+90 533 423 35 48

WHATSAPPA YAZIN

BLOQ

Sənədlərin tərcüməsi

Sənədlərin tərcüməsi

Bu məsuliyyətli işdə səhv etmək özünüz və ya sevdiyiniz insanın müalicəsinin yanlış istiqamətdə irəliləməsi, həmçinin onun həyatı bahasına başa gələ bilər. Sizi bu kimi riskli addımlar atmamağı tövsiyə edirik. Tibbi tərcümə spesefik sahə olduğu üçün orada yazılanları harada və ya kimə gəldi tərcümə elətdirmək edə biləcəyiniz yanlışlığın başlanğıc nöqtəsidir. Ona görə də bu işdə daha seçici və diqqətli olmağınızı tövsiyə edirik.

Tibbi turizm sahəsində 6 illik bazar təcrübəmizdə sənədlərin tərcüməsi üzrə nə qədər insanın işinin yarımçıq qaldığının şahidi olduq. Yaranmış vəziyyəti düzəltmək və müştərilərimizə kompleks xidmətlər göstərmək üçün tibbi sənədlərin tərcüməsi xidmətini formalaşdırdıq. Artıq öz və yaxınlarının sağlamlığında hər bir detala diqqət yetirən müştərilərimiz tibbi sənədlərin düzgün tərcümə olunmasını bizə həvalə edə bilərlər.

Sənədlərinizin doğru tərcüməsi üçün nə edirik?

Dəqiqləşdiririk

Müalicənizin tibbi sənədlər əsasında təyin olunacağı üçün sənədlərinizi digər dildə oxuyacaq şəxs və ya şəxslər üçün maksimum aydın və doğru şəkildə tərcümə etməliyik. Qarşı tərəfin hər hansı bir sualının yaranmaması üçün ilk öncə qaranlıq qalan məqamları müzakirə etməliyik.

Seçim veririk

Bir çox hallarda sənədləri oxuyacaq həkimin özü Avropada fəaliyyət göstərsə də, ona yaxın olan dilin ingilis deyil, başqa bir dil ola bilir. Biz bunu da dəqiqləşdirib sənədləri ona uyğun olan bir dilə tərcümə edə bilərik. Əsas odur ki, qarşı tərəfə hər şey gün kimi aydın olsun.

Bazamız var

Sənədlərinizi vaxtında və doğru şəkildə tərcümə etmək üçün bu sahədə təcrübəsi olan ən yaxşı tərcüməçiləri seçmişik. Keçirdiyiniz hissləri tərcümə edə bilməsək də, sənədlərinizi dəqiqliklə tərcümə edəcəyimizə əminik.

Təcrübəmiz var

6 il ərzində ümumilikdə 350-dən çox müştərinin sənədlərini rus, ingilis, türk, ərəb, alman və digər dillərə, o cümlədən həmin dillərdən geri tərcümə etmişik. Bu statistikanı sənədlərin tərcüməsi sahəsindəki təcrübəmizin olmasını göstərmək üçün qeyd etmişik.

Turkiyede Mualice, Türkiyədə Müalicə, Xaricdə Müalicə

Xüsusi güzəştli şərtlərlə xaricde mualice almaq istəyirsinizsə, A-Medical tibbi turizm şirkəti ilə əlaqəyə
keçərək ətraflı məlumat əldə edə bilərsiniz. A-Medical şirkəti Azərbaycanda tibbi turizm sahəsində 7 ildən artıq təcrübəsi ilə Türkiyədə müalicə və digər ölkələrdə
hər növ tibbi prosedurun yerinə yetirilməsini sizin üçün təşkil edir.

Xaricde mualice ilə bağlı hərhansı bir sualınız yarandığı halda sizə uyğun olan vasitə ilə bizimlə əlaqə saxlaya bilərsiniz.
A-Medical şirkəti Türkiyede müalice və digər ölkələrdə müayinə, müalicə və əməliyyat prosedurlarının yerinə yetirilməsi və xaricdə
müalicə təşkil olunması ilə bağlı 7 ildən artıq təcrübəsi ilə sağlamlığınızı geri qaytarmaq üçün xidmətinizdədir.


Pulsuz konsultasiyadan yararlan

Qısa formu dolduraraq pulsuz konsultasiyaya yazıl və sağlamlığın üçün ən doğru seçimi birgə təyin edək

Bir kliklə Whatsapp-a yazın