+99410 310 93 33

WHATSAPPA YAZIN

Tıbbi tanımı viral gastroenterit olan, mide gribi olarak da bilinen mide Mede bagirsaq soyuqlamasi elametleri ən çox da payız və qış aylarında qarşımıza çıxan xəstəliklərin ilkin əlamətləridir. Havalar soyuduqca mede bagirsaq soyuqlamasi elametleri görmək riskimiz də artır.

Mede bagirsaq soyuqlamasi tibbdə qastroentrit olaraq adlanır. Çox vaxt mədə qripi kimi də bilinir. Adətən medenin soyuqlamasi və ya bağırsaq infeksiyaları səbəbilə meydana gəlir. 

Mede bagirsaq soyuqlamasi elametleri arasında ürəkbulanma və ya qusma, mədə ağrısı, qızdırma və diareya yer alır. Mədə bagirsaq xesteliyi zamanı adətən sıx pəhriz saxlamalı, asan həzm olunan qidalar qəbul edilməli, rahatlaşdırıcı bitki çayları istifadə olunmalı və bol su içilməlidir.

Mede bagirsaq soyuqlamasi nedir?


Mede bagirsaq soyuqlamasi viral qastroenterit olaraq adlanır və qripə bənzəyən simptomlarla özünü göstərir. Adətən mədənin və ya bağırsağın soyuq havaya məruz qalması, bədəndəki bəzi infeksiyalar və ya digər səbəblərdən meydana gəlir.

Mede bagirsaq soyuqlamasi sebebleri


Mede bagirsaq soyuqlamasinin sebebleri arasında çirkli, köhnə və ya həzm olunması çətin olan qida və içkilərin istehlakı, norovirus və ya rotavirus kimi virus və infeksiyalara yoluxma və ya turşulu qidaların həddindən artıq istifadəsi yer alır.

Mede bagirsaq soyuqlamasinin sebebleri aşağıdakı kimi ümumiləşdirilə bilər:

  • Çirkli, köhnə və ya həzm olunması çətin qidaların həddindən artıq istifadəsi
  • Norovirus və rotavirus kimi infeksiyalar
  • Tualetdən çıxarkən əlləri yumamaq
  • Bəzi qabıqlı balıqların istehlakı

Mede bagirsaq soyuqlamasi kimlərdə görülür?


Mədə bağırsaq soyuqlaması hər kəsdə görülə bilər. Lakin bəzi insanlar mədə bağırsaq soyuqlamasına qarşı daha həssasdırlar.

  • Kiçik uşaqlar: Uşaq baxım mərkəzlərində və ya ibtidai məktəblərdə olan uşaqlar mədə bağırsaqsoyuqlamasına qarşı həssasdırlar. Uşaqların immun sisteminin formalaşması üçün vaxt lazımdır.
  • Yaşlılar: Yetkinlərin immun sistemi zaman içində zəifləyir. Yaşlı insanların, xüsusən də qocalar evində olanların immun sistemləri zəif və sıx təmasda olduğu üçün xəstəlik riski yüksəkdir.
  • İmmunitet sistemi zəif olanlar: Əgər orqanizmin infeksiyaya qarşı müqaviməti aşağıdırsa, immun sistemi HİV-AİDS, kimyaterapiya və ya başqa bir xəstəlik nəticəsində zədələnirsə, bütün xəstəliklər kimi bu problemin də yaranma riski var.
  • İsti hava: Xüsusilə isti yay aylarında bəzi səbəblər bu problemin ortaya çıxmasına zəmin yaradır.

Mede bagirsaq soyuqlamasi elametleri


Mede bagirsaq soyuqlamasinin elametleri:

  • Diareya, infeksiya daha şiddətli olarsa qanlı diareya
  • Bulantı və qusma
  • Mədədə kramp və ağrı
  •  Bəzən əzələ ağrıları və ya baş ağrıları
  •  Yüngül qızdırma
  •  Əgər diareya  və qusma intensivdirsə, dərinin və ağızın quruluğu və susuzluq

Mede bagirsaq soyuqlamasinin mualicesi


Mede bagirsaq soyuqlamasinin mualicesi üçün xüsusi bir müalicə üsulu yoxdur. Antibiotiklər bu problemə qarşı effektli nəticə göstərmirlər. Bu problemin həlli üçün həkimə müraciət etmək və simptomların aradan qaldırılmasına yönəlik tədbirlər görmək lazımdır. Xəstəlik adətən bir neçə gün içərisində özlüyündən yoxa çıxacaq.

Mede bagirsaq soyuqlamasi ucun faydali qidalar


Mede bagirsaq soyuqlamasi ucun faydali qidalar var və bu qidalar mede bagirsaq soyuqlamasi ucun faydalıdır. Mədə bagirsaq soyuqlamasi soyuq havalar, soyuq içkilər və ya yeməklərin qəbulu nəticəsində mədə nahiyəsində narahatlıq hissi, tez-tez qarın ağrısı, şişkinlik, ürəkbulanma və həzmsizlik kimi əlamətlərlə özünü göstərə bilər. 

Bəzi ev vasitələri və ehtiyat tədbirləri mədə soyuqluğunu müalicə etmək üçün təsirli ola bilər. 

Mədəni sakitləşdirmək və narahatlığı azaltmaq üçün ilıq bitki çayları, zəncəfil çayı və ya nanə çayı içmək, duzlu su ilə qarqara etmək, qarın nahiyəsinə isti su qabı qoymaq və ya rahatlaşdırıcı isti vanna qəbul etmək kimi üsullar sınaqdan keçirilə bilər.

Bundan əlavə, bu dövrdə ağır yeməklərdən qaçınmaq və yüngül, asan həzm olunan qidaları qəbul etmək də mədə qripinin təsirini azalda bilər. Lakin mədə ilə bağlı ciddi və uzunmüddətli problemlər üçün həkimə müraciət etmək vacibdir, çünki mədədə daha ciddi problemi istisna etmək və ya müalicə etmək lazım ola bilər.

Mede bagirsaq soyuqlamasi nece gun cekir?


Bədəndə hər xəstəliyin müddəti fərqlidir. Mədə bağırsaq soyuqlamasının neçə gün davam etdiyi sualına dəqiq cavab vermək mümkün deyil. Bundan əlavə, əgər şəxs simptomları gec görərsə, xəstəliyin müddəti uzana bilər. 

Simptomlar nə qədər tez aşkar edilərsə və tədbir görülərsə, mədə bağırsaq soyuqlamasından qurtulmaq bir o qədər asan olar. Adətən mədə bağırsaq soyuqlamasının simptomları bir-iki gün davam edir. Ağır hallarda, 10 günə qədər davam edə bilər.

Usaqlarda ve korpelerde mede bagirsaq soyuqlamasi


Mədə bağırsaq soyuqlaması körpələrə daha çox viruslar vasitəsilə keçir. Körpələr tez-tez əllərini və maraqlandıqları əşyaları ağızlarına qoyduğu üçün ötürülmə çox vaxt ağızdan baş verir. Buna görə də, körpənizin əllərini və oynadığı əşyaları təmizləməyə diqqət yetirmək vacibdir.

Körpənizdə mədə bağırsaq soyuqlaması əlamətləri görünməyə başlayırsa, körpənizin bol maye qəbul etməsinə diqqət etməlisiniz.
 
Daimi qidalanma güclü immunitet sistemi deməkdir. İmmuniteti güclü olan körpələr xəstəliklərə qarşı daha davamlı olurlar. Buna görə körpənizin müntəzəm qidalanması vacibdir. Körpənizdə diareya müşahidə etdiyiniz zaman onun bol maye qəbul etməsinə və püre qidalar yeməsinə diqqət yetirməlisiniz. Körpələrin immunitet sistemini gücləndirən qidalarla qidalanması müntəzəm qidalanma proqramı üçün çox vacibdir.
 
Körpənizin bir çox xəstəlikdən qorunması üçün təmasda olduğu yaşayış yerlərinin təmizliyinə diqqət yetirmək vacibdir. Körpənizin əllərini tez-tez yumalı və ya onun dərisi üçün xüsusi olaraq hazırlanmış təmizləyici qulluq salfetlərindən istifadə etməlisiniz.

Körpənizdə və ya usaqlarda mede bagirsaq soyuqlamasi elametleri aşağıdakı kimi ola bilər:

  • Davamlı diareya, sidiyin rənginin dəyişməsi
  • Qarın ağrısı və kramplar,
  • Zəiflik,
  • Uzun müddət davam edən qusma şikayəti,
  •  Qusma və ishal ilə müşayiət olunan qızdırma

Uşağınızda və ya körpənizdə mədə bağırsaq soyuqlaması əlamətləri gördüyünüz zaman vaxt itirmədən həkimə müraciət edin. Uşaqlar və körpələr bu problemlərə qarşı həssas olduqları üçün həkim müayinəsi və müalicəsi mütləqdir.

Evdə həkim müayinəsinə ehtiyacınız var?




Əgər müəyyən narahatlıqlarınız varsa və evinizdən çıxmadan tibbi rəy almaq istəyirsinizsə, evdə həkim xidmətimizdən faydalana bilərsiniz. Evdə həkim xidmətimiz evinizdə müayinə üçün hər bir avadanlıqla təmin olunmuş tibb işçisinin evinizə gələrək sizi müayinə etməsini əhatə edir. Evə çağırış xidmətimiz pasiyentlərimiz üçün unikal bir xidmətdir. Səyyar tibb bacısı xidmətimizə aşağıdakılar daxildir:


  • Evdə laborator analizlərin götürülməsi

  • Evdə həkim qəbulu

  • Evdə tibb bacısı xidməti

  • Evdə rentgen xidməti

  • Evdə pediatr xidməti

  • Evdə fizioterapiya xidməti


Əgər xidmətimizlə maraqlanırsınızsa və evdə müayinə olunmağı düşünürsünüzsə, bizə Whatsapp vasitəsi ilə yaza bilərsiniz.

A-Medical | Reliable and Professional Medical Tourism Provider

Xüsusi güzəştli şərtlərlə xaricde mualice almaq istəyirsinizsə, A-Medical tibbi turizm şirkəti ilə əlaqəyə
keçərək ətraflı məlumat əldə edə bilərsiniz. A-Medical şirkəti Azərbaycanda tibbi turizm sahəsində 7 ildən artıq təcrübəsi ilə Türkiyədə müalicə və digər ölkələrdə
hər növ tibbi prosedurun yerinə yetirilməsini sizin üçün təşkil edir.

Xaricde mualice ilə bağlı hərhansı bir sualınız yarandığı halda sizə uyğun olan vasitə ilə bizimlə əlaqə saxlaya bilərsiniz.
A-Medical şirkəti Türkiyede müalice və digər ölkələrdə müayinə, müalicə və əməliyyat prosedurlarının yerinə yetirilməsi və xaricdə
müalicə təşkil olunması ilə bağlı 7 ildən artıq təcrübəsi ilə sağlamlığınızı geri qaytarmaq üçün xidmətinizdədir.


Pulsuz konsultasiyadan yararlan

Qısa formu dolduraraq pulsuz konsultasiyaya yazıl və sağlamlığın üçün ən doğru seçimi birgə təyin edək

Bir kliklə Whatsapp-a yazın