+90 533 423 35 48

WHATSAPPA YAZIN

BLOQ

Sənədlərin göndərilməsi

Sənədlərin göndərilməsi

Klinikalara fərdi qaydada göndərilən sənədlərin 48%-i ünvanına çatmır. Sənədlərin klinika daxilində yanlış həkimlərə yönləndirilməsi halları 35%,  sənədlərin yolda itirilməsi halları isə 17% təşkil edir. Bu da öz növbəsində müalicə üçün xarici klinikalara üz tutan şəxslər ilə klinikalar arasında həm münasibətlərin yanlış inkişaf etməsinə, həm də müalicə alacaq şəxsin müalicəsinin gecikməsinə gətirib çıxarır.

Biz yaxınlarınızın müalicə alması üçün göstərdiyiniz təşəbbüskarlığı yüksək dəyərləndirir və hörmətlə yanaşırıq. Lakin adınızın yuxarıda statistikada qeyd olunanlar xoşagəlməz hadisələr arasında görmək istəmədiyimiz üçün Sizə bu işi operativ şəkildə həll edə bilən şirkət olaraq öz dəstəyimizi göstərmək istəyirik.

Sənədlərinizin vaxtında göndərilməsi üçün nə edirik:

Yoxlayırıq

Mövzu sağlamlıqdırsa, o zaman burada iki qat diqqətli olmaq lazımdır. Ona görə də göndərəcəyimiz sənədləri Sizdən əlavə biz də yoxlayır, çatışmazlıqlar olduğu təqdirdə məlumat veririk ki, belə çətin anlarda xırda bir yanlışlığa görə bir işiniz iki olmasın.

Göndəririk

Sənədlərin göndərilməsi məsələsi təcili olduğu üçün əməkdaşlıq etdiyimiz bütün beynəlxalq çatdırılma şirkətlərinin hər gün yenilənən qrafikini izləyirik. Bunu Sizə qiymət və vaxt baxımından geniş seçim imkanı vermək üçün edirik.

Nəzarət edirik

Sənədlərin vaxtında, doğru ünvanda və doğru həkimlərə gedib çatması üçün bütün prosesi izləyirik. Nəzarət mexanizmini isə 3 yerə bölmüşük: Sənədlərin Bakıda nəzarəti, sənədlərin xarici anbarına çatması, sənədlərin klinikada təyin olunan departament və ya şəxsə çatması.

Hesabat veririk

Bu iş hesabatsız olmur. Sənədlərinizin vaxtında və tam şəkildə göndərilməsi ilə bağlı məlumat vermək istəyirik ki, həm xidmət keyfiyyətimizi qiymətləndirə, həm də “sənədlərim vaxtında çatdı” deyə rahat ola biləsiniz.

Turkiyede Mualice, Türkiyədə Müalicə, Xaricdə Müalicə

Xüsusi güzəştli şərtlərlə xaricde mualice almaq istəyirsinizsə, A-Medical tibbi turizm şirkəti ilə əlaqəyə
keçərək ətraflı məlumat əldə edə bilərsiniz. A-Medical şirkəti Azərbaycanda tibbi turizm sahəsində 7 ildən artıq təcrübəsi ilə Türkiyədə müalicə və digər ölkələrdə
hər növ tibbi prosedurun yerinə yetirilməsini sizin üçün təşkil edir.

Xaricde mualice ilə bağlı hərhansı bir sualınız yarandığı halda sizə uyğun olan vasitə ilə bizimlə əlaqə saxlaya bilərsiniz.
A-Medical şirkəti Türkiyede müalice və digər ölkələrdə müayinə, müalicə və əməliyyat prosedurlarının yerinə yetirilməsi və xaricdə
müalicə təşkil olunması ilə bağlı 7 ildən artıq təcrübəsi ilə sağlamlığınızı geri qaytarmaq üçün xidmətinizdədir.


Pulsuz konsultasiyadan yararlan

Qısa formu dolduraraq pulsuz konsultasiyaya yazıl və sağlamlığın üçün ən doğru seçimi birgə təyin edək

Bir kliklə Whatsapp-a yazın