+99410 310 93 33

WHATSAPPA YAZIN

Neyrocərrahiyyə beyin və sinir xəstəliklərinin müalicəsi ilə maraqlanan tibb sahəsidir. Beyin və onurğa toxumalarından qaynaqlanan və ya bu toxumalara zədə yetirən şişlərin müalicəsində neyrocərrahiyyədən istifadə olunur. Eləcə də bel və boyunda meydana gələn problemlərdə, beyin və onurğa zədələnmələrində, beyin damarlarının tıxanmasında, iflicdə, anaverizma hallarında neyrocərrahi müdaxilə tələb olunur.


Neyrocərrahi müalicələr beyin və sinir cərrahları və ya neyrocərrahlar tərəfindən həyata keçirdilir. Neyrocərrahi əməliyyatlar adətən 5-15 saat çəkdiyi üçün bu sahə ilə maraqlanan həkimlər digər tibb sahələri ilə müqayisədə daha çox ödəniş alırlar.


"Faydalı Məlumatlar" kateqoriyasında paylaşdığımız yazılar məlumat xarakteri daşıyır. Biz xaricdə müalicə almaq istəyən pasiyentlərin bütün prosedurlarını başdan sona həyata keçirən tibbi turizm şirkətiyik. Bu fəaliyyətimizin xaricində heç bir tibbi fəaliyyət görmürük. Bu səbəbdən dərman tövsiyyəsi, analiz cavabları və tibbi məsləhət xarakterli heç bir müraciətə geri dönüş olunmur.



Neyrocərrahiyyə sahəsinin maraqlandığı xəstəliklər:


Müalicə etdiyi xəstəliklər və problemlər


  • Beynin və ya onurğa beyni toxumasının daxilindən əmələ gələn və ya xaricdən təzyiq göstərərək problem yaradan şişlər,

  • Beyin toxumasını və ya onurğa beynini qidalandıran damarların anevrizması (balonlaşması).

  • Arteriovenoz malformasiya və kavernoma kimi xəstəliklər

  • Boyun damarlarında daralmalar

  • Sinir sisteminin formalaşması zamanı yaranan problemlər

  • Hər növ onurğa xəstəlikləri, xüsusilə disk yırtığı (bel diski xəstəliyi)

  • Baş və onurğa beyni zədələri

  • Periferik sinir adlanan qol və ayaq sinirlərinin hər cür sıxılma, travma, kəsik və şişlərin cərrahi müalicəsi

  • Beyin damarlarının maneələri

  • Beyin qansızmaları

  • Ağır epilepsiya və Parkinson xəstəliyi kimi nevroloji xəstəliklərin və OKB kimi bəzi psixiatrik xəstəliklərin cərrahi müalicəsi

Beyin şişlərinin müalicəsi


Beyin şişlərinin müalicəsi neyrocərrahlar tərəfindən həyata keçirdilir. Beyin şişləri əməliyyat olunaraq və ya radiocərrahiyyə ilə çıxardılır. Beyin şişlərinin əməliyyatı zamanı 4 əsas faktor diqqətə alınır:


  • Şişin xüsusiyyəti

  • Şişin ölçüsü

  • Şişin yeri

  • Xəstənin ümumi vəziyyəti


Beyin şişlərinin müalicəsi üçün istifadə olunan üsullara aşağıdakılar daxildir:


  • Neyrocərrahiyyə

  • Gamma Knife® Radiocərrahiyyə

  • Radiasiya terapiyası

  • Kimyaterapiya


Bədxassəli beyin şişlərinin ən çox yayılmış müalicəsi cərrahiyyədir. Məqsəd beynin sağlam nahiyələrinə zərər vermədən şişi aradan qaldırmaqdır. Bəzi şişlərin yeri onların asan və təhlükəsiz çıxarılmasına imkan versə də, digər şişlər şişin nə qədər çıxarıla biləcəyini məhdudlaşdıran bir sahədə yerləşə bilər.


Beyin cərrahiyyəsi mümkünsə bütün şişi çıxarmaq üçün istifadə olunur. 20-30 il öncə neyrocərrahiyyə əməliyyatları zamanı böyük kəsiklərdən istifadə olunurdu. Lakin indiki dövrdə ən böyük şişlər belə minimal invaziv cərrahi üsullardan istifadə olunaraq çıxarıla bilir.


Gamma Knife® Radiocərrahiyyə


Gamma Knife radiocərrahiyyəsi cərrahi kəsik etmədən beyindəki şişləri və lezyonları hədəf almaq üçün yüzlərlə yüksək fokuslanmış radiasiya şüalarından istifadə edən ağrısız bir prosedurdur. Hər nə qədər adında cərrahiyyə olas da, bu prosedur hər hansı bir cərrahi müdaxilə tələb etmir.


Azərbaycandakı Ən Yaxşı Neyrocərrahiyyə Xəstəxanası


Əgər nevroloji xəstəliyinizin müalicəsi üçün Bakida en yaxsi neyrocerrahiyye xestexanasi axtarırsınızsa, bizə müraciət edə bilərsiniz. A-Medical tibbi turizm şirkəti olaraq Azərbaycandakı ən yaxşı klinika və həkimlərlə rəsmi əməkdaşlıq edirik. Bu əməkdaşlıqlarımız sayəsində bizə müraciət edən pasiyentlərimizin axtardıqları müalicələri həm vaxta həm də pula qənaət edərək sürətli bir şəkildə əldə edə bilmələrini təmin edirik.


Hal-hazırda A-Medical tibbi turizm şirkəti olaraq Bakıda nevroloji müalicə və ya neyrocərrahiyyə axtaran pasiyentlərimizə Modern Hospital xəstəxanasından Uzman Dr. Qardaşxan Kərimzadə həkimi tövsiyyə edirik.


A-Medical tibbi turizm şirkətindən qeydiyyatdan keçərək əməliyyat olduğunuz halda ödənişsiz həkim qəbulu əldə edə bilərsiniz. Eləcə də, A-Medical olaraq sizə həkim konsultasiyası üçün 20% endirim təklif edir.


Niyə A-Medical?


Əgər Azərbaycanda neyrocərrahiyyə əməliyyatı olunmağı düşünürsünüzsə, ehtiyaclarınıza ən uyğun klinikanı tapmaqda çətinlik çəkə bilərsiniz. Hər bir klinikanın öz üstünlükləri və mənfi cəhətləri olsa da, sənədləşmə prosesini daha asan idarə edə biləcəyiniz və daha az xərc çəkə biləcəyiniz klinikalar da var. Əgər neyrocərrahiyyə əməliyyatı olunacaqsınızsa, o zaman proseduru A-Medical tibbi turizm şirkətinə həvalə etməyiniz sizin üçün faydalı olacaq.


A-Medical niyə Azərbaycanda müalicəniz üçün ən yaxşı tibbi turizm şirkətidir?


  • Biz sizin mövcud vəziyyətinizlə bağlı ən yaxşı müalicəni təklif edən klinikanı tapırıq

  • Sizin üçün ən yüksək müvəffəqiyyət dərəcəsi olan həkimi tapırıq

  • Biz klinikalarla əlaqə saxlayırıq və bütün müsahibələri edirik

  • Lazımi sənədlərin tərcümə olunaraq klinikaya göndərilməsini təmin edirik

  • Səyahət planınızı xüsusi olaraq hazırlayırıq

  • Viza dəstəyi təklif edirik

  • Klinikaya pulsuz transfer və tərcüməçi dəstəyi təqdim edirik

  • Yerində endirimlərdən yararlanmağınıza kömək edirik


Müalicələriniz və cərrahiyyə əməliyyatlarınız üçün xaricdəki ölkələri seçməyin bir çox üstünlüyü var, lakin A-Medical tibbi turizm şirkətinə üstünlük vermək, Azərbaycanda müalicənizin unudulmaz bir xatirəyə çevrilməsinə imkan yaradır. Müalicəniz üçün A-Medical tibbi turizm şirkətini seçdiyiniz zaman siz bir sıra eksklüziv kampaniyalardan yararlanma fürsətini əldə edə bilərsiniz.


Mobil: (+994 10) 310 93 33

Whatsapp: +99410 310 93 33

Email: [email protected]

A-Medical | Reliable and Professional Medical Tourism Provider

Xüsusi güzəştli şərtlərlə xaricde mualice almaq istəyirsinizsə, A-Medical tibbi turizm şirkəti ilə əlaqəyə
keçərək ətraflı məlumat əldə edə bilərsiniz. A-Medical şirkəti Azərbaycanda tibbi turizm sahəsində 7 ildən artıq təcrübəsi ilə Türkiyədə müalicə və digər ölkələrdə
hər növ tibbi prosedurun yerinə yetirilməsini sizin üçün təşkil edir.

Xaricde mualice ilə bağlı hərhansı bir sualınız yarandığı halda sizə uyğun olan vasitə ilə bizimlə əlaqə saxlaya bilərsiniz.
A-Medical şirkəti Türkiyede müalice və digər ölkələrdə müayinə, müalicə və əməliyyat prosedurlarının yerinə yetirilməsi və xaricdə
müalicə təşkil olunması ilə bağlı 7 ildən artıq təcrübəsi ilə sağlamlığınızı geri qaytarmaq üçün xidmətinizdədir.


Pulsuz konsultasiyadan yararlan

Qısa formu dolduraraq pulsuz konsultasiyaya yazıl və sağlamlığın üçün ən doğru seçimi birgə təyin edək

Bir kliklə Whatsapp-a yazın