Qarğıdalı hər bir ailənin mətbəxinə girən və yeməklərdə tez-tez istifadə olunan bir bitkidir. Biz qarğıdalını qarğıdalı salatı ilə tanısaq da, qarğıdalı saçağı, qarğıdalı yağı və qarğıdalı çayı kimi müxtəlif qarğıdalı çeşidləri də var. Həyatımızda bu qədər çox istifadə olunmasına baxmayaraq, qarğıdalının faydaları və fəsadları haqqında məlumat sahibi deyilik. Bu səbəbdən bu yazımızda qarğıdalının faydaları və zərərləri haqqında məlumat verəcəyik.


Yazımızı oxuduqdan sonra siz qarğıdalının faydaları və ziyanları haqqında məlumat sahibi olmaqla qalmayacaq, eyni zamanda “qargidali kokeldirmi”, “qargidali ziyanlari”, “qargidali kalorisi”, “qargidali faydasi”, “qarğıdalı saçağının faydaları”, “qargidali sacaginin ziyani” kimi mövzular haqqında da məlumatlanacaqsınız.


Qarğıdalının faydaları




Möhtəşəm ləzzəti və yeməklərdə çox istifadə olunması ilə qarğıdalı hər kəs üçün faydalı bir bitkidir. Qarğıdalının sağlamlıq üçün faydaları çoxdur.


  • Qarğıdalı həzm sistemini asanlaşdırır

  • Qarğıdalı qan azlığının önünə keçir

  • Qarğıdalı enerji səviyyəsini yüksəldir

  • Qarğıdalı qanda şəkəri tənzimləyir

  • Qarğıdalı arıqlamağa kömək edir

  • Qarğıdalı qığırdaq və əzələləri möhkəmləndirir

  • Qarğıdalı göz sağlamlığını yaxşılaşdırır

  • Qarğıdalı xərçəngdən qoruyur

  • Hamiləlik dövründə qarğıdalı faydalı bitki kimi istehlak edilə bilər

  • Ürək sağlamlığı üçün faydalıdır

  • Alzheimer xəstəliyinin qarşısını alır

  • Saç və dəri üçün faydalıdır


Qarğıdalı həzm sistemi üçün faydalıdır


Qarğıdalının tərkibində həm həll olunan, həm də həll olunmayan liflər var. Bu xüsusiyyətinə görə qarğıdalı orqanizmin xolestrolu mənimsəməsinə kömək edir. Eyni zamanda bağırsaq sindromu, diareya və həzmsizlik problemlərinin qarşısını alır. Qəbzlik yaşayanlar üçün qarğıdalı faydalıdır.

Qarğıdalı anemiyanın qarşısını alır:


Anemiya yəni qan azlığının ən böyük səbəblərindən biri bədəndə B12 və fol turşularının az olmasıdır. Qarğıdalı qırmızı qan hüceyrələrinin ehtiyac duyduğu bütün qidalara sahib olduğu üçün dəmir çatışmazlığının qarşısını alır və qan azlığını aradan qaldırır.


Qarğıdalı enerjini artırır


Qarğıdalı tərkibində yer alan yüksək miqdarda karbohidratlar sayəsində qısa və uzunmüddətli enerji təmin edir. Qarğıdalının bu xüsusiyyəti beyin və sinir sisteminin sağlamlığını qorumaq üçün də vacibdir. Qarğıdalı yüksək miqdarda karbohidrat ehtiva edir və həmçinin həzm sistemini və bağırsaq sağlamlığını qoruyur. Bir stəkan qarğıdalı orta hesabla 29 qram karbohidrat təmin edir. Bu xüsusiyyətinə görə, enerji yığmaq üçün idmançılar tərəfindən geniş şəkildə istehlak edilir. İtirilmiş enerjini bərpa etmək üçün məşqdən və ya məşqdən 1-2 saat əvvəl qarğıdalı istehlak etmək tövsiyə olunur.


Qarğıdalı arıqlamağı asanlaşdırır


Bizə qargidali kokeldirmi deyə sual yönəldən izləyicilərimiz çoxdur. Onlara demək istəyirik ki, qargidali kokeltmir. Qarğıdalı çəki problemi olan insanlar üçün əla qida seçimi ola bilər. Qarğıdalı çoxlu karbohidrat ehtiva edir və kalori baxımından optimal səviyyədədir. 1 stəkan qarğıdalıda orta hesabla 130 kalori var.


Qarğıdalı diabet və hipertoniyanın qarşısını alır


Qarğıdalı diabet problemlərinin həllinə və azaldılmasına kömək edir. Tərkibində yer alan B vitamini, zülal və karbonhidratlar sayəsində qarğıdalı böyrəküstü vəzilərin funksionallığını artırır.


Qarğıdalı göz sağlamlığını qoruyur


Qarğıdalının sarı dənələrində karotenoidlər adlanan maddələr var ki, onlar görmə mərkəzində baş verə biləcək makula degenerasiyası, yəni görmə pozğunluğu riskini azaldır. Bundan əlavə, qarğıdalının tərkibində beta-karotin var ki, bu maddə, daha yaxşı görmə təmin edir.


Qargidali kokeldirmi?




Sıx pəhriz saxlayanlar və qidalanma vərdişlərinə diqqət yetirən insanlar üçün qarğıdalının kökəldib kökəldmədiyi çox vacib bir sualdır. Bir çox insan qarğıdalını pəhriz planına daxil edir. Olduqca faydalı olduğu üçün qarğıdalının çəkiyə çox təsiri olmadığı düşünülür.


Qarğıdalı kökəlməyinizə heç bir halda kömək etmir. 


Qargidali kalorisi 


Əgər pəhriz planınıza diqqət yetirən birisinizsə, qargidali kalorisi haqqında məlumat sahibi olmaq istəməyiniz təbiidir. Qargidali kalorisi olduqca aşağıdır. Orta böyüklükdəki qarğıdalıda 3,40 qram protein, 123 mq potasium, 20 qram karbonhidrat, 2 qram yağ, 3 qram lif mövcuddur. 100 qramlıq bir qarğıdalının tərkibində 96 kalori mövcuddur.


Qarğıdalının tərkibindəki vitaminlər


Qargidali terkibindeki vitaminler insan sağlamlığı üçün zəruri olan vitaminlərdir. Qarğıdalı vitamin cəhətdən çox zəngin bir qidadır. 


  • Vitamin B1 (Tiamin): Enerji mübadiləsini dəstəkləyir və sinir sisteminin sağlamlığını qoruyur.

  • Vitamin B3 (Niasin): Enerji istehsalına kömək edir. Buna görə də xolesterin səviyyəsini tənzimləyə bilir.

  • Vitamin B5 (Pantothenic Acid): Yağ turşularının və hormonların mübadiləsində mühüm rol oynayır.

  • Vitamin B6 (Piridoksin): Zülal mübadiləsini tənzimləyir və sinir sisteminin funksiyaları üçün vacibdir.

  • Qarğıdalının Qida Dəyərləri

  • Qarğıdalı zəngin qida tərkibi ilə seçilən bir taxıldır. 100 qram qaynadılmış qarğıdalının təxmini qida dəyəri aşağıdakı kimidir:

  • Enerji: 96 kkal

  • Karbohidratlar: 21,2 q

  • Protein: 3,2 q

  • Yağ: 1,2 q

  • Lif: 2,4 q

  • Kalium: 270 mq

  • Maqnezium: 37 mq

  • Fosfor: 89 mq

  • Kalsium: 2 mq

  • Vitamin C: 6,8 mq

  • Vitamin A: 187 IU


Qidalanma dəyərləri müxtəlif amillərdən asılı olaraq dəyişə bilər. Bu dəyərlər təxminidir.


Qarğıdalının bu sağlamlıq faydaları onu müntəzəm və balanslı bir pəhrizin vacib hissəsinə çevirir. Bununla belə, unutmayın ki, tək bir növ qida kifayət deyil və balanslaşdırılmış pəhriz üçün müxtəlif qida maddələrini ehtiva edən bir pəhriz qəbul etmək vacibdir.


Qarğıdalının ziyanları, qarğıdalının fəsadları


Qarğıdalı sağlamlığı yerində olan insan üçün ziyanlı bir bitki deyil. Qargidalinin fesadlari sağlam insanlar üçün demək olar ki çox azdır. Qarğıdalını həddindən artıq qəbul etmək isə çox yüngül ziyanlara səbəb ola bilər.


Əgər qarğıdalını həddindən artıq istehlak etsəniz, qarğıdalıda yer alan həzm olunmayan bəzi proteinlər allergiyaya səbəb ola bilər. Dəridə şişmə, qızarma, eləcə də qusma və qaşıntı həddindən artıq qarğıdalı qəbul etməyin nəticəsində meydana gələ bilər. 


Eləcə də, astma xəstələrinin bu bitkidən uzaq durması məsləhətlidir.


Həddindən artıq qarğıdalı yemək şəkər xəstələri üçün tövsiyyə olunmur. Ehtiva etdiyi nişasta və şəkər miqdarı səbəbilə qarğıdalı şəkəri artırır.


Qarğıdalının həddindən artıq istifadəsi bağırsaqlarda qaz yığılmasına səbəb ola bilər. Bu isə qarında şişkinlik və bağırsaq problemlərinə yol açır.


Əgər qarğıdalı yaxşı bişməyibsə diş ətlərinə zərər verə bilər.


Qarğıdalı saçağının faydaları


Qarğıdalı saçağı ölkəmizdə böyrək problemlərinin və böyrək ağrısının aradan qaldırılması üçün xalq təbabətində istifadə olunur. Qargidali sacaginin faydalari aşağıdakı kimidir:


  • Qarğıdalı saçağının sidikqovucu xüsuyiyyəti var

  • Qarğıdalı saçağı bədəndəki ödəmi azaldır

  • Böyrəklərin daha yaxşı fəaliyyətini dəstəkləyir

  • Yaraların və iltihabların daha sürətli sağalmasına kömək edir

  • İmmunitet sistemini gücləndirir

  • Qan təzyiqini azaldır

  • Çəki itirməyə kömək edir

  • Saç sağlamlığını dəstəkləyir

  • Akne müalicəsinə kömək edir


Qarğıdalı saçağı kökəldir mi?


Qargidali sacagi kokeldirmi sualı çox soruşulan bir sualdır.


Qarğıdalı saçağı kökəltmir. Eləcə də, qarğıdalı saçağı tam olaraq arıqlatmır. Sadəcə bədəndə yığılan suyu (ödəm) atmağınıza kömək edir və bədəndəki şişkinliyi azaldır.


Qarğıdalı saçağının pəhriz planınızda yer alması faydalıdır. Lakin birbaşa olaraq arıqlamağınıza kömək etməyəcək.


Qarğıdalı saçağının fəsadları


Artıq miqdarda qəbul edilən qarğıdalı saçağı qan təzyiqini həddindən artıq aşağı sala bilər. Eləcə də, bədəndən suyu atmağa kömək etdiyi üçün artıq miqdarda qəbul edildiyi zaman bədənin susuz qalmasına səbəb olab ilər.


Qarğıdalı saçağı hamilə və ya hazırda südverən analar tərəfindən istifadə olunmamalıdır.

A-Medical: High Quality & Affordable Medical Treatment Abroad

Xüsusi güzəştli şərtlərlə xaricde mualice almaq istəyirsinizsə, A-Medical tibbi turizm şirkəti ilə əlaqəyə
keçərək ətraflı məlumat əldə edə bilərsiniz. A-Medical şirkəti Azərbaycanda tibbi turizm sahəsində 7 ildən artıq təcrübəsi ilə Türkiyədə müalicə və digər ölkələrdə
hər növ tibbi prosedurun yerinə yetirilməsini sizin üçün təşkil edir.

Xaricde mualice ilə bağlı hərhansı bir sualınız yarandığı halda sizə uyğun olan vasitə ilə bizimlə əlaqə saxlaya bilərsiniz.
A-Medical şirkəti Türkiyede müalice və digər ölkələrdə müayinə, müalicə və əməliyyat prosedurlarının yerinə yetirilməsi və xaricdə
müalicə təşkil olunması ilə bağlı 7 ildən artıq təcrübəsi ilə sağlamlığınızı geri qaytarmaq üçün xidmətinizdədir.


Pulsuz konsultasiyadan yararlan

Qısa formu dolduraraq pulsuz konsultasiyaya yazıl və sağlamlığın üçün ən doğru seçimi birgə təyin edək

Bir kliklə Whatsapp-a yazın