməkdir.
Sümük iliyi transplantasiyası 1968-ci ildən bugünə qədər tətbiq edilən bir üsuldur.
Sümük iliyi transplantasiyası və ya kök hüceyrə transplantasiyası xəstənin mövcud sümük iliyinin yetərli miqdarda qan hüceyrəsi istehsal edə bilmədiyi və anormal vəziyyətə gəldiyi zaman istifadə olunan bir müalicə metodudur. Sümük iliyi nəqli eyni zamanda kök hüceyrə transplantasiyası olaraq da adlanır. Əgər sümük iliyiniz normal vəziyyətini itirərsə, o zaman həkimlər xəstənin sağlam sümük iliyinə ehtiyacı olduğuna qənaət gətirə bilərlər. Kök hüceyrə transplantasiyası zamanı donor olaraq həm öz bədəniniz, həm də başqa birinin bədəni istifadə oluna bilər.
Sümük iliyi transplantasiyası birçox xəstəliyin və xərçəng növlərinin müalicəsində effektiv nəticə verən üsullardan biridir. Xərçəng növlərinin müalicəsi zamanı istifadə olunan kimyaterapiya və radioterapiya dozaları xəstənin sümük iliyində ciddi problemlər və anormallıqlar meydana gətirə biləcəyi üçün sümük iliyi transplantasiyası ehtiyacı yarana bilər. Bəzi vəziyyətlərdə xəstəliyin özü də sümük iliyini birbaşa olaraq sıradan çıxara bildiyi üçün bu zaman da sümük iliyi transplantasiyası ehtiyacı yarana bilir.
Sümük iliyi transplantasiyası aşağıdakı vəziyyətlərdə istifadə olunur:
Xəstəlikli və ya fəaliyyətini dayandıran sümük iliyinin dəyişdirilməsi üçün sümük iliyi transplantasiyası edilə bilər. Bu hal daha çox qan xərçəngi və digər qan xəstəliklərindən əziyyət çəkən xəstələrdə müşahidə edilir.
Xərçəng xəstəliyindən əziyyət çəkən xəstələrin müalicəsində istifadə olunan radioterapiya və kimyaterapiya dozaları sümük iliyinə zərər verdiyi zaman vəya kimyaterapiya və radioterapiyadan istənilən nəticə əldə edilmədiyi zaman sümük iliyi transplantasiyası ehtiyacı yarana bilər.
Genetik xəstəliklərdən əziyyət çəkən xəstələrdə tətbiq oluna bilər.
Sümük iliyi transplantasiyası vəya kök hüceyrə transplantasiyası ən çox aşağıdakı xəstəliklərin müalicəsində uğurludur:
Qan xərçəngi
Sümük iliyi xəstəlikləri
Aplastik anemiya
Lenfoma
Çoxsaylı mieloma
İmmunitet sisteminin yetərsizliyi ilə əlaqəli ortaya çıxan xəstəliklər
Leykoz
Xroniki leykoz
Hoçkin lenfoma
Neyroblastoma
Sümük iliyi transplantasiyası vəya sümük iliyi nəqli birçox fərqli növdə həyata keçirilə bilər. Hansı sümük iliyi transplantasiyası növünün xəstə üçün uyğun olduğuna həkimlər qərar verir.
Otoloji hüceyrə transplantasiyası: Otoloji hüceyrə transplantasiyası və ya otoloji kök hüceyrə transplantasiyası xəstənin özündə mövcud olan sağlam hüceyrələrin xəstənin özünə köçürülməsidir.
Allogenik kök hüceyrə transplantasiyası: Allogenik kök hüceyrə transplantasiyası və ya allogenik sümük iliyi transplantasiyası xəstə ilə eyni genetikaya sahib olan donor tərəfindən xəstəyə sümük iliyinin köçürülməsi prosesidir. Donor adətən xəstənin qardaşlarından alınaraq xəstəyə köçürülür. Allogenik kök hüceyrə transplantasiyası üçün kimlər donor ola bilər sualının cavabı isə aşağıdakılardır:
Ailə üzvləri
Ailə üzvlərindən olmayan lakin xəstə ilə eyni genetikanı paylaşan donorlar. Ailə olmayan donorlar adətən həmin ölkənin donor qeydlərində mövcud olan insanlara müraciət edilməsi ilə tapılır.
Göbək bağı qanı nəqli: Xəstənin müalicəsi üçün lazım olan kök hüceyrə və yaxud sümük iliyi yeni doğulan uşağın göbək bağından alına bilər. Göbək bağından alınan kök hüceyrələr hərhansı bir ailə üzvündən və yaxud donordan alınan sümük iliyinə nisbətən daha güclü, tez inkişaf edən və daha işlək olurlar.
Sümük iliyi transplantasiyası üçün ailə üzvləri, xəstə ilə eyni genetikanı paylaşan donorlar və ya yeni doğulan uşaqlar donor ola bilər.
Sümük iliyi transplantasiyası sonrasında sağalma vaxt alan bir prosesdir. Xüsusilə də immunitet sisteminin yenidən əvvəlki qaydada fəaliyyətə keçməsi üçün müəyyən bir vaxt lazım olacaq. Sümük iliyi nəqli sonrasında həkim fəaliyyətini dayandırmış immunitet sisteminiz səbəbilə infeksiyaya yoluxma riskini azaltmaq üçün müəyyən dərman vasitələrinin istifadəsi üçün göstərişlər verir.
Bədəniniz yeni sümük iliyinə öyrəşənə qədər həkim vəziyyəti yaxından incələyəcək. Hər bir transplantasiyadan sonra həkimlər xəstənin qısa, orta və uzun müddət ərzində sağalmasını təmin etmək üçün tibbi planlar hazırlayacaq.
Xəstənin qan səviyyələrinin normala qayıtması o deməkdir ki, sümük iliyi xəstə üçün effektiv olub. İmmunitet sisteminin yenidən güclənməsi və mövcud xəstəlikdə geriləmələr sümük iliyinin effektivliyinin ölçülməsində mühim rol oynayır.
Həkim xəstənin sümük iliyinə necə reaksiya verdiyini müşahidə etmək üçün davamlı analizlər həyata keçirəcək. Yaxından müşahidə sağalma prosesinin əsas parçasıdır.
Sümük iliyi transplantasiyası və ya kök hüceyrə nəqli sonrasında xəstələrin böyük bir qismində sonsuzluq halına rast gəlinsə belə, transplantasiyadan sonra tibbi müdaxilə olmadan uşaq sahibi olan insanlara da rast gəlinir.
Türkiyədə sümük iliyi transplantasiyası son illərdə inkişaf edən Türkiyə səhiyyəsinin ən güvənilən müalicə növlərindən biridir. Türkiyədə sümük iliyi nəqli ilə məşğul olan xəstəxanalar və həkimlər başqa ölkələrdən bir çox xəstənin sümük iliyi transplantasiyası müalicələrində böyük uğura imza atıblar. Qeyd etməliyik ki, Türkiyə sadəcə bir ildə 3000-dən artıq sümük iliyi nəqli əməliyyatını uğurlu bir şəkildə həyata keçirib.
A-Medical şirkəti olaraq xəstələrin məhz Türkiyədə, güvəndiyimiz xəstəxana və həkimlər tərəfindən müalicə olunmasını tövsiyyə etməyimizdəki əsas məqsədimiz təbii ki, qurduğumuz əlaqələrdir. 7 ildən artıqdır ki, bu sahədə qurduğumuz əlaqələr sayəsində pasiyentlərin Türkiyədə müalicə almasını asanlaşdıraraq müalicə proseslərinə dəstək vermişik.
A-Medical olaraq 7 ildir ki, Türkiyədə müalicə almaq istəyən pasiyentlərin xəstəxana seçimini, Türkiyəyə göndərilməsini və müalicə prosedurlarının asanlaşdırılmasını təmin edirik. Türkiyədəki xəstəxanalar və həkimlər ilə qurduğumuz əlaqələr sayəsində pasiyentlərimizin Türkiyəyə gediş və gəlişini, güzəştli qiymət tariflərinin tətbiq olunmasını, xəstənin xəstəxanaya transferini, xəstəxanada qalma müddətini və müalicələrini asanlaşdırırıq.
Xəstənin Türkiyədə müalicə olunduğu müddət boyunca qayğısına qalınması üçün A-Medical şirkəti davamlı şəkildə xəstəniin Türkiyəyə gedişindən vətənə qayıdana qədərki prosesini yaxından izləyir.
A-Medical olaraq tibbi turizm sahəsində 7 ildən artıq təcrübəyə malikik. Bu illər ərzində dünyanın bir çox ölkəsindən 200-dən artıq xəstəxana ilə güclü əlaqələr quraraq bu əlaqələri əməkdaşlıq səviyyəsinə çatdırmışıq. Bu əlaqələrimizdən istifadə edərək 1000-dən çox xəstənin sağlamlığını geri qaytarmağa birbaşa olaraq kömək etmişik.
A-Medical olaraq xəstələrin xarici ölkəyə gedişlərinin və qayıdışlarının təşkili, xəstəxanaya transferinin həyata keçirilməsi, müalicə qiymətində endirim, müalicə müddəti boyunca yaxından qayğı və daha bir çox əlavə üstünlük ilə insanların yanında oluruq.
Tibbi turizm sahəsində fəaliyyət göstərən yeganə Azərbaycan şirkəti olmaq bizə bir çox xəstəxanadan sadəcə A-Medical şirkətinə və müştərilərinə özəl endirimlər almaq şansı yaradır.
Bugünkü gündə Türkiyədə müalicə olunmaq həm gediş-gəliş qiymətləri, həm də xəstəxana qiyməti cəhətdən əlavə xərclərə səbəb ola bilər. A-Medical şirkəti olaraq 7 ildir ki, xəstəxanalar və həkimlərlə qurduğumuz əlaqələr Türkiyədə sümük iliyi əməliyyatı üçün lazım olan xərclərin azaldılmasında sizə birbaşa olaraq kömək edirik.
Bu endirimlər vətəndaşların Türkiyəyə gediş gəlişində, xəstəxanaya transferində, müalicəsində, xəstəxanada qalmasında və vətənə qayıtmasında istifadə olunur.
A-Medical ilə əməkdaşlıq içində olan xəstəxanalar, xəstələrin havalimanından xəstəxanaya pulsuz transferinin həyata keçirilməsini təmin edir. Bunun üçün siz A-Medical vasitəçiliyi ilə dilədiyiniz xəstəxanaya öz transferinizi həyata keçirə bilərsiniz.
Hazırda Türkiyə xəstəxanaları randevu tarixləri adətən iləri və ya gec bir tarixə salınır. Bunun səbəbi xəstəxanaların həddindən artıq dolu olmasıdır. A-Medical şirkəti olaraq biz sizə bizimlə əməkdaşlıq içərisində olan xəstəxanalardan yaxın bir tarixə randevu almaq fürsəti veririk. Əgər xəstəliyinizlə bağlı yaxın zamanda tibbi müdaxiləyə ehtiyacınız varsa, o zaman bizimlə əlaqəyə keçərək Türkiyədə müalicə üçün randevu ala bilərsiniz.
A-Medical şirkəti olaraq etibarlılığa və şəffaflığa xüsusi diqqət yetiririk. Bir çox şirkətdən fərqli olaraq Türkiyədə sümük iliyi müalicəsi almaq istəyən müştərilərimiz müalicə xərclərini bizə yox, birbaşa olaraq xəstəxanaya ödəyir.
Türkiyədə sümük iliyi əməliyyatı olmaq istəyən müştərilərimiz əvvəlcədən xərclər haqqında məlumatlandırılır. Lakin Türkiyədə müalicədə olarkən əlavə xərclər və gözlənməyən hallar baş verərsə, müştərimiz bizimlə əlaqəyə keçərək yerində endirimlərdən faydalana bilir.
Türkiyədə sümük iliyi əməliyyatı zamanı istər əməliyyyatdan öncə, istərsə də əməliyyatdan sonra əlavə dərman vasitələrinin alınmasına ehtiyac yarana bilər. Adətən xəstəxana lazım olan dərmanları təmin etsə də, bəzən əməliyyatdan sonra da uzun müddətli şəkildə dərman qəbul etməli ola bilirsiniz. Bu zaman həmin dərman vasitələrinin xüsusi endirimlərlə alınmasını həyata keçirmək üçün bizimlə əlaqəyə keçirsiniz və biz sizin üçün həmin dərmanlarda xüsusi endirimlər tətbiq edirik.
Xəstəxanaların keyfiyyətinin ölçülməsində istifadə edilən JCI meyarları xəstəxananın keyfiyyətini, xəstəxanada fəaliyyət göstərən həkimlərin uğurunu, xəstəxananın xəstələrə olan yanaşmasını və müalicə alan xəstələrə göstərilən qayğını ölçmək üçün istifadə olunur. A-Medical olaraq əməkdaşlıq etdiyimiz xəstəxanaların JCI kriteriyalarına uyğunluğuna xüsusi diqqət yetiririk.
A-Medical olaraq Türkiyə xəstəxanaları içərisində sümük iliyi nəqli üzrə ən yüksək uğura sahib olan xəstəxanalarla əməkdaşlıq edirik. Sümük iliyi transplantasiyası üçün Türkiyə’nin İstanbul, Ankara, Antalya və Adana şəhərlərindəki xəstəxanalara müraciət edə bilərsiniz.
Sümük iliyi transplantasiyası üçün müraciət edə biləcəyiniz Türkiyə xəstəxanaları aşağıdakılardır:
Acıbadem Xəstəxanası
Medical Park Xəstəxanası
Gaziosmanpaşa Xəstəxanası
Anadolu John Hopkins
Florence Nightingale
Türkiyənin sümük iliyi nəqli əməliyyatlarında aparıcı rol oynayan xəstəxanalardan biri Acıbadem Xəstəxanasıdır. Acəbadem Xəstəxanası yüksək xidmət keyfiyyəti və sümük iliyi nəqli əməliyyatlarındakı uğuru ilə dünyanın bir çox bölgəsindən sümük iliyi nəqli üçün tövsiyyə edilən xəstəxanalardan biridir. Xəstəxanada peşekar həkim heyəti fəaliyyət göstərir.
Türkiyənin Acıbadem Xəstəxanası həm otoloji həm də allogen sümük iliyi nəqli həyata keçirir. Türkiyədə sümük iliyi nəqli əməliyyatı olmaq istəyən xəstələr İstanbul, Ankara, Adana və yaxud Antalya şəhərlərində yerləşən xəstəxanalarda transplantasiyanı həyata keçirməyi seçə bilərlər.
Türkiyədə sümük iliyi köçürülməsi üzrə yüksək uğura malik olan digər bir xəstəxana isə Medical Park xəstəxanasıdır. Xəstəxananın peşekar həkim heyəti sümük iliyi transplantasiyası üzrə böyük təcrübəyə sahibdir.
Əməkdaşlıq etdiyimiz xəstəxanalardan bir digəri olan Qaziosmanpaşa Xəstəxanası Türkiyədə sümük iliyi köçürülməsi ilə məşğul olan və xidmət keyfiyyəti ilə seçilən xəstəxanalardan biridir. Qaziosmanpaşa Xəstəxanası Türkiyə’nin İstanbul şəhərində yerləşir və xəstəxana İstanbul Universitetinə bağlıdır.
Anadolu Con Hopkins xəstəxanası Türkiyənin İstanbul şəhərində yerləşir. Xəstəxanada sümük iliyi transplantasiyası uzun illərdir yüksək keyfiyyət və uğur ilə keçirilir. Xəstəxanada müalicə alan pasiyentlər kök hüceyrə transplantasiyası ilə birgə immunoterapiya müalicəsi də ala bilər.
Türkiyənin sümük iliyi transplantasiyası əməliyyatında ən uğurlu keçmişə sahib olan xəstəxanalarından biri də əməkdaşlıq etdiyimiz Florens Nightingale xəstəxanasıdır. Xəstəxana uzun müddətdir ki uğurlu nəticə göstərən kök hüceyrə nəqli ilə məşğul olan təcrübəli həkim heyyətinə sahibdir.
A-Medical şirkəti sümük iliyi nəqli əməliyyatı üçün yuxarıda adları çəkilən xəstəxanalarda fəaliyyət göstərən həkimlərə etibar edir. Sümük iliyi transplantasiyası əməliyyatlarında ən yüksək uğura sahib həkimlər tərəfindən müalicə olunmaq və əməliyyat prosesini ən yaxşı şəkildə tamamlamaq üçün siz də bu həkimlərə etibar edə bilərsiniz.
Prof. Dr. Gülyüz Öztürk İstanbul, Acıbadem Altunizade Xəstəxanası
Prof. Dr. Gülyüz Öztürk, Ankara Universiteninin Tibb Fakultəsi 1980-ci ildə bitirib. Təhsilini Hacettepe Universiteti Tibb fakultəsi Uşaq Sağlığı və Xəstəlikləri sahəsində davam etdirən və 1987-ci ildə tamamlayan Gülyüz Öztürk 1992-ci ildə Hacettepe Universitetində Uşaq Hematologiyası və Onkologiyası üzrə kiçik ixtisas dərəcəsini aldı. Gülyüz Öztürk 2014-cü ildə “Acıbadem Sağlık Grubu”-na qatıldı. Halhazırda Acıbadem Altunizade Xəstəxanasında Uşaq Hematologiyası, Uşaq Sağlığı və Xəstəliləri, Sümük İliyi Nəqli mərkəzində xidmət verməkdədir.
Prof. Dr. Ali Bülent Antmen Adana, Acıbadem Xəstəxanası
Prof. Dr. Ali Bülent Antmen Adanada Acıbadəm xəstəxanasında fəaliyyət göstərir. Sümük iliyi transplantasiyası üzrə yüksək uğura və təcrübəyə sahib olan həkimin qəbulu üçün A-Medical şirkəti birbaşa olaraq vasitəçilik edir.
Prof. Dr. Akif Yeşilpek Antalya Medical Park
Türkiyənin Antalya şəhərində yerləşən Medical Park xəstəxanasında fəaliyyət göstərən uşaq hematoloqu Prof Dr. Akif Yeşilpek dünya miqyasında yüzlərlə insanın sümük iliyi transplantasiyasını həyata keçirib.
Prof Dr. Barış Malbora & Onkohematoloq Dr. Hasan Sami Göksoy - Qaziosmanpaşa Xəstəxanası
Uşaq hematoloqu Prof. Dr. Barış Malbora və Onkohematoloq Dr. Hasan Sami Göksoy Qaziosmanpaşa xəstəxanasında sümük iliyi transplantasiyası ilə məşğul olan təcrübəli həkimlərdir.
Prof. Dr. Zafer Gülbaş - İstanbul Anadolu Con Hopkins Xəstəxanası
Onkohematoloq Prof. Dr. Zafer Gülbaş Con Hopkins xəstəxanasında xidmət göstərən peşekar həkimlər arasındadır. Zafer Gülbaş Türkiyənin ən qabaqcık onkohematoloqlarından biridir.
Prof. Dr. Mutlu Arat - Florence Nightinghale
Florence Nightinghale xəstəxanasında fəaliyyət göstərən məşhur hematoloq Prof. Dr. Mutlu Arat Türkiyədə sümük iliyi nəqli əməliyyatlarında yüksək uğur göstərən təcrübəli həkimdir.
A-Medical: High Quality & Affordable Medical Treatment Abroad
Xüsusi güzəştli şərtlərlə xaricde mualice almaq istəyirsinizsə, A-Medical tibbi turizm şirkəti ilə əlaqəyə Xaricde mualice ilə bağlı hərhansı bir sualınız yarandığı halda sizə uyğun olan vasitə ilə bizimlə əlaqə saxlaya bilərsiniz.
keçərək ətraflı məlumat əldə edə bilərsiniz.
A-Medical şirkəti Azərbaycanda tibbi turizm sahəsində 7 ildən artıq təcrübəsi ilə Türkiyədə müalicə və digər ölkələrdə
hər növ tibbi prosedurun yerinə yetirilməsini sizin üçün təşkil edir.
A-Medical şirkəti Türkiyede müalice və digər ölkələrdə müayinə, müalicə və əməliyyat prosedurlarının yerinə yetirilməsi və xaricdə
müalicə təşkil olunması ilə bağlı 7 ildən artıq təcrübəsi ilə sağlamlığınızı geri qaytarmaq üçün xidmətinizdədir.
Qısa formu dolduraraq pulsuz konsultasiyaya yazıl və sağlamlığın üçün ən doğru seçimi birgə təyin edək
Bir kliklə Whatsapp-a yazın